Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/12 s. 13—18
  • Öyrəndiklərinizə əməl edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Öyrəndiklərinizə əməl edin
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • “Sağlam sözləri... nümunə olaraq” hifz edin
  • “Əfsanələri” rədd edin
  • Həqiqətə əməl etməyin gətirdiyi faydalar
  • Öyrəndiklərinizə əməl etməyə davam edin
  • Yehovanın aydın xəbərdarlıqlarına diqqət yetirirsənmi?
    Gözətçi qülləsi 2011
  • Yalan dindən kənar durun!
    Gözətçi qülləsi 2006
  • Həqiqətdən əminliklə yapışın
    Gözətçi qülləsi 2021
  • Salonikililərə və Timoteyə yazılan birinci və ikinci məktublardan diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/12 s. 13—18

Öyrəndiklərinizə əməl edin

“Məndən nə öyrəndinizsə, nə qəbul etdinizsə, nə eşitdinizsə və məndə nə gördünüzsə, onlara əməl edin və sülh verən Allah sizinlə olacaqdır” (FİLİPİLİLƏRƏ 4:9).

1, 2. Ümumilikdə özlərini dindar hesab edən kəslərin həyatına Müqəddəs Kitab tə’sir göstərirmi? İzah edin.

“DİNDARLIQ artır, əxlaq normaları isə dəyərini itirir”. Mə’lumat bülletenlərinin birində verilən bu başlıq, Amerika Birləşmiş Ştatlarının bütün ərazilərində aparılan sorğuya belə yekun vurdu (“Emerging Trends”). Göründüyü kimi, bu ölkədə kilsəyə gedənlərin və həyatlarında dinin vacib yer tutduğunu söyləyən insanların sayı artıb. Bununla belə, bülletendə qeyd olunduğu kimi, “dərin təəssürat doğuran bu yekuna baxmayaraq, amerikalıların çoxu dinin ayrı-ayrı insanlara və cəmiyyətə ümumi olaraq tə’sirini sual altına qoyurlar”.

2 Bu, yalnız bir ölkənin vəziyyəti deyil. Dünyanın hər yerində çox insanlar özlərini imanlı hesab edir və Müqəddəs Kitabda yazılanlarla razı olduqlarını bildirirlər, lakin eyni zamanda Müqəddəs Yazıların həyatlarına tə’sir etməsinə yol vermirlər (2 Timoteyə 3:5). Bir tədqiqatçı qrupunun rəhbəri qeyd etmişdir: “Müqəddəs Kitaba əvvəlki kimi böyük hörmət bəslənilir, o ki qaldı onu oxumaq üçün vaxt ayırmağa, öyrənməyə və ona əməl etməyə — bunlar doğrudan da keçmişdə qaldı”.

3. a) Məsihçi olanlara Müqəddəs Kitab necə tə’sir göstərir? b) İsanın davamçıları Pavelin Filipililərə 4:9 ayəsində yazdığı məsləhətinə necə riayət edirlər?

3 Məsihçilərə gəldikdə isə vəziyyət başqa cürdür. Allahın Kəlamının verdiyi məsləhətlərə əməl etməyin sayəsində onların düşüncə tərzləri və davranışları dəyişilib. Məsihçilərin geyindiyi yeni mənlik ətrafdakıların nəzərinə tez çarpır (Koloslulara 3:5-10). Müqəddəs Kitab İsanın davamçıları üçün rəfdə toz basan və istifadə olunmayan bir kitab deyil. Həvari Pavel Filip şəhərində yaşayan məsihçilərə demişdir: “Məndən nə öyrəndinizsə, nə qəbul etdinizsə, nə eşitdinizsə və məndə nə gördünüzsə, onlara əməl edin və sülh verən Allah sizinlə olacaqdır” (Filipililərə 4:9). Məsihçilər Allah Kəlamının həqiqətlərini sadəcə qəbul etməklə kifayətlənmirlər. Onlar ailədə, işdə, yığıncaqda və həyatın digər sahələrində Müqəddəs Kitabın məsləhətlərinə əməl edərək öyrətdiklərinə müvafiq davranırlar.

4. Nəyə görə həyatda Allahın qanunlarına əməl etmək asan deyil?

4 Allahın qanunlarına və prinsiplərinə həyatda əməl etmək asan deyil. Biz, Müqəddəs Kitabın “bu əsrin tanrısı” adlandırdığı Şeytan İblisin hakimiyyəti altında yerləşən dünyada yaşayırıq (2 Korinflilərə 4:4; 1 Yəhya 5:19). Buna görə də, Yehova Allahın gözündə nöqsansız qalmağımıza mane olacaq hər bir şeydən qaçınmaq olduqca vacibdir. Bəs nöqsansızlığımızı necə qoruya bilərik?

“Sağlam sözləri... nümunə olaraq” hifz edin

5. İsanın “ardımca gəlməyə davam etsin” sözləri hansı mə’nanı verir?

5 Öyrəndiklərimizə əməl etməyin üsullarından biri, imanımıza şərik olmayan insanların göstərdikləri müqavimətlərə baxmayaraq, həqiqi ibadəti sədaqətlə müdafiə etməkdir. Bunun üçün təhəmmül gərəkdir, bu isə sə’y tələb edir. İsa demişdir: “Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini götürüb ardımca gəlməyə davam etsin” (Matta 16:24, YD). İsa demədi ki, biz onun ardınca cəmi bir həftə, bir ay, yaxud bir il getməliyik. Əksinə, o dedi: “Ardımca gəlməyə davam etsin”. İsanın sözlərindən görürük ki, onun şagirdi olmaq müvəqqəti proses, dindarlığın epizodik təzahürü deyil. Həqiqi ibadəti sədaqətlə müdafiə etmək, nəyin bahasına olursa-olsun seçdiyimiz yolu sadiqliklə davam etdirmək deməkdir. Bunu necə edə bilərik?

6. irinci əsrin məsihçilərinin Paveldən öyrəndikləri ‘sağlam sözlərin nümunəsi’ nədir?

6 Həvari Pavel: “Məndən eşitdiyin sağlam sözləri Məsih İsada olan iman və məhəbbətlə nümunə olaraq hifz et” deyə, həmkarı Timoteyi təşviq edirdi (2 Timoteyə 1:13, İ–93). Pavel nə demək istəyirdi? Burada “nümunə” kimi tərcümə edilən yunan sözü hərfi mə’nada rəssamın eskizi deməkdir. Bu cür təsvir təfərrüatı ilə olmasa da, diqqətli adam artıq aydın şəkildə cızılmış konturların köməyi ilə ümumi şəkli görə bilər. Bunun kimi də, Pavelin Timoteyə və başqalarına öyrətdiyi həqiqətin nümunəsi ağla gələ bilən hər suala konkret cavab vermək üçün deyildi. Eskiz kimi, bu tə’limlərin məcmusu da ümumi rəhbərlik verir, ancaq bu kifayətdir ki, səmimi insanlar Yehovanın onlardan nə tələb etdiyini başa düşsünlər. Lakin Allahı məmnun etmək üçün, əlbəttə, onlar öyrəndiklərinə əməl edərək həqiqətin nümunəsini izləməli idilər.

7. Məsihçilər sağlam sözlərin nümunəsinə necə riayət edirlər?

7 Birinci əsrdə yaşamış İmene, İsgəndər və Filit kimi adamlar ‘sağlam sözlərin nümunəsinə’ zidd gedən ideyaları təbliğ edirdilər (1 Timoteyə 1:18-20; 2 Timoteyə 2:16, 17). İlk məsihçilər özlərini dönük çıxan adamlardan necə qoruya bilərdilər? Onlar Allahdan ilham almış yazıları diqqətlə öyrənməli və həyata keçirməli idilər. Pavelin və başqa sadiq məsihçilərin nümunəsini təqlid edənlər öyrəndikləri həqiqətin nümunəsinə zidd gedən hər bir şeyi görüb, rədd edə bilirdilər (Filipililərə 3:17; İbranilərə 5:14). “Münaqişə və söz davası xəstəliyinə” tutulmaq əvəzinə, onlar Allaha sadiqliyin doğru yolu ilə yeriməyə davam edirdilər (1 Timoteyə 6:3-6). Öyrəndiyimiz həqiqətlərə gündən-günə əməl etməklə biz də eyni şeyi etmiş oluruq. Bütün yer üzündə Yehovaya xidmət edən milyonlarla insanların Müqəddəs Kitabdan öyrəndikləri həqiqətin nümunəsinə riayət etdiklərini görmək imanımızı necə də möhkəmləndirir! (1 Saloniklilərə 1:2-5).

“Əfsanələri” rədd edin

8. a) Şeytan bizim imanımızı sındırmağa necə çalışır? b) Pavel 2 Timoteyə 4:3, 4 ayələrində nə barədə xəbərdarlıq etmişdi?

8 Şeytan öyrəndiklərimizin doğru olduğuna dair şübhələr oyadaraq bizi həqiqət yolundan döndərməyə çalışır. Birinci əsrdə olduğu kimi, bu gün də dönüklər və bə’zi başqa insanlar sadəlövh adamların imanını sındırmağa çalışırlar (Qalatiyalılara 2:4; 5:7, 8). Bə’zən onlar kütləvi informasiya vasitələrində Yehovanın xidmətçilərinin fəaliyyəti və məqsədləri haqqında təhrif edilmiş mə’lumatlar, hətta ağ yalanlar yayırlar. Həqiqətdən kiminsə üz döndərəcəyi barədə həvari Pavel də xəbərdarlıq etmişdi: “Vaxt olacaqdır ki, sağlam tə’limə təhəmmül etməyəcəklər; lakin səsləri qulaqlarına xoş gələn və arzularına uyğun olan müəllimləri ətraflarına toplayacaqlar. Və öz qulaqlarını həqiqətdən uzaqlaşdırıb, əfsanələrə meyl göstərəcəklər” (2 Timoteyə 4:3, 4, İ–93).

9. “Əfsanələr” dedikdə, Pavel nəyi nəzərdə tuta bilərdi?

9 Bə’ziləri sağlam sözlərin nümunəsinə riayət etmək əvəzinə, ‘əfsanələrlə’ maraqlanmağa başlamışdılar. Bu əfsanələr nə idi? Ola bilsin, Pavel bunu dedikdə Tobitin apokrofik kitabında yazılan uydurma əfsanələr kimi hekayələri nəzərdə tuturdua. Əfsanələrə hay-küyə səbəb olan və həqiqətə uyğun olmayan şayiələr də aid ola bilərdi. Başqa insanlar isə “arzularına uyğun” olaraq, Allahın normalarına və ya yığıncaqda rəhbərliyi üzərlərinə götürənləri tənqid edənlər tərəfindən aldadıla bilərdilər (3 Yəhya 9, 10; Yəhuda 4). Büdrəməyə hər nə səbəb olsa da, gördüyümüz kimi, bə’zi insanlar yalanları Allahın Kəlamındakı həqiqətlərdən üstün tuturdular. Bir az keçdikdən sonra onlar öyrəndiklərinə əməl etməyə son qoyub, ruhani cəhətdən özlərinə zərər vurdular (2 Peter 3:15, 16).

10. Bu gün hansı əfsanələr mövcuddur və ehtiyatlı olmağın vacibliyini Yəhya necə vurğuladı?

10 Əgər dinlədiyimiz, yaxud oxuduğumuz şeylərə diqqət yetirər və ehtiyatlı olarıqsa, müasir əfsanələrdən qaçına bilərik. Məsələn, çox vaxt kütləvi informasiya vasitələrində əxlaqsızlıq nümayiş etdirilir. Bir çox insanlar aqnostisizmi, yaxud açıqca ateizmi müdafiə edirlər. Müqəddəs Kitab tənqidçiləri, Müqəddəs Kitabın Allahdan ilham aldığının təsdiqinə istehza edirlər. Müasir dönüklər isə məsihçilərin imanını qırmaq üçün daim onlarda şübhələr oyatmağa çalışırlar. Birinci əsrdə yalançı peyğəmbərlərdən izhar olunan buna bənzər təhlükələr haqqında həvari Yəhya yazmışdır: “Sevimlilərim, hər ruha inanmayın, amma ruhları sınaqdan keçirin ki, onların Allahdan olub-olmadığını biləsiniz. Çünki dünyada çoxlu yalançı peyğəmbər yayılmışdır” (1 Yəhya 4:1). Gördüyümüz kimi, bizə ehtiyatlı olmaq lazımdır.

11. İmanda olub-olmadığımızı yoxlamağın üsullarından biri hansıdır?

11 Bununla bağlı Pavel yazmışdır: “Özünüzü yoxlayın, görün iman yolundasınızmı?” (2 Korinflilərə 13:5). Bu sözlərlə həvari, məsihçi tə’liminin məcmusuna riayət edib-etmədiyimizi müəyyən etmək üçün özümüzü yoxlamağa təşviq edir. Məsələn, əgər biz həmişə nədənsə narazı olan adamı dinləməyə meylliyiksə, dua edərək özümüzü yoxlamağımız gərəkdir (Məzmur 139:23, 24). Yehovanın xalqında nöqsanlar axtarmağa meylliyikmi? Əgər elədirsə, bunun səbəbi nədir? Kiminsə sözləri, yaxud hərəkəti xətrimizə dəyirmi? Əgər elədirsə, vəziyyəti düzgünmü qiymətləndiririk? Bu dünyada qarşılaşdığımız hər bir sıxıntı müvəqqətidir (2 Korinflilərə 4:17). Hətta əgər bə’zi sınaqlarla yığıncaqda qarşılaşırıqsa, bundan ötrü Allaha xidməti dayandırmalıyıqmı? Əgər bizi nə isə narahat edirsə, problemin həlli üçün əlimizdən gələni edib, sonra məsələni Yehovanın öhdəsinə buraxmaq daha yaxşı olmazmı? (Məzmur 4:4; Süleymanın məsəlləri 3:5, 6; Efeslilərə 4:26).

12. Veriyalılar hansı sahədə bizim üçün yaxşı nümunədir?

12 Tənqidi əhval-ruhiyyə təzahür etdirməkdənsə, gəlin şəxsi öyrənmə zamanı və yığıncaq görüşlərində əldə etdiyimiz biliklərə qarşı ruhən sağlam münasibəti qoruyub saxlayaq (1 Korinflilərə 2:14, 15). Allahın Kəlamını şübhə altına qoymağın əvəzinə isə, birinci əsrdə yaşamış və Müqəddəs Yazıları diqqətlə araşdıran veriyalıları təqlid etmək nə qədər müdrik olardı! (Həvarilərin işləri 17:10, 11). Buna görə də, gəlin əfsanələrdən qaçınaraq və həqiqətin tərəfində duraraq öyrəndiklərimizi həyata keçirək.

13. Bilmədən əfsanələri necə yaya bilərik?

13 Qaçınmağımız gərək olan əfsanələrin daha bir növü mövcuddur. Bu, tez-tez elektron poçtu ilə yayılan sensasiyalı mə’lumatlardır. Bu cür hekayələrə, xüsusilə də əgər onların ilk mənbəyi bizə mə’lum deyilsə, ehtiyatla yanaşmaq müdriklik olardı. Hətta əgər bu mə’lumatı göndərən hörmətli bir məsihçidirsə, o, ehtimal ki, yazılan hadisələrin şahidi olmamışdır. Buna görə də, yoxlanılmamış mə’lumatları istifadə etməkdən, yaxud yaymaqdan qaçınmaq vacibdir. Əlbəttə ki, biz müqəddəsliyə ləkə gətirən “murdar əfsanələri” təkrar etmək istəmirik, çünki bu əfsanələr Allahın həqiqətinə uyğun deyil (1 Timoteyə 4:7). Bir-birimizə həqiqəti söyləmək borcumuz olduğu üçün bilmədən də olsa, yalan yaymağımıza səbəb olacaq hər bir hərəkətdən çəkinsək müdrik davranmış olarıq (Efeslilərə 4:25).

Həqiqətə əməl etməyin gətirdiyi faydalar

14. Allahın Kəlamından öyrəndiklərimizə əməl etmək hansı faydanı gətirir?

14 Müqəddəs Kitabı şəxsi öyrənməyin və yığıncaq görüşlərinin sayəsində əldə etdiyimiz biliklərə əməl etmək böyük fayda gətirəcəkdir. Məsələn, biz həmimanlılarımızla münasibətlərimizin daha da yaxşılaşdığını görə bilərik (Qalatiyalılara 6:10). Müqəddəs Kitab prinsiplərinə əməl etməyin sayəsində biz daha çox sevinc duyacağıq (Məzmur 19:8). Bundan əlavə, öyrəndiklərimizə əməl edərək ‘Allahın tə’limini bəzəyirik’ və bununla da həqiqi ibadətə başqalarını da cəlb etmək ehtimalı artır (Titusa 2:6-10, İ–93).

15. a) Bir qız məktəbdə şahidlik etmək üçün cəsarətini necə topladı? b) Bu nümunədən nə öyrəndiniz?

15 Yehovanın Şahidləri arasında, Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri şəxsən öyrənməyin, həmçinin yığıncaq görüşlərində müntəzəm iştirak etməyin sayəsində öyrəndiklərinə əməl edən çoxlu gənclər var. Bu gənc məsihçilər nümunəvi davranışları ilə müəllimlərə və məktəb yoldaşlarına gözəl şahidlik edirlər (1 Peter 2:12). Görün Amerika Birləşmiş Ştatlarında yaşayan 13 yaşlı Lesli ilə nə baş verib. Bu gənc qızın e’tiraf etdiyi kimi, əvvəllər ona öz dini haqqında danışmaq çətin idi, lakin bir hadisə hər şeyi dəyişdi. O deyir: “Biz sinifdə satıcıların öz mallarını necə satdıqlarını müzakirə edirdik. Bir qız əlini qaldırıb nümunə olaraq Yehovanın Şahidlərini misal çəkdi”. Yehovanın Şahidi olan Lesli buna necə münasibət göstərdi? Lesli deyir: “Mən dinimi müdafiə etdim, bu da, yəqin, çoxlarını təəccübləndirdi, çünki adətən mən məktəbdə çox sakitəm”. Leslinin bu cür cəsarətli olması hansı faydanı gətirdi? Lesli deyir: “Mən həmin qıza broşüra və traktat saxladım, çünki onun sualları vardı”. Aldıqları biliklərə əməl edən və məktəbdə şahidlik etmək üçün cəsarətini toplayan bu cür gənclər Yehovanın ürəyini, gərək ki, nə qədər sevindirirlər! (Süleymanın məsəlləri 27:11; İbranilərə 6:10).

16. Bir gənc məsihçiyə Teokratik Xidmət Məktəbi hansı faydanı gətirdi?

16 Elizabetin nümunəsini də nəzərdən keçirək. Yeddi yaşından başlayaraq orta məktəbdə oxuduğu müddət boyunca, bu gənc qız Teokratik Xidmət Məktəbindən hər dəfə tapşırığı olanda öz müəllimini Padşahlıq Zalına də’vət edirdi. Əgər müəllim gələ bilmirdisə, Elizabet dərsdən sonra məktəbdə qalır və onun qarşısında öz tapşırığı ilə çıxış edirdi. Elizabet sonuncu sinifdə oxuyanda, Teokratik Xidmət Məktəbinin faydası haqqında on səhifəlik mə’ruzə yazmış və onu dörd müəllimdən ibarət yoxlama qarşısında təqdim etmişdi. Ondan həmçinin Teokratik Xidmət Məktəbində çıxışların necə keçdiyini nümayiş etdirməyi xahiş etdilər və o, “Allah iztirablara nə üçün yol verir?” mövzusunu seçdi. Gördüyümüz kimi, Yehovanın Şahidləri tərəfindən Teokratik Xidmət Məktəbində keçirilən maarifləndirmə proqramı Elizabetə fayda gətirdi. Bu, Allahın Kəlamından öyrəndiklərinə əməl edərək Yehovaya izzət gətirən gənc məsihçilərin nümunələrindən yalnız biridir.

17, 18. a) Müqəddəs Kitab dürüstlük haqqında nə deyir? b) Yehovanın Şahidinin dürüst davranışı bir nəfərə hansı təəssüratı bağışladı?

17 Müqəddəs Kitab məsihçiləri özlərini hər şeydə dürüst aparmağa çağırır (İbranilərə 13:18). Dürüst olmamaq başqaları ilə, ən vacibi isə Yehova ilə münasibətimizi poza bilər (Süleymanın məsəlləri 12:22). Digər tərəfdən, yaxşı davranışımız öyrəndiklərimizə əməl etdiyimizə şəhadət edir və bunun sayəsində insanların çoxu Yehovanın Şahidlərinə daha çox hörmət bəsləyirlər.

18 Filip adlı hərbiçinin başına gələn hadisəni nəzərdən keçirək. O, doldurulmamış, lakin imzalanmış çekini itirir və çeki poçt ilə ona göndərincəyə qədər bu işdən xəbəri olmur. Çekin üzərinə balaca bir kağız yapışdırılmışdı, orada deyilirdi ki, çeki tapan Yehovanın Şahididir və onu bu qiymətli kağızı qaytarmağa dini e’tiqadı təşviq edib. Filip dəhşətə gəldi. “9 min dollarımı oğurlaya bilərdilər” deyə, o öz-özünə düşündü. Bir dəfə kilsədə onun şlyapasını oğurlamışdılar və bu onu mə’yus etmişdi. Hər-halda bu işi tutan tanışlarından biri idi, amma indi tanımadığı bir adam neçə min dollar dəyərində çeki onun özünə qaytarır! Sözsüz ki, dürüst məsihçilər öz davranışları ilə Yehova Allaha ehtiram göstərirlər!

Öyrəndiklərinizə əməl etməyə davam edin

19, 20. Müqəddəs Kitabdan öyrəndiyimiz həqiqətlərə müvafiq yaşayırıqsa, hansı faydanı əldə edirik?

19 Allahın Kəlamından öyrəndiklərinə əməl edənlər, çoxlu fayda əldə edirlər. Şagird Yaqub yazırdı: “Kim kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalarsa və unutqan dinləyici deyil, icraedicidirsə, öz əməlində xoşbəxt olacaqdır” (Yaqub 1:25). Şübhə yoxdur ki, öyrəndiyimiz Müqəddəs Kitab həqiqətlərinə müvafiq davranırıqsa, biz həqiqi xoşbəxtlik əldə edəcək və həyatın çətinliklərinə daha asan tab gətirəcəyik. Ən başlıcası isə, biz Yehovanın xeyir-dualarına və əbədi həyat ümidinə sahib olacağıq! (Süleymanın məsəlləri 10:22; 1 Timoteyə 6:6).

20 Bu səbəbdən, Allahın Kəlamını sə’ylə öyrənməyə davam edin. Yehovaya ibadət edənlərlə müntəzəm olaraq bir yerə toplaşın və məsihçi görüşlərində diqqətli olun. Öyrəndiklərinizə həmişə əməl edin və “sülh verən Allah” sizinlə olacaqdır (Filipililərə 4:9).

[Haşiyə]

a Ehtimal olunduğu kimi, eramızdan əvvəl III əsrdə yazılmış Tobit kitabı Tobit adlı bir yəhudinin mövhumatla dolu hekayələrini özünə daxil edir. Hekayədə deyilir ki, Tobit nəhəng balığın ürəyinin, ödünün və ciyərinin köməyi ilə xəstələrə şəfa vermək, cinləri qovmaq gücünə sahib idi.

Xatırlayırsınızmı?

• ‘Sağlam sözlərin nümunəsi’ nədir və biz ona necə riayət edə bilərik?

• Hansı “əfsanələrdən” qaçınmalıyıq?

• Allahın Kəlamından öyrəndiklərimizə əməl etdikdə hansı faydanı əldə edirik?

[15-ci səhifədəki şəkil]

İlk məsihçilər özlərini dönük çıxan adamlardan necə qoruya bilərdilər?

[16-cı səhifədəki şəkillər]

Şübhələr kütləvi informasiya vasitələri, İnternet və müasir dönüklər vasitəsilə səpilə bilər.

[17-ci səhifədəki şəkil]

Yoxlanılmamış mə’lumatları yaymaq düzgün deyil.

[18-ci səhifədəki şəkillər]

Yehovanın Şahidləri Allahın Kəlamından oxuduqlarına məktəbdə, işdə və başqa yerlərdə əməl edirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş