Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lff d. 48
  • Dost seçimində hikmətli olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dost seçimində hikmətli olun
  • Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Başlıqlar
  • Oxşar material
  • D Ə R İ N L İ Y Ə  V A R I N
  • İCMAL
  • Ə L A V Ə  M Ə L U M A T
  • Yehovanın dostu ola bilərsiniz
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Allahı sevənlərlə dost ol
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Məhəbbət olmayan dünyada dostluğu qoruyun
    Gözətçi qülləsi 2009
  • Yaxşı dostları necə tapmaq olar?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
Əlavə
Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
lff d. 48
Dərs 48. Dörd dost birlikdə selfi çəkir.

DƏRS 48

Dost seçimində hikmətli olun

Çap versiyası
Çap versiyası
Çap versiyası

Yaxın dostlar xoş günlərimizdə sevincimizə sevinc qatır, dar günümüzdə isə bizə dayaq olur. Amma Müqəddəs Kitabda deyilir ki, hər kəsdən yaxşı dost olmaz. Bəs yaxşı dost kimdir? Gəlin növbəti suallara nəzər salaq.

1. Dostlar insana necə təsir edir?

Adətən biz oturub-durduğumuz insanlara bənzəyirik. İstər üzbəüz ünsiyyət edək, istərsə də internet vasitəsilə bu insanlar bizə ya yaxşı, ya da pis təsir edirlər. Müqəddəs Kitabda deyilir ki, «hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla [Yehovanı sevməyənlərlə] ayaqlaşan bədbəxt olar» (Məsəllər 13:20). Yehovanı sevən və Ona ibadət edən dostlar sizə Yehova ilə yaxın münasibəti qorumağa və düzgün qərarlar verməyə kömək edəcək. Amma yığıncaqdan kənarda olan dostlar sizi Yehovadan uzaqlaşdıracaq. Elə buna görə də Müqəddəs Kitab bizə dost seçimində hikmətli olmağı məsləhət görür. Yehovanı sevən insanlarla dostluq etməyin həm bizə, həm də onlara faydası var. Bu dostluğun sayəsində biz bir-birimizə təsəlli verib, bir-birimizi möhkəmləndiririk (1 Salonikililərə 5:11).

2. Dost seçiminiz Yehovaya necə təsir edir?

Yehova hər adamı Özünə dost seçmir. Müqəddəs Kitabda deyilir ki, O, «saleh adamla dostluq edər» (Məsəllər 3:32). Yehovanı sevməyən insanla dostluq etsəniz, bu Ona necə təsir edər? Sözsüz ki, O, çox məyus olar. (Yaqub 4:4 ayəsini oxuyun.) Ancaq pis dostlarla əlaqəni kəsib, Yehova ilə və Onu sevən insanlarla yaxın münasibət qursanız, onda Yehova sevinər və sizi Özünə dost seçər (Zəbur 15:1—4).

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün nəyə görə dost seçimi vacib məsələdir və həyatınıza məna qatan dostları necə tapa bilərsiniz.

3. Pis dostlardan uzaq durun

Allahı və Onun qayda-qanunlarını sevməyən insanlar pis dostlardır. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

VİDEO: «Pis dostluqdan uzaq durmağı öyrənin» (6:17)

  • Necə ola bilər ki, özümüz də bilmədən pis dostların əhatəsinə düşək?

1 Korinflilərə 15:33 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Kimləri pis dost adlandırmaq olar? Nəyə görə?

Zəbur 119:63 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Necə insanlarla dost olmaq lazımdır?

Bir qab alma. Milçəklər çürük almanın üzərində uçur və çürük alma digər almaları da xarab etməyə başlayır.

Bir çürük alma digərlərini də çürüdə bilər. Bəs bir pis dost sizə necə təsir edə bilər?

4. Fərqli olmaq dostluğa maneə deyil

Müqəddəs Kitabda Davudla Yonatan adlı iki şəxsdən danışılır. Yonatan Davuddan yaşca çox böyük idi, üstəlik, padşah oğlu idi. Bununla belə, onlar çox gözəl dost idilər. 1 İşmuil 18:1 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nəyə görə yalnız öz yaşıdlarımızla, yaxud cəmiyyətdə eyni mövqeni tutduğumuz insanlarla dostluq etməməliyik?

Romalılara 1:11, 12 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Yehovanı sevən dostlar bir-birini necə ruhlandırır?

Növbəti videoda görün bir gənc qardaş özünə necə dost tapır. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

VİDEO: «Ağlına gətirmədiyin adam sənin dostun ola bilər» (5:06)

  • Nə üçün Akilin valideynləri onun məktəbdəki uşaqlarla dostluq etməsinə görə narahat olurdu?

  • Nəyə görə məktəbdəki uşaqlarla dostluq etmək əvvəl-əvvəl Akilin xoşuna gəlirdi?

  • O, tənhalıqdan necə qurtuldu?

5. Əsl dostluğun təməli

Əsl dostları necə tapmaq olar? Bəs özümüz əsl dost necə ola bilərik? VİDEOYA baxın.

VİDEO: «Əsil dost kimdir?» (4:14).

«Əsil dost kimdir?» videosundan səhnə. Bir gənc müxtəlif yaşda, irqdə və istedadda olan dostlarının əhatəsindədir.

Məsəllər 18:24 və 27:17 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Əsl dostlar bir-birinə necə kömək edir?

  • Sizin bu cür dostlarınız var? Əgər yoxdursa, bu cür dostunuzun olması üçün nə edə bilərsiniz?

Filippililərə 2:4 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Yaxşı dostunuzun olması üçün gərək özünüz də yaxşı dost olasınız. Bəs yaxşı dost necə ola bilərsiniz?

Şəkillər: Qız üç yaxın dostunun yanına gedir. 1) O, dostlarından biri ilə telefonla danışır. 2) O, yaşlı bacı ilə ibadət evində söhbət edir. 3) O, kədərli dostuna baş çəkir.

Yaxşı dostunuzun olması üçün gərək özünüz də yaxşı dost olasınız

BƏZİ İNSANLAR DEYİR: «Dost seçimində çox tələbkar olsan, dostsuz qalarsan».

  • Siz nə deyərdiniz?

İCMAL

Dostlarımızı hikmətlə seçəndə həm Yehovanı razı salırıq, həm də özümüz xeyir tapırıq.

Təkrar

  • Nəyə görə Yehova dost seçimimizə fikir verir?

  • Necə adamlarla dostluq etməməliyik?

  • Möhkəm dostluğu necə qura bilərsiniz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Görün çətinliklər vaxtı əsl dostlar bizə necə kömək edə bilər.

«Son gəlməzdən qabaq möhkəm dostluqlar qurun» («Gözətçi qülləsi», noyabr 2019)

Yaxşı dost tapmaq üçün nə edə bilərsiniz?

«Yaxşı dostları necə tapmaq olar?» («Gənclərin sualları. Praktiki məsləhətlər», cild 1, fəsil 8)

Sosial şəbəkələrdəki dostluqlar barədə nəyi bilməlisiniz?

«Sosial şəbəkələrdən istifadə edərkən ehtiyatlı ol» (4:12)

«Atamın həsrətini çəkirdim» adlı məqaləni oxuyun və görün bir nəfər nəyə görə əhatə dairəsini dəyişdi.

«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», 1 aprel 2012)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş