NƏĞMƏ 36
Ürəyimizi qoruyaq
Çap versiyası
	- 1. Qəlbi gərək biz qoruyaq, - Uzaq gəzək şərdən. - Allah-Taala görür onu, - Agahdır hər şeydən. - Hərdən ürək xain kimi, - Sapır haqq yolunu, - Rəbb bu naçar qəlbə saçsın, - Parlaq, xoş nurunu. 
- 2. Yehovaya dua edib - Ona yaxınlaşaq. - Rəbbə həmdi-şükran edib - Hər dərd-səri açaq. - Allah öyüd verir bizə, - Onu qəbul edək, - Rəbdən rəğbət görərik biz, - Sadiq olsa ürək. 
- 3. Qoy ürəkdə məskun olsun, - Təmiz, nəcib şeylər. - Rəbbin müdrik Sözü bizə - Kamal, ürfan verər. - Dostu olan sadiq kəslər - Rəbbin lütfün görər. - Səcdə etsək Ona qəlbdən, - Olarıq bəxtəvər. 
(Həmçinin baxın: Zəb. 34:1; Filip. 4:8; 1 But. 3:4.)