Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lff d. 14
  • Allahın bəyəndiyi ibadət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın bəyəndiyi ibadət
  • Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Başlıqlar
  • Oxşar material
  • D Ə R İ N L İ Y Ə  V A R I N
  • İCMAL
  • Ə L A V Ə  M Ə L U M A T
  • Yehovaya ibadət bizi xoşbəxt edir
    Gözətçi qülləsi 2022
  • Yehovanın Şahidlərinin ibadət görüşlərinin sizə faydası
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Allaha hansı ibadət məqbuldur?
    Əbədi həyata aparan bilik
  • Allahın qəbul etdiyi ibadət
    Müqəddəs Kitab təlimləri
Əlavə
Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
lff d. 14
Dərs 14. Yehovanın Şahidləri və qonaqlar yığıncaq görüşündə nəğmə oxuyur.

DƏRS 14

Allahın bəyəndiyi ibadət

Çap versiyası
Çap versiyası
Çap versiyası

Ötən dərsdə araşdırdıq ki, dinlərin hamısı Allaha məqbul deyil. Bununla belə, biz Allaha Onun istədiyi kimi ibadət edə bilərik. Bəs Allahın bəyəndiyi «dindarlıq» necə olmalıdır? (Yaqub 1:27). Gəlin görək Müqəddəs Kitabda bu barədə nə yazılıb.

1. Allaha düzgün şəkildə necə ibadət edə bilərik?

Düzgün ibadət Müqəddəs Kitaba əsaslanmalıdır. İsa peyğəmbər Allaha demişdi: «Həqiqət Sənin sözündür» (Yəhya 17:17). Bəzi dinlər Allahın Kəlamında yazılanlara məhəl qoymurlar. Bunun əvəzinə, onlar insan təlimlərini, adət-ənənələri əsas tuturlar. Amma Yehova Onun «əmrlərini rədd» edən insanlardan razı deyil. (Mark 7:9 ayəsini oxuyun.) Biz Müqəddəs Kitabda yazıldığı kimi ibadət edəndə, oradakı məsləhətlərə əməl edəndə Yehovaya xoş gedir.

2. Yehovaya necə ibadət etməliyik?

Yehova Yaradanımız olduğu üçün biz Ona tam sədaqət göstərməliyik (Vəhy 4:11). Yəni Onu sevməli və yalnız Ona ibadət etməliyik. İbadətdə şəkillərdən, rəmzlərdən və bütlərdən istifadə etməməliyik. (Əşiya 42:8 ayəsini oxuyun.)

Bizim ibadətimiz Yehovanın gözündə «müqəddəs və məqbul» ibadət olmalıdır (Romalılara 12:1). Yəni bu o deməkdir ki, biz Allahın qoyduğu əxlaq qaydaları ilə yaşamalıyıq. Məsələn, Yehovanı sevənlər Onun nikahla bağlı qanunlarını sevir və onlara tabe olur. Həmçinin sağlamlığa zərər vuran vərdişlərdən uzaq dururlar. Məsələn, siqaret çəkmirlər, narkotik vasitələrdən və alkoqoldan sui-istifadə etmirləra.

3. Nəyə görə Yehovaya dindaşlarımızla birgə ibadət etməliyik?

Həftəlik ibadət görüşlərimizə gedəndə biz «düz adamların... məclisində» Yehovanı ucaldırıq (Zəbur 111:1, 2). Məsələn, Yehovanın şəninə nəğmə oxuyuruq. (Zəbur 104:33 ayəsini oxuyun.) Nəyə görə Yehova bizim yığıncaqlara gəlməyimizi istəyir? Çünki O bizi sevir və bilir ki, bu görüşlər əbədiyyən xoşbəxt yaşamağımıza kömək edəcək. İbadət görüşlərində həm özümüz ruhlanırıq, həm də başqalarını ruhlandırırıq.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün Yehova ibadətdə surətlərdən istifadə etməyimizi nə üçün istəmir. Həmçinin Yehovanı mədh etməyin vacib yolları barədə öyrənin.

4. İbadətdə surətlərdən istifadə etməməliyik

Haradan bilirik ki, bu, Allaha ağır gedir? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

VİDEO: «İbadətdə surətlərdən istifadə etmək Allaha məqbuldur?» (3:26)

Şəkillər: 1) İsraillilər Sina dağının ətəyində qızıl dana heykəlinə ibadət edir. 2) Əlində təsbeh tutmuş kişi bakirə Məryəmin heykəli qarşısında dua edir.
  • Allahın qədimdə yaşamış xidmətçilərindən bəziləri Ona büt vasitəsilə ibadət edəndə nə baş vermişdi?

Bəzi insanlar Allaha ibadət edəndə surətlərdən istifadə edir. Onlar düşünür ki, bu yolla Allaha daha yaxın olacaqlar. Əslində isə belə etməklə Allahdan daha da uzaqlaşırlar. Çıxış 20:4—6 və Zəbur 106:35, 36 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • İnsanlar ibadətdə hansı əşyalardan və ya surətlərdən istifadə edir?

  • Yehova ibadətdə surətlərdən istifadə edilməsinə necə yanaşır?

  • İbadətdə surətlərdən istifadə etmək barədə siz nə düşünürsünüz?

5. Yalnız Yehovaya ibadət etmək bizi yalan təlimlərdən azad edir

Görün Yehovaya düzgün şəkildə ibadət etmək bizi yalan təlimlərdən necə azad edir. VİDEOYA baxın.

VİDEO: «Həqiqət məni azad etdi» (5:16)

Zəbur 91:14 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Yehova Onu sevən və təkcə Ona ibadət edən kəslərə nə vəd edir?

6. Yığıncaq görüşlərində Allaha ibadət edirik

Biz yığıncaq görüşlərində nəğmə oxuyaraq və şərhlər verərək Yehovanı mədh edirik və bir-birimizi ruhlandırırıq. Zəbur 22:22 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Yığıncaqda şərhləri dinləmək xoşunuza gəlir?

  • Siz də qabaqcadan hazırlaşıb yığıncaqda şərh vermək istəyərdiniz?

Şəkillər: Qadın Allaha düzgün şəkildə ibadət etməyi öyrənir. 1) Yığıncaq görüşündə Allaha həmd nəğməsi oxuyur. 2) Yığıncaq görüşündə şərh verir. 3) Qadına və qızına Müqəddəs Kitaba əsaslanan video göstərir.

7. Öyrəndiklərimizi başqalarına danışanda Yehovaya xoş gedir

Müqəddəs Kitabdan öyrəndiklərimizi başqaları ilə bölüşmək üçün çoxlu imkanımız var. Zəbur 9:1 və 34:1 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Müqəddəs Kitabdan öyrəndiyiniz hansı məlumatı başqaları ilə bölüşmək istəyərdiniz?

BƏZİ İNSANLAR DEYİR: «Allah üçün fərqi yoxdur necə ibadət eləyirsən, əsas odur yaxşı insan olasan».

  • Bu barədə siz nə düşünürsünüz?

İCMAL

Biz yalnız Yehovaya ibadət edəndə, yığıncaq görüşlərində Onu mədh edəndə və öyrəndiklərimizi başqaları ilə bölüşəndə Ona xoş gedir

Təkrar

  • Allaha düzgün şəkildə ibadət etməyi haradan öyrənə bilərik?

  • Nəyə görə təkcə Yehovaya ibadət etməliyik?

  • Nəyə görə Allahı razı salmaq istəyən insanlarla birgə ibadət etməliyik?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

«Daha bütlərin qulu deyiləm» adlı məqaləni oxuyun və görün bir qadın bütpərəstlikdən necə əl çəkdi.

«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», 1 iyul 2011)

Yığıncaqda şərh verməyə sizə nə kömək edə bilər?

«Yığıncaqda Yehovanı mədh edin» («Gözətçi qülləsi», yanvar 2019)

Bir nəfərə yığıncaq görüşünə gəlmək çətin olsa da, görün o hansı faydanı əldə etmişdi.

«Yehova mənim qayğımı çəkdi» (3:07)

Bir çox insan xaçı məsihiliklə əlaqələndirir. Bəs ibadətdə xaçdan istifadə etmək düzgündür?

«Siz nəyə görə ibadətinizdə xaçdan istifadə etmirsiniz?» (internet məqaləsi)

a Bu barədə növbəti dərslərdə araşdıracağıq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş