Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/4 s. 8—12
  • Ürəyinizdə Allah qorxusunu inkişaf etdirin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ürəyinizdə Allah qorxusunu inkişaf etdirin
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Ehtiram, dərin hörmət və qorxu
  • “Ona yapışacaqsınız”
  • Allahı sevmək, Ondan qorxmaq deməkdir
  • Yehovadan qorxmağı öyrənmək
  • Yehovadan qorxan hər kəs bəxtiyardır
  • Yehovadan qorxun və Onun əmrlərini tutun
    Gözətçi qülləsi 2002
  • Müqəddəs Kitabı nəyə görə öyrənmək lazımdır?
    Gözətçi qülləsi 2001
  • Müdrik ol — Allahdan qorx!
    Gözətçi qülləsi 2006
  • Allahdan qorx və xoşbəxt yaşa
    Gözətçi qülləsi 2007
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/4 s. 8—12

Ürəyinizdə Allah qorxusunu inkişaf etdirin

“Kaş ki, onlarda belə bir ürək olaydı, ta ki... məndən qorxsunlar və daima əmrlərimin hamısını tutsunlar!” (TƏSNİYƏ 5:29).

1. Nəyə görə şübhə etməmək olar ki, bir gün insanlar qorxudan azad olacaqlar?

ARTIQ bir çox yüzilliklərdir ki, insanlar qorxu içində yaşayırlar. Milyonlarla insanlara aclıq, xəstəlik, cinayət və müharibə qorxusu rahatlıq vermir. Bu səbəbdən İnsan hüquqları Haqqında Ümumi Bəyannamənin müqəddiməsində, bütün insanların qorxudan azad olacağı bir dünya yaratmaq təşəbbüsü ifadə olunura. Xoşbəxtlikdən, Allah bizə belə bir dünyanın gələcəyinə dair əminlik verir, lakin bu dünya insanların qüvvəsi sayəsində yaranmayacaq. Yehova bizə peyğəmbəri Mikanın vasitəsilə və’d edir ki, Onun ədalətli yeni dünyasında “onları [xalqını] qorxudan olmayacaq” (Mika 4:4).

2. a) Müqəddəs Yazılar bizi Allahdan qorxmağa necə təşviq edir? b) Allahdan qorxmaq vəzifəmizlə bağlı hansı suallar meydana çıxa bilər?

2 Digər tərəfdən, qorxu faydalı da ola bilər. Müqəddəs Yazılarda Allahın xidmətçiləri Yehovadan qorxmağa dəfələrlə təşviq olunurlar. Musa israillilərə demişdir: “Allahın Rəbdən qorxacaqsan; və ona qulluq edəcəksən” (Təsniyə 6:13). Bir neçə əsr sonra isə Süleyman yazırdı: “Allahdan qorx və onun əmrlərini tut; çünki insanın bütün vəzifəsi budur” (Vaiz 12:13). Mələklərin rəhbərliyi altında aparılan təbliğ fəaliyyətində iştirakımız ilə biz də bütün insanları Allahdan qorxmağa və Ona izzət verməyə təşviq edirik (Vəhy 14:6, 7). Lakin məsihçilər Yehovadan yalnız qorxmalı deyil, həm də Onu ürəkdən sevməlidirlər (Matta 22:37, 38). Allahı sevmək və eyni zamanda Ondan qorxmaq necə mümkündür? Sevən Allahdan nəyə görə qorxmalıyıq? Allah qorxusunu inkişaf etdirmək bizə hansı faydanı gətirəcəkdir? Bu suallara cavab vermək üçün, öncə Allah qorxusunun nə demək olduğunu və belə qorxunun Yehova ilə münasibətimizdə nəyə görə əsas mə’na kəsb etdiyini anlamaq lazımdır.

Ehtiram, dərin hörmət və qorxu

3. Allah qorxusu nə deməkdir?

3 Allah qorxusuna malik olmaq, məsihçilərin Yaradana göstərməli olduqları münasibəti nəzərdə tutur. Belə bir qorxu, “Yaradana olan dərin hörmət, böyük ehtiram və Onu narazı salmaq qorxusu, yə’ni sağlam qorxu” kimi müəyyən edilir. Beləliklə, Allah qorxusu həyatımızın iki vacib sahəsinə öz tə’sirini göstərir: Allaha olan münasibətimizə və Onda nifrət doğuran işlərə qarşı münasibətimizə. Aydındır ki, bu sahələrin hər ikisi olduqca vacib və diqqətlə nəzərdən keçirilməyə layiqdir. Vaynın “Əhdi Cədidin sözlərinə dair izahlı lüğət”ində diqqət yetirilir ki, məsihçilər belə ehtiramlı qorxunu həyatlarında “ruhani məsələlərdə olduğu kimi, əxlaqi məsələlərdə də rəhbər tuturlar”.

4. Yaradanımız qarşısında ehtiram və dərin hörməti necə inkişaf etdirmək olar?

4 Yaradanın qarşısında ehtiram və dərin hörməti necə inkişaf etdirmək olar? Biz gözəl mənzərəni, dərin təəssürat doğuran şəlaləni və ya əzəmətli günəş qürubunu gördükdə ehtiram duyuruq. İman gözlərimizlə bu yaradıcılıq işlərinin arxasında Allahın əlini gördükdə ehtiram hissimiz daha da artır. Bundan əlavə, Davud padşah kimi biz də Yehovanın valehedici işlərilə müqayisədə özümüzün əhəmiyyətsiz olduğumuzu anlayırıq. “Göylərini, əllərinin işlərini, qoyduğun ay və ulduzları görüncə dedim: İnsan nədir ki, sən onu anasan? Adam oğlu nədir ki, sən onu arayasan?” (Məzmur 8:3, 4). Belə ehtiram bizdə dərin hörmət oyadır, bu isə Yehovanın bizim üçün etdiyi hər şeyə görə minnətdar olmağa, Ona izzət gətirməyə təşviq edir. Davud həmçinin yazırdı: “Sənə şükr edərəm; çünki çox gözəl və valehedici surətdə yaradılmışam; işlərin heyrətləndiricidir; və canım bunu çox yaxşı bilir” (Məzmur 139:14).

5. Yehovadan nə üçün qorxmalıyıq və bu sahədə bizim üçün hansı gözəl nümunə var?

5 Ehtiram və dərin hörmət, bir Yaradan kimi Allahın qüdrəti və Kainatın qanuni Hökmdarı kimi Onun qarşısında sağlam qorxu hasil edir. Həvari Yəhya rö’yada “canavara, onun surətinə... qalib gələnləri”, yə’ni Məsihin göydə öz mövqelərini tutan məsh edilmiş davamçılarının: “Ey Küll-İxtiyar Rəbb Allah! Sənin əməllərin böyük və xariqul’adədir. Ey millətlərin Hökmdarı! Sənin yolların doğru və həqiqidir. Ya Rəbb! Kim Səndən qorxmayacaq və Sənin adını izzətləndirməyəcəkdir?” - deyə Allaha necə izzət gətirdiklərini gördü (Vəhy 15:2-4). Allahın əzəməti qarşısında duyulan dərin ehtiram sayəsində yaranan qorxu, Məsihin hakimiyyət şəriklərini təşviq edir ki, Allahı səmavi Padşahlıqda ən böyük Hökmdar kimi izzətləndirsinlər. Yehovanın etdikləri haqqında və Kainatı ədalətlə idarə etdiyi barədə düşünərkən, məgər Ondan qorxmağımıza səbəb yaranmırmı? (Məzmur 2:11; Yeremya 10:7).

6. Yehovanı kədərləndirməmək kimi sağlam qorxuya malik olmaq nə üçün vacibdir?

6 Lakin ehtiram və dərin hörmətdən əlavə, Allah qorxusu özünə, Onu kədərləndirməmək kimi sağlam qorxunu və ya itaətsizlik etmək qorxusunu daxil edir. Nəyə görə? Çünki Yehovanın “çox acıyan və lütf edən” Allah olduğuna baxmayaraq biz unutmalı deyilik ki, O, “suçlunu əsla suçsuz” çıxarmır (Çıxış 34:6, 7). Yehova məhəbbət və mərhəmətlə dolu bir Allah olsa da, O, ədalətsizliklə və qəsdən işlədilmiş günahla barışmayacaq (Məzmur 5:4, 5; Habaqquq 1:13). Qəsdən və tövbə etmədən, Yehovanın gözündə pis olanı edən və Ona qarşı çıxan kəs cəzasız qalmayacaq. Həvari Pavelin dediyi kimi, “yaşayan Allahın əllərinə düşmək dəhşətlidir”. Belə vəziyyətə düşməyək deyə, bu qorxu bizi müdafiə edəcəkdir (İbranilərə 10:31).

“Ona yapışacaqsınız”

7. Yehovanın xilasedici qüvvəsinə ümid etməyə hansı əsasımız var?

7 Allah qarşısında ehtiramlı qorxu və Onun valehedici qüdrətini aydın dərk etmək Yehovaya ümid və iman etməyə əsas verir. Özünü atasının yanında rahat hiss edən körpə kimi, biz də Yehovanın yol göstərən əli altında özümüzü təhlükəsiz və arxayın hiss edirik. Misirdən çıxdıqdan sonra israillilərin özlərini necə hiss etdiklərinə diqqət yetirin: “İsrail Rəbbin misirlilər üzərində etmiş olduğu böyük işini gördü və xalq Rəbbdən qorxdu və Rəbbə... inandı” (Çıxış 14:31). Həmçinin Elişanın həyatında baş vermiş hadisə də göstərir ki, “Rəbbin mələyi ondan qorxanların çevrəsində ordu” qurur və onları qurtarır (Məzmur 34:7; 2 Krallar 6:15-17). Yehovanın Şahidlərinin müasir tarixi və ola bilsin, şəxsi təcrübəmiz təsdiq edir ki, Yehova öz qüvvəsini Ona xidmət edənlərin xeyrinə istifadə edir (2 Tarixlər 16:9). Bunların hamısı “Rəbb qorxusunda qüvvətli e’timad” olduğunu anlamaqda bizə kömək edir (Süleymanın məsəlləri 14:26).

8. a) Nəyə görə Allah qorxusu bizi, Onun yolları ilə yeriməyə təşviq edir? b) İzah edin, biz Yehovaya necə “yapışmalıyıq”?

8 Allah qarşısında olan sağlam qorxu, yalnız Ona ümid bağlamağa və əmin olmağa deyil, həmçinin bizə Onun yolları ilə yeriməyə də kömək edir. Mə’bədin təntənəli açılışı zamanı Süleyman Yehovaya dua edirdi: “Ta ki, atalarımıza verdiyin diyarda oturduqları müddətdə sənin yollarında yerimək üçün səndən qorxsunlar” (2 Tarixlər 6:31). Bundan əvvəl Musa israilliləri təşviq edərək deyirdi: “Allahınız Rəbbin ardınca yeriyəcəksiniz və ondan qorxacaqsınız və onun əmrlərini tutacaqsınız və onun sözünü dinləyəcəksiniz və ona qulluq edəcəksiniz və ona yapışacaqsınız” (Təsniyə 13:4). Bu ayələrin aydın şəkildə göstərdiyi kimi, biz Yehovanın yolları ilə yerimək və Ona “yapışmaq” istəyirik, çünki Allaha ümid bağlayır və Ona əminik. Bəli, körpə tam e’tibar etdiyi və inandığı atasına həqiqi mə’nada “yapışdığı”, yə’ni qısıldığı kimi, Allah qorxusu da bizi Yehovanı dinləməyə, Ona xidmət etməyə və “yapışmağa” təşviq edir (Məzmur 63:8; İşaya 41:13).

Allahı sevmək, Ondan qorxmaq deməkdir

9. Allaha olan məhəbbət və qorxu arasında hansı bağlılıq mövcuddur?

9 Müqəddəs Yazıların nöqteyi-nəzərinə görə, Allahdan qorxmaq, Onu sevməyin mümkün olmadığı mə’nasını vermir. Məsələn, İsrail oğullarına Allahdan qorxmaq, Onun bütün yollarında yerimək və Onu sevmək tapşırılmışdı (Təsniyə 10:12). Gördüyümüz kimi, Allah qorxusu və Ona bəslənən sevgi bir-biri ilə sıx bağlıdır. Allah qorxusu, Onun yolları ilə yeriməyə, bununla da Ona olan məhəbbətimizi göstərməyə təşviq edir (1 Yəhya 5:3). Bu məntiqə uyğundur, çünki kimi isə seviriksə onu incitməkdən qorxuruq. İsraillilər səhradakı üsyankar davranışları ilə Yehovanı kədərləndirirdilər. Sözsüz ki, səmavi Atamızı heç bir hərəkətimizlə kədərləndirmək istəmirik (Məzmur 78:40, 41). Digər tərəfdən,“Rəbb ondan qorxanlardan... razı” qaldığı üçün, biz itaətkar və sədaqətli olmağımızla Onun ürəyini sevindiririk (Məzmur 147:11; Süleymanın məsəlləri 27:11). Allaha olan sevgi Onu razı salmağa təşviq edir, Allah qorxusu isə, bizi, Onu kədərləndirməkdən çəkindirir. Bu keyfiyyətlər bir-birinə zidd getmir, əksinə, biri digərini tamamlayır.

10. İsa, Allah qorxusundan böyük sevinc duyduğunu necə göstərdi?

10 İsa Məsihin həyatı - Allahı həm sevib, həm də Ondan qorxmağın necə mümkün olduğunu göstərən parlaq nümunədir. İsa haqqında İşaya peyğəmbər yazmışdır: “Rəbbin ruhu, hikmət və anlayış ruhu, öyüd və qüvvət ruhu, bilik və Rəbb qorxusu ruhu onun üzərində qalacaq. Və onun zövqü Rəbb qorxusunda olacaq” (İşaya 11:2, 3). Bu peyğəmbərliyə əsasən, Allahın ruhu İsanı səmavi Atasından qorxmağa təşviq edirdi. Bundan əlavə biz görürük ki, belə bir qorxu İsa üçün heç də sıxıntı deyil, ona məmnunluq hissi gətirirdi. İsa, hətta ən ağır sınaqlarda belə, Allahın iradəsini yerinə yetirməkdən və Onu razı salmaqdan böyük sevinc duyurdu. İşgəncə dirəyində e’dam olunmaq vaxtı çatanda, İsa Yehovaya dedi: “Mənim istədiyim kimi deyil, Sənin istədiyin kimi olsun” (Matta 26:39). İsa bu cür Allah qorxusuna malik olduğu üçün, Yehova onu məmnuniyyətlə dinlədi, onu möhkəmləndirdi və ölüm qandalından azad etdi (İbranilərə 5:7).

Yehovadan qorxmağı öyrənmək

11, 12. a) Nə üçün Allahdan qorxmağı öyrənməliyik? b) İsa bizə, Yehovadan qorxmağı necə öyrədir?

11 Təbiətin gücü və əzəməti qarşısında valeh olan zaman duyduğumuz qeyri-iradi qorxudan fərqli olaraq, Allah qorxusu öz-özünə əmələ gəlmir. Buna görə də Böyük Davud olan İsa Məsih peyğəmbərcəsinə bizi də’vət edir: “Gəlin, ey uşaqlar, məni dinləyin; Rəbb qorxusunu sizə öyrədim” (Məzmur 34:11). Yehovadan qorxmağı İsadan necə öyrənə bilərik?

12 İsa, səmavi Atamızın necə gözəl şəxsiyyət olduğunu anlamağımıza kömək edərək, bizə Yehovadan qorxmağı öyrədir (Yəhya 1:18). Atasının şəxsiyyətini mükəmməl şəkildə əks etdirdiyi üçün, İsanın nümunəsi əsasında Allahın necə düşündüyünü və başqaları ilə necə davrandığını görmək olar (Yəhya 14:9, 10). Bundan əlavə, günahlarımızın bağışlanması üçün dua edərkən, İsanın qurbanlığı sayəsində Yehovaya yaxınlaşırıq. Allahın mərhəmətinin bu valehedici təzahürü, Allahdan qorxmaq üçün özlüyündə inandırıcı səbəbdir. Məzmurçu yazırdı: “Səndə əfv vardır, ta ki, səndən qorxulsun” (Məzmur 130:4).

13. “Süleymanın məsəlləri” kitabında göstərilən hansı addımlar bizə Yehovadan qorxmağa kömək edir?

13 Allah qorxusunu inkişaf etdirmək üçün “Süleymanın məsəlləri” kitabında bə’zi addımlar göstərilir: “Oğlum, qulağını hikmətə çevirərək və anlayışa ürəyini meylləndirərək, sözlərimi qəbul edər və əmrlərimi yanında saxlarsansa; gerçək, əgər idrakı çağırar və anlayışa səsini yüksəldərsənsə... Rəbb qorxusunu o zaman anlayacaqsan və Allah biliyini tapacaqsan” (Süleymanın məsəlləri 2:1-5). Beləliklə, Allahdan qorxmaq üçün biz Onun Kəlamını öyrənməli, ondakı tə’limi anlamağa ürəkdən can atmalı və əlbəttə ki, Müqəddəs Kitab məsləhətlərinə sə’ylə əməl etməliyik.

14. İsrail padşahlarına verilən məsləhətə biz necə riayət edə bilərik?

14 Qədim İsraildə, “Allahı Rəbdən qorxmağı... şəriətin bütün sözlərini və... qanunları icra etmək üzrə onları tutmağı öyrənsin” deyə, hər bir padşaha Qanunu köçürmək və “həyatının bütün günlərində ondan” oxumaq əmri verilmişdi (Təsniyə 17:18, 19). Yehovadan qorxmağı öyrənmək üçün, Müqəddəs Kitabı oxuyub öyrənmək bizim üçün də eyni dərəcədə vacibdir. Müqəddəs Kitab prinsiplərini həyatımızda tətbiq edərək, biz tədricən Allahın müdrikliyi və biliyini əldə edirik. Həyatımızda qorxunun faydalı səmərələrini gördükdə “Rəbb qorxusunu” öyrənməyə başlayır və Allahla olan münasibətimizi yüksək qiymətləndiririk. Bundan əlavə, həmimanlılarımızla bir yerə yığışaraq hər birimiz, yə’ni həm gənclər, həm də yaşlılar Allahın tə’liminə diqqət yetirməyi, Allahdan qorxmağı və Onun yolları ilə yeriməyi öyrənə bilərik (Təsniyə 31:12).

Yehovadan qorxan hər kəs bəxtiyardır

15. Allah qorxusu və Ona etdiyimiz ibadət bir-biri ilə necə bağlıdır?

15 Yuxarıda deyilənlərdən görünür ki, Allah qorxusu sağlam əhval-ruhiyyədir və hər birimiz bunu inkişaf etdirməliyik, çünki bu qorxu Yehovaya etdiyimiz ibadətin ayrılmaz tərkib hissəsidir. Bu cür qorxu hissi duyaraq, biz Yehovaya tam e’tibar edir, Onun yolları ilə gedir və Ona yapışırıq. Allah qorxusu, İsa Məsih kimi, bizi də təşviq edəcəkdir ki, həyatımızı Ona həsr edən zaman verdiyimiz və’di indi və əbədiyyən yerinə yetirək.

16. Yehova nə üçün bizi Ondan qorxmağa təşviq edir?

16 Allah qorxusu heç zaman qeyri-sağlam və ya azadlığı məhdudlaşdıran olmur. Müqəddəs Kitab bizə belə əminlik verir: “Nə bəxtiyardır o adam ki, Rəbdən qorxar, Onun yollarında yeriyər!” (Məzmur 128:1). Yehova, bu qorxunun bizi müdafiə edəcəyini bildiyi üçün, bizi Ondan qorxmağa təşviq edir. Onun məhəbbət dolu qayğısı Musaya dediyi sözlərindən görünür: “Kaş ki, onlarda belə bir ürək olaydı, ta ki, özlərinə və əbədiyyən oğullarına yaxşılıq olsun deyə məndən qorxsunlar və daima əmrlərimin hamısını tutsunlar!” (Təsniyə 5:29).

17. a) Hansı sahələrdə Allah qorxusu bizə fayda gətirir? b) Növbəti məqalədə Allah qorxusunun daha hansı sahələri nəzərdən keçiriləcək?

17 Əgər biz də ürəyimizdə Allah qorxusunu inkişaf etdirəriksə, bu bizim xeyrimizə olacaqdır. Hansı sahələrdə? Birincisi, belə bir əhval-ruhiyyə Allaha məqbul olacaq və bizi Onunla yaxınlaşdıracaqdır. Davud öz şəxsi təcrübəsindən bilirdi ki, Allah “Ondan qorxanların diləyini yerinə yetirər; və fəryadlarını eşidər və onları qurtarar” (Məzmur 145:19). İkincisi, Allah qorxusu pisliklərə olan münasibətimizə tə’sir etdiyi üçün xeyrimizə xidmət edəcəkdir (Süleymanın məsəlləri 3:7). Növbəti məqalədə belə qorxunun bizi ruhani təhlükələrdən necə qoruduğunu ətraflı müzakirə edəcəyik. Orada həmçinin Allahdan qorxan və pislikdən qaçınan kəslərin Müqəddəs Kitabda verilən nümunələrinə diqqət yetiriləcək.

[Haşiyə]

a İnsan hüquqları Haqqında Ümumi Bəyannamə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilib.

Cavab verə bilərsinizmi?

• Allahdan qorxmaq nə deməkdir və o bizə necə tə’sir göstərir?

• Allahdan qorxmaq və Onun yolları ilə yerimək arasında hansı bağlılıq mövcuddur?

• İsanın nümunəsi, Allah qorxusunun Ona olan məhəbbətlə bağlı olduğunu necə göstərir?

• Ürəyimizdə Allah qorxusunu inkişaf etdirməyə nə kömək edə bilər?

[11-ci səhifədəki şəkil]

İsrail padşahlarına Qanunu köçürmək və onu hər gün oxumaq əmri verilmişdi.

[12-ci səhifədəki şəkil]

Uşaq atasına e’tibar etdiyi kimi, Allah qorxusu da bizi Ona e’tibar etməyə təşviq edir.

[İcazə ilə]

Ulduzlar: Photo by Malin, © IAC/RGO 1991

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş