Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 85 s. 198—199
  • İsa Məsih şənbə günü xəstə bir adamı sağaldır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih şənbə günü xəstə bir adamı sağaldır
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Fərisilər kor olmuş adamla mübahisə edirlər
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İnadkar fəriseylər inanmırlar
    İsa Məsihin həyatı və xidməti
  • Anadangəlmə kor adamın sağalması
    İsa Məsihin həyatı və xidməti
  • İsa peyğəmbər kor adamı sağaldır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 85 s. 198—199
Fərisilər gözləri açılan adamı sorğu-sual edirlər

DƏRS 85

İsa Məsih şənbə günü xəstəni sağaldır

Fərisilər İsa Məsihə nifrət edirlər, buna görə də onu tutmaq üçün bəhanə axtarırlar. Onlar deyirlər ki, İsa şənbə günü heç bir xəstəni sağaltmamalıdır. Bir dəfə şənbə günü İsa Məsih küçədə dilənən kor bir adam görür. O, şagirdlərinə deyir: «Görün Allahın gücü sayəsində bu insan necə sağalacaq». İsa Məsih yerə tüpürür, tüpürcəklə palçıq düzəldir və palçığı kor adamın gözlərinə sürtür. Sonra ona deyir: «Get, Şilam hovuzunda gözlərini yu». Həmin adam gedib gözlərini yuyur və gözləri görür.

Onu görən camaat heyrətə gəlir. Onlar deyirlər: «Bu həmin kor dilənçidir, yoxsa ona oxşayır?» Həmin adam dillənir: «Mən anadangəlmə kor idim!» Camaat ondan soruşur: «Bəs necə oldu ki, gözlərin açıldı?» O, baş verənləri onlara danışır, camaat da onu fərisilərin yanına aparır.

O, fərisilərə deyir: «İsa gözümə palçıq sürtdü və dedi ki, gedim gözlərimi yuyum. Mən də onun dediyi kimi etdim və gözlərim gördü». Fərisilər isə deyir: «Əgər İsa şənbə günü adam sağaldırsa, deməli, ondakı güc Allahdan deyil». Ancaq digər adamlar etiraz edirlər: «Onun gücü Allahdan olmasa idi, o, xəstələri sağalda bilməzdi».

Fərisilər dilənçinin atası ilə anasını çağırıb onlardan soruşurlar: «Necə oldu ki, oğlunuzun gözləri açıldı?» Onlar cavab verməyə qorxurlar, çünki fərisilər demişdilər ki, kim İsaya iman gətirsə, sinaqoqdan qovulacaq. Buna görə də valideynləri deyir: «Biz bilmirik, özündən soruşun». Fərisilər dilənçini sual atəşinə tuturlar. Axırda o dillənir: «Mən hər şeyi sizə danışmışam, niyə yenə soruşursunuz?» Fərisilər çox əsəbiləşirlər və onu oradan qovurlar.

İsa Məsih həmin dilənçini tapır və ondan soruşur: «Məsihə iman edirsən?» Dilənçi cavab verir: «Onun kim olduğunu bilsəm, iman edərəm». İsa deyir: «Məsih mənəm». İsa Məsih onu sağaltmaqla yanaşı, həm də kömək edir ki, ona iman gətirsin.

«Siz yanılırsınız, çünki nə Müqəddəs Yazılardan, nə də Allahın qüdrətindən xəbəriniz yoxdur» (Mətta 22:29)

Suallar: İsa Məsih kor adama necə kömək edir? Fərisilərin niyə İsadan zəhlələri gedir?

Yəhya 9:1—41

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş