Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/4 s. 26—31
  • Məsihçi vəftizi üçün tələblər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsihçi vəftizi üçün tələblər
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs və’d
  • Vəftiz olunmaq üçün lazımi hazırlıq
  • Vəftiz olmaq üçün sənə nə isə mane olurmu?
  • Şərəfli məs’uliyyət
  • Vəftiz olmuş şagirdlərin aldıqları xeyir-dualar
  • Vəftiz — məsihi üçün tələb
    Gözətçi qülləsi 2018
  • Vəftiz ən gözəl məqsəddir
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Vəftiz və Allahla dostluq
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Vəftiz olunmaq nəyə görə lazımdır?
    Gözətçi qülləsi 2002
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/4 s. 26—31

Məsihçi vəftizi üçün tələblər

«Vəftiz olunmağıma nə əngəl var?» (HƏVARİLƏRİN İŞLƏRİ 8:36).

1, 2. Filip həbəşistanlı mə’murla söhbətə necə başladı və mə’murun ruhani məsələlərlə maraqlandığı nədən görünürdü?

İSANIN ölümündən bir-iki il sonra bir dövlət mə’muru arabada cənuba doğru, Yerusəlimdən Qəzzəyə gedən yol ilə gedirdi. Onu qarşıda təxminən min beş yüz kilometr uzunluğunda yorucu yol gözləyirdi. Bu sadiq insan Həbəşistandan [Efiopiya] Yerusəlimə Yehovaya ibadət etmək üçün gəlmişdi. Geri qayıdarkən o, vaxtından səmərəli istifadə edərək Allahın Kəlamını oxuyurdu. Bundan onun imanlı olduğu görünür. Bu səmimi insan Yehovanın diqqətindən yayınmadı və müjdəni çatdırmaq üçün Yehova Filipi onun yanına göndərdi (Həvarilərin işləri 8:26-28).

2 Filipə, həbəşistanlı mə’murla söhbətə başlamaq asan oldu, çünki mə’mur o vaxtın adətinə görə ucadan oxuyurdu. Filip mə’murun Yeşayanın tumarından bir parça oxuduğunu eşitdi. Filipin verdiyi sadə sual — «oxuduğunu heç anlayırsanmı?» — onda maraq doğurdu. Onlar oturub bir yerdə Yeşaya 53:7, 8 ayələrini müzakirə etdilər. Sonra Filip «İsa haqqındakı Müjdəni ona başa saldı» (Həvarilərin işləri 8:29-35).

3, 4. a) Filip həbəşistanlını nəyə görə tə’xirə salmadan vəftiz etdi? b) Biz indi hansı sualları araşdıracağıq?

3 Həbəşistanlı, İsanın Allahın niyyətində hansı rolu oynadığını və Məsihin vəftiz olunmuş şagirdi olmağın vacibliyini tez başa düşdü. Su hövzəsi görəndə o, Filipdən «vəftiz olunmağıma nə əngəl var?» deyə soruşdu. Əlbəttə, onun vəziyyəti xüsusi idi: bu imanlı insan artıq yəhudi prozeliti kimi Allaha ibadət edirdi. Ehtimal ki, vəftiz olunmaq üçün onun əlinə üzün müddət başqa bir fürsət düşməyəcəkdi. Lakin ən vacibi odur ki, o, Allahın ondan nə tələb etdiyini başa düşdü və ürəyindən Allahın məhəbbətinə hay vermək arzusu keçdi. Filip onun xahişini həvəslə yerinə yetirdi və bundan sonra həbəşistanlı «sevinərək öz yoluna davam etdi». Ehtimal ki, o vətənində xoş xəbərin sə’yli təbliğçisi oldu (Həvarilərin işləri 8:36-39).

4 Vəftiz olunmaq qərarı tələsik və düşünülməmiş olmalı deyil, lakin həbəşistanlı mə’murun nümunəsindən göründüyü kimi, bə’zi hallarda insanlar Allahın Kəlamındakı həqiqəti öyrəndikdən qısa müddət sonra vəftiz oluna bilərləra. Buna görə növbəti sualları nəzərdən keçirmək yaxşı olardı: vəftiz üçün hansı hazırlıq tələb olunur? Yaş nə dərəcədə nəzərə alınmalıdır? Vəftizdən qabaq insanın hansı ruhani nailiyyətləri görünməlidir? Ən vacibi, Yehova xidmətçilərindən nəyə görə bu addımı atmağı tələb edir?

Müqəddəs və’d

5, 6. a) İsrail xalqı Allahın məhəbbətinə necə hay vermişdi? b) Vəftizdən sonra Yehova ilə hansı sıx münasibətlərimiz yaranır?

5 Yehova israilliləri Misir əsarətindən azad etdikdən sonra onları ‘Özünə məxsus xalq’ və «müqəddəs millət» kimi qəbul etməyə, həmçinin sevməyə və müdafiə etməyə hazır idi. Lakin belə xeyir-duaları almaq üçün İsrail xalqı konkret addımlar atmaqla Allahın məhəbbətinə hay verməli idi. Onlar ‘Rəbbin bütün söylədiklərinə əməl edəcəklərini’ və’d etməklə və Allahla əhdə girməklə bunu etdilər (Çıxış 19:4-9). Birinci əsrdə İsa davamçılarına bütün millətlərdən şagird hazırlamaq tapşırığını vermişdi və onun tə’limlərini qəbul edənlər vəftiz olunurdular. Allahla yaxşı münasibətlər İsa Məsihə iman gətirməkdən asılı idi. Bu iman vəftizlə müşayiət olunurdu (Matta 28:19, 20; Həvarilərin işləri 2:38, 41).

6 Müqəddəs Kitabın bu parçalarından görünür ki, Yehova Ona xidmət edəcəkləri barədə müqəddəs və’d verən və bu və’də müvafiq yaşayanları xeyir-dualandırır. Bəli, həsr olunma və vəftiz Yehovanın xeyir-dualarına yol açan vacib addımlardır. Biz Allahın göstərdiyi yolla gedir və hər işdə Onun rəhbərliyini axtarırıq (Məzmur 48:14). Yehova isə Öz növbəsində, məcazi dildə desək, əlimizdən tutub, bizi getməli olduğumuz yolla aparır (Məzmur 73:23; Yeşaya 30:21; 41:10, 13).

7. Nəyə görə həsr və vəftiz olunmağa dair qərarı şəxsən özümüz qəbul etməliyik?

7 Bu addımları atmağa bizi Yehovaya məhəbbət və Ona xidmət etmək arzusu təşviq etməlidir. Biz sadəcə kiminsə Müqəddəs Kitabı uzun müddət öyrəndiyimizi dediyinə görə və ya dostlarımızın artıq vəftiz olunduğuna görə vəftiz olunmamalıyıq. Təbii ki, valideynlər və yetkin məsihçilər insanı həsr və vəftiz barədə düşünməyə təşviq edə bilərlər. Həvari Peter Pentikost günündə ona qulaq asanları ‘vəftiz olunmağa’ təşviq edirdi (Həvarilərin işləri 2:38). Bununla belə, həsr olunub-olunmamaq bizim şəxsi qərarımız olmalıdır və heç kəs bu qərarı bizim yerimizə qəbul edə bilməz. Biz Allahın iradəsini yerinə yetirmək qərarını özümüz qəbul etməliyik (Məzmur 40:8).

Vəftiz olunmaq üçün lazımi hazırlıq

8, 9. a) Körpələri vəftiz etmək nəyə görə Müqəddəs Kitaba ziddir? b) Yeniyetmələrin vəftizdən qabaq nəyi dərk etmələri vacibdir?

8 Bəs uşaqlar həsr olunmaq qərarını şüurlu surətdə verə bilərlərmi? Müqəddəs Kitabda vəftiz üçün yaş tələbi yazılmayıb. Lakin aydındır ki, körpələr nə iman təzahür etdirə, nə də ki özlərini Allaha həsr edə bilərlər (Həvarilərin işləri 8:12). Tarixçi Avqust Neander birinci əsrdə yaşamış məsihçilərə dair «Xristian dininin və kilsəsinin ümumi tarixi» kitabında deyir: «Vəftiz başlanğıcda yalnız böyüklər üçün nəzərdə tutulurdu, çünki yalnız onlar vəftizlə iman arasındakı sıx bağlılığı başa düşürdülər» («General History of the Christian Religion and Church»).

9 Artıq erkən yaşlarından bə’zi yeniyetmələr Allah və Onun niyyətləri haqqında əsas şeyləri anlamağa qadir olduqları halda, digərlərinə bunları anlamaq üçün çox vaxt tələb oluna bilər. Lakin vəftizdən qabaq yeniyetmənin Yehova ilə şəxsi münasibəti olmalı, o, Müqəddəs Yazıların əsas tə’limlərini dəqiq başa düşməli və böyüklər kimi, həsr olunmağın nə demək olduğunu dərindən anlamalıdır.

10. Allaha həsr olunmazdan və vəftizdən qabaq hansı addımlar atılmalıdır?

10 İsa şagirdlərinə əmr etdi ki, onlar təzələrə hər şeyə riayət etməyi öyrətsinlər (Matta 28:20). Buna görə, təzələr ilk növbədə, Yehovaya və Onun Kəlamına iman bəsləmək üçün lazım olan dəqiq biliyi əldə etməlidirlər (Romalılara 10:17; 1 Timoteyə 2:4; İbranilərə 11:6). Müqəddəs Kitab həqiqətləri insanın ürəyində olanda, bu onu tövbə etməyə və köhnə həyat tərzindən dönməyə təşviq edir (Həvarilərin işləri 3:19). Bunun nəticəsi olaraq insanda özünü Yehovaya həsr etmək və İsanın əmr etdiyi kimi, vəftiz olmaq arzusu yaranır.

11. Vəftizdən qabaq təbliğ işində müntəzəm iştirak etmək nəyə görə vacibdir?

11 Vəftiz olmaq üçün digər vacib addım isə Padşahlıq haqqında xoş xəbərin təbliğində iştirak etməkdir. Bu, Yehovanın axır günlərdə xalqına tapşırdığı ən vacib işdir (Matta 24:14). Vəftiz olunmamış təbliğçilərin də öz imanları ilə bölüşmək imkanları var. Vəftizdən qabaq bu işdə iştirak etməklə onlar vəftizdən sonra da xidmətlərini müntəzəm və fəal surətdə davam etdirmək üçün lazımi hazırlığı alırlar (Romalılara 10:9, 10, 14, 15).

Vəftiz olmaq üçün sənə nə isə mane olurmu?

12. Bə’zilərini vəftizdən geri çəkindirən nədir?

12 Bə’ziləri vəftizin gətirdiyi məs’uliyyətləri üzərlərinə götürmək istəmirlər, buna görə də bu addımı atmaqdan çəkinirlər. Belələri Yehovanın normalarına müvafiq olmaq üçün həyatlarında köklü dəyişikliklər etməli olacaqlarını başa düşür, yaxud da vəftizdən sonra Yehovanın qanunlarına müvafiq yaşamağın çətin olacağından qorxurlar. Digərləri isə, hətta belə fikirləşə bilərlər: «Bəlkə günlərin bir günü mən günah işlədib yığıncaqdan kənar edildim?»

13. İsanın günlərində bə’zi adamlara onun davamçısı olmağa nə mane olurdu?

13 İsanın günlərində şəxsi maraqlar və sıx qohumluq telləri bə’zi adamlara onun davamçısı olmağa mane olurdu. Məsələn, bir mirzə, İsanın getdiyi hər yerə onunla getməyə hazır olduğunu dedi. Lakin İsa başa saldı ki, onun çox vaxt heç gecələməyə yeri olmur. İsa digər bir dinləyicisini onun davamçısı olmağa də’vət edəndə, həmin adam «əvvəlcə gedib atamı dəfn edim» deyə xahiş etdi. Ehtimal ki, o, evdə qalıb atasının ölümünü gözləməyi, İsanın ardınca getməkdən üstün tutdu. Halbuki öz oğulluq borcunu vaxtı gələndə yerinə yetirə bilərdi. Üçüncüsü isə dedi ki, İsanın ardınca getməzdən əvvəl ailəsi ilə ‘vidalaşmaq’ istəyir. İsa bu cür yubanmanı ‘əlini kotan üstünə qoyub arxaya baxmaq’ kimi qiymətləndirdi. Bu sözlərdən elə çıxır ki, belələri məsihçi məs’uliyyətlərindən boyun qaçırmaq üçün həmişə bəhanə tapacaqlar (Luka 9:57-62).

14. a) Peter, Andrey, Yaqub və Yəhya İsanın ‘insan tutan balıqçı’ olmaq də’vətinə necə hay verdilər? b) Nəyə görə tərəddüd etmədən İsanın boyunduruğunu üzərimizə götürməliyik?

14 Peter, Andrey, Yaqub və Yəhya isə Məsihin çağırışına tamamilə başqa cür hay verdilər. Görün bu adamlar İsanın davamçısı və ‘insan tutan balıqçı’ olmaq də’vətini alanda necə hərəkət etdilər: «Həmin anda torları atıb Onun ardınca getdilər» (Matta 4:19-22). Bu də’vəti hazırlıqla qəbul edən şagirdlər, İsanın sonralar dediyi sözlərin həqiqiliyini öz üzərlərində hiss etmişdilər: «Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür» (Matta 11:29, 30). Vəftizin insan üzərinə məs’uliyyət boyunduruğu qoymasına baxmayaraq, İsa əmin etdi ki, o, rahat və asan olduğundan bizi təravətləndirəcək.

15. Musanın və Yeremyanın nümunəsi necə göstərir ki, biz Allahın köməyinə güvənə bilərik?

15 İnamsızlıq hissləri keçirmək normaldır. Başlanğıcda Musa və Yeremya da Yehovanın onlara verdiyi tapşırığın öhdəsindən gələ bilməyəcəklərini fikirləşirdilər (Çıxış 3:11; Yeremya 1:6). Allah onları necə əmin etdi? O, Musaya dedi: «Mən səninləyəm». Yeremyaya və’d etdi: «Səni qurtarmaq üçün Mən səninlə olacağam» (Çıxış 3:12; Yeremya 1:8). Biz də əmin ola bilərik ki, Allah bizi tək qoymayacaq. Ona bəslədiyimiz məhəbbət və e’tibar şübhələrin öhdəsindən gəlməkdə bizə kömək edəcək. Həvari Yəhya yazmışdı: «Məhəbbətdə qorxu yoxdur; əksinə, kamil məhəbbət qorxunu qovar» (1 Yəhya 4:18). Balaca oğlan tək gəzəndə qorxa bilər, lakin atası ilə əl-ələ gəzəndə arxayın olur. Buna bənzər şəkildə Yehova və’d edir ki, əgər biz bütün ürəyimizlə Ona e’tibar edir və Onunla yan-yana yeriyiriksə, O, ‘yollarımızı düzəldəcək’ (Süleymanın məsəlləri 3:5, 6).

Şərəfli məs’uliyyət

16. Vəftiz edilənlər nəyə görə bütünlüklə suya batırılırlar?

16 Adətən vəftizdən qabaq məsihçi vəftizinin mə’nasını izah edən nitq söylənilir. Nitqin sonunda namizədlər iki suala cavab verməklə imanlarını bütün iştirak edənlərin qarşısında bəyan edirlər. (Romalılara 10:10; 24-cü səhifədəki çərçivəyə də baxın.) Sonra İsanın nümunəsinə riayət edərək, onlar suya batırılırlar. Müqəddəs Kitab göstərir ki, İsa vəftiz olunduqdan sonra «sudan çıxdı» (Matta 3:16; Mark 1:10). Şübhə yoxdur ki, Vəftizçi Yəhya İsanı bütünlüklə suya batırmışdıb. Suya batırılma həyatımızda əhəmiyyətli dəyişikliklər etdiyimizin rəmzidir: biz köhnə həyat üçün ölür, yeni həyata — Yehovaya həsr edilmiş həyata qədəm qoyuruq.

17. Vəftiz üçün namizədlər və müşahidəçilər bu hadisəyə hörmətlə yanaşdıqlarını necə göstərə bilərlər?

17 Vəftiz həm ciddi, həm də sevindirici hadisədir. Müqəddəs Kitab göstərir ki, Yəhya İsanı İordan çayına batıranda, o dua edirdi (Luka 3:21, 22). Vəftiz üçün namizədlər İsadan nümunə götürərək bu hadisəyə ləyaqətlə yanaşmalıdırlar. Müqəddəs Kitab bizi gündəlik həyatımızda ədəblə geyinməyə təşviq etdiyi üçün vəftiz olunduğumuz gün bu məsləhətə riayət etmək xüsusilə vacibdir! (1 Timoteyə 2:9). Dinləyicilər vəftiz nitqinə diqqətlə qulaq asmaqla və vəftizi müşahidə edərkən nizam-intizama riayət etməklə hörmət göstərmiş olurlar (1 Korinflilərə 14:40).

Vəftiz olmuş şagirdlərin aldıqları xeyir-dualar

18, 19. Vəftiz hansı nadir imkanları və xeyir-duaları gətirir?

18 Özümüzü Allaha həsr etdikdən və vəftiz olunduqdan sonra biz nadir bir ailənin üzvü oluruq. Əldə etdiyimiz ilk xeyir-dua odur ki, Yehova bizim Atamız və Dostumuz olur. Vəftizdən qabaq biz Allahdan uzaqlaşmışdıq, vəftizdən sonra isə Onunla barışırıq (2 Korinflilərə 5:19; Koloslulara 1:20). Məsihin qurbanlığı sayəsində biz Allaha, Allah isə bizə yaxınlaşır (Yaqub 4:8). «Malaki» kitabında göstərilir ki, Yehova Onun adını çağıran və daşıyan insanlara diqqət yetirir və qulaq asır, həmçinin onların adlarını yaddaş kitabına yazır. Allah deyir: «Onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm» (Malaki 3:16-18).

19 Vəftizdən sonra biz, həmçinin ümumdünya qardaşlığının üzvü oluruq. Peter, İsanın yolunda verdikləri qurbanlara görə şagirdlərin hansı xeyir-duaları alacaqlarını soruşanda, İsa cavab vermişdi: «Hər kim Mənim adım naminə evlərini, qardaşlarını, bacılarını, atasını, anasını, arvadını, uşaqlarını və yaxud tarlalarını atmışsa, yüz dəfə artıq alacaq və əbədi həyatı miras götürəcəkdir» (Matta 19:29). Bu hadisədən çox illər sonra Peter ‘dünyadakı qardaşlıq’ haqqında yazırdı. Peter qardaşlığın gətirdiyi xeyir-duaları və onun məhəbbət dolu köməyini öz üzərində hiss etmişdi. Bizim də bu cür imkanımız var (1 Peter 2:17; 5:9).

20. Vəftiz hansı gözəl ümidi verir?

20 İsa qeyd etmişdir ki, onun ardınca gedənlərin əbədi həyatı olacaq. Bəli, həsr edilmə və vəftiz bizə Allahın yeni dünyasındakı ‘əbədi həyata nail olmaq’ ümidini verir (1 Timoteyə 6:19). Məgər özümüz və ailəmizin gələcəyi üçün bundan yaxşı təməl qoya bilərikmi? Bu gözəl ümid bizə «daim və əbədi Allahımız Rəbbin adı ilə» yeriməyə kömək edir (Mikeya 4:5).

[Haşiyələr]

a Peterin Pentikost günündə söylədiyi nitqdən sonra üç min yəhudi və prozelit tə’xirə salınmadan vəftiz olundu. Əlbəttə, bu adamlar da həbəşistanlı xədim kimi Allahın Kəlamındakı əsas tə’lim və prinsipləri bilirdilər (Həvarilərin işləri 2:37-41).

b Vaynın «Əhdi-Cədidin sözlərinə dair izahlı lüğət»inə əsasən yunan sözü olan baptisma (vəftiz) insanın tamamilə suya batırılaraq çıxarılmasını nəzərdə tutur («Expository Dictionary of New Testament Words»).

İzah edə bilərsinizmi?

• Biz Yehovanın məhəbbətinə nə üçün və necə hay verməliyik?

• Vəftizdən qabaq insan hansı ruhani nailiyyətləri əldə etməlidir?

• Günah etmək qorxusunun və ya məs’uliyyətdən boyun qaçırmağın bizi vəftizdən çəkindirməsinə nəyə görə yol verməməliyik?

• İsa Məsihin vəftiz olunmuş davamçılarının hansı nadir üstünlükləri vardır?

[29-cu səhifədəki şəkillər]

Vəftiz ciddi, həm də sevindirici hadisədir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş