Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/5 s. 21—25
  • Pavelin nümunəsini təqlid edərək ruhən inkişaf et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Pavelin nümunəsini təqlid edərək ruhən inkişaf et
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Pavelin şəxsi öyrənməsi
  • Şaul insanları sevməyi öyrəndi
  • Pavelin özünə münasibəti
  • Həyat üçün «yarışda mətanətlə qaçaq»
  • «Hər kəsin qanından» təmizəm
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • «Yığıncaq üçün əmin-amanlıq dövrü başlandı»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Cəsarətli olun, Yehova dayağınızdır
    Gözətçi qülləsi 2020
  • Bulus «ətraflı şəhadət» verirdi
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/5 s. 21—25

Pavelin nümunəsini təqlid edərək ruhən inkişaf et

«Mübarizədə yaxşı çarpışdım, qaçışı bitirdim, imanı hifz etdim» (2 TİM. 4:7).

1, 2. Tarsuslu Şaul həyatında hansı dəyişiklikləri etdi və hansı vacib işi qəbul etdi?

BU ADAM ağıllı və cəsarətli olsa da, ‘cismani təbiətinin ehtiraslarına uymuşdu’ (Efes. 2:3). Bir qədər sonra o özünu ‘cahillik və imansızlıqla hərəkət edən’ adam kimi təsvir etmişdi (1 Tim. 1:13). Bu adam Tarsuslu Şauldur.

2 Bir müddətdən sonra Şaul həyatında köklü dəyişikliklər etdi. O, əvvəlki həyat tərzindən əl çəkdi və ‘öz mənfəətini deyil, bir çoxlarının mənfəətini’ axtarmağa başladı (1 Kor. 10:33). Şaul onun ədavətinin qurbanı olmuş insanlara qarşı mülayim və şəfqətli oldu. (1 Salonikililərə 2:7, 8 ayələrini oxu.) Pavel yazırdı: «Mən... vəzifələndirildim. Bütün müqəddəslərdən ən kiçiyi olduğum halda, Məsihin kəşfolunmaz zənginliyini yəhudi olmayanlara müjdələmək... mənə bəxş edildi» (Efes. 3:7-9).

3. Pavelin məktublarını və xidməti haqqında yazılanları araşdırmaq bizə necə kömək edə bilər?

3 Həm də Pavel kimi tanınan Şaul həqiqəti başa düşməkdə böyük irəliləyişlər etdi (Həv. iş. 13:9). Həqiqətdə tez inkişaf etməyin üsullarından biri, Pavelin məktublarını və xidməti haqqında yazılanları araşdırmaq, həmçinin iman nümunəsini təqlid etməkdir. (1 Korinflilərə 11:1; İbranilərə 13:7 ayələrini oxu.) Gəlin görək Pavelin nümunəsi bizi yaxşı şəxsi öyrənmə qrafikini tərtib etməyə, insanlara qarşı səmimi məhəbbət yetişdirməyə və özümüzə düzgün münasibət bəsləməyə necə təşviq edəcək.

Pavelin şəxsi öyrənməsi

4, 5. Şəxsi öyrənmənin Pavelə hansı faydası oldu?

4 ‘Qamliyelin ayaqları altında, əcdadlarının qanunu əsasında ciddi tərbiyə’ alan Pavel Müqəddəs Yazılardan müəyyən biliyə malik idi (Həv. iş. 22:1-3; Filip. 3:4-6). O vəftiz olunandan dərhal sonra düşünmək üçün «Ərəbistana» — ya Suriya səhrasına, ya da, ola bilsin, Ərəbistan yarımadasının sakit yerlərindən birinə getdi (Qalat. 1:17). Görünür, Pavel İsanın Məsih olduğunu sübut edən ayələrin üzərində düşünmək, üstəlik, qarşıda onu gözləyən işə hazırlaşmaq istəyirdi. (Həvarilərin işləri 9:15, 16, 20, 22 ayələrini oxu.) Pavel ruhani şeylər üzərində düşünmək üçün səy göstərirdi.

5 Pavel şəxsi öyrənmə nəticəsində Müqəddəs Yazılardan əldə etdiyi bilik və anlayış sayəsində həqiqəti insanlara müvəffəqiyyətlə öyrədirdi. Məsələn, Pisidiyanın Antakya şəhərindəki sinaqoqda çıxış edərkən o, İsanın Məsih olduğunu sübut etmək üçün İbranicə Müqəddəs Yazılardan ən azı beş ayə sitat gətirdi və bir neçə dəfə onlara istinad etdi. Onun Müqəddəs Kitabdan gətirdiyi dəlillər o qədər inandırıcı idi ki, «yəhudilərdən və yəhudi dininə dönüb Allaha ibadət edənlərdən bir çoxu» daha çox öyrənmək üçün «Pavelin və Barnabanın ardınca getdi» (Həv. iş. 13:14-44). Bir neçə ildən sonra bir qrup Roma yəhudiləri Pavelin kirələdiyi evə gələndə o, «Allahın Səltənətini ciddi şəkildə onlara bəyan edib... izah edirdi. Musanın Qanununa və peyğəmbərlərin kitablarına əsaslanaraq, onları İsa barəsində iqna etməyə çalışırdı» (Həv. iş. 28:17, 22, 23).

6. Sınaqlarla üzləşəndə Pavel nəyin sayəsində ruhən möhkəm qaldı?

6 Sınaqlarla üzləşəndə Pavel Müqəddəs Yazıları araşdırmağa davam edirdi, bu isə onu möhkəmləndirirdi (İbr. 4:12). Romada həbsdə olanda, edamından əvvəl Pavel Timoteydən «kitabları, xüsusən dəri üzərində yazılmış kitabları» gətirməyi xahiş etdi (2 Tim. 4:13). Ehtimal ki, bu sənədlər İbranicə Müqəddəs Yazıların bir parçası idi və Pavel dərindən araşdırmalar aparanda onlardan istifadə edirdi. Müqəddəs Yazıları şəxsən araşdırması sayəsində əldə etdiyi bilik Pavelin mətanətli qalmasında vacib rol oynamışdır.

7. Müqəddəs Kitabı müntəzəm öyrənməyin gətirdiyi faydaları sadala.

7 Müqəddəs Kitabı müntəzəm öyrənməyimiz və məqsədyönlü şəkildə üzərində düşünməyimiz məsihçi kimi inkişaf etməyimizə kömək edəcək (İbr. 5:12-14). Allahın Kəlamının dəyəri haqda məzmurçu oxuyurdu: «Ağzından çıxan qanun mənim üçün minlərlə qızıldan, gümüşdən daha qiymətlidir. Əmrlərin məni düşmənlərimdən daha müdrik edir, çünki onlar həmişə mənimlədir. Ayağımı hər pis yoldan kənar qoydum ki, sözlərinə bağlı qalım» (Məz. 119:72, 98, 101). Sən də Müqəddəs Kitabı müntəzəm öyrənirsənmi? Allahın Kəlamını hər gün oxumaqla və oxuduqlarının üzərində düşünməklə Allaha xidmətdə ala biləcəyin təyinatlara hazırlaşırsanmı?

Şaul insanları sevməyi öyrəndi

8. Şaul iudaizmə mənsub olmayanlara necə münasibət göstərirdi?

8 Məsihçi olmazdan əvvəl, Şaul öz dininə səylə yanaşırdı və iudaizmə mənsub olmayan insanlar onu az maraqlandırırdı (Həv. iş. 26:4, 5). Şaulun gözü qarşısında yəhudilərin Stefanı daşqalaq etməsi onun ürəyincə idi. Yəqin, buna tamaşa etməklə Şaul məsihçiləri təqib etməkdə özünə bəraət qazandırdı və ola bilsin, Stefanın öldürülməsini layiqli cəza hesab edirdi (Həv. iş. 6:8-14; 7:54–8:1). Müqəddəs Kitabda deyilir: «Şaul... evdən evə girərək cəmiyyəti məhv edirdi. Kişiləri və qadınları sürüyərək zindana atırdı» (Həv. iş. 8:3). O ‘onlara qarşı həddindən artıq azğınlaşıb, hətta yad şəhərlərdə belə onları təqib edirdi’ (Həv. iş. 26:11).

9. Şaulun insanlara münasibətinin dəyişməsinə nə səbəb oldu?

9 İsa Şaula görünəndə o, Dəməşqə, Məsihin şagirdlərinə zülm verməyə yola düşmüşdü. Allahın Oğlunun fövqəltəbii nuru onu kor etdi və o, başqalarından asılı oldu. Yehova Hananya vasitəsilə Şaulun gözlərinə şəfa verəndə onun insanlara münasibəti həmişəlik dəyişdi (Həv. iş. 9:1-30). Məsihin davamçısı olandan sonra o, insanlarla İsa kimi davranmaq üçün çox çalışmalı oldu. Bu, zorakılıqdan əl çəkmək və «bütün adamlarla sülhdə» olmaq demək idi. (Romalılara 12:17–21 ayələrini oxu.)

10, 11. Pavel insanlara səmimi məhəbbəti necə təzahür etdirirdi?

10 Pavel başqaları ilə yalnız sülhdə olmaqla kifayətlənmirdi. O, insanlara səmimi məhəbbət təzahür etdirmək istəyirdi və məsihçi xidməti ona bu imkanı verirdi. Birinci missioner səyahəti zamanı o, xoş xəbəri Kiçik Asiyada təbliğ edirdi. Şiddətli müqavimətə baxmayaraq, Pavel və əməkdaşları həlim insanlara məsihçi olmağa kömək etməkdən yayınmadılar. Listra və Konyada Pavel ölüm təhlükəsi ilə üzləşsə də, əməkdaşları ilə yenidən bu şəhərlərə baş çəkdi (Həv. iş. 13:1-3; 14:1-7, 19-23).

11 Bir qədər sonra onlar Makedoniyanın Filipi şəhərində Allaha yaxınlaşmaq istəyən adamları axtarırdılar. Lidiya adlı yəhudi prozeliti xoş xəbəri dinlədi və məsihçiliyi qəbul etdi. Şəhərin rəisləri Paveli və Silanı dəyənəklə döyüb zindana atdılar. Lakin Pavel zindanbana təbliğ etdi və o, ailəsi ilə birgə vəftiz olunub Yehovanın xidmətçisi oldu (Həv. iş. 16:11-34).

12. Qəddar Şaulu İsa Məsihin xeyirxah həvarisi olmağa nə təşviq etdi?

12 Nəyə görə vaxtilə təqibçi olmuş Şaul təqib etdiyi insanların etiqadını qəbul etdi? Bu qəddar adamı xeyirxah və məhəbbətli həvari olmağa və başqaları Allah və Məsih haqqında həqiqəti öyrənsinlər deyə həyatını təhlükəyə atmağa hazır olmağa nə təşviq etdi? Pavelin özü izah edir: ‘Öz lütfü ilə məni çağıran Allah, Öz Oğlunu məndə izhar etməyə razı oldu’ (Qalat. 1:15, 16). Pavel Timoteyə yazmışdı: «Mən məhz ona görə mərhəmətə nail oldum ki, Məsih İsa Öz kamil təhəmmülünü ilk olaraq mənim üzərimdə zühur etdirsin və əbədi həyat üçün Ona iman etməli olanların nümunəsi olum» (1 Tim. 1:16). Yehova Paveli bağışladı. Pavelə göstərilən bu lütf və mərhəmət onu təşviq etdi ki, xoş xəbəri təbliğ etməklə başqalarına məhəbbət təzahür etdirsin.

13. Bizi başqalarına məhəbbət göstərməyə təşviq edən nə olmalıdır və bunu necə edə bilərik?

13 Yehova bizim də günahlarımızı və səhvlərimizi bağışlayır (Məz. 103:8-14). Məzmurçu soruşurdu: «Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsaydın, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?» (Məz. 130:3). Allahın mərhəməti olmadan heç birimiz sevindirici müqəddəs xidmətdə iştirak etməzdi, nə də ki, heç birimizin əbədi həyata ümidi olmazdı. Allah hamımıza böyük iltifat təzahür etdirdi. Buna görə Pavel kimi xoş xəbəri təbliğ etməklə, həqiqəti öyrətməklə və həmimanlılarımızı möhkəmləndirməklə bizdə də başqalarına məhəbbət təzahür etdirmək istəyi olmalıdır. (Həvarilərin işləri 14:21-23 ayələrini oxu.)

14. Xidmətimizi necə genişləndirə bilərik?

14 Pavel xoş xəbərin təbliğçisi kimi tərəqqi etmək istəyirdi və İsanın nümunəsi ona yaxşı təsir bağışlamışdı. Allahın Oğlu insanlara bəslədiyi misilsiz məhəbbətini təbliğ etməklə göstərirdi. İsa demişdi: «Məhsul çox, işçilər isə azdır. Beləliklə, məhsulun Sahibi olan Rəbbə yalvarın ki, Öz məhsulunu yığmağa işçilər göndərsin» (Mat. 9:35-38). Pavel səylə xidmət edərək daha çox işçilərin olması üçün etdiyi dualarına uyğun davranırdı. Bəs sənin haqqında nə demək olar? Xidmətinin keyfiyyətini yaxşılaşdıra bilərsənmi? Yaxud Padşahlıq haqqında xoş xəbərin təbliğinə sərf etdiyin vaxtı artıra bilərsənmi, ola bilsin, hətta bunun üçün pioner xidmətinə başlayasan? Gəlin başqalarına ‘həyat kəlamını möhkəm tutmağa’ kömək etməklə səmimi məhəbbət göstərək (Filip. 2:15).

Pavelin özünə münasibəti

15. Pavel özünə və həmimanlılarına necə yanaşırdı?

15 Bir xidmətçi kimi Pavel bizim üçün başqa bir sahədə də gözəl nümunə qoyub. Məsihçi yığıncağında ona bir çox tapşırıqlar həvalə olunsa da, o, yaxşı bilirdi ki, bu xeyir-dualar ona layiq olduğuna, yaxud bacarığına görə verilməyib. Pavel bu xeyir-duaları Allahın lütfünə görə aldığını anlayırdı. O etiraf edirdi ki, digər məsihçilər də xoş xəbəri məharətlə təbliğ edirlər. Allahın xalqı arasında malik olduğu mövqeyinə baxmayaraq, o, həlim idi. (1 Korinflilərə 15:9-11 ayələrini oxu.)

16. Sünnət məsələsi ilə əlaqədar Pavel həlimliyi və təvazökarlığı necə göstərdi?

16 Gəlin görək Pavel Suriyanın Antakya şəhərində yaranan problemi necə həll etdi. Bu şəhərdəki məsihçi yığıncağı sünnət məsələsinə görə iki yerə parçalanmışdı (Həv. iş. 14:26–15:2). Həvari Pavel sünnət edilməmiş qeyri-yəhudilərə təbliğ işinə başçılıq etdiyi üçün öz-özünə fikirləşə bilərdi ki, qeyri-yəhudiləri yaxşı tanıyır və buna görə də bu problemi daha yaxşı həll edə bilər. (Qalatiyalılara 2:8, 9 ayələrini oxu.) Səyləri heç bir nəticə verməyəndə o, həlimliklə və təvazökarlıqla nizam-intizama riayət edərək bu məsələni müzakirə etmək üçün Yerusəlimdə olan rəhbərlik şurasının yanına getdi. Məsələ müzakirə ediləndə, qərar çıxarılanda və onu elçi təyin edəndə şura üzvləri ilə tam şəkildə əməkdaşlıq edirdi (Həv. iş. 15:22-31). Belə etməklə Pavel əməkdaşlarını ‘hörmətdə qabaqladı’ (Rom. 12:10b).

17, 18. a) Pavel həmimanlılarına necə yanaşırdı? b) Efesli ağsaqqalların Pavelin getməsinə münasibətləri onun necə insan olduğunu göstərir?

17 Həlim olan Pavel yığıncaqlardakı bacı-qardaşlara soyuq yanaşmırdı. Əksinə, onlara bağlı idi. O, romalılara yazdığı məktubunun sonunda 20-dən çox adamı adbaad salamladı. Onların çoxu Müqəddəs Yazıların daha heç bir yerində xatırlanmır və yalnız bəzilərinin xüsusi tapşırıqları vardı. Lakin onlar Yehovanın sadiq xidmətçiləri idi və Pavel onları çox sevirdi (Rom. 16:1-16).

18 Pavelin həlim və dostyana münasibəti yığıncaqları möhkəmləndirirdi. O, axırıncı dəfə efesli ağsaqqallarla görüşəndə onlar «Pavelin boynuna sarılıb, onu öpürdülər. Onları ən çox kədərləndirən, onun üzünü artıq görməyəcəklərinə dair dediyi sözlər idi». Təkəbbürlü, adamayovuşmaz insanın ayrılıb getməsi belə münasibət doğurmazdı (Həv. iş. 20:37, 38).

19. Həmimanlılarımızla «təvazökarlıqla» necə davrana bilərik?

19 Ruhən inkişaf etmək istəyənlərin hamısı Pavel kimi həlim olmalıdır. O, həmimanlılarını səsləyirdi: «Rəqabət və ya şöhrətpərəstliklə heç bir şey etməyin, amma təvazökarlıqla bir-birinizi özünüzdən yuxarı sayın» (Filip. 2:3). Biz bu məsləhətə necə əməl edə bilərik? Üsullardan biri, yığıncağımızdakı ağsaqqallarla əməkdaşlıq etmək, onların rəhbərliyinə riayət etmək və ciddi günah işlədənlərə qarşı verdikləri qərarları dəstəkləməkdir. (İbranilərə 13:17 ayəsini oxu.) Digər üsul, bütün bacı-qardaşlarımızı yüksək qiymətləndirməkdir. Yehovanın xalqının yığıncaqları adətən müxtəlif millətlərdən, mədəniyyətlərdən, irqdən və etnik qruplardan olan insanlardan ibarətdir. Məgər Pavel kimi biz də digərləri ilə məhəbbətlə və üzgörənlik etmədən davranmağı öyrənməli deyilikmi? (Rom. 12:10a; Həv. iş. 17:26). ‘Necə ki, Məsih bizi qəbul etdi, Allahın izzəti üçün biz də bir-birimizi eləcə qəbul etməyə’ təşviq olunuruq (Rom. 15:7).

Həyat üçün «yarışda mətanətlə qaçaq»

20, 21. Həyat üçün yarışı müvəffəqiyyətlə qaçmağa nə kömək edəcək?

20 Məsihçinin həyatını uzunməsafəli qaçışa bənzətmək olar. Pavel yazmışdı: «Qaçışı bitirdim, imanı hifz etdim. Bundan sonra mənim üçün salehlik tacı hazır durur. Adil Hakim olan Rəbb o Gün onu mənə və yalnız mənə deyil, Onun zühurunu hərarətlə arzulayanların hamısına verəcəkdir» (2 Tim. 4:7, 8).

21 Pavelin nümunəsini təqlid etməyimiz əbədi həyat üçün yarışda müvəffəqiyyətlə qaçmağa kömək edəcək (İbr. 12:1). Buna görə də gəlin Müqəddəs Kitabı müntəzəm öyrənməklə, insanlara məhəbbətimizi artırmaqla və təvazökarlığı qorumaqla ruhən inkişaf edək.

Necə cavab verərdiniz?

• Müqəddəs Yazıları müntəzəm öyrənməyin Pavelə faydası nə oldu?

• Nəyə görə insanları dərindən sevmək həqiqi məsihçilər üçün vacibdir?

• Hansı xüsusiyyətlər üzgörən olmamağımıza kömək edə bilər?

• Pavelin nümunəsi yığıncağımızdakı ağsaqqallarla əməkdaşlıq etməyə necə kömək edə bilər?

[23-cü səhifədəki şəkil]

Pavel kimi, gücü Müqəddəs Yazılardan al

[24-cü səhifədəki şəkil]

Başqaları ilə xoş xəbəri bölüşməklə məhəbbət təzahür etdir

[25-ci səhifədəki şəkil]

Bilirsənmi qardaşlar Paveli nə üçün sevirdilər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş