NƏĞMƏ 149
Zəfər nəğməsi
Çap versiyası
	- 1. Sən, ey Yehova, adın ucaltdın qələbəylə, - Dikbaş düşmənləri qərq etdin dalğalara. - Yah qüvvətimdir, - Ona tay olan heç olarmı?! - Yehovadır ismi, - Şəninə həmd ucalsın. - NƏQARƏT - Uca Yehova, Haqq-Taala, - Dəyişməyən, tək var olan Allah. - Düşmən tezliklə tam xəcil olar, - Sənindir əbədi zəfər! 
- 2. Qalx, ey Yehova, xalqlar azğınlıq eyləyirlər, - Düşmən məğlub olsun, - Sən püskür Öz qəzəbin. - Ya Rəbb, tezliklə - Yeri lərzəyə salacaqsan. - Yehovadır ismin, - Qoy bütün cahan bilsin. - NƏQARƏT - Uca Yehova, Haqq-Taala, - Dəyişməyən, tək var olan Allah. - Düşmən tezliklə tam xəcil olar, - Sənindir əbədi zəfər! 
(Həmçinin baxın: Zəb. 2:2, 9; 92:8; Məl. 3:6; Vəhy 16:16.)