Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • od fəs. 15 s. 157—161
  • Teokratik quruluşa tabe olmağın faydası

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Teokratik quruluşa tabe olmağın faydası
  • Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Başlıqlar
  • Oxşar material
  • HANSI SAHƏLƏRDƏ TEOKRATİK QURULUŞA TABE OLMALIYIQ?
  • Siz kimin hakimiyyətini qəbul etməlisiniz?
    Əbədi həyata aparan bilik
  • Qadınlar nəyə görə başçılıq prinsipinə riayət etməlidirlər?
    Gözətçi qülləsi 2010
  • Qadınlar, ərlərinizə ehtiram edin
    Gözətçi qülləsi 2007
Allahın iradəsini yerinə yetirən təşkilat!
od fəs. 15 s. 157—161

FƏSİL 15

Teokratik quruluşa tabe olmağın faydası

YEHOVANIN iradəsini mütəşəkkil şəkildə yerinə yetirmək üçün Allaha, Kainatın Hökmdarına tabe olmaq vacibdir. Biz Onun Oğlunun məsihi yığıncağının başı olduğunu qəbul edir və həyatın digər sahələrində də başçılıq prinsipinə tabe oluruq. Bu quruluşa tabe olan hər kəs fayda əldə edir.

2 Hakimiyyətə tabe olmaq prinsipi ilə insanlar ilk dəfə Ədən bağında tanış olub. Bu prinsip Allahın Yaradılış 1:28 və 2:16, 17 ayələrində yazılmış əmrlərində ifadə olunub. Bu əmrə əsasən, heyvanlar insanlara, Adəmlə Həvva isə Allahın iradəsinə və hakimiyyətinə tabe olmalı idi. Allahın təsis etdiyi bu quruluşa tabe olmağın sayəsində dünyada əmin-amanlıq və nizam-intizam olacaqdı. Sonralar başçılıq prinsipini həvari Bulus 1 Korinflilərə 11:3 ayəsində bu cür vurğulamışdı: «Bunu da bilməyinizi istəyirəm ki, hər kişinin başı Məsih, qadının başı kişi, Məsihin başı isə Allahdır». Bu sözlərdən görünür ki, Yehovadan başqa, hər kəs kiməsə tabedir.

3 Bu gün insanların çoxu başçılıq prinsipini nə qəbul edir, nə də tabe olur. Problem Ədən bağında, ulu valideynlərimiz bilə-bilə Allahın Ali hökmranlığını rədd edib müstəqil olmaq istəyəndə başladı (Yar. 3:4, 5). Lakin onlar arzuladıqları azadlığa qovuşmadılar. Əksinə, onlar şər ruhani varlığın, Şeytan İblisin hakimiyyəti altına düşdülər. Bu ilk üsyan bəşəriyyəti Allahdan uzaq saldı (Kol. 1:21). Bunun nəticəsində, bu gün bəşəriyyətin əksər hissəsi Şəririn hakimiyyəti altındadır (1 Yəh. 5:19).

4 Biz Allahın Kəlamındakı həqiqəti öyrənməklə və bu həqiqətə uyğun yaşamaqla Şeytanın təsiri altından çıxmışıq. Həyatımızı Yehovaya həsr edib vəftiz olmuşuq və Yehovanı Ali Hökmdarımız kimi qəbul etdiyimizi göstərmişik. Biz Davud padşahın Yehova haqqında dediyi növbəti sözlərə şərikik: «Sən hər kəsdən ucasan» (1 Saln. 29:11). Biz Allahın yanında nə qədər aciz olduğumuzu etiraf edib deyirik: «Bil ki, Yehovadır Allah, bizi O yaradıb, biz Ona məxsusuq, biz Onun xalqıyıq, otlağının sürüsüyük» (Zəb. 100:3). Biz qəbul edirik ki, Yehova hamıdan ucadır və hər kəs Ona tabe olmalıdır, çünki hər şeyin yaradanı Odur (Vəhy 4:11). Həqiqi Allaha xidmət edən bizlər Allaha tabeçilikdə gözəl nümunə olan İsa Məsihin izləri ilə gedirik.

5 Yerdə olanda çəkdiyi əzablar İsaya nə öyrətdi? Bu suala İbranilərə 5:8 ayəsi cavab verir: «O, Allahın Oğlu olsa da, çəkdiyi əzablar sayəsində itaətli olmağı öyrəndi». Bəli, İsa ən ağır sınaqlar qarşısında belə, səmavi Atasına tabe olurdu. O, özbaşına heç nə etmirdi, heç nəyi özündən danışmırdı, özünə ad-san axtarmırdı (Yəh. 5:19, 30; 6:38; 7:16—18). Xidmət edən zaman təqiblərlə üzləşməsinə baxmayaraq, o, Atasının iradəsini sevə-sevə yerinə yetirirdi (Yəh. 15:20). İsa həmişə Allaha tabe olurdu. O, təvazökar insan idi, özünü o dərəcədə aşağı tuturdu ki, hətta işgəncə dirəyi üzərində ölməyə hazır idi. Onun Yehovaya hər şeydə itaət etməsi çoxlu gözəl bəhrələr gətirdi: bəşəriyyət üçün əbədi xilasa yol açıldı, İsa özü ucaldı və Atasının adı şərəfləndi (Filip. 2:5—11; İbr. 5:9).

HANSI SAHƏLƏRDƏ TEOKRATİK QURULUŞA TABE OLMALIYIQ?

6 Biz Allaha tabe olub iradəsini yerinə yetirəndə Yaradanın hökmranlığını inkar edən insanların çəkdiyi bir çox əzablardan və emosional yaralardan qurtuluruq. Düşmənimiz İblis durmadan imkan axtarır ki, bizi məhv etsin. Onun qarşısında möhkəm dursaq və təvazökarlıq göstərib Yehovanın iradəsinə tabe olsaq, bu mənfur düşmənə qalib gələ biləcəyik (Mət. 6:10, 13; 1 But. 5:6—9).

7 Biz məsihilər Məsihin başçılığını qəbul edir və onun səlahiyyət verdiyi sadiq və ağıllı nökərə tabe oluruq. Bu, bizim bir-birimizlə rəftarımıza və münasibətimizə təsir edir. Yığıncaqda teokratik quruluşa tabe olmaq o deməkdir ki, ibadətimizə aid olan hər şeydə Allahın Kəlamına boyun əyirik. Bura xidmətimiz, ibadət görüşlərində iştirak etməyimiz, ağsaqqallarla münasibətimiz və təşkilatdan gələn göstərişlərə tabe olmağımız daxildir (Mət. 24:45—47; 28:19, 20; İbr. 10:24, 25; 13:7, 17).

8 Allaha itaət etməyin sayəsində məsihi yığıncağında sülh, təhlükəsizlik və nizam-intizam hökm sürür. Yehovaya tabe olan insanlar Onun gözəl xüsusiyyətlərini əks etdirirlər (1 Kor. 14:33, 40). Yehovanın təşkilatının içində olduğumuz üçün Davud padşahın keçirdiyi hisslərə şərikik. O, Yehovanın xidmətçiləri ilə şər insanların arasındakı kəskin fərqi görəndən sonra demişdi: «Allahı Yehova olan xalq nə bəxtiyardır!» (Zəb. 144:15).

9 Nikahda və ailə quruluşunda qadının başı kişidir. Kişinin başı Məsih, Məsihin başı isə Allahdır (1 Kor. 11:3). Qadın ərinə tabe olmalıdır, uşaqlar isə valideynlərinə (Efes. 5:22—24; 6:1). Ailənin bütün üzvləri başçılıq prinsipinə əməl edəndə ailə mehriban olur.

10 Ərlər Məsihdən nümunə götürərək məhəbbətlə başçılıq edirlər (Efes. 5:25—29). Ər öz başçılığından sui-istifadə etməyəndə və bu məsuliyyətə laqeyd yanaşmayanda qadına və uşaqlara ona tabe olmaq xoş olur. Allah qadını əri tamamlayan köməkçi kimi yaradıb (Yar. 2:18). Ərinə səbirlə dəstək olmaqla və onun hörmətini saxlamaqla qadın ərinin məhəbbətini qazanır və Allahın adını ucaldır (1 But. 3:1—4). Ərlə arvad Müqəddəs Kitabın başçılıqla bağlı verdiyi məsləhətə əməl edəndə uşaqlarına Allaha itaət məsələsində gözəl nümunə qoyurlar.

Teokratik quruluşa tabe olmağımız həyatımızın bütün sahələrinə təsir edir

11 Bugünkü hökumətlər Allahın onlara ayırdığı yeri tuturlar. Bizim Allaha tabe olmağımız onlara münasibətimizə də təsir edir (Rom. 13:1—7). Məsihilər qanuna tabe olan vətəndaşlardır, onlar vergiləri ödəməklə «padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha» verirlər (Mət. 22:21). Üstəlik, təbliğ sahəsinin işlənmə qaydası dövlətin məlumatların qorunmasına dair qanunvericiliyinə uyğun olmalıdır. Biz Allahın qanunlarını pozmamaq şərtilə, hökumətin bütün qanunlarına tabe oluruq. Bu bizə gücümüzü təbliğ işinə sərf etməyə imkan verir (Mark 13:10; Həv. 5:29).

12 Teokratik quruluşa tabe olmağımız həyatımızın bütün sahələrinə təsir edir. Biz bütün bəşəriyyətin Yehova Allaha tabe olacağı dövrü iman gözləri ilə görürük (1 Kor. 15:27, 28). Yehovanın Ali hökmranlığını qəbul edənlər və əbədiyyən Ona tabe olanlar nə xoşbəxtdirlər!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş