Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/9 s. 20—25
  • “Budur, Allahımız”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Budur, Allahımız”
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • Qüvvədə yüksək
  • Yehova ədaləti sevir
  • Ey Allahın müdrikliyinin dərinliyi!
  • Allahın gözəl xüsusiyyətləri
    Xoşbəxtlik gətirən həqiqi iman
  • Allah hansı xüsusiyyətlərə sahibdir?
    Gözətçi qülləsi (kütləvi) 2019
  • “O... sizə yaxınlaşar”
    Gözətçi qülləsi 2003
  • Müqəddəs Kitab və Müəllifi
    Gözətçi qülləsi 2023
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/9 s. 20—25

“Budur, Allahımız”

Öyrəniləcək bu iki məqalə, 2002–2003-cü illərdə bütün dünyada keçirilən vilayət konqreslərində e’lan edilən “Yehovaya yaxınlaş” kitabının əsasında hazırlanıb. (30-cu səhifədəki “Məhz buna ehtiyacım vardı” adlı məqaləyə baxın).

“Budur, Allahımız budur; onu gözlədik və bizi qurtaracaqdır; Rəbb budur” (İŞAYA 25:9).

1, 2. a) Yehova tayfa başçısı İbrahimi necə adlandırmışdır və bununla bağlı bizdə hansı sual yarana bilər? b) Allahla yaxın münasibətlərin mümkün olmasına Müqəddəs Kitab bizi necə əmin edir?

“DOSTUM”. Yerin-göyün Yaradanı olan Yehova tayfa başçısı İbrahim haqqında belə demişdir (İşaya 41:9). Yalnız təsəvvür et, adi insan Hökmdar Allahla dostluq edirdi! Səndə sual yarana bilər: “Mən də Allaha belə yaxınlaşa bilərəmmi?”

2 Müqəddəs Kitab bizi əmin edir ki, Allahla yaxın münasibətlər mümkündür. İbrahim “Allaha iman etdi”yi üçün, ona Yehova ilə dostluq bəxş edildi (Yaqub 2:23). Bu gün də eynilə, “Rəbbin [Yehovanın] dostluğu doğrularladır” (Süleymanın məsəlləri 3:32). Yaqub 4:8 ayəsində Müqəddəs Kitab bizi təşviq edir: “Allaha yaxınlaşın, O da sizə yaxınlaşar”. Aydındır ki, əgər biz öz tərəfimizdən Yehovaya yaxınlaşsaq, əvəzində O da bizə yaxınlaşacaqdır. Allahdan ilham alan bu sözlər o deməkdirmi ki, birinci addımı günahlı və qeyri-kamil olan biz insanlar atırıq? Əlbəttə ki, yox! Yehova ilə yaxın münasibətlər, sevən Allahımızın iki vacib addımı atması sayəsində mümkün olmuşdur (Məzmur 25:14).

3. Yehova bizim Onun dostları ola bilməmiz üçün hansı iki addımı atmışdır?

3 Birincisi, Yehova İsanı göndərdi ki, “bir çoxları üçün canını fidiyə olaraq” versin (Matta 20:28). Məhz onun fidiyə qurbanlığının sayəsində bizim Allaha yaxınlaşmaq imkanımız var. Müqəddəs Kitabda deyilir: “Biz Onu [Allahı] sevirik, çünki O bizi birinci sevmişdir” (1 Yəhya 4:19). Bəli, Allah “bizi birinci sevmişdir” deyə, dostluq üçün təməli də O qoymuşdur. İkincisi, Yehova özünü bizə aşkar edib. İnsanı daha yaxşı tanıdıqda, onun səciyyəvi xarakterini qiymətləndirdikdə, bu zaman onunla yaxın dostluq münasibətləri yaranır. Bunun nə demək olduğunun üzərində düşün. Əgər Yehova sirli, dərkedilməz Allah olsaydı, biz heç zaman Ona yaxınlaşa bilməzdik. Amma O, özünü bizdən gizlətmir, əksinə istəyir ki, Onun necə Allah olduğunu bilək (İşaya 45:19). Yehova Öz Kəlamı olan Müqəddəs Kitabda Özü haqqında bizim qavraya biləcəyimiz dildə danışır və bununla da yalnız bizi sevdiyini deyil, həm də bizim Onunla tanış olmağımızı və Onu səmavi Atamız kimi sevməyimizi istədiyini göstərir.

4. Yehovanın xüsusiyyətləri ilə daha yaxşı tanış olduqca, Ona qarşı bizdə hansı hisslər yaranacaqdır?

4 Balaca uşağın: “Bu mənim atamdır” deyə öz atasını dostlarına fərəhlə göstərməsinin şahidi olmusanmı? Yehovanın xidmətçilərinin də Allaha qarşı bu cür hisslər bəsləməyə tam əsasları var. Müqəddəs Kitabda Allahın sadiq xidmətçilərinin: “Budur, Allahımız” deyə, nida edəcəkləri vaxt əvvəlcədən deyilmişdir (İşaya 25:8, 9). Yehovanın xüsusiyyətlərini nə qədər dərindən tədqiq etsək, Onun ən yaxşı Ata və dünyada ən yaxın Dost olduğuna bir o qədər çox əmin olacağıq. Bəli, Yehovanın xüsusiyyətlərini anlamağımız bizi Ona yaxınlaşmağa təşviq edəcəkdir. Beləliklə, gəlin Yehovanın əsas xüsusiyyətləri olan qüvvə, ədalət, müdriklik və məhəbbətin Müqəddəs Kitabda necə açıqlandığını geniş surətdə müzakirə edək. Bu məqalədə onlardan üçünü nəzərdən keçirəcəyik.

Qüvvədə yüksək

5. Nəyə görə yalnız Yehova “Küll-İxtiyar” adlanır və O, Öz valehedici qüvvəsini necə təzahür etdirir?

5 Yehova “qüdrətdə... [qüvvədə] yüksəkdir” (Eyub 37:23). Yeremya 10:6 ayəsində deyilir: “Sənin kimisi yoxdur, ya Rəbb; sən böyüksən və əzəmətdə ismin böyükdür”. Yaratdığı hər bir varlıqdan fərqli olaraq, Yehova sonsuz qüvvəyə malikdir. Buna görə də yalnız O, “Küll-İxtiyar” adlanır (Vəhy 15:3). Yehova valehedici qüvvəsini yaratmaq, məhv etmək, müdafiə və bərpa etmək kimi məqsədlərdə təzahür etdirir. Gəlin, Onun yaradıcı və xilasedici qüvvəsindən necə istifadə etdiyini nəzərdən keçirək.

6, 7. Günəş hansı gücə malikdir və o, hansı vacib həqiqətə şəhadət edir?

6 Aydın günəşli gündə küçəyə çıxdıqda nə hiss edirsən? Günəşin zərif şüalarının istisini, elə deyilmi? Yehovanın yaradıcı qüvvəsi də elə bunda təzahür olunur. Günəş nə dərəcədə güclüdür? Günəşin nüvəsindəki istilik 15 milyon dərəcə Selsiyə çatır. Əgər günəşin nüvəsindən buğda dənəciyi boyda hissə Yerə qoyulsa, bu balaca “peçə” 140 kilometrdən yaxın durmaq mümkün olmazdı! Günəş hər saniyə, yüz mil­yonlarla nüvə bombasının partlayışına bərabər enerji ayırır. Yer bu istilik-nüvə reaktorundan ideal məsafədə fırlanır. Əgər Yer Günəşə bir az yaxın olsaydı, oradakı su ehtiyatı tamamilə buxarlanardı, amma əgər bir az uzaq olsaydı, su sadəcə donardı. Cüz’i miqdarda normadan kənara çıxma planetimizi cansız hala gətirərdi.

7 İnsanların həyatının bütünlüklə Günəşdən asılı olmasına baxmayaraq, əksəriyyət ona adi bir şey kimi yanaşır. Belə insanlar Günəşdən öyrənə biləcəkləri bir şeyi nəzərdən qaçırırlar. Məzmur 74:16 ayəsində Yehova haqqında deyilir: “Nuru və günəşi sən hazırladın”. Bəli, Günəş “göyləri və yeri... yaradan” Yehovaya izzət gətirir (Məzmur 146:6). Lakin Günəş, Yehovanın tükənməz qüvvəsinə şəhadət edən saysız-hesabsız varlıqlardan yalnız biridir. Yehovanın yaradıcı qüvvəsi haqqında nə qədər çox öyrəniriksə, bir o qədər də Yaradanımız qarşısında ürəyimiz ehtiram hissi ilə dolur.

8, 9. a) Yehova Öz xidmətçilərini qorumağa və onların qayğısına qalmağa hazır olduğunu hansı tə’sirli obrazların köməyi ilə göstərir? b) Keçmişdə çoban öz qoyunlarının qayğısına necə qalırdı və bu nümunə Böyük Çobanımız haqqında bizə nəyi öyrədir?

8 Yehova Öz böyük qüvvəsindən xidmətçilərini müdafiə etmək və onların qayğısına qalmaq üçün də istifadə edir. Müqəddəs Kitabda, Yehovanın şəfqətli qayğısını və xidmətçilərini qorumağa hazır olduğunu təsvir edən aydın, bə’zən isə tə’sirli obrazlara rast gəlirik. Misal üçün, İşaya 40:11 ayəsini nəzərdən keçirək. Burada Yehova Özünü Çobanla, xalqını isə “qoyunlarla” müqayisə edir. Ayədə deyilir: “Sürüsünü çoban kimi güdəcək, əli ilə quzuları toplayacaq və sinəsində daşıyacaq və əmzikli olanları ehtiyatla otaracaq”. Gəlin, bu ayədə deyilənləri xəyalən təsəvvür edək?

9 Qoyun-quzu qədər köməksiz olan heyvanlar azdır. Keçmişdə qoyunları canavardan, ayıdan və şirdən qorumaq üçün çobana cəsarətli olmaq lazım idi (1 Samuel 17:34-36; Yəhya 10:10-13). Lakin bə’zən qoyunları qorumaq və onların qayğısına qalmaq üçün çoban gərək şəfqət də göstərəydi. Elə olurdu ki, qoyun ağıldan uzaqda balalayırdı. Bəs onda çoban köməksiz quzunu necə müdafiə edirdi? Çoban quzunu, ola bilsin, bir neçə gün “sinəsində”, üst paltarının arasında gəzdirirdi. Bəs bu balaca quzu çobanın ‘sinəsinə’ necə çıxmışdı? Bəlkə də, quzu özü çobana yaxınlaşmış və onun diqqətini cəlb etməyə çalışaraq ayağına toxunmuşdu. Hər necə olsa da, məhz çoban əyilməli, quzunu əlinə götürməli və mehribancasına bağrına basmalı idi ki, quzu orada özünü təhlükəsiz hiss etsin. Necə də tə’sirli nümunədir! Və bu nümunə Böyük Çobanımızın Öz xidmətçilərini qorumağa və onların qayğısına qalmağa hazır olduğunu aydın şəkildə təsvir edir!

10. Yehova bu gün bizi necə müdafiə edir və bu cür müdafiə nəyə görə xüsusilə vacibdir?

10 Yehova yalnız müdafiə edəcəyini və’d etməmişdir. Müqəddəs Kitabın yazıldığı dövrlərdə Allah “Ona ixlas edənləri imtahandan... xilas etmək” qüvvəsində olduğunu valehedici şəkildə sübut etmişdir (2 Peter 2:9). Bəs bizim günlərimiz haqqında nə demək olar? Bilirik ki, hazırda Yehova bizi bütün fəlakət və bəlalardan qorumaq üçün qüvvəsindən istifadə etmir. Lakin O, bizə daha vacib olan ruhani müdafiəni təqdim edir. Sevən Allahımız bizim sınaqlara tab gətirməyimiz və Onunla olan yaxın münasibətlərimizi qoruya bilməyimiz üçün lazım olan hər şeyi verməklə, bizi ruhani zərərdən qoruyur. Məsələn, Luka 11:13 ayəsində deyilir: “Madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!” Bu böyük qüvvənin sayəsində biz istənilən sınaq və problemlərin öhdəsindən gələ bilərik (2 Korinflilərə 4:7). Yehovanın köməyi ilə biz həyatımızı təkcə yaxın bir neçə il ərzində deyil, əbədiyyən qoruya biləcəyik. Əgər bunu unutmasaq, bu sistemdə baş verən hər bir sıxıntı əslində bizə “müvəqqəti və yüngül” görünəcəkdir (2 Korinflilərə 4:17). Məgər qüvvəsini bizim xeyrimizə bu cür məhəbbətlə tətbiq edən Allaha yaxınlaşmaq istəməzdikmi?

Yehova ədaləti sevir

11, 12. a) Nəyə görə Yehovanın ədaləti bizi Ona yaxınlaşdırır? b) Yehovanın ədaləti üzərində düşündükdə Davud hansı qənaətə gəldi və onun Allahın müqəddəs ruhu altında yazdığı sözləri bizə necə təsəlli ola bilər?

11 Yehova həmişə düzgün davranır və heç zaman ayrı-seçkilik etmir. Onun ədaləti soyuq deyil. Bu, bizi Allahdan uzaqlaşdıran yox, əksinə, Ona yaxınlaşdıran cəlbedici keyfiyyətdir. Müqəddəs Kitabdan bilirik ki, Yehovanın ədaləti birbaşa şəfqətlə bağlıdır. Gəlin, Yehovanın ədaləti təzahür etdirdiyi üç sahəni nəzərdən keçirək.

12 Birincisi, Yehovanın ədaləti Onu Öz xidmətçilərinə sadiqlik göstərməyə təşviq edir. Məzmurçu Davud buna öz təcrübəsində əmin oldu. Yehovanın ədaləti və şəxsən onunla necə davrandığı haqqında düşünərək Davud hansı qənaətə gəldi? O, belə dedi: “Rəbb haqqı [ədaləti] sevər və müqəddəslərini [“sadiqləri”, YD] tərk etməz; onlar əbədiyyən qorunar” (Məzmur 37:28). Necə də böyük təsəllidir! Allahımız heç vaxt Ona sadiq olan kəsləri tərk etmir. Biz həmişə Ona güvənib, Onun məhəbbətli qayğısını öz üzərimizdə hiss edə bilərik. Bizi buna Onun ədaləti əmin edir! (Süleymanın məsəlləri 2:7, 8).

13. Yehovanın məzlumlara qarşı qayğısı qədim İsrailə verdiyi Qanunda özünü necə göstərir?

13 İkincisi, Allahın ədaləti məzlum insanların tələblərini nəzərə alır. Yehovanın bu cür insanlar üçün çəkdiyi qayğı, qədim İsrailə verdiyi Qanunda aydın şəkildə özünü göstərir. Məsələn, Qanunda yetimlərə və dullara hansı köməyi göstərməyin lazım olduğu ayrıca yazılmışdı (Təsniyə 24:17-21). Bu cür ailələrin necə çətinlik çəkdiklərini bilən Yehova onların qayğıkeş Hakimi və Müdafiəçisi rolunu Öz üzərinə götürmüşdü (Təsniyə 10:17, 18). Allah israilliləri xəbərdar etmişdi ki, əgər müdafiəsiz qadın və uşaqları incidərlərsə, O, mütləq onların fəryadını eşidəcəkdir. Çıxış 22:22-24 ayələrinə əsasən Yehova onlara demişdi: ‘Qəzəbim alovlanacaq’. Qəzəb Yehovanın əsas xüsusiyyətlərindən biri olmasa da, başqalarına qarşı qəsdən ədalətsiz davranış, xüsusilə də bu cür davranışın qurbanı zəif və müdafiəsizlər olarsa, bu, Yehovada haqlı olaraq hiddət hissi doğurur (Məzmur 103:6).

14. Yehovanın ayrı-seçkilik etmədiyinə dair hansı gözəl nümunəni gətirmək olar?

14 Üçüncüsü, Təsniyə 10:17 ayəsində Müqəddəs Kitab bizi əmin edir ki, Yehova “insanların kimliyinə baxmayan və rüşvət almayan... Allahdır”. Hakimiyyətə malik olan əksər insanlardan fərqli olaraq, Yehova kiminsə haqqında olan rə’yinə maddi vəziyyətin və ya zahiri görünüşün tə’sir etməsinə yol vermir. O, qərəzlik və ayrı-seçkilik etmir. Yehovanın ayrı-seçkilik etmədiyini növbəti nümunədən aydın görmək olur: Onun həqiqi xidmətçiləri olmaq də’vəti və əbədi yaşamaq imkanı yalnız hansısa seçilmiş qrupa bəxş edilmir. Həvarilərin işləri 10:34, 35 ayələrində oxuyuruq: “Hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur”. Bəli, belə gözəl imkan sosial vəziyyətindən, dərisinin rəngindən və milliyətindən asılı olmayaraq, bütün insanların qarşısında açılır. Məgər bu, əsl ədalətin gözəl nümunəsi deyilmi? Həqiqətən də Yehovanın ədaləti haqqında nə qədər çox öyrəniriksə, bir o qədər də Ona yaxınlaşmaq istəyimiz artır!

Ey Allahın müdrikliyinin dərinliyi!

15. Müdriklik nədir və Yehova onu necə təzahür etdirir?

15 Romalılara 11:33 ayəsinə əsasən həvari Pavel növbəti sözləri deməyə təşviq olunmuşdu: “Ey Allahın... hikmət [müdriklik] və elminin dərinliyi!” Bəli, Yehovanın tükənməz müdrikliyinin müxtəlif cəhətləri üzərində düşünməyimiz bizdə dərin ehtiram hissi oyadır. Bəs bu xüsusiyyəti necə müəyyən etmək olar? Müdriklik özünə, arzu olunan nəticəni əldə etmək üçün biliyin tətbiqini, bəsirəti və anlayışı daxil edir. Yehova geniş biliyinə və dərin anlayışına əsaslanaraq, həmişə ən yaxşı qərarlar qəbul edir və onları ən müvafiq yollarla həyata keçirir.

16, 17. Yehovanın yaratdıqları Onun tükənməz müdrikliyinə necə şəhadət edir? Nümunə gətirin.

16 Yehovanın tükənməz müdrikliyi konkret olaraq nədə ifadə olunur? Məzmur 104:24 ayəsində deyilir: “Ya Rəbb, işlərin nə çoxdur! Onların hamısını hikmətlə yaratdın; yer sənin sərvətinlə dolu”. Doğrudan da, Yehovanın yaratdıqları haqqında nə qədər çox öyrəniriksə, Onun müdrikliyi qarşısında bir o qədər də ehtiram hissi duyuruq. Yehovanın yaratdıqlarını tədqiq etməklə alimlər çox şey öyrənmişlər! Hətta mühəndisliyin biomimetika adlanan xüsusi sahəsi mövcuddur ki, burada bioloji strukturların bə’zi xüsusiyyətlərinin təkrarı ilə məşğul olunur.

17 Ola bilsin, sən adi hörümçək torunun zərifliyinə və qəşəngliyinə dəfələrlə məftun olmusan. Bu həqiqətən də valehedici konstruksiyadır. Zahirən zərif görünən bə’zi hörümçək torlarının ipləri, eyni nisbətdə götürsək, poladdan və gülləkeçirməz jiletin hazırlandığı liflərdən möhkəmdir. Bunu necə təsəvvür etmək olar? Əgər hörümçək torunu böyük balıq toru ölçüsündə böyütsək, onun köməyi ilə, hətta sərnişin təyyarəsini belə saxlamaq olar! Bəli, Yehova hər şeyi ‘hikmətlə yaradıb’.

18. Kəlamı olan Müqəddəs Kitabın yazılmasında insanları istifadə etməsi Yehovanın müdrikliyini necə göstərir?

18 Yehovanın müdrikliyinə ən böyük sübut Onun Kəlamı olan Müqəddəs Kitabda yerləşir. Bu kitabda yazılmış müdrik nəsihətlər bizə düzgün həyat yolunu göstərir (İşaya 48:17). Lakin Yehovanın müqayisəedilməz müdrikliyi Müqəddəs Kitabın yazılma tərzində də özünü göstərir. Necə? Yehova Öz müdrikliyinə əsaslanaraq Kəlamının yazılması üçün insanları istifadə etməyi qərara almışdır. Əgər Yehova Müqəddəs Kitabın yazılması üçün mələkləri istifadə etsəydi, onun bu qədər sadə olacağını gözləmək olardımı? Əlbəttə ki, mələklər Yehovanı öz yüksək nöqteyi-nəzərlərinə əsasən təsvir edib, Ona olan sədaqətlərini ifadə edə bilərdilər. Bəs onda biz, bilik və bacarıqları bizimkindən olduqca yüksək olan kamil ruhani varlıqların düşüncə tərzini anlaya biləcəkdikmi? (İbranilərə 2:6, 7).

19. Hansı nümunədən görünür ki, Müqəddəs Kitabın yazılması üçün insanların istifadə edilməsi sayəsində bu kitab səmimi hisslərlə doludur və anlayış üçün əlverişlidir?

19 Yehovanın Müqəddəs Kitabın yazılmasında insanları istifadə etməsi sayəsində, bu kitab səmimi hisslərlə doludur və anlayış üçün əlverişlidir. Onu yazan kəslər də bizimkinə bənzər hisslərə malik idilər. Qeyri-kamil olan bu insanlar bizim qarşılaşdığımız sınaq və çətinliklərlə qarşılaşırdılar. Bə’zən onlar öz hisslərini və narahatçılıqlarını təsvir edərkən, birinci şəxsin adından yazırdılar (2 Korinflilərə 12:7-10). Onlar elə şeyləri qələmə alıblar ki, heç bir mələk bunu ifadə edə bilməzdi. Misal üçün, “Məzmur” kitabının 51-ci fəslində yazılmış Davudun sözlərini götürək. Giriş sözlərinə əsasən, Davud bu məzmuru ciddi günah işlətdikdən sonra bəstələmişdi. Burada Davud baş verən hadisəyə görə çox təəssüflənərək ürəyini boşaldır və günahından keçməsi üçün Allaha yalvarır. 2-ci və 3-cü ayələrdə deyilir: “Fəsadımdan məni büsbütün yu və suçumdan məni təmizlə. Çünki üsyanlarımı bilirəm və suçum daima önümdədir”. 5-ci ayəyə də diqqət yetirək: “Budur, mən fəsad içində doğuldum və anam günah içində mənə hamilə qaldı”. 17-ci ayədə isə əlavə edilir: “Allahın qurbanları qırılmış ruhdur; ey Allah, qırılmış və əzilmiş ürəyi xor görməzsən”. Məzmurçunun nə qədər əzab çəkdiyini hiss edirsənmi? Qeyri-kamil insandan başqa bu cür hissləri kim ifadə edə bilərdi?

20, 21. a) Nəyə görə demək olar ki, Müqəddəs Kitabı insanlar yazmış olsa da, orada Yehovanın müdrikliyi yerləşir? b) Növbəti məqalədə nə müzakirə olunacaqdır?

20 Yehova Kəlamının yazılması üçün qeyri-kamil insanları istifadə etmişdir. Buna görə də biz məhz bizə lazım olan, yə’ni “Allahdan ilham almış”, amma yenə də insanların ürəyinə yaxın yazını almışıq (2 Timoteyə 3:16). Bəli, bütün bu insanlar müqəddəs ruhun rəhbərliyi altında yazmışlar. Onlar özlərinin deyil, Yehovanın müdrikliyini yazmışlar. Bu müdriklik tam e’tibara layiqdir. Bu müdriklik bizimkindən o qədər yüksəkdir ki, Yehova bizi məhəbbətlə təşviq edir: “Bütün ürəyinlə Rəbbə güvən və öz anlayışına arxalanma; bütün yollarında onu tanı, o da sənin yollarını doğruldar” (Süleymanın məsəlləri 3:5, 6). Bu məsləhətə riayət etməklə, biz müdrik Allahımıza yaxınlaşacağıq.

21 Yehovanın ən gözəl və cəlbedici keyfiyyəti məhəbbətdir. Yehovanın əvvəllər və indi məhəbbəti necə göstərdiyi növbəti məqalədə müzakirə olunacaqdır.

Yadınıza sala bilərsinizmi?

• Yehova hansı addımları atmışdır ki, biz Onunla yaxın münasibətləri inkişaf etdirə bilək?

• Hansı nümunələr Yehovanın yaradıcı və xilasedici qüvvəsini necə təzahür etdirdiyini göstərir?

• Yehova ədalətini necə təzahür etdirir?

• Yehovanın müdrikliyi yaratdıqlarında və Müqəddəs Kitabda özünü necə göstərir?

[23-cü səhifədəki şəkil]

Çoban quzunu sinəsində daşıdığı kimi, Yehova da şəfqətlə Öz xidmətçilərinin qeydinə qalır.

[24-cü səhifədəki şəkil]

Yehovanın müdrikliyi Müqəddəs Kitabın yazılış tərzindən görünür.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş