NƏĞMƏ 38
Allah səni güclü edəcək
- 1. Allah-Taala açdı sənə həqiqəti, - Şəfəq saçdı, nurlu yola çıxdın. - Rəbb qəlbində gördü o saf niyyətini — - Saleh işlər görməkdir amalın. - Vəfa andı içdin Allahına, - Sadiq qalır O, əhdi-peymana. - NƏQARƏT - Yehovaya məxsussan, - satın alıb səni. - Qoymaz sarsılmağa, - tutar O, əlini. - Düzgün yol göstərərək - qoruyar canını. - Qoymaz sarsılmağa, - güclü edər səni. 
- 2. Sənin üçün Allah Oğlun etdi fəda, - İstər olasan daim yenilməz. - Unutma ki, Allah qıydısa Oğluna, - Səndən Öz gücünü əsirgəməz! - Yehova unutmaz zəhmətini, - Darda qoymaz sadiq bəndəsini. - NƏQARƏT - Yehovaya məxsussan, - satın alıb səni. - Qoymaz sarsılmağa, - tutar O, əlini. - Düzgün yol göstərərək - qoruyar canını. - Qoymaz sarsılmağa, - güclü edər səni. 
(Həmçinin baxın: Rom. 8:32; 14:8, 9; İbr. 6:10; 1 But. 2:9.)