Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 76 s. 180—181
  • İsa Məsih Yehovanın evinin qeyrətini çəkir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih Yehovanın evinin qeyrətini çəkir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • İsa məbədi təmizləyir
    Müqəddəs Kitab hekayələri
  • İbadət uğrunda qeyrət
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İbadət uğrunda qeyrət
    İsa Məsihin həyatı və xidməti
  • Məbədin yenidən təmizlənməsi
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 76 s. 180—181
İsa qamçı ilə heyvanları məbəddən qovur və pul dəyişənlərin masalarını çevirir

DƏRS 76

İsa Məsih Yehovanın evinin qeyrətini çəkir

Eramızın 30-cu ilinin yazında İsa Məsih Yerusəlimə gedir. Pasxanı qeyd etmək üçün oraya çoxlu adam gəlib. Bayramda camaat qurban kəsmək üçün məbədə heyvan gətirir. Kimisi heyvanı özü ilə gətirir, kimisi isə Yerusəlimdən alır.

İsa Məsih məbədə girəndə heyvan satanları görür. Onlar pul qazanmaq üçün Yehovanın ibadət evini bazara çeviriblər! Bunu görəndə İsa qəzəblənir. O, kəndirdən qamçı düzəldib qoyunları məbəddən qovur. İsa Məsih pul dəyişənlərin masasını çevirir. Onların pulları yerə tökülür. O, göyərçin satanlara deyir: «Yığışdırın bunları buradan! Atamın evini bazara çevirməyin!»

İsa Məsihin məbəddə etdiklərini görən camaat məəttəl qalır. İsanın şagirdləri Məsihlə bağlı bu peyğəmbərliyi xatırlayırlar: «Yehovanın evinin qeyrətini çəkəcəyəm».

Eramızın 33-cü ilində İsa Məsih məbədi ikinci dəfə təmizləyir. O, heç kimə icazə vermir ki, Atasının evinə hörmətsizlik etsinlər.

«Siz həm Allahın, həm də var-dövlətin nökəri ola bilməzsiniz» (Luka 16:13)

Suallar: İnsanların məbəddə heyvan satdıqlarını görəndə İsa nə edir? İsa nəyə görə belə edir?

Mətta 21:12, 13; Mark 11:15—17; Luka 19:45, 46; Yəhya 2:13—17; Zəbur 69:9

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş