Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 65 s. 154—155
  • Əstər xalqını xilas edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əstər xalqını xilas edir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Mordokay və Ester
    Müqəddəs Kitab hekayələri
  • O, ağılla, cəsarətlə və fədakarcasına davrandı
    İman örnəkləri
  • «Ester» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2006
  • O, Allahın xalqının müdafiəsinə qalxdı
    İman örnəkləri
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 65 s. 154—155
Məlikə Əstər Padşah Ahaşveroşun güclü müdafiə edilən həyətinə girir

DƏRS 65

Əstər xalqını xilas edir

Məlikə Əstər

Fars şəhəri Şuşda Əstər adlı bir yəhudi qız yaşayırdı. Uzun illər əvvəl Navuxodonosor padşah onun ata-babalarını Yerusəlimdən sürgün etmişdi. Əstəri əmisi oğlu Mərdəhay böyüdüb, boya-başa çatdırmışdı. O, Fars padşahı Ahaşveroşun qulluqçusu idi.

Bir gün padşah Ahaşveroş özünə yeni məlikə seçmək istəyir. Padşahın əmri ilə qulluqçuları Əstər də daxil olmaqla, ölkənin bütün gözəl qızlarını onun hüzuruna gətirirlər. Padşah bu qızların arasından Əstəri məlikə seçir. Mərdəhay Əstərə tapşırır ki, yəhudi olduğunu heç kimə deməsin.

Şuş şəhərində Həman adlı qürurlu bir adam olur. O, bütün əyanların başçısıdır. Həman istəyir ki, hamı ona baş əysin. Mərdəhay isə ona baş əymir. Buna görə də Həman çox əsəbiləşir və onu öldürtmək istəyir. O biləndə ki, Mərdəhay yəhudidir, ölkədəki bütün yəhudiləri öldürmək üçün plan qurur. Həman padşaha deyir: «Yəhudilər çox təhlükəli xalqdır; onların kökünü kəsmək lazımdır». Ahaşveroş isə ona deyir: «Nə lazımdırsa, et». Sonra isə ona qanun çıxarmaq üçün səlahiyyət verir. Həman qanun çıxarıb xalqa deyir ki, adar ayının 13-ü yəhudiləri öldürsünlər. Yehova Allah isə bütün bunları görür.

Əstər bu qanundan xəbərsiz olur. Buna görə də Mərdəhay bu qanunun bir nüsxəsini ona göndərir və bu sözləri çatdırır: «Gedib padşahla danış». Əstər isə Mərdəhaya cavab göndərir: «Kim dəvətsiz padşahın hüzuruna gedirsə, öldürülür. Padşah 30 gündür ki məni hüzuruna çağırmır! Ancaq mən gedəcəyəm. Əgər o, əsasını mənə uzatsa, sağ qalacağam. Yox, əgər uzatmasa, öləcəyəm».

Əstər padşah sarayının həyətinə gedir. Padşah Əstəri görəndə əsasını ona uzadır. Bundan sonra Əstər padşaha yaxınlaşır. Padşah ona deyir: «Əstər, nə istəyirsən, de edim». Əstər cavab verir: «Mən səni və Həmanı ziyafətə dəvət etmək istəyirəm». Ziyafət zamanı Əstər padşahla Həmanı onlar üçün vermək istədiyi növbəti ziyafətə dəvət edir. İkinci ziyafət zamanı padşah yenidən deyir: «Nə istəyirsən, de edim». Əstər cavabında deyir: «Məni və xalqımı öldürmək istəyirlər. Xahiş edirəm, bizi qoru». Padşah soruşur: «Sizi kim öldürmək istəyir?» O deyir: «Bu pis Həman!» Ahaşveroş o qədər qəzəblənir ki, Həmanı dərhal öldürtdürür.

Ancaq Həmanın çıxardığı qanunu hətta padşah belə ləğv edə bilməz. Buna görə də padşah Mərdəhayı əyanların başçısı təyin edir və ona səlahiyyət verir ki, yeni qanun çıxarsın. Mərdəhay elə bir qanun çıxarır ki, düşmənlər hücum edəndə yəhudilər özlərini müdafiə edə bilsinlər. Adar ayının 13-ü yəhudilər özlərini düşmənlərdən qoruyur. Sonra isə onlar hər il bu qələbəni bayram edirlər.

«Məndən ötrü sizi hökmdarların və padşahların önünə gətirəcəklər. Beləcə, onlara və digər xalqlara şəhadət verəcəksiniz» (Mətta 10:18)

Suallar: Yəhudilərə qarşı hansı plan qurulur? Əstər Yehovaya etibar etdiyini necə göstərir?

Əstər 2:5—20; 3:1—5:8; 7:1—8:14; 9:1—28

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş