Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • hf böl. 8 s. 26—28
  • Faciə baş verəndə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Faciə baş verəndə
  • Xoşbəxt ailəm
  • Başlıqlar
  • Oxşar material
  • 1 YEHOVAYA GÜVƏNİN
  • 2 ÖZÜNÜZÜN VƏ YAXINLARINIZIN QAYĞISINA QALIN
  • 3 KÖMƏKDƏN İMTİNA ETMƏYİN
  • Səhhətiniz qəfildən pisləşibsə
    Əlavə mövzular
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2017
  • Yehovanın nəzəri xalqının üzərindədir
    Gözətçi qülləsi 2022
  • Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Xoşbəxt ailəm
hf böl. 8 s. 26—28
Uşaqlarını itirmək ata-anaya əzab verir

BÖLMƏ 8

Faciə baş verəndə

«Siz buna çox sevinirsiniz, hərçənd müxtəlif sınaqlar ucbatından bir müddət kədərlənməli olursunuz» (1 Butrus 1:6).

Nikahınızın və ailənizin xoşbəxtliyi üçün əlinizdən gələni etsəniz də, həyatda bəzən elə şeylər olur ki, bu, sizin sevincinizi əlinizdən alır (Vaiz 9:11). Biz çətinliklərlə üzləşəndə Allah məhəbbətlə dadımıza çatır. Aşağıda gətirilən Müqəddəs Kitab prinsipləri böyük fəlakətlə üzləşəndə belə sizə və doğmalarınıza kömək edə bilər.

1 YEHOVAYA GÜVƏNİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7). Həmişə yadda saxlayın ki, üzləşdiyiniz sınaqlarda Allah günahkar deyil (Yaqub 1:13). Allaha yaxınlaşsanız, O, mütləq sizə kömək əlini uzadacaq. Axı Ondan yaxşı heç kim kömək edə bilməz (Əşiya 41:10). «Ürəyinizi Ona açın» (Zəbur 62:8).

Siz Müqəddəs Kitabı hər gün oxuyub-araşdırmaqla da təsəlli tapacaqsınız. Yehovanın hər dərdinizdə necə təsəlli verdiyini hiss edəcəksiniz (2 Korinflilərə 1:3, 4; Romalılara 15:4). Allah «hər bir ağıldan üstün olan sülhü»nü verəcəyini vəd edir (Filippililərə 4:6, 7, 13).

Xəstəxanada olan kişi ailəsilə birgə dua edir

MƏSLƏHƏT

  • Dua edin ki, Yehova sizə qəlb rahatlığını və sağlam düşüncəni qorumağa kömək etsin

  • Bütün variantları götür-qoy edin və sizin üçün ən münasib olanını seçin

2 ÖZÜNÜZÜN VƏ YAXINLARINIZIN QAYĞISINA QALIN

MÜQƏDDƏS KİTAB DEYİR: «Dərrakəli insanın ürəyi elm qazanar, hikmətlinin qulağı bilik soraqlar» (Məsəllər 18:15). Ailənin hər bir üzvünün nəyə ehtiyacı olduğunu başa düşmək üçün vəziyyəti tam gözdən keçirin. Onlarla söhbət edin və qulaq asın (Məsəllər 20:5).

Bəs əgər əzizlərinizdən kimisə itirmisinizsə, onda necə? Hisslərinizi gizlətməyin. Unutmayın ki, belə vəziyyətdə hətta İsa da ağlamışdı (Yəhya 11:35; Vaiz 3:4). Kifayət qədər istirahət etmək və doyunca yatmaq da olduqca vacibdir (Vaiz 4:6). Bu, kədərin öhdəsindən gəlməyə kömək edəcək.

MƏSLƏHƏT

  • Ailə üzvlərinizlə xoş ünsiyyət qurun ki, faciə ilə üzləşəndə onlar sizə çəkinmədən müraciət edə bilsinlər

  • Oxşar vəziyyətlə üzləşənlərlə söhbət edin

3 KÖMƏKDƏN İMTİNA ETMƏYİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17). Dostlarınız sizə kömək etmək istəyirlər, amma bilmirlər necə. Nəyə ehtiyac duyduğunuzu deməyə çəkinməyin (Məsəllər 12:25). Üstəlik, Müqəddəs Kitabı yaxşı bilən insanlardan ruhani kömək istəyin. Onların Allahın Kəlamından verdikləri məsləhətlərin sizə böyük xeyri olacaq (Yaqub 5:14).

Allaha möhkəm imanı olan və Onun vədlərinə etibar edən insanlarla sıx ünsiyyətdə olsanız, ehtiyac duyduğunuz köməyi alacaqsınız. Başqalarına kömək etməklə siz özünüz də təsəlli tapacaqsınız. Onlarla Yehova Allaha və Onun vədlərinə olan imanınızı bölüşün. Bütün gücünüzü çətin anlar yaşayan insanlara köməyə yönəldin, özünüzü sizi sevən və qayğınıza qalan insanlardan təcrid etməyin (Məsəllər 18:1; 1 Korinflilərə 15:58).

MƏSLƏHƏT

  • Yaxın dostunuzla söhbət edin və onun köməyindən imtina etməyin

  • Nəyə ehtiyac duyduğunuzu deməyə çəkinməyin

VƏZİYYƏTƏ HƏRTƏRƏFLİ BAXIN

Həddən artıq ruhdan düşmüsünüzsə, diqqətinizi Allah haqqında fikirlərə yönəldin. Ağrı-acı içində qovrulan Əyyub peyğəmbər demişdi: «Yehovanın adına alqış olsun» (Əyyub 1:21, 22). Əyyub kimi, gəlin biz də Allahın adını və Onun iradəsini öz narahatçılıqlarımızdan üstün tutaq. İşlər istədiyiniz kimi getməyəndə ümidinizi itirməyin. Sidq ürəkdən Allaha bel bağlayın. «Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir» (Ərəmya 29:11).

ÖZÜNÜZDƏN SORUŞUN...

  • Cüzi məsələlərdə belə Yehova Allaha tam etibar edirəmmi?

  • Yehovanın hansı xeyirxah işləri məni hər gün Ona şükr etməyə təşviq edir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş