Nəğmə 140
Öncül həyatı
- Oyanıb sübh tezdən, günəşdən də əvvəl, - Allaha şükr edib - Yollanırıq bizlər xidmətə. - Çöhrədə təbəssüm biz yayarıq müjdə. - Tükənməz əzmimiz, - Can qoyarıq bizlər bu işdə. - (NƏQARƏT) - Biz seçdik bu yolu, - Müntəzirik əmrə, - Var olan Allaha bağlandıq. - Nə boran, nə isti - Qorxutmaz bizləri, - Çün Yehova, Sənə biz qəlbdən aşiqik! 
- Axşamlar xidmətdən biz gəlsək də yorğun, - Şükr edirik qəlbdən - Nə xoşbəxtik, İlahi, bizlər! - Ömrümüz mənalı, getmir əsla hədər. - Rəbb Yehova bizə - hər günün ruzisin yetirər. - (NƏQARƏT) - Biz seçdik bu yolu, - Müntəzirik əmrə, - Var olan Allaha bağlandıq. - Nə boran, nə isti - Qorxutmaz bizləri, - Çün Yehova, Sənə biz qəlbdən aşiqik! 
(Həmçinin baxın: Yuş. 24:15; Zəb. 92:2; Rom. 14:8.)