Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 18 s. 128—133
  • Məktəbdə yaranan stressin öhdəsindən necə gəlmək olar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məktəbdə yaranan stressin öhdəsindən necə gəlmək olar?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • Stressi azaltmaq üçün dörd addım
  • Məgər stressin müsbət cəhəti olur?
  • Stres nədir?
    Oyanın! 2020
  • Stres yaşayırsınız?
    Oyanın! 2020
  • Stresi dəf etməyin yolları
    Oyanın! 2020
  • Mündəricat
    Oyanın! 2020
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 18 s. 128—133

Fəsil 18

Məktəbdə yaranan stressin öhdəsindən necə gəlmək olar?

«Məktəbdə o qədər təzyiqlə üzləşirəm ki, çox vaxt içimdən hönkür-hönkür ağlamaq və qışqırmaq gəlir» Ömər

«İllər ötdükcə məktəbdə stress azalmır, sadəcə səbəblər dəyişir» Ceyms

HƏRDƏN sənə elə gəlirmi ki, valideynlərin sənin məktəbdə nə dərəcədə güclü stressə məruz qaldığını başa düşmürlər? Ehtimal ki, onlar sənə ev pulu ödəmək, ailə saxlamaq və ya müdiri razı salmaq lazım gəlmədiyini deyirlər. Ancaq, ola bilsin, sən ən azı valideynlərin qədər, hətta bəlkə də daha çox stresslə üzləşdiyini hiss edirsən.

Məktəbə gedib-gəlməyin özü artıq stressə səbəb ola bilər. Birləşmiş Ştatlarda yaşayan Tara deyir: «Tez-tez məktəb avtobusunda dava-dalaş düşürdü. Sürücü avtobusu saxlayıb hamını düşürürdü. Buna görə də, dərsə yarım saat, bəzən də daha çox gecikirdik».

Bəs məktəbə çatanda stress azalır? Heç də yox. Yəqin, aşağıda deyilən sözlər sənə də tanışdır.

● Müəllimlərin yaratdığı stress.

«Müəllimlərim mənim öndə getməyimi və əlaçı olmağımı istəyirlər, mən də özümü onların ümidlərini doğrultmaq məcburiyyətində olduğumu hiss edirəm» (Sandra).

«Müəllimlər şagirdlərin, xüsusilə də bacarıqlı olanların qarşısına yüksək tələblər qoyurlar» (Aygün).

«Həyatda dəyərli məqsədlərin olsa belə, əgər bəzi müəllimlərin qoyduqları yüksək məqsədlərə can atmırsansa, onlar səni adam yerinə qoymurlar» (Naomi)a.

Müəllimlərin yaratdığı stress sənə necə təsir edir?

․․․․․

● Həmyaşıdların yaratdığı stress.

«Yuxarı siniflərdə uşaqlar daha sərbəst və üsyankar olurlar. Onlar kimi olmayanda səni öz aralarına qəbul etmirlər» (Kevin).

«Elə gün olmur ki, mənə içki içməyi və sekslə məşğul olmağı təklif etməsinlər. Bəzən bu cür şirnikdirici təsirlərə qarşı durmaq çətindir» (Elvin).

«Hal-hazırda 12 yaşım var və məni ən çox stressə salan həmyaşıdlarımın kiminləsə görüşmək üçün təzyiq göstərmələridir. Məktəbdə hamı məndən soruşur: “Sən hələ də heç kimlə görüşmürsən?”» (Aleksandriya).

«Mənə həmişə təzyiq göstərirdilər ki, oğlanla görüşüm. İstəmədiyimi deyəndə məni lesbiyan adlandırırdılar. Onda mənim cəmi 10 yaşım var idi!» (Krista).

Həmyaşıdlarının yaratdığı stress sənə necə təsir edir?

․․․․․

● Stressin başqa səbəbləri. Səni daha çox narahat edən səbəbin yanına ✔ işarəsini qoy, yaxud da başqa səbəb yaz.

□ İmtahanlar

□ Ev tapşırıqları

□ Valideynlərin tələbkarlığı

□ Özünə qarşı tələbkar olmağın

□ Hədə-qorxular və cinsi təcavüz

□ Digər ․․․․․

Stressi azaltmaq üçün dörd addım

Əslində məktəbdə heç bir stressin yaranmayacağını gözləmək düzgün olmazdı. Ancaq həddən artıq çox stressə məruz qalmaq insanı əldən sala bilər. Müdrik Süleyman padşah yazmışdır: «Haram gəlir [«zülm», Yeni Dünya tərcüməsi] hikmətli adamı ağılsıza çevirir» (Vaiz 7:7). Özünü bu vəziyyətə çatdırma. Stressin öhdəsindən gəlməyi öyrən.

Stressin öhdəsindən gəlmək ağırlıq qaldırmaq kimi bir şeydir. Müvəffəqiyyətli olmaq üçün ştanqçı qabaqcadan yaxşıca məşq etməlidir. Onun qaldırdığı ağırlıq gücündən artıq olmamalı və onu düzgün qaydada qaldırmalıdır. Bununla o, bədəninə heç bir xətər yetirmədən əzələlərini inkişaf etdirmiş olur. Ancaq əgər düzgün məşq etməzsə, əzələlərini zədələyə, hətta sümüyünü sındıra bilər.

Sən də stressin öhdəsindən gələ bilər və özünə heç bir zərər yetirmədən bütün işləri uğurla başa çatdıra bilərsən. Bəs bunu necə etmək mümkündür? Növbəti addımları at:

1. Stressin səbəbini müəyyən et. «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar», — deyə müdrik bir məsəldə deyilir (Süleymanın məsəlləri 22:3). Amma əgər stressə ən çox nəyin səbəb olduğunu müəyyən etməsən, ondan qaçmaq mümkün olmayacaq. Bu səbəbdən, yuxarıda ✔ işarəsi qoyduğun bəndə yenidən nəzər sal. Hal-hazırda sənə ən çox hansı təsir edir?

2. Axtarışlar apar. Ev tapşırıqların həddən artıq çox olduğundan stressdəsənsə, onda 2-ci cildin 13-cü fəslini aç oxu. Sinif yoldaşlarından kimsə səni cinsi əlaqəyə təhrik edirsə, 2-ci cildin 2, 5 və 15-ci fəsillərindən faydalı məsləhətlər tapa bilərsən.

3. Sonraya saxlama. Problemlərə məhəl qoymadıqda onlar öz-özünə həll olunmur. Əksinə, vəziyyət daha da pisləşir və stress get-gedə artır. Əgər səni narahat edən şeyin öhdəsindən necə gələcəyini bilirsənsə, yubanmadan hərəkətə keç. Məsələn, sən Yehovanın Şahidisənsə və Müqəddəs Kitab prinsiplərinə uyğun yaşayırsansa, bunu mümkün qədər tez bir zamanda hamıya de. Bu, sənə stressini azaltmağa kömək edəcək. 20 yaşlı Mariya deyir: «Hər dərs ilinin əvvəlində müəyyən mövzu barədə söhbətə başlayırdım, bu da mənə Müqəddəs Kitab normalarına uyğun həyat tərzi sürdüyümü deməyə fürsət yaradırdı. Fikir vermişəm ki, insan Yehovanın Şahidi olduğunu deməyi nə qədər çox təxirə salırsa, bunu etmək bir o qədər də çətinləşir. Başqalarına öz prinsiplərin barədə danışmaq və onlara uyğun yaşamaq, sözün əsil mənasında, müdafiədir».

4. Kömək istə. Hətta ən güclü ştanqçının belə gücü məhduddur. Elə sənin də. Ancaq sən bütün yükü tək qaldırmaq məcburiyyətində deyilsən (Qalatiyalılara 6:2). Bəlkə, valideynlərinlə, ya da yetkin məsihçilərdən kiminləsə söhbət edəsən. Bu fəsildə yazdığın cavabları onlara göstər və məsləhət istə.

Məgər stressin müsbət cəhəti olur?

Bəlkə, inanmaq çətindir, ancaq əslində müəyyən dərəcədə stress keçirmək yaxşıdır. Nəyə görə? Bu, sənin dərslərinə ciddi yanaşdığını və vicdanının kütləşmədiyini göstərir. Fikir ver gör, Müqəddəs Kitabda özünə heç bir əziyyət verməyən insan haqqında nə deyilir: «Ey tənbəl, nə qədər yatacaqsan? Nə vaxt yuxudan oyanacaqsan? Bir az da uzanıb yuxuya dalsan, əl-qolunu uzadaraq yatsan, yoxsulluq soyğunçu kimi üstünə gələr, ehtiyac quldur kimi sənə hücum çəkər» (Süleymanın məsəlləri 6:9—11).

Sonda 16 yaşlı Hadinin sözlərinə nəzər salaq. O deyir: «Məktəb sənə dəhşətli bir yer kimi görünə bilər, ancaq orada qarşılaşdığın çətinliklər böyüyəndə işdə qarşılaşacağın çətinliklərlə eynidir». Düzdür, stressin öhdəsindən gəlmək bir o qədər də asan deyil. Lakin düzgün yanaşsan, sənə zərər gətirməyəcək, əksinə, daha da möhkəmləndirəcək.

NÖVBƏTİ FƏSİLDƏ

Səncə, məktəbi atmaqla bütün problemlərin həll olunacaq?

[Haşiyə]

a Əlavə məlumatı bu kitabın 20-ci fəslindən tapa bilərsən.

AÇAR AYƏ

“Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, sizin qeydinizə qalır” 1 Peter 5:7

MƏSLƏHƏT

Səni stressə salan problemləri iki qrupa ayır — həll edə biləcəyin və səndən asılı olmayan problemlər. Əvvəlcə, həll edə biləcəyin problemlərdən başla. Onlar qurtardıqdan sonra isə — işdir, bir gün qurtarsa — həll etməkdə çətinlik çəkdiyin problemlərə girişə bilərsən.

BİLİRSƏN... ?

Hər gecə kifayət qədər — ən azı, səkkiz saat yatmaq təkcə stressi aradan qaldırmağa yox, həm də yaddaşı möhkəmləndirməyə kömək edir.

HƏRƏKƏT PLANI!

Stressin öhdəsindən daha yaxşı gələ bilmək üçün hər axşam saat ․․․․․ yatmağa çalışacağam.

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Nəyə görə özünə qarşı həddən artıq tələbkar olmağın stressi daha da artırır?

● Əgər güclü stress keçirirsənsə, kiminlə söhbət edə bilərsən?

[132–ci səhifədəki yazı]

“Hər gün məktəbin qabağında maşından düşməmiş atam mənimlə birlikdə dua edərdi. Buna görə özümü daha arxayın hiss edirdim” Liza

[131–ci səhifədəki şəkil]

Stressin öhdəsindən gəlmək ağırlıq qaldırmağa bənzəyir. Əgər hər şeyi düzgün etsən, daha güclü olacaqsan

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş