Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/2 s. 24—32
  • ‘Xalqların hamısına şəhadət’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Xalqların hamısına şəhadət’
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Birinci əsrdə icra olunan şahidlik işi
  • Allahın əməkdaşları
  • Bizim günlərdəki şahidlik
  • Şahidlik etmək üçün sə’ylə çalışırıq
  • «Yerin ucqarlarınadək»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Əsaslı surətdə şahidlik etməyə öyrədilmişik
    Gözətçi qülləsi 2005
  • «Mənim şahidim olacaqsınız»
    Gözətçi qülləsi 2014
  • «Gedin və bütün xalqların içində şagird hazırlayın»
    Gözətçi qülləsi 2016
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/2 s. 24—32

‘Xalqların hamısına şəhadət’

«Dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (HƏVARİLƏRİN İŞLƏRİ 1:8).

1. Matta 24:14 ayəsində yazılan peyğəmbərliyi şagirdlər ilk dəfə nə vaxt və harada eşitmişdilər?

İSANIN Matta 24:14 ayəsində yazılan sözləri hamıya o qədər tanışdır ki, çoxları onları əzbər bilirlər. Bu necə də möhtəşəm peyğəmbərlikdir! Şagirdlər ilk dəfə bu sözləri eşidəndə onların ağıllarına gələn fikirləri bir anlığa təsəvvürünə gətir! Eramızın 33-cü ili idi. Şagirdlər artıq üç il idi ki İsa ilə birlikdə xidmət edirdilər. İndi isə onlar Məsihlə Yerusəlim şəhərinə gəldilər. Onlar İsanın mö’cüzələrini görmüş və tə’limlərini eşitmişdilər. İsanın öyrətdiyi dəyərli tə’limlər şagirdlərin xoşuna gəlsə də, sevinclərinə hamının şərik olmadığını başa düşürdülər, çünki İsanın çox güclü və nüfuzlu düşmənləri var idi.

2. Şagirdləri qarşıda hansı təhlükə və çətinliklər gözləyirdi?

2 İsanın dörd şagirdi onunla Zeytun dağında oturub sözlərinə diqqətlə qulaq asırdılar. Məsih gələcəkdə şagirdlərin qarşısına çıxacaq təhlükə və çətinliklərdən danışırdı. Bundan qabaq İsa onlara, özünün e’dam ediləcəyini söyləmişdi (Matta 16:21). İndi isə o, şagirdlərinə aydın surətdə göstərdi ki, onlar da sərt müqavimətlərlə üzləşəcəklər. İsa dedi: «Sizə əziyyət verib öldürəcəklər; və Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcəklər». Bu, İsanın demək istədiklərinin sonu deyildi. Yalançı peyğəmbərlər çoxlarını yoldan çıxaracaq. Bə’ziləri büdrəyəcək, bir-birini ələ verəcək və bir-birinə nifrət edəcəklər. ‘Bir çoxları’, hətta Allaha və Onun Kəlamına olan məhəbbətlərinin soyumasına yol verəcəklər (Matta 24:9-12).

3. İsanın Matta 24:14 ayəsində yazılan sözləri nəyə görə heyrətamizdir?

3 Bu dəhşətli hadisələri peyğəmbərlik etdikdən sonra İsa şagirdlərinin təəccübünə səbəb olan bir peyğəmbərlik də söylədi. O dedi: «Səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» (Matta 24:14). Bəli, İsanın İsraildə başladığı ‘həqiqətə şəhadət etmək’ işi davam etdiriləcək və dünya miqyasınadək genişlənəcəkdi (Yəhya 18:37). Bu necə də heyrətamiz peyğəmbərlikdir! Bütün dünyaya şahidlik vermək artıq öz-özlüyündə çətin bir tapşırıq idi; onun ‘bütün millətlərin nifrətinin’ əksinə olaraq yerinə yetəcəyi isə əsl mö’cüzə idi. Bu işin həyata keçirilməsi Yehovanın hökmranlıq mövqeyi ilə yanaşı, Onun məhəbbətini, mərhəmətini və səbrini ucaldacaqdı; xidmətçilərinə isə iman və sədaqətlərini təzahür etdirməyə imkan verəcəkdi.

4. Şahidlik vermək işi kimə tapşırılmışdı və İsa onları necə ruhlandırdı?

4 İsa şagirdlərinə aydın şəkildə göstərdi ki, bu möhtəşəm işi onlar yerinə yetirəcəklər. Göyə qalxmazdan əvvəl Məsih onlara görünərək dedi: «Müqəddəs Ruh üzərinizə endikdən sonra ancaq qüdrət alacaqsınız. Və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (Həvarilərin işləri 1:8). Əlbəttə, bir qədər sonra başqaları da bu işdə onlara qoşulacaqdı, lakin şagirdlərin sayı hələ az idi. Allahın qüdrətli müqəddəs ruhunun bu tapşırığı yerinə yetirməkdə onlara qüvvət verəcəyini bilmək şagirdlər üçün necə də ruhlandırıcı idi!

5. Şagirdlər şahidlik işinə dair nəyi bilmirdilər?

5 Şagirdlər xoş xəbəri təbliğ etmək və ‘bütün xalqlar arasında şagirdlər hazırlamaq’ işinin onlara tapşırıldığını bilirdilər (Matta 28:19, 20, YD). Lakin onlar bu işin nə dərəcədə əsaslı surətdə yerinə yetiriləcəyindən və sonun nə vaxt gələcəyindən bixəbər idilər. Bunu biz də bilmirik. Bunları müəyyən edən yalnız Yehovadır (Matta 24:36). Şahidlik işi Yehovanın nəzərdə tutduğu miqyasda yerinə yetiriləndə, O, bu pis əşyalar sisteminə son qoyacaqdır. Yalnız onda məsihçilər başa düşəcəklər ki, təbliğ işi Yehovanın məqsədinə uyğun miqyasda həyata keçirilib. Həmin erkən məsihçilər bu axır günlərdə veriləcək şahidliyin miqyasını heç təsəvvürlərinə belə gətirə bilməzdilər!

Birinci əsrdə icra olunan şahidlik işi

6. Eramızın 33-cü ilinin Pentikost günündə və ondan az müddət sonra nə baş verdi?

6 Birinci əsrdə Padşahlıq haqqında təbliğ və şagirdlərin hazırlanması işində əldə edilən nəticələr heyranedici idi. Eramızın 33-cü ilinin Pentikost günündə Yerusəlimdəki evlərdən birinin üst mərtəbəsində toplaşan təxminən 120 şagirdin üzərinə müqəddəs ruh tökülmüşdü. Həvari Peter bu mö’cüzənin mə’nasını izah edən tə’sirli bir nitqlə çıxış etdikdən sonra 3 000 nəfər imana şərik olaraq vəftiz olundu. Bu yalnız başlanğıc idi. Din rəhbərlərinin təbliğ işini dayandırmaq üçün etdikləri cəhdlərinə baxmayaraq, Yehova «xilas edilənləri gündən günə cəmiyyətə əlavə edirdi». Tezliklə «imanlı kişilərin sayı təqribən beş min nəfərə çatdı». Bundan sonra «sayları get-gedə artan kişilərlə qadınlar Rəbbə iman edib cəmiyyətə qoşulurdular» (Həvarilərin işləri 2:1-4, 8, 14, 41, 47; 4:4; 5:14).

7. Nəyə görə demək olar ki, Korneliusun İsa Məsihin davamçısı olması mühüm bir hadisə idi?

7 Eramızın 36-cı ili başqa bir mühüm hadisə ilə yadda qalan oldu: qeyri-yəhudi olan Kornelius məsihçiliyi qəbul edib vəftiz olundu. Yehova həvari Peteri Allah qorxusuna malik olan bu insanın yanına göndərməklə göstərdi ki, İsanın, «bütün xalqlar arasında şagirdlər hazırlayın» tapşırığı yalnız müxtəlif ölkələrdə yaşayan yəhudilərə təbliğ etməklə məhdudlaşmırdı (Həvarilərin işləri 10:44, 45). Bəs təbliğ işində rəhbər tə’yin edilənlərin buna münasibəti necə oldu? Yəhudeyadakı həvarilər və ağsaqqallar xoş xəbəri qeyri-yəhudilərə də çatdırmaq lazım olduğunu başa düşəndə, Allaha həmd etdilər (Həvarilərin işləri 11:1, 18). Təbliğ işi yəhudilərin arasında da bəhrələr gətirməyə davam edirdi. Bir neçə il sonra, təxminən eramızın 58-ci ilində digər xalqlardan olan insanlardan savayı minlərlə yəhudilər imana qoşulmağa başladılar (Həvarilərin işləri 21:20).

8. Xoş xəbər insanlara necə tə’sir edir?

8 Birinci əsrdəki məsihçilərin sayının artması heyranedici olsa da, biz heç vaxt unutmamalıyıq ki, bu sayın arxasında real insanlar dururdu. Onların eşitdiyi Müqəddəs Kitab xəbəri böyük tə’sir qüvvəsinə malik idi (İbranilərə 4:12). Müjdə, onu qəbul edənlərin həyatını köklü surətdə dəyişirdi. Bu insanlar əxlaqi cəhətdən təmiz həyat sürməyə başlayır, yeni ‘mənliyi’ geyinir və Allahla barışırdılar (Efeslilərə 4:22, 23). Müqəddəs Kitab bu gün də belə bir qüvvəyə malikdir, üstəlik, xoş xəbərə hay verənlərin hamısı gözəl əbədi həyat ümidini əldə edirlər (Yəhya 3:16).

Allahın əməkdaşları

9. Erkən məsihçilərin hansı şərəfli məs’uliyyəti vardı?

9 Erkən məsihçilər xidmətdə əldə etdikləri nailiyyətləri öz adlarına yazmırdılar. Onlar ‘Müqəddəs Ruhun qüdrətinin’ təbliğ işini dəstəklədiyini dərk edirdilər (Romalılara 15:13, 19). Ruhani inkişafa görə bütün izzət yalnız Yehovaya məxsus idi. Bununla yanaşı, həmin məsihçilər ‘Allahın əməkdaşları olmağın’ şərəfli və məs’uliyyətli iş olduğunu bilirdilər (1 Korinflilərə 3:6-9). İsanın nəsihətinə riayət edərək bu məsihçilər onlara həvalə olunan tapşırığı yerinə yetirməyə var qüvvələrini sərf edirdilər (Luka 13:24).

10. Bütün millətlərə şahidlik vermək üçün erkən məsihçilər nə edirdilər?

10 «Qeyri-yəhudilərə həvari» tə’yin olunan Pavel quruda və dənizdə minlərlə kilometr məsafə qət edərək Roma əyaləti olan Asiyada və Yunanıstanda çoxlu yığıncaq təşkil etmişdi (Romalılara 11:13). O, həmçinin Romada da olmuş və ehtimal ki, yolu İspaniyaya da düşmüşdü. Həmin vaxt ‘sünnətlilərin arasında Müjdəni yaymaq tapşırığı’ alan həvari Peter isə əks istiqamətə, Babilə təbliğ etməyə getdi. O vaxtlar bu şəhər iudaizmin mühüm mərkəzi idi (Qalatiyalılara 2:7-9; 1 Peter 5:13). Rəbbin işində çalışanların arasında Trifena və Trifosa kimi qadınlar da var idi. Persis adlı başqa bir bacımız haqqında deyilmişdir ki, o, ‘Rəbb üçün çox zəhmət çəkmişdi’ (Romalılara 16:12).

11. Yehova şagirdlərin sə’yinə necə xeyir-dua verdi?

11 Yehova onların və digər əməkdaşlarının zəhmətini bol-bol xeyir-dualandırdı. «Bütün xalqlar arasında şagirdlər hazırlayın» tapşırığı veriləndən 30 il keçməmiş, Pavel yazırdı ki, «Müjdə, göy altında olan hər məxluqa təbliğ edilmişdir» (Koloslulara 1:23). Son o zaman gəldimi? Hansısa mə’nada bəli, gəldi. Bu, yəhudi əşyalar sisteminin sonu idi və Roma qoşunları eramızın 70-ci ilində Yerusəlimi və mə’bədi dağıdarkən baş verdi. Lakin Yehova, Şeytanın dünyasını bütövlüklə məhv etməzdən əvvəl təbliğ işinin daha böyük miqyasda olacağını qərara almışdı.

Bizim günlərdəki şahidlik

12. Erkən Müqəddəs Kitab Tədqiqatçıları təbliğ etmək tapşırığını necə başa düşürdülər?

12 Dini dönüklüyün uzun əsrlər boyu hökmranlıq etməsindən sonra, 19-cu əsrin sonlarında həqiqi ibadət bərpa olundu. O vaxt Müqəddəs Kitab Tədqiqatçıları kimi tanınan Yehovanın Şahidləri bütün dünyada şagirdlər hazırlamaq tapşırığının vacib olduğunu başa düşdülər (Matta 28:19, 20). 1914-cü ilə yaxın təbliğdə fəal iştirak edənlərin sayı təxminən 5 100 nəfər idi və xoş xəbər 68 ölkədə təbliğ edilirdi. Lakin erkən Müqəddəs Kitab Tədqiqatçılarının Matta 24:14 ayəsindəki peyğəmbərliyə dair tam anlayışları yox idi. 19-cu əsrin sonlarında özünə xoş xəbəri və ya müjdəni daxil edən Müqəddəs Yazılar Müqəddəs Kitab Cəmiyyətləri tərəfindən bir çox dillərə tərcümə olunmuş, çap edilmiş və bütün dünyada geniş yayılmışdı. Buna görə bir neçə onilliklər ərzində Müqəddəs Kitab Tədqiqatçıları şahidliyin artıq millətlərə verildiyini düşünürdülər.

13, 14. «Gözətçi Qülləsi»nin 1928-ci ildə çıxan saylarından birində Allahın iradəsi və niyyətlərinə dair hansı daha aydın anlayış dərc edilmişdi?

13 Yehova tədricən xalqına Öz iradəsi və niyyətlərini daha aydın başa düşməyə kömək edirdi (Süleymanın məsəlləri 4:18). «Gözətçi Qülləsi»nin 1928-ci il 1 dekabr sayında deyilirdi: «Deyə bilərikmi ki, Müqəddəs Kitabın əhali arasında paylanması ilə peyğəmbərlik edilmiş Padşahlıq haqqında müjdənin təbliği icra edilmişdir? Əsla yox! Müqəddəs Kitabın paylanmasına baxmayaraq, Allahın yer üzündə olan kiçik şahidlər qrupunun Onun niyyətlərini izah edən ədəbiyyatları çap etməsinə və Müqəddəs Kitab verilən evlərə baş çəkməsinə hələ də ehtiyac var. Əks təqdirdə, insanlar bizim günlərdə Xilaskar Padşahlığın artıq tə’sis olunduğunu bilməyəcəklər».

14 «Gözətçi Qülləsi»nin həmin sayında sonra deyilirdi: «1920-ci ildə Müqəddəs Kitab Tədqiqatçıları Matta 24:14 ayəsində yazılan peyğəmbərlik haqqında düzgün anlayışa malik oldular. Onda onlar başa düşdülər ki, xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ edilməli olan “bu Müjdə” qarşıda gözlənilən Padşahlığın deyil, əksinə, artıq yer üzərində rəhbərlik etmək üçün bərqərar edilmiş Xilaskar Padşahlıq haqqında olan müjdə idi».

15. 1920-ci ildən e’tibarən verilən şahidliyin miqyası necə genişləndi?

15 1920-ci ildə mövcud olan həmin kiçik şahidlər qrupu azsaylı olaraq qalmadı. Sonrakı onilliklərdə ‘başqa qoyunlardan’ ibarət olan ‘böyük izdihamın’ kim olduğu aydın oldu və onların yığılması başlandı (Vəhy 7:9; Yəhya 10:16). Bu gün bütün dünyada təbliğçilərin sayı 235 ölkədə 6 613 829 nəfərə çatıb. Peyğəmbərlik necə də mö’cüzəli şəkildə yerinə yetir! «Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə» belə böyük miqyasda heç zaman təbliğ edilməmişdir. İndiyədək yer üzündə Yehovanın bu qədər saleh xidmətçisi olmamışdır.

16. Keçən xidmət ilində hansı nailiyyətlər əldə edilmişdir? (27-30-cu səhifələrdə olan hesabata baxın).

16 Bu şahidlər izdihamı 2005-ci xidmət ili ərzində də təbliğdə sə’ylə iştirak etmişdir. Xoş xəbərin 235 ölkədə bəyan edilməsinə bir mil­yard­dan artıq saat sərf edilmiş, milyonlarla təkrar başçəkmə edilmiş və yüz minlərlə Müqəddəs Kitab öyrənməsi keçirilmişdir. Bu iş, Allahın Kəlamını insanlarla bölüşmək üçün vaxtlarını və vəsaitlərini həvəslə sərf edən Yehovanın Şahidləri tərəfindən edilmişdir (Matta 10:8). Yehova, iradəsinin həyata keçirilməsi üçün qüdrətli müqəddəs ruhunun vasitəsilə xidmətçilərinə lazımi qüvvəni verməyə davam edir (Zəkəriyyə 4:6).

Şahidlik etmək üçün sə’ylə çalışırıq

17. Yehovanın xalqı İsanın xoş xəbərin təbliğ edilməsi barədə sözlərinə necə hay verir?

17 İsanın xoş xəbərin bütün dünyada təbliğ ediləcəyi barədə söylədiyindən təxminən 2 000 il keçməsinə baxmayaraq, Allahın xalqının sə’yi zəifləməyib. Biz bilirik ki, yaxşılıq etməyə səbirlə davam etməklə Yehovanın məhəbbət, mərhəmət və səbir kimi keyfiyyətlərini əks etdiririk. Biz də kiminsə məhv olmasını istəmirik, arzumuz odur ki, insanlar tövbə edib Yehova ilə barışsınlar (2 Korinflilərə 5:18-20; 2 Peter 3:9). Ruhən coşaraq Yehovanın Şahidləri yerin ucqarlarınadək xoş xəbəri sə’ylə bəyan etməyə davam edirlər (Romalılara 12:11). Bunun nəticəsi olaraq hər yerdə insanlar həqiqəti qəbul edir və Yehovanın məhəbbət dolu rəhbərliyinə riayət edirlər. Gəlin iki nümunəni nəzərdən keçirək.

18, 19. Xoş xəbərə hay verən insanlardan nümunə çəkin?

18 Çarlz Keniyanın qərbində yaşayır. Əvvəllər o, fermer idi. 1998-ci ildə 8 000 kiloqramdan çox tütün satdığı üçün ona «Ən qabaqcıl tütün istehsalçısı» sertifikatı verilmişdi. Həmin vaxt o, Müqəddəs Kitabı öyrənməyə başladı. Çarlz tezliklə başa düşdü ki, o bu işlə məşğul olmaqla İsanın, «qonşunu özün kimi sev» əmrini pozur (Matta 22:39). «Ən qabaqcıl tütün istehsalçısı» yox, «Ən qabaqcıl qatil» olduğunu başa düşəndən sonra o, tütün sahələrinə zəhər səpələdi. Çarlz ruhani cəhətdən inkişaf etdi, özünü Allaha həsr edib vəftiz olundu. Hal-hazırda o, daimi pionerdir və öz yığıncağında xidməti köməkçi kimi çalışır.

19 Şübhə yoxdur ki, Yehova geniş miqyasda edilən şahidliyin vasitəsilə dəyərli şeyləri, yə’ni insanları yığmaq üçün bütün millətləri silkələyir (Haqqay 2:7, KM). Portuqaliyada yaşayan Pedro adlı bir gənc 13 yaşında ikən ruhani seminariyaya daxil olmuşdu. Onun məqsədi missioner olmaq və insanlara Müqəddəs Kitabı öyrətmək idi. Lakin qısa bir müddətdən sonra o, seminariyanı tərk etdi, çünki dərslərdə Müqəddəs Kitaba az diqqət verilirdi. Altı il sonra o, Lissabon universitetlərinin birində psixologiyanı öyrənirdi. O, Yehovanın Şahidi olan xalasıgildə yaşayırdı. Bacımız Pedronu Müqəddəs Kitabı öyrənməyə təşviq edirdi. O zaman Pedro Allahın mövcudluğuna artıq şübhə ilə yanaşır və Müqəddəs Kitabı öyrənməyə tərəddüd edirdi. O, şübhələri barədə psixologiya müəllimi ilə söhbət etdi. Müəllim dedi ki, psixologiya tə’limlərinə əsasən, qərar qəbul edə bilməyən şəxs özünə zərər gətirir. Bundan sonra Pedro Müqəddəs Kitabı öyrənmək qərarına gəldi. Bu yaxınlarda o, vəftiz olundu və hal-hazırda başqa insanlarla da Müqəddəs Kitab öyrənməsi aparır.

20. Nəyə görə sevinə bilərik ki, millətlərə geniş miq­yas­da şahidlik edilir?

20 Biz şahidliyin nə dərəcədə vüs’ət alacağını bilmirik, sonun gəlişinin saatı və günü də bizə mə’lum deyil. Yalnız onu bilirik ki, həmin gün çox yaxındır. Biz çox sevinirik ki, xoş xəbərin bu cür miqyasda təbliğ olunması sonun yaxın olduğuna və Allahın Padşahlığının insan padşahlıqlarını əvəz edəcəyinə işarə edir (Daniel 2:44). Hər il milyonlarla insana xoş xəbərə hay vermək imkanı verilir və bu, Allahımız Yehovaya izzət gətirir. Bütün dünyada olan bacı-qardaşlarımızla yanaşı gəlin biz də sadiq qalmağa və bütün millətlərə şahidlik etməyə qəti qərarlı olaq. Belə etməklə biz həm özümüzü, həm bizə qulaq asanları xilas edə bilərik (1 Timoteyə 4:16).

Xatırlayırsınızmı?

• Matta 24:14 ayəsində yazılan peyğəmbərlik nəyə görə heyrət doğurur?

• Erkən məsihçilər təbliğ işində hansı sə’yi göstərirdilər və bunun nəticəsi nə oldu?

• Müqəddəs Kitab Tədqiqatçıları bütün millətlərə şahidlik etməyin vacibliyini necə başa düşdülər?

• Yehovanın Şahidlərinin keçən ilki fəaliyyətini nəzərdən keçirərkən sizə dərin tə’sir bağışlayan nə oldu?

[27-30-cu səhifələrdəki cədvəl]

2005 YEHOVANIN ŞAHİDLƏRİNİN XİDMƏT İLİ ÜÇÜN ÜMUMDÜNYA HESABATI

(Cədvələ nəşrin özündə baxın)

[31-ci səhifədəki xəritə/şəkillər]

Xoş xəbəri bəyan etmək üçün Pavel dənizdə və quruda minlərlə kilometr məsafə qət etmişdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş