NƏĞMƏ 56
Həqiqətə bağlan
- 1. Həyatdır bu yol, mənbəyi həqiqətdir, - Seçim et həyat yolunda sən. - Rəbbin öyüdü hikmətli və doğrudur, - Ona etibar et, güvən. - NƏQARƏT - Sev haqq yolunu, - Könüldən bağlan ona. - Qəlbinə sevinc ələr Yehova, - Həqiqət yolun sən sev. 
- 2. Müjdə işində gücünü əsirgəmə, - Rəbbə ürəkdən ibadət et. - Təslim olma sən, nemətlər alacaqsan, - Cənnət yolunda daim get. - NƏQARƏT - Sev haqq yolunu, - Könüldən bağlan ona. - Qəlbinə sevinc ələr Yehova, - Həqiqət yolun sən sev. 
- 3. Rəbbin gözündə balaca bir körpəyik, - Onun qayğısı çox gərəkdir. - Yehovanın biz ruhuna çox möhtacıq, - Verər O, həyat nemətin. - NƏQARƏT - Sev haqq yolunu, - Könüldən bağlan ona. - Qəlbinə sevinc ələr Yehova, - Həqiqət yolun sən sev. 
(Həmçinin baxın: Zəb. 26:3; Məs. 8:35; 15:31; Yəh. 8:31, 32.)