Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/8 s. 15—20
  • Ailənizi ruhən möhkəmləndirin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailənizi ruhən möhkəmləndirin
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • “Vaxtı satın alın”
  • Sözlə və nümunə ilə öyrədin
  • Uşaqların ruhani inkişafına kömək edin
  • Ruhani sağlamlığı qoruyun
  • Yeqovaya tam surətdə güvənin
  • Valideynlər, ailənizin tələbatlarının qeydinə qalın
    Gözətçi qülləsi 2005
  • Övladlarınıza Allah sevgisi aşılayın
    Gözətçi qülləsi 2022
  • Valideynlər, uşaqlarınıza Yehovanı sevməyi öyrədin
    Gözətçi qülləsi 2019
  • Ailə səadəti (II hissə)
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/8 s. 15—20

Ailənizi ruhən möhkəmləndirin

“Onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün” (EFESLİLƏRƏ 6:4).

1. Allahın ailəyə aid niyyəti nə idi, amma nə baş verdi?

“SƏMƏRƏLİ olun və çoxalın və yer üzünü doldurun” (Təkvin 1:28). Adəm və Həvvaya bu sözlərlə müraciət edərək, Yeqova Allah ailənin təməlini qoydu (Efeslilərə 3:14, 15). İlk insan cütü gələcəkdə yer üzünün öz nəsilləri ilə, yə’ni cənnət dünyasında xoşbəxtlik içində yaşayan və Böyük Yaradanlarına birlikdə ibadət edən kamil qohumları ilə dolacağını təsəvvür edə bilərdi. Ancaq Adəm və Həvva günah işlətdikləri üçün yer üzü saleh, Allahdan qorxan insanlarla dolmadı (Romalılara 5:12). Bunun əvəzinə, ailə tezliklə tənəzzülə uğradı, nifrət, zorakılıq və “təbii bağlılığın” çatışmazlığı isə xüsusilə bu “axır günlərdə” geniş yayılıdı (2 Timoteyə 3:1—5, YD; Təkvin 4:8, 23; 6:5, 11, 12).

2. Adəmin nəslinin hansı qabiliyyətləri vardı və ailənin ruhən möhkəmlənməsi üçün nə tələb olunurdu?

2 Adəm və Həvva Allahın surətində yaradılmışdılar. Adəm günah işlətmiş olsa da, Yeqova onun övladlara sahib olmasına icazə verdi (Təkvin 1:27; ­5:1—4). Adəmin nəsli, onun özü kimi, anadangəlmə əxlaq dəyərlərinə malik idi və yaxşı ilə pisi ayırd etməyi öyrənə bilərdi. Onlara Yaradanlarına ibadət etməyi və Onu bütün ürəkləri, canları, düşüncələri və qüvvətləri ilə sevməyi öyrətmək mümkün idi (Mark 12:30; Yəhya 4:24; Yaqub 1:27). Bundan əlavə, onları “haqq olanı etməyə və mərhəməti sevməyə” və Allahları ilə “təvazökarlıqla yeriməyə” öyrətmək olardı (Mika 6:8). Ancaq günahlı olduqlarına görə, ailənin ruhən möhkəmlənməsi üçün onlardan əhəmiyyətli dərəcədə diqqət tələb olunurdu.

“Vaxtı satın alın”

3. Uşaqlarını məsihçi kimi tərbiyə etmək üçün, valideynlər “vaxtı” necə “satın ala” bilərlər?

3 Uşaqlar “Rəbbi sevən” və “şərdən nifrət edən” olsunlar deyə, yaşadığımız bu ağır və böhranlı zəmanədə daha çox qüvvə sərf etmək lazımdır (Məzmur 97:10). Belə çətin məqsədə nail olmaq üçün müdrik valideynlər “vaxtı satın” alacaqlar (Efeslilərə 5:15—17, YD). Əgər valideynsinizsə, bunu necə edə bilərsiniz? Birincisi, diqqəti “ən üstün dəyərlər”ə yönəldərək vacib olan şeyləri müəyyən etməlisiniz, bu isə özünə uşaqlara tərbiyə və tə’lim verməyi daxil edir (Filipililərə 1:10, 11). İkincisi, həyatınızı sadələşdirin. Ola bilsin ki, çox vacib olmayan hansısa məşğuliyyətlərdən və ya qulluq göstərilməsi üçün artıq vaxt tələb edən gərəksiz əşyalardan imtina etməli olacaqsınız. Məsihçi valideynlər kimi, Allahdan qorxan uşaqlar böyütmək üçün sərf etdiyiniz qüvvəyə görə heç zaman peşman olmayacaqsınız (Süleymanın məsəlləri 29:15, 17).

4. Ailənin birliyini necə qorumaq olar?

4 Uşaqlarla birlikdə keçirdiyiniz, xüsusilə də ruhani məşğuliyyətlərə sərf etdiyiniz vaxtın əvəzi qat-qat artıq ödəniləcək və bu, ailənin birliyinə kömək edəcəkdir. Amma belə işi başlı-başına buraxmaq olmaz. Bir yerdə keçirəcəyiniz vaxtı planlaşdırın. Bunun üçün hamının sadəcə olaraq evdə olması və hər kəsin öz işi ilə məşğul olması kifayət etmir. Uşaqların hər birinə gündəlik diqqət yetiriləndə onlar daha yaxşı inkişaf edirlər. Onlardan məhəbbət və qayğını əsirgəməyin. Ər və arvad valideyn olmağı qərara almazdan əvvəl, bu məs’uliyyətin nə dərəcədə böyük olduğu barədə ciddi surətdə düşünməlidirlər (Luka 14:28). Belə olduqda, onlar uşaqları tərbiyə etməyi xoşagəlməz vəzifə sanmayacaqlar. Əksinə, ər və arvad bu xeyir-duanı yüksək qiymətləndirəcəklər (Təkvin 33:5; Məzmur 127:3).

Sözlə və nümunə ilə öyrədin

5. a) Uşaqlara Yeqovaya məhəbbəti aşılamaq nədən başlayır? b) Təsniyə 6:5—7 ayələrində valideynlərə hansı məsləhət verilir?

5 Uşaqlarınıza Yeqovaya məhəbbəti aşılamaq üçün, ilk növbədə Onu sizin özünüz sevməlisiniz. Allaha olan güclü məhəbbət, sizi Onun bütün nəsihətlərinə sədaqətlə riayət etməyə təşviq edəcəkdir. Buna, uşaqları “Rəbbin tərbiyə və nəsihəti ilə” böyütmək zəruriliyi də daxil olur (Efeslilərə 6:4). Allah valideynlərə tapşırır ki, övladlarına nümunə olsunlar, onlarla söhbət etsinlər və onları öyrətsinlər. Təsniyə 6:5—7 ayələrində deyilir: “Allahın Rəbbi bütün ürəyinlə və bütün canınla və bütün qüvvətinlə sevəcəksən. Və bu gün sənə əmr etməkdə olduğum bu sözlər sənin ürəyində olacaqlar; və onları oğullarının zehninə yaxşıca qoyacaqsan və evində oturduğun və yolda yeridiyin və yatdığın və qalxdığın zaman bunlar haqqında danışacaqsan”. Allahın əmrlərini, tez-tez edilən nəsihətlər və təkrarlamalar sayəsində uşaqların zehninə qoymaq olar. Beləliklə uşaqlarınız Yeqovaya olan məhəbbətinizi görəcəklər, bu da onları Yeqova ilə yaxın münasibət yaratmağa təşviq edəcəkdir (Süleymanın məsəlləri 20:7).

6. Uşaqların nümunə əsasında öyrənməyə meylli olduqlarını nəzərə alaraq valideynlər onlara necə kömək edə bilərlər?

6 Uşaqlar yeni bir şey öyrənməyə can atırlar. Onlar diqqətlə qulaq asır, hər şeyə fikir verir və hazırlıqla sizin nümunənizi təqlid edirlər. Onlar görəndə ki, siz yalnız maddi mənafe haqqında düşünmürsünüz, bu onlara İsanın məsləhətinə riayət etməyə kömək edəcək. Bununla siz onlara, maddi şeylər üçün narahat olmamağı və “əvvəlcə Onun [Allahın] Padşahlığını” axtarmağı öyrədirsiniz (Matta 6:25—33, İ—93). Uşaqlarınızla Müqəddəs Kitab həqiqəti, Allahın yığıncağı və tə’yin edilmiş ağsaqqallar haqqında müsbət və yaradıcı əhval-ruhiyyədə söhbət etməklə, onlara Yeqovaya hörmət bəsləməyi və Onun ruhani ne’mətlərini qiymətləndirməyi öyrətmiş olursunuz. Uşaqlar ardıcıllığın olmadığına tez diqqət yetirdikləri üçün, şifahi surətdə verdiyiniz öyüd-nəsihətlər, ruhani şeylərə görə dərin minnətdarlığınızı göstərən davranış və əhval-ruhiyyənizlə təsdiq olunmalıdır. Özlərinin yaxşı nümunələri sayəsində uşaqlarının Yeqovanı səmimi qəlbdən sevdiklərini görmək valideynlər üçün necə də fərəhlidir! (Süleymanın məsəlləri 23:24, 25).

7, 8. Uşaqları erkən yaşında öyrətməyin vacib olduğunu hansı nümunə göstərir və övladlarının nailiyyətlərinə görə valideynlər kimə borcludurlar?

7 Uşaqları erkən yaşından öyrətməyin vacib olduğunu, Venesueladan olan bir nümunədən görə bilərik (2 Timoteyə 3:15). Bu, gənc ər-arvad Feliks və Mayerlinin nümunəsidir. Onlar pioner xidmətində çalışırdılar. Oğulları Felito dünyaya göz açandan, onlar var qüvvələri ilə çalışdılar ki, onu Yeqovanın həqiqi ibadətçisi kimi tərbiyə etsinlər. Mayerlin oğluna Yeqovanın Şahidləri tərəfindən nəşr edilən “Mənim Müqəddəs Kitab hekayələri kitabım” adlı kitabı oxumağa başladı. Felito artıq erkən yaşlarında ikən rəsmlərdən Musanı və bu kitabda adları çəkilən digər şəxsləri tanıyırdı.

8 Felito artıq çox gənc yaşlarından müstəqil olaraq təbliğ etməyə başladı. Arzu etdiyi kimi, Padşahlıq təbliğçisi oldu və sonradan vəftiz olundu. Bir qədər sonra isə Felito tammüddətli pioner xidmətinə başladı. Onun valideynləri xatırlayırlar: “Dərk edirik ki, Yeqovanın nəsihəti sayəsində oğlumuz ruhən inkişaf edir və bunun üçün biz Ona borcluyuq”.

Uşaqların ruhani inkişafına kömək edin

9. Biz, sadiq və ağıllı qulun vasitəsilə aldığımız ruhani tə’limlərə görə nə üçün minnətdar olmalıyıq?

9 Çoxsaylı jurnallar, yüzlərlə kitablar və İnternetdə olan minlərlə saytlar uşaqların tərbiyəsinə aid məsləhətlər verir. Uşaqlara həsr edilən “Nyusuik” jurnalında qeyd olunduğu kimi, çox vaxt “mə’lumat ziddiyyət təşkil edir... Ən pisi isə odur ki, düzgünlüyü qabaqlar heç bir şübhə oyatmayan mə’lumatın əslində tamamilə səhv olduğu mə’lum olur”. Biz Yeqovaya, ailənin tə’limi və ruhani inkişafı üçün göstərdiyi böyük qayğıya görə necə də minnətdarıq! Siz, sadiq və ağıllı qulun təqdim etdiyi bütün vəsaitlərdən tam mə’nada istifadə edirsinizmi? (Matta 24:45—47).

10. Müqəddəs Kitabın səmərəli surətdə ailəlikcə öyrənilməsi həm valideynlərə, həm də uşaqlara necə fayda gətirir?

10 Müqəddəs Kitabı sərbəst şəraitdə, müntəzəm və ardıcıl surətdə ailəliklə öyrənməyin vacibliyi böyükdür. Bu öyrənmənin ibrətverici, sevindirici və ruhlandırıcı olması üçün yaxşı hazırlıq tələb olunur. Uşaqları öz fikirlərini səmimi qəlbdən söyləməyə təşviq etməklə, valideynlər onların ürəklərində olanı və düşüncələrini öyrənə bilərlər. Ailəvi öyrənmənin nə dərəcədə səmərəli olduğunu, ailənin bütün üzvlərinin bunu səbirsizliklə gözləyib gözləmədiyi ilə müəyyən etmək olar.

11. a) Valideynlər uşaqlarını hansı məqsədlərə cəhd göstərməyə təşviq edə bilərlər? b) Yaponiyalı bir qız qarşısına qoyduğu məqsədlə nəyə nail oldu?

11 Ailənin ruhani möhkəmliyinə, həmçinin Müqəddəs Kitaba əsasən qarşıya qoyulan məqsədlər də kömək edir və valideynlər uşaqlarını qarşılarına belə məqsədlər qoymağa təşviq etməlidirlər. Məsələn, uşaqlar qarşılarına Müqəddəs Kitabı gündəlik oxumaq, xoş xəbərin müntəzəm təbliğçisi olmaq və özünü Allaha həsr edib, vəftiz olunmaq kimi məqsədlər qoya bilərlər. Digər məqsədlər arasında pioner, Beyt-eldə könüllü xidmətçi və ya missioner kimi tammüddətli xidməti də sadalamaq olar. İbtidai sinifdə oxuyarkən Ayumi adlı yaponiyalı bir qız, həqiqəti bütün sinif yoldaşlarına danışmağı qarşısına məqsəd qoydu. Bu qız, müəllim və şagirdlərdə maraq oyatmaq üçün, Müqəddəs Kitab ədəbiyyatlarından bə’zilərini məktəbin kitabxanasına qoymaq üçün icazə aldı. Nəticədə, Ayuminin ibtidai sinifdə oxuduğu altı il ərzində, 13 Müqəddəs Kitab öyrətməsi təşkil olundu. Həmin öyrənənlər arasında bir qız və onun qohumlarından bə’ziləri vəftiz edilmiş məsihçi oldular.

12. Uşaqlar məsihçi görüşlərindən daha çox faydanı necə əldə edə bilərlər?

12 Ailənin ruhani sağlamlığı üçün, müntəzəm olaraq yığıncaq görüşlərinə də getmək lazımdır. Həvari Pavel həmimanlılarını də’vət edirdi: “Bə’zilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək”. Bu bizdə də adətə çevrilməsin, axı məsihçi görüşlərində müntəzəm iştirak etmək həm gənclərə, həm də yaşlılara böyük fayda gətirir! (İbranilərə 10:24, 25; Təsniyə 31:12). Uşaqları diqqətlə qulaq asmağa öyrətmək lazımdır. Görüşlərə hazırlaşmaq da olduqca vacibdir, çünki orada suallara cavab verib iştirak etməklə daha çox fayda əldə edirik. Balaca uşaq başlanğıcda bir-iki sözlə və ya abzasdan bir-iki cümlə oxumaqla cavab verə bilər, amma siz uşaqlara cavabları müstəqil olaraq tapmağa və onları öz sözləri ilə söyləməyə öyrətsəniz, daha çox fayda əldə ediləcək. Siz valideynlər, müntəzəm olaraq mə’nalı şərhlər verməklə övladlarınıza nümunə göstərirsinizmi? Bundan başqa, yaxşı olar ki, ailənin hər bir üzvünün Müqəddəs Kitabı, nəğmə kitabı və görüşlərdə müzakirə olunan ədəbiyyatı olsun.

13, 14. a) Valideynlər nəyə görə xidmətə uşaqları ilə bərabər getməlidirlər? b) Təbliğ xidməti nəyin sayəsində uşaqlar üçün faydalı və sevindirici olacaq?

13 Müdrik valideynlər təbliğ fəaliyyətinin uşaqlarının həyatında vacib yer tutmasına kömək etməklə, onların qüvvəsini Yeqovaya xidmətə yönəldərlər (İbranilərə 13:15). Uşaqların “utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən” xidmətçilər olmalarına lazım gələn hazırlığı tə’min etməyin yeganə üsulu, onlarla bərabər təbliğə getməkdir (2 Timoteyə 2:15). Bəs bu məsələdə sizin haqqınızda nə demək olar? Əgər uşaqlarınız varsa, təbliğ xidmətinə hazırlaşmaqda onlara kömək edirsinizmi? Bu cür hazırlıq, xidməti sevincli, mə’nalı və səmərəli etməkdə onlara kömək edəcəkdir.

14 Valideynlərin uşaqları ilə birlikdə xidmətə getmələri nəyə görə faydalıdır? Belə olduqda uşaqlar valideynlərinin yaxşı nümunəsini görəcək və onları təqlid edəcəklər. Valideynlər isə, uşaqlarının əhval-ruhiyyəsini, necə davrandıqlarını və qabiliyyətlərini görəcəklər. Uşaqları özünüzlə xidmətin müxtəlif növlərinə aparın. Mümkündürsə, hər uşağın təbliğ üçün öz çantası olsun və onları öyrədin ki, çantalarını səliqəli və təmiz saxlasınlar. Ardıcıl verilən tə’lim və edilən təşviq sayəsində, uşaqlar təbliğ xidmətini Allaha və qonşularına məhəbbət göstərmək fürsəti kimi qiymətləndirəcəklər (Matta 22:37—39; 28:19, 20).

Ruhani sağlamlığı qoruyun

15. Ailənin ruhani sağlamlığını qorumaq kimi vacib tapşırığı yerinə yetirmək üçün hansı vərdişlər kömək edər?

15 Ailənin ruhani sağlamlığını qorumaq olduqca vacibdir (Məzmur 119:93). Bunun üçün, hər dəfə fürsət düşəndə ailənizlə ruhani mövzular barədə danışmaq olar. Müqəddəs Kitabın gündəlik ayəsini onlarla müzakirə edirsinizmi? “Yolda yeriyərək”, təbliğ xidmətində baş verən hadisələri danışmaq və ya “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarının axırıncı nömrəsindəki fikirləri bölüşməyə adət etmisinizmi? Verdiyi çoxsaylı bəxşişlər və yaşadığınız hər gün üçün “yatdığınız və qalxdığınız zaman” duada Yeqovaya təşəkkür etməyi unutmursunuz ki? (Təsniyə 6:6—9). Uşaqlar bütün işlərinizdə Allaha olan məhəbbətinizi görürlərsə, bu, həqiqəti anlamaqda onlara kömək edəcəkdir.

16. Uşaqları müstəqil tərzdə araşdırmalarla məşğul olmağa təşviq etmək nə dərəcədə faydalıdır?

16 Yaranan çətinliklərin öhdəsindən gəlmək üçün, uşaqlar vaxtaşırı rəhbərliyə ehtiyac duyurlar. Hər dəfə uşaqlara necə davranacaqlarını demək əvəzinə, onları müəyyən məsələni müstəqil olaraq araşdırmağa və Allahın nöqteyi-nəzərini öyrənməyə təşviq etmək daha yaxşı olmazmı? Uşaqları “sadiq və ağıllı qul” vasitəsilə verilən nəşrlərdən və vəsaitlərdən geniş surətdə istifadə etməyə öyrətməklə, onlara, Yeqova ilə sıx münasibət inkişaf et­dirməkdə kömək etmiş olarsınız (1 Samuel 2:21b). Onlar, Müqəddəs Kitabın əsasında apardıqları axtarışların nəticəsini ailə üzvləri ilə bölüşəndə isə, ailənin ruhani sağlamlığı daha çox möhkəmlənir.

Yeqovaya tam surətdə güvənin

17. Uşaqlarını məsihçi kimi böyüdən tənha valideynlər nə üçün ruhdan düşməməlidirlər?

17 Bəs uşaqlarına tərbiyə verən tənha valideynlər ailəni ruhən necə möhkəm edə bilərlər? Axı onlar uşaqların tərbiyəsində əlavə çətinliklərlə də qarşılaşırlar. Uşaqları tənha böyütsəniz də ruhdan düşməyin! Allaha güvənən, Onun nəsihətlərinə riayət edən və ruhən güclü, sağlam uşaqlar böyüdən çoxsaylı tənha valideynlərin təcrübəsi göstərir ki, nailiyyətə müvəffəq olmaq mümkündür (Süleymanın məsəlləri 22:6). Uşaqlarını tənha tərbiyə edən məsihçilər, şübhəsiz ki, Yeqovaya tam surətdə güvənməlidirlər. Onlar Yeqovanın kömək edəcəyinə iman etməlidirlər (Məzmur 121:1⁠—3).

18. Valideynlər uşaqlarının zehni və fiziki cəhətdən hansı tələbatlarına diqqət yetirməlidirlər, ancaq üstünlüyü nəyə vermək lazımdır?

18 Müdrik valideynlər anlayırlar ki, “gülməyin... və oynamağın vaxtı var” (Vaiz 3:1, 4). Uşağın zehni və fiziki cəhətdən inkişaf etməsi üçün əyləncələr və tarazlaşdırılmış, səmərə gətirən istirahət vacibdir. İnkişaf etdirən musiqi, xüsusən də Allaha həmd gətirən nəğmələri oxumaq, uşağın həyata sağlam nəzər inkişaf etdirməsinə kömək edər, bu isə, onun Yeqova ilə münasibətində əhəmiyyətli rol oynayır (Koloslulara 3:16). Gənclik çağı, həmçinin Allahdan qorxan yetkin insan olmağa hazırlıq dövrüdür; yalnız belə insan yer üzü cənnətdə əbədiyyən davam edəcək həyata nail ola bilər (Qalatiyalılara 6:8).

19. Valideynlər nə üçün əmin ola bilərlər ki, uşaqlarının tərbiyəsinə çəkdikləri zəhmətə Yeqova xeyir-dua verəcəkdir?

19 Yeqova istəyir ki, bütün məsihçi ailələri ruhən möhkəm olsunlar. Əgər biz Allahı sevir və Kəlamına vicdanla tabe olmağa çalışırıqsa, O, zəhmətimizi xeyir-dualandıracaq və rəhbərliyinə riayət edə bilməmiz üçün bizə qüvvət verəcəkdir (İşaya 48:17; Filipililərə 4:13). Unutmayın ki, uşaqlarınıza tərbiyə və nəsihət vermək fürsətiniz məhduddur və belə fürsət bir daha ələ düşməyəcək. Allahın Kəlamına əsaslanan nəsihətə bacardığınız qədər dəqiq riayət etməyə çalışın, Yeqova da, ailənizin ruhən möhkəm olması üçün göstərdiyiniz cəhdə xeyir-dua verəcəkdir.

Biz nə öyrəndik?

• Uşaqları tərbiyə edərkən “vaxtı satın” almaq nə üçün çox vacibdir?

• Valideynlərin yaxşı nümunəsi nəyə görə vacibdir?

• Uşaqların ruhən böyümələrinə hansı üsullarla kömək etmək olar?

• Ailənin ruhani sağlamlığını necə qorumaq olar?

[16 və 17-ci səhifələrdəki şəkillər]

Ruhən möhkəm olan ailələr Allahın Kəlamını müntəzəm öyrənir, məsihçi görüşlərində iştirak edir və xidmətə birlikdə gedirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş