NƏĞMƏ 135
Yehova nəvazişlə çağırır: «Oğlum, hikmətli ol»
Çap versiyası
	- 1. Ey gənc, sən Mənə ver - bütün ürəyini, - Meydan oxuyan düşmənim - görsün səni. - Mənə həsr edirsən - gənclik çağlarını, - Görsün el-aləm - vəfalı qaldığını. - NƏQARƏT - Əziz oğlum, sən hikmətli ol, - Gözəl qızım, Məni şad et. - Xidmət et Mənə öz xoşunla, - Möhkəm olsun qoy bu ülfət. 
- 2. Mənə ömrünü - verdiyin üçün sevin, - Olaram dayaq, - büdrəsə də ayağın. - Səni bu həyat küsdürsə də, - dur möhkəm, - Əmin ol, səni - sevəcəyəm hər zaman. - NƏQARƏT - Əziz oğlum, sən hikmətli ol, - Gözəl qızım, Məni şad et. - Xidmət et Mənə öz xoşunla, - Möhkəm olsun qoy bu ülfət. 
(Həmçinin baxın: Qan. 6:5; Vaiz 11:9; Əşy. 41:13.)