Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 96 s. 224—225
  • İsa Məsih Şaulu həvari seçir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih Şaulu həvari seçir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Dəməşqə gedən yolda
    Müqəddəs Kitab hekayələri
  • «Yığıncaq üçün əmin-amanlıq dövrü başlandı»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Pislik edənlər dəyişə bilərlər?
    Böyük Müəllimdən öyrən
  • «İtaət etmək qurbandan... daha yaxşıdır»
    Gözətçi qülləsi 2011
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 96 s. 224—225
Şaulun ətrafına parlaq işıq saçır

DƏRS 96

İsa Məsih Şaulu həvari seçir

Şaul Tarsda doğulub. O, Roma vətəndaşıdır. Şaul qanunşünasdır, yəhudi qanunlarını yaxşı bilir. O, məsihilərə nifrət edir. Şaul məsihi kişiləri, qadınları evlərindən çıxarır, onları zindana atır. Hətta qəzəbli adamlar İsanın şagirdi Stefanı daşlayıb öldürəndə Şaul kənarda durub tamaşa edirdi.

Ancaq Şaul təkcə Yerusəlimdəki məsihiləri həbs etməklə kifayətlənmir. O, baş kahindən xahiş edir ki, Dəməşqdəki məsihiləri tutmaq üçün onu oraya göndərsin. Şaul şəhərə çatana yaxın qəfildən onun ətrafını parlaq işıq bürüyür və o, yerə yıxılır. Şaul bir səs eşidir: «Şaul, niyə məni təqib edirsən?» Şaul soruşur: «Sən kimsən?» Səs cavab verir: «Mən İsayam. Dəməşqə get, orada nə etməli olduğunu biləcəksən». Elə o andaca Şaul kor olur. Onu kimsə əlindən tutub şəhərə gətirməli olur.

Dəməşqdə Hənənya adlı imanlı bir məsihi olur. İsa görüntüdə ona deyir: «Düz adlanan küçədə yaşayan Yəhudanın evinə get və Şaul adlı adamı tap». Hənənya deyir: «Ağa, mən o adamı yaxşı tanıyıram! O, sənin şagirdlərini zindana salır!» Ancaq İsa cavab verir: «Onun yanına get. Mən onu başqa xalqlara xoş xəbəri təbliğ etmək üçün seçmişəm».

Şaul işığı görəndən sonra kor olur

Beləcə, Hənənya Şaulu tapıb ona deyir: «Şaul, qardaş, Ağamız İsa məni göndərdi ki, sənin gözlərini açım». Elə o andaca Şaulun gözləri açılır. O, İsa haqda öyrənir və onun davamçısı olur. Şaul artıq vəftiz olunmuş məsihi kimi, digər məsihilərlə birgə sinaqoqlarda təbliğ edir. Təsəvvür edirsən, yəhudilər Şaulun camaata İsa haqda öyrətdiyini eşidəndə necə təəccüblənirlər? Onlar deyirlər: «Bu adam İsanın şagirdlərini zindana atan həmin adam deyil?»

Üç il ərzində Şaul Dəməşqdə yaşayan insanlara təbliğ edir. Yəhudilərin ondan zəhləsi gedir. Onlar Şaulu öldürməyi planlaşdırırlar. Ancaq qardaşlar onların niyyətindən xəbər tutub Şaula qaçmağa kömək edirlər. Qardaşlar Şaulu bir səbətə qoyub şəhərin divarındakı pəncərədən aşağı endirirlər.

Şaul Yerusəlimə gəlib qardaşlara qoşulmağa çalışır. Ancaq onlar Şauldan qorxurlar. Sonra Barnəba adlı xeyirxah bir şagird Şaulu həvarilərin yanına gətirir və onları əmin edir ki, Şaul, həqiqətən də, dəyişib. Şaul Yerusəlimdəki yığıncaqla bərabər cəsarətlə xoş xəbəri təbliğ edir. Sonradan o, Bulus kimi tanınır.

«Məsih İsa bu dünyaya günahlı adamları xilas etmək üçün gəldi. O, günah sahiblərindən ən betəri də mənəm» (1 Timutiyə 1:15)

Suallar: Məsihilər nəyə görə Şauldan qorxurlar? Necə olur ki, o dəyişir?

Həvarilərin işləri 7:54—8:3; 9:1—28; 13:9; 21:40—22:15; Romalılara 1:1; Qalatiyalılara 1:11—18

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş