Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/5 s. 13—17
  • Hiylədən qorun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hiylədən qorun
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Bu gün nəyə görə belə çox hiylə mövcuddur?
  • Dönüklərin hiyləsindən qorun
  • Özünü aldatmaqdan qorun
  • Şeytanın yalan ideyalarından qorun
  • Özünü hiylədən qoru
  • Yehovanın aydın xəbərdarlıqlarına diqqət yetirirsənmi?
    Gözətçi qülləsi 2011
  • Sərvaxt ol, Şeytan səni udmaq istəyir!
    Gözətçi qülləsi 2015
  • Həqiqəti söyləyək
    Gözətçi qülləsi 2018
  • İblisə yer verməyin
    Gözətçi qülləsi 2006
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/5 s. 13—17

Hiylədən qorun

“Diqqətli olun ki... boş hiylə ilə kimsə sizi əsir almasın” (KOLOSLULARA 2:8).

1-3. a) Hansı nümunələr göstərir ki, hiylə müasir həyatın, demək olar ki, bütün sahələrinə tə’sir göstərir? b) Biz dünyada yayılmış hiyləyə nəyə görə təəccüb etməli deyilik?

“SİZLƏRDƏN kimə müştərilər heç zaman yalan söyləməyib?” Bir neçə il əvvəl bir hüquq professoru bu cür sual verərək sorğu keçirmişdi. Hansı nəticələri əldə etdi? O izah edir: “Bir neçə min vəkildən yalnız birinə müştəriləri heç zaman yalan söyləməyib”. Nəyə görə? “Bu vəkil böyük firmada praktikaya yeni başlamış və hələ bir dəfə də olsun müştəriləri ilə söhbət etməmişdir”. Bu hadisə acı həqiqəti təsdiq edir: yalan və hiylə bugünkü dünyada adi hala çevrilib.

2 Hiylə müxtəlif formalar qəbul edir və onun tə’siri, demək olar ki, müasir həyatın hər bir sahəsində duyulur. Kütləvi informasiya vasitələri ilə yayılan xəbərlər bu cür nümunələrlə doludur: siyasətçilər öz əməlləri barədə yalan danışır, mühasiblər və vəkillər ümumi gəliri şişirdir, reklamçılar istehlakçıları aldadır, hüquq proseslərində tərəflər sığorta şirkətlərini aldadır; bu, hələ siyahının hamısı deyil. Həmçinin dini yalan da mövcuddur. Ruhanilər xalqı canın ölməzliyi, cəhənnəm odu və Üç üqnum kimi yalan tə’limlərlə aldadırlar (2 Timoteyə 4:3, 4).

3 Hiylənin bu qədər yayılmasına təəccüb etməyə dəyərmi? Əsla yox. “Axır günlər”ə dair Müqəddəs Kitab xəbərdarlıq edir: “Pis adamlar və saxtakarlar isə, aldadıb aldanaraq, getdikcə daha betər olacaqlar” (2 Timoteyə 3:1, 13). Biz məsihçilər, bizi həqiqətdən döndərməyə qadir olan aldadıcı ideyalardan qorunmalıyıq. Təbii olaraq iki sual baş qaldırır: nəyə görə hiylə bu gün belə geniş yayılıb? Özümüzü hiylədən necə qoruya bilərik?

Bu gün nəyə görə belə çox hiylə mövcuddur?

4. Dünyada hiylənin bu cür yayılmasının səbəbini Müqəddəs Kitab necə izah edir?

4 Dünyada hiylənin geniş yayılmasının səbəbini Müqəddəs Kitab aydın şəkildə izah edir. Həvari Yəhya yazırdı ki, “bütün dünya... şəririn hakimiyyəti altındadır” (1 Yəhya 5:19). Bu “şərir” Şeytan İblisdir. İsa onun haqqında demişdir: “O... həqiqətə bağlı qalmadı; çünki onda həqiqət yoxdur. Yalan söylədiyi zaman, özündən söylər; çünki o, yalançıdır və yalanın atasıdır”. Bu dünyanın öz yalançı rəhbərinin ruhunu, dəyərlərini və cizgilərini əks etdirməsinə təəccüb etmək lazımdırmı? (Yəhya 8:44; 14:30; Efeslilərə 2:1-3).

5. Bu axır günlərdə Şeytan yalandan daha fəal surətdə necə istifadə edir və onun əsas hədəfi kimlərdir?

5 Bu axır günlərdə Şeytan olduqca fəaldır. O, yerin hüdudlarına atılmışdır. O, vaxtının az olduğunu bilir və çox qəzəblidir. Bacardıqca daha çox insanı məhv etmək arzusuyla ‘bütün dünyanı aldadır’ (Vəhy 12:9, 12). Şeytan təsadüfdən-təsadüfə yalana əl atmırdı. Əksinə, bu, insanları aldatmaq üçün onun daima istifadə etdiyi üsuldura. O, özünə hiylə və xainlik daxil edən bütün imkanlardan istifadə edərək, imansızların ağıllarını kor edir və onları Allahdan uzaqlaşdırır (2 Korinflilərə 4:4). Bu hiylə ustası xüsusilə də Allaha “ruhən və həqiqətən” ibadət edənləri aşırmaq istəyir (Yəhya 4:24; 1 Peter 5:8). Heç zaman unutmaq lazım deyil ki, Şeytan əslində belə bir iddia irəli sürmüşdür: “Mən hər bir kəsi Allahdan uzaqlaşdıra bilərəm” (Eyub 1:9-12). Gəlin Şeytanın üsullarından bə’zilərini nəzərdən keçirək və özümüzü onun hiylələrindən necə qoruya biləcəyimizi müzakirə edək (Efeslilərə 6:11).

Dönüklərin hiyləsindən qorun

6, 7. a) Dönüklər nəyi iddia edə bilərlər? b) Müqəddəs Yazılar dönüklərin məqsədini aydın şəkildə necə göstərir?

6 Şeytan, Allahın xidmətçilərini həqiqət yolundan azdırmaq üçün, artıq çoxdandır ki, dönüklərdən istifadə edir (Matta 13:36-39). Dönüklər Yehovaya ibadət etdiklərini və Müqəddəs Kitaba inandıqlarını iddia edə bilərlər, lakin onlar Allahın təşkilatının görünən hissəsini rədd edirlər. Bə’ziləri hətta yalan dinin dünya imperiyası olan “Böyük Babil”in Allahı rüsvay edən tə’limlərinə qayıdırlar (Vəhy 17:5; 2 Peter 2:19-22). Allahın ilhamının tə’siri altında Müqəddəs Kitaba, dönüklərin məqsədlərini və üsullarını ifşa edən güclü sözlər daxil edilib.

7 Dönüklərin məqsədi nədir? Onların əksəriyyəti, ehtimal ki, bir vaxtlar həqiqət sandıqları dini tərk etməklə kifayətlənmirlər. Çox vaxt başqalarını da özləri ilə aparmaq istəyirlər. Özləri şagird axtarmaq və onları öyrətmək əvəzinə, dönüklərin çoxu ‘şagirdləri [yə’ni Məsihin şagirdlərini] ardlarınca çəkməyə’ cəhd edirlər (Həvarilərin işləri 20:29, 30). Yalançı müəllimlər haqqında həvari Pavel tə’kidlə xəbərdarlıq etmişdir: “Diqqətli olun ki... kimsə sizi əsir almasın” (Koloslulara 2:8). Məgər dönüklərin çoxu bunu etməyə çalışmırlarmı? Heç bir şeydən şübhələnməyən şəxsi oğurlayaraq, ailəsindən uzaqlara aparan oğru kimi, dönüklər də yığıncağın e’tibar edən üzvlərini sürüdən uzaqlaşdıraraq tələyə salmağa çalışırlar.

8. Dönüklər öz məqsədlərinə hansı üsullarla nail olmağa çalışırlar?

8 Dönüklər öz məqsədlərinə hansı üsullarla nail olmağa çalışırlar? Onlar çox vaxt faktları təhrif edir, yarıhəqiqətə və birbaşa yalana əl atırlar. İsa bilirdi ki, davamçıları ‘yalan söyləyib... [onlara] hər cür böhtan atan’ insanların qurbanı olacaqlar (Matta 5:11). Bu kinli düşmənlər başqalarını aldatmaq məqsədi ilə yalan danışırlar. Həvari Peter, “uydurma sözlər” danışacaq, öz ‘hiylələrini’, yə’ni hiyləgər tə’limlərini yayacaq və öz məqsədlərinə çatmaq üçün ‘Müqəddəs Yazıları pozacaq’ dönüklər barəsində xəbərdarlıq edirdi (2 Peter 2:3, 13; 3:16). Kədərli olsa da, dönüklər ‘bə’zilərinin imanını alt-üst etməyə’ nail olmuşlar (2 Timoteyə 2:18).

9, 10. a) Dönüklərin bizi aldatmaması üçün nə etməliyik? b) Allahın niyyətləri haqqındakı anlayışımıza düzəlişlər ediləndə biz nəyə görə narahat olmuruq?

9 Dönüklər bizi aldada bilməsinlər deyə nə etməliyik? Allahın Kəlamının məsləhətinə diqqət yetirməliyik: “Öyrəndiyiniz tə’limə zidd olaraq ayrılıqları və yoldan çıxmağı təşviq edənlərdən özünüzü qoruyun və onlardan ehtiyat edin” (Romalılara 16:17). Onların öz dəlillərini şifahi, yazılı formada və ya İnternet vasitəsilə çatdırmalarından asılı olmayaraq, biz onlardan uzaq duraraq, “ehtiyat edirik”. Biz nəyə görə bu cür mövqe tuturuq? Birincisi, ona görə ki, Allahın Kəlamı bizi bu cür davranmağa çağırır və biz, Yehovanın bizə yalnız ən yaxşı şeyləri arzuladığına inanırıq (İşaya 48:17, 18).

10 İkincisi, bizi Böyük Babildən aydın şəkildə fərqləndirən qiymətli həqiqətləri bizə öyrədən təşkilatı sevirik. Eyni zamanda Allahın niyyətləri haqqındakı biliklərimizin tam olmadığını e’tiraf edirik; anlayışımıza uzun illər ərzində düzəlişlər edilir. Sadiq məsihçilər Yehovanın hər şeyi aydınlaşdıracağı vaxta qədər gözləməyə hazırdırlar (Süleymanın məsəlləri 4:18). Bu arada isə, istifadə edilməsi Allaha məqbul olan təşkilatı tərk etməyəcəyik, çünki Allahın bu təşkilata xeyir-dua verdiyinə dair aydın dəlilləri görürük (Həvarilərin işləri 6:7; 1 Korinflilərə 3:6).

Özünü aldatmaqdan qorun

11. Nəyə görə qeyri-kamil insanlar özlərini aldatmağa meyllidirlər?

11 Qeyri-kamil insanlar, Şeytanın həvəslə istifadə etdiyi meylə — özlərini aldatmaq meylinə malikdirlər. Yeremya 17:9 ayəsində deyilir: “Ürək hər şeydən ziyadə aldadıcıdır və çox çürükdür”. Yaqub isə yazırdı: “Hər kəs öz ehtirası ilə aparılaraq və aldanaraq imtahan olunur” (Yaqub 1:14). Əgər ürəyimiz aldanıbsa, günahı cazibədar və zərərsiz kimi təqdim edərək bizi günaha təhrik edə bilər. Lakin bu hiylədir, çünki günaha uyan, ölüm yoluna düşür (Romalılara 8:6).

12. Biz özümüzü aldatmağın tələsinə necə düşə bilərik?

12 Özünü aldatmağın tələsinə düşmək asandır. Aldadıcı ürək ciddi çatışmazlıqlara dərrakəli izahat verər və ya ağır günaha haqq qazandıra bilər (1 Samuel 15:13-15, 20, 21). Çürük ürəyimiz həmçinin şübhəli davranışlara belə haqq qazandıra bilər. Məsələn, əyləncə məsələsini nəzərdən keçirək. Bə’zi əyləncə növləri cana xeyirli və xoşdur. Lakin bu dünyanın filmlər, televiziya proqramları və İnternet vasitəsilə təklif etdiyi əyləncələrdən çoxu nalayiq və əxlaqsızdır. Rüsvayçı əyləncə proqramlarına baxmağın heç bir zərəri olmadığına özümüzü inandırmaq asandır. Bə’ziləri hətta belə düşünürlər: “Əgər bu mənim vicdanıma zidd getmirsə, burada pis nə var ki?” Amma bu cür insanlar ‘özlərini aldadırlar’ (Yaqub 1:22).

13, 14. a) Müqəddəs Kitabın hansı nümunəsi göstərir ki, vicdanımız həmişə e’tibarlı məsləhətçi olmaya bilər? b) Özümüzü aldatmaqdan necə qoruna bilərik?

13 Biz özümüzü aldatmaqdan necə qoruna bilərik? Hər şeydən əvvəl yadda saxlamalıyıq ki, insanın vicdanı həmişə e’tibarlı məsləhətçi olmur. Nümunə üçün həvari Paveli götürək. O, məsihçi olmazdan əvvəl Məsihin davamçılarını tə’qib edirdi (Həvarilərin işləri 9:1, 2). Ehtimal ki, o zaman vicdanı onu narahat etmirdi. Lakin aydındır ki, o, düzgün yolla getmirdi. Pavel e’tiraf edirdi: “Mən... cahillik və imansızlıqla hərəkət edirdim” (1 Timoteyə 1:13). Deməli, hər hansı növ əyləncənin bizim vicdanımızı narahat etməməsi, özlüyündə bizim doğru davrandığımıza zəmanət vermir. Yalnız Allahın Kəlamı əsasında layiqincə tə’lim edilmiş vicdan sağlam rəhbərlik verə bilər.

14 Əgər özümüzü aldatmaqdan qaçınmaq istəyiriksə, bə’zi faydalı məsləhətləri yadda saxlamaq lazımdır. Allaha duada müraciət edərək özünü yoxla (Məzmur 26:2; 2 Korinflilərə 13:5). Düzgün tərzdə özünü təhlil etməyin, baxışlarında və ya davranışında nəyi isə dəyişməyin zəruri olduğunu aşkar edə bilər. Başqalarına qulaq as (Yaqub 1:19). Biz özümüzü yoxlayan zaman yanlış qənaətə gəlməyə meylli olduğumuz üçün, yetkin məsihçilərin qərəzsiz fikirlərini dinləmək müdriklik olar. Əgər sən müvazinətli, təcrübəli həmimanlılarının gözündə şübhəli görünən qərarlar qəbul edir və ya hərəkətlər edirsənsə, özündən soruşmağa dəyər: “Bəlkə mənim vicdanım layiqincə tə’lim edilməyib və ya ürəyim məni aldadır?” Müntəzəm olaraq Müqəddəs Kitabı və onun əsasında hazırlanmış nəşrləri tədqiq et (Məzmur 1:2). Bu, fikirlərini, baxışlarını və hisslərini Allahın prinsipləri ilə uyğunlaşdırmaqda sənə kömək edəcək.

Şeytanın yalan ideyalarından qorun

15, 16. a) Şeytan bizi hansı yalan ideyalarla aldatmağa çalışır? b) Bu cür yalanlardan özümüzü necə qoruya bilərik?

15 Bizi aldatmağa çalışaraq, Şeytan çoxlu yalan ideyalardan istifadə edir. O bizi inandırmağa çalışır ki, maddi şeylərə malik olmaq xoşbəxtlik və məmnunluq gətirir, halbuki çox vaxt tamamilə əksinə olur (Vaiz 5:10-12). O, bizi inandırmaq istəyərdi ki, bu pis dünya əbədiyyən mövcud olacaq, halbuki aydın dəlillərə əsasən biz “axır günlərdə” yaşayırıq (2 Timoteyə 3:1-5). Əxlaqsızlıqdan zövq alan insanların çox vaxt acı nəticələr əldə etmələrinə baxmayaraq, Şeytan belə bir fikir irəli sürür ki, əxlaqsız həyat tərzi sürməkdə heç bir zərər yoxdur (Qalatiyalılara 6:7). Onun bu cür yalanlarından özümüzü necə qoruya bilərik?

16 Müqəddəs Kitab nümunələrindən fayda əldə et. Müqəddəs Kitabda Şeytanın yalanına uyan kəslərin saqındırıcı nümunələri təsvir edilir. Onlar maddi şeylərə meyl göstərmiş, hansı vaxtda yaşadıqlarını nəzərdən qaçırmış və əxlaqsızlığın tə’siri altına düşmüşlər. Nəticə isə fəlakətli olmuşdur (Matta 19:16-22; 24:36-42; Luka 16:14; 1 Korinflilərə 10:8-11). Müasir nümunələrdən ibrət dərsi götür. Əfsuslar olsun ki, məsihçilərdən bə’ziləri hansı dövrdə yaşadıqlarını yaddan çıxarır və Allaha xidmət etməklə nə isə yaxşı şey itirdiyini düşünür. Bu cür insanlar bə’zən həqiqətdən uzaqlaşır və öz xoşlarına yaşamağa başlayırlar. Lakin onlar ‘sürüşkən yerlərdə’ dururlar və əvvəl-axır əxlaqsız davranışlarının nəticələri ilə üz-üzə gəlməli olacaqlar (Məzmur 73:18, 19). Biz başqalarının nümunələrindən öyrənməklə müdrik davranırıq (Süleymanın məsəlləri 22:3).

17. Şeytan nəyə görə belə bir yalan irəli sürür ki, guya Yehova bizi sevmir və qiymətləndirmir?

17 Şeytanın müvəffəqiyyətlə istifadə etdiyi yalan ideyadan biri də odur ki, guya Yehova bizi sevmir və qiymətləndirmir. Şeytan qeyri-kamil insanları minilliklər ərzində müşahidə edir. O, çox gözəl bilir ki, biz ruhdan düşməklə zəifləyə bilərik (Süleymanın məsəlləri 24:10). Buna görə də o, belə bir yalan irəli sürür ki, guya biz Allahın gözündə heç bir şeyə yaramırıq. Əgər biz ‘yıxılmışıqsa’ və Yehovanın bizi vecinə almadığına əminiksə, bizdə təslim olmaq istəyimiz yarana bilər (2 Korinflilərə 4:9). Böyük Yalançı da məhz elə buna nail olmaq istəyir! Şeytanın bu tələsinə düşməmək üçün bizə nə etmək lazımdır?

18. Müqəddəs Kitab bizi Yehovanın məhəbbətinə necə əmin edir?

18 Müqəddəs Kitabda Allahın bizə olan məhəbbəti haqqında deyilənləri şəxsən özünə aid et. Allahın Kəlamında Yehovanın bizi nəzərə aldığına və sevdiyinə əmin edən tə’sirli surətlər var. O, sənin göz yaşlarını “şüşəyə” qoyur — bu o deməkdir ki, O, sadiqliyini qoruyub saxlamaq üçün bütün qüvvətinlə çalışaraq tökdüyün göz yaşlarını görür və yadda saxlayır (Məzmur 56:8). Yehova sənin ‘ruhən əzilmiş’ olduğun vaxtı bilir və bu cür anlarda sənə yaxındır (Məzmur 34:18). O, sənin haqqında hər bir təfsilatı, hətta ‘başındakı saçların’ sayını belə bilir (Matta 10:29-31). Ən başlıcası isə, Allah sənin üçün “vahid Oğlunu” verib (Yəhya 3:16; Qalatiyalılara 2:20). Müqəddəs Yazıların bu cür ayələrinin şəxsən sənə aid olduğuna inanmaq bə’zən çətin ola bilər. Lakin biz Yehovanın sözlərinə e’tibar etməliyik. O istəyir ki, biz Onun hamımızı yalnız ümumilikdə deyil, lakin hər birimizi ayrılıqda sevdiyinə inanaq.

19, 20. a) Yehovanın bizi guya sevmədiyinə dair Şeytanın yalanını müəyyənləşdirmək və rədd etmək nəyə görə vacibdir? b) Bir səyyah nəzarətçi ruhdan düşənlərə necə kömək edir?

19 Yalanı müəyyənləşdir və rədd et. Əgər kiminsə yalan danışdığını bilirsənsə, özünü müdafiə edə bilərsən. Şeytanın Yehovanın səni sevmədiyinə inandırmaq niyyəti haqqındakı biliklərin, güclü müdafiə kimi xidmət edə bilər. Bir məsihçi bacı, “Gözətçi Qülləsi” jurnalında Şeytanın fəndləri barəsindəki xəbərdaredici məqalə haqqında deyirdi: “Mən heç vaxt təsəvvür etməzdim ki, Şeytan məni ruhdan salmaq üçün öz hisslərimdən istifadə etməyə çalışır. Bu haqdakı biliklərim, mənə öz mənfi hisslərimlə mübarizə aparmaqda stimul verir”.

20 Cənubi Amerikadan olan bir səyyah nəzarətçinin necə davrandığını nəzərdən keçirək. Çobanlıq ziyarətini yerinə yetirərkən o, ruhdan düşən həmimanlılardan çox vaxt soruşur: “Üç üqnuma inanırsanmı?” Ruhdan düşən insan adətən cavab verir: “Əlbət ki, yox”, çünki bunun Şeytanın yalanı olduğunu bilir. Ağsaqqal sonra soruşur: “Cəhənnəm oduna inanırsanmı?” Yenidən cavab alır: “Əlbət ki, yox!” Onda ağsaqqal deyir ki, Şeytanın o dərəcədə mə’lum olmayan daha bir yalanı mövcuddur. O, onların diqqətini “Yehovaya yaxınlaş” kitabının (türk.) 249-cu səhifəsindəki 21-ci abzasa yönəldirb. Orada Yehovanın hər birimizi ayrılıqda sevmədiyinin yalan olduğu göstərilir. Həmin səyyah nəzarətçi deyir ki, bu yolla o, ruhdan düşənlərə Şeytanın yalanını müəyyənləşdirib, onu rədd etməkdə müvəffəqiyyətlə kömək edir.

Özünü hiylədən qoru

21, 22. Biz Şeytanın hiyləgər tələlərindən nəyə görə xəbərsiz deyilik və biz nəyə qətiyyətli olmalıyıq?

21 Axır günlərin bu son dövründə gözləmək lazımdır ki, Şeytan bundan sonra da çox böyük həcmdə yalan və hiylə buraxacaqdır. Xoşbəxtlikdən, Yehova bizləri Şeytanın hiyləgər tələlərinə dair məsələlərdən agah edib. Müqəddəs Kitab və “sadiq və ağıllı qul”un Müqəddəs Kitaba əsaslanan nəşrləri İblisin məkrli üsullarını açıq şəkildə ifşa edir (Matta 24:45). Unutmayaq ki, təhlükədən xəbərdar olan hazırlıqlı olur (2 Korinflilərə 2:11).

22 Buna görə də, gəlin dönüklərin mülahizələrindən qorunaq. Gəlin, özümüzü aldatmağın məkrli tələsindən qaçınmaq qətiyyətində mətin olaq, həm də Şeytanın bütün yalanını müəyyənləşdirək və rədd edək. Belə olan halda biz, yalana nifrət edən həqiqət Allahı ilə münasibətlərimizi qoruyub saxlayacağıq (Məzmur 31:5; Süleymanın məsəlləri 3:32).

[Haşiyələr]

a Bir mə’lumat kitabçasına əsasən, Vəhy 12:9 ayəsində “aldadan” kimi tərcümə olunan fe’l “vərdiş halına keçmiş uzunmüddətli hərəkət mə’nasını daşıyır”.

b Yehovanın Şahidləri tərəfindən dərc olunur.

Xatırlayırsınızmı?

• Bu gün dünyada nəyə görə bu qədər hiylə mövcuddur?

• Nə edə bilərik ki, dönüklər bizi aldatmasınlar?

• Özümüzü aldatmaq meylindən necə qoruna bilərik?

• Şeytanın yalan ideyalarından necə qoruna bilərik?

[15-ci səhifədəki şəkil]

Əyləncə məsələsində özünü aldatma.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş