DƏRS 6
Ayələri düzgün izah et
Yəhya 10:33—36
İCMAL: Sadəcə ayəni oxuyub növbəti fikrə keçmə. Dinləyicilərə oxuduğun ayə ilə izah etdiyin fikir arasındakı əlaqəni aydın göstər.
NECƏ NAİL OLMAQ OLAR?
Əsas sözləri qeyd et. Ayəni oxuyandan sonra əsas fikirlə bilavasitə əlaqəli olan sözləri vurğula. Bunun üçün həmin sözləri təkrarla, ya da sual verib dinləyicilərin diqqətini həmin sözlərə yönəlt.
Əsas fikri vurğula. Əgər konkret məqsədlə ayəni oxumaq üçün giriş etmisənsə, ayədəki əsas sözlərin həmin məqsədlə əlaqəsini izah et.
Sadə şəkildə izah et. Əsas fikirlə əlaqəsi olmayan təfərrüatlara varma, dinləyicilərin mövzu ilə bağlı bildiklərini nəzərə alaraq, fikrin aydın başa düşülməsi üçün nə qədər dəlil gətirmək lazım olduğunu müəyyən et.