NƏĞMƏ 124
Sədaqətli olaq
Çap versiyası
	- 1. Əbədiyyən, sədaqətlə - Allaha bağlı qalaq. - Allahın biz ümmətiyik, - Əmrinə boyun əyək. - Heç zaman ziyan çəkmərik - Biz Ata öyüdündən. - O sadiqdir, güvənirik, - Biz dönmərik bu yoldan. 
- 2. Sədaqətlə davranaq biz - Qardaşlarla hər işdə. - Göstərək saf məhəbbət gəl - Həm sözdə, həm əməldə. - Onlara dəyər verərək - Ürəkdən hörmət edək. - Kəlamdan biz öyrənmişik, - Bir yumruq olaq gərək. 
- 3. Sədaqətlə dinləyirik - Ağsaqqal öyüdünü. - Faydası var, itaətlə - Biz qəbul edək onu. - Bərəkət verər Yehova, - Qulunu güclü edər. - Sədaqətlə yerisək biz, - Rəbbimiz arxa durar. 
(Həmçinin baxın: Zəb. 149:1; 1 Tim. 2:8; İbr. 13:17.)