Nəğmə 151
Allahın oğulları aşkara çıxır
Çap versiyası
Tezliklə Rəbb aşkar edər
Məsh etdiyi xalqı.
Sadiq Allah oğulları
Göydə edər şahlıq.
(NƏQARƏT)
Çıxarlar aşkara onlar
Məsihlə bir yerdə.
Sonda çalarlar qələbə
Saçarlar nur göydən.
Bəy kərənay səsi ilə
Gəlinini səslər.
Tezliklə cəm olar göydə
Məsh olunmuş kəslər.
(NƏQARƏT)
Çıxarlar aşkara onlar
Məsihlə bir yerdə.
Sonda çalarlar qələbə
Saçarlar nur göydən.
(KEÇİD)
Fatehlə bir çıxar onlar,
Yekun savaş eylər.
Bu əbədi, möhkəm birlik
Şanlı zəfər çalar.
(NƏQARƏT)
Çıxarlar aşkara onlar
Məsihlə bir yerdə.
Sonda çalarlar qələbə
Saçarlar nur göydən.
(Həmçinin baxın: Dən. 2:34, 35; 1 Kor. 15:51, 52; 1 Salon. 4:15—17.)