DƏRS 1
Maraqlı giriş
Həvarilərin işləri 17:22
İCMAL: Giriş maraq oyatmalı, mövzunu aydın bildirməli və mövzunun dinləyicilər üçün nəyə görə maraqlı olduğunu göstərməlidir.
NECƏ NAİL OLMAQ OLAR?
- Maraq oyat. Ya hansısa bir fikri söylə, ya sual ver, ya real həyatdan götürülmüş nümunə çək, yaxud da dinləyicilər üçün maraqlı olacaq aktual xəbərlərdən birini de. 
- Mövzunu aydın bildir. Girişdə dinləyicilərə mövzunu və məqsədini aydın bildir. 
- Mövzunun dinləyicilər üçün nəyə görə vacib olduğunu göstər. Dinləyicilərin tələbatlarına uyğun danış. Onlar mövzunun şəxsən onlara hansı faydası olduğunu aydın görməlidirlər.