Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yc d. 10 s. 22—23
  • İsa peyğəmbər itaətkar idi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa peyğəmbər itaətkar idi
  • Övladlarımızı öyrədək
  • Oxşar material
  • İsa itaətkar olmağı öyrəndi
    Gözətçi qülləsi 2010
  • O, eşitdiklərinin mənası üzərində düşünürdü
    İman örnəkləri
  • «Bu Mənim Oğlumdur»
    Böyük Müəllimdən öyrən
  • Yeniyetmə İsa
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Övladlarımızı öyrədək
yc d. 10 s. 22—23
Yusiflə Məryəm balaca İsanı məbəddə tapırlar

DƏRS 10

İsa peyğəmbər itaətkar idi

Valideynlərinin sözünə qulaq asmaq həmişə asandır? ~ Hərdən çox çətin olur. Bilirsən ki, İsa da Yehova Allaha və valideynlərinə itaət edirdi? ~ Onun nümunəsi hətta çətin olsa belə, valideynlərinin sözünə baxıb onlara itaət etməyinə kömək edə bilər. Gəl səninlə onun nümunəsinə baxaq.

Yer üzündə doğulmazdan əvvəl İsa Atası ilə göydə yaşayıb. Ancaq onun yerdə də valideynləri olub. Onların adı Yusif və Məryəm idi. Bəs, necə oldu ki, onlar İsanın valideynləri oldular? ~

Yehova Allah İsanın yer üzündə doğulub yaşaması üçün onun həyatını Məryəmin bətninə köçürdü. Bu, əsil möcüzə idi! Digər uşaqlar analarının bətnində böyüdüyü kimi, İsa da Məryəmin bətnində böyüməyə başladı. Düz doqquz aydan sonra İsa dünyaya gəldi. Bax beləcə Yusiflə Məryəm İsanın valideynləri oldular.

İsanın cəmi-cümlətanı 12 yaşı olanda səmavi Atası Yehovanı necə sevdiyini göstərdi. Həmin vaxt onun valideynləri Yerusəlimdə Pasxa bayramını qeyd etmək üçün xeyli yol qət etmişdilər. Geri qayıdanda isə Yusiflə Məryəm heç yerdə onu tapa bilmirdilər. Bilirsən, o harada idi? ~

İsa nə üçün məbəddə idi?

Yusiflə Məryəm İsanı axtara-axtara geri Yerusəlimə qayıtmalı oldular. İsanı tapa bilmədikləri üçün onlar çox pərişan idilər. Axır ki, düz üç gün aləmi ələk-vələk edəndən sonra onu məbəddə tapdılar! Səncə, İsa nə üçün məbəddə idi? ~ O, burada öz səmavi Atası Yehova haqda öyrənirdi. Atasını çox sevdiyi üçün İsa bilmək istəyirdi ki, Onu necə razı salsın. İsa nəyinki uşaq olanda, həmçinin böyüdükcə Yehovanın əmrlərini yerinə yetirirdi. Hətta Yehovaya itaət etmək onun üçün çətin gəlsə belə, o, yenə də Ona tabe olurdu. Bəs, İsa Yusiflə Məryəmə də itaət edirdi? ~ Əlbəttə ki! Müqəddəs Kitabda deyilir ki, o, məhz belə də davranırdı.

İsanın nümunəsindən nə öyrəndin? ~ Hətta çətin olsa da, sən valideynlərinə itaət etməlisən. Sən belə edəcəksən? ~

MÜQƏDDƏS KİTABDAN OXU

  • Luka 1:30—35; 2:45—52

  • Efeslilərə 6:1

  • İbranilərə 5:8

SUALLAR:

  • Necə oldu ki, Yusiflə Məryəm İsanın valideynləri oldu?

  • Valideynləri İsanı harada tapdılar?

  • İsanın nümunəsindən nə öyrəndin?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş