Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 48 s. 116—117
  • Dul qadının oğlu dirilir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dul qadının oğlu dirilir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Sarfatlı dul qadın imanına görə mükafatlandırıldı
    Gözətçi qülləsi 2014
  • Allah ona ürək-dirək verdi
    İman örnəkləri
  • Qorxu və tənhalıq hissi
    Övladlarımızı öyrədək
  • Yehova İlyası qüvvətləndirir
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 48 s. 116—117
İlyas odun yığan dul qadına səslənir

DƏRS 48

Dul qadının oğlu dirilir

Un və yağ küpü

Quraqlıq vaxtı Yehova İlyasa deyir: «Sarfata get. Bir dul qadın sənə yemək verəcək». Şəhər darvazasında İlyas bir kasıb dul qadının odun yığdığını görür. O, qadından bir qab su istəyir. Qadın su gətirməyə gedəndə İlyas onu çağırıb deyir: «Zəhmət olmasa, mənə bir tikə çörək gətir». Ancaq qadın deyir: «Sənə çörək verə bilmərəm. Yalnız özümə və oğluma çörək bişirəcək qədər un və yağ var». İlyas ona deyir: «Narahat olma. Yehova söz verir ki, əgər mənə bir az çörək hazırlasan, yağış yağana qədər sənin unun və yağın qurtarmayacaq».

Dul qadın evə gedib Yehovanın peyğəmbəri üçün çörək hazırlayır. Yehova söz verdiyi kimi, quraqlıq vaxtı qadın və oğlu ac qalmır. Onların küplərindən un və yağ əskik olmur.

Bir müddət sonra pis bir hadisə baş verir. Dul qadının oğlu xəstələnib ölür. O, yalvarıb İlyas peyğəmbərdən kömək istəyir. İlyas uşağı qucağına götürüb evin yuxarı mərtəbəsindəki otağa aparır. O, uşağı çarpayıya uzadıb dua edir: «Yehova, nə olar bu uşağı dirilt». Bilirsən, nəyə görə Yehovanın bu möcüzəsi heyrət doğurur? Çünki bildiyimizə görə, o vaxta qədər heç kim dirildilməmişdi. Üstəlik, dul qadınla oğlu israilli deyildi.

Ancaq uşaq dirilib nəfəs almağa başlayır! İlyas qadına deyir: «Bax! Oğlun sağdır». Qadın çox sevinir. O, İlyasa deyir: «Sən, həqiqətən də, Allah adamısan. Mən buna əminəm, çünki sən yalnız Yehovanın sözünü çatdırırsan».

İlyas dul qadının oğlunu dirildib yanına gətirir

«Quzğunlara baxın: onlar nə əkir, nə biçir, nə zirzəmiləri var, nə anbarları. Buna baxmayaraq, Allah onları yedizdirir. Siz isə quşlardan qat-qat qiymətlisiniz!» (Luka 12:24)

Suallar: Sarfatlı dul qadın Yehovaya iman gətirdiyini necə göstərir? İlyasın Allahın həqiqi peyğəmbəri olduğunu haradan bilirik?

1 Padşahlar 17:8—24; Luka 4:25, 26

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş