Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/11 s. 8—12
  • Sürüdən uzaqlaşanlara kömək et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sürüdən uzaqlaşanlara kömək et
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Kim yardım edə bilər?
  • Birgə səy göstərməli
  • Onlara məhəbbət göstərməyə davam et
  • «Mən Özüm qoyunlarımı axtarıb tapacağam»
    Gözətçi qülləsi 2020
  • Onlara yubanmadan geri dönməyə kömək et!
    Gözətçi qülləsi 2008
  • Çobanlar, Böyük Çobanı təqlid edin
    Gözətçi qülləsi 2013
  • «Allahın sizə əmanət etdiyi sürünü otarın»
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/11 s. 8—12

Sürüdən uzaqlaşanlara kömək et

«Mənim sevincimə şərik olun, mən itmiş qoyunumu tapdım!» (LUKA 15:6).

1. Qayğıkeş Çoban olduğunu İsa necə göstərmişdi?

YEHOVANIN vahid Oğlu İsa Məsih «qoyunların böyük Çobanı» adlandırılır (İbr. 13:20). Müqəddəs Yazılarda onun gəlişi haqda qabaqcadan deyilmiş və göstərilmişdi ki, o, İsrail xalqının ‘qeyb olmuş qoyunlarını’ axtaran tayı-bərabəri olmayan Çobandır (Mat. 2:1-6; 15:24). Üstəlik, çoban qoyunlarını müdafiə etmək üçün, lazım gələrsə, canından keçməyə hazır olduğu kimi, İsa da həyatını qoyunabənzər — həlim insanlar uğrunda fidiyə olaraq verdi ki, onlar bu qurbanlıqdan yararlansınlar (Yəh. 10:11, 15; 1 Yəh. 2:1, 2).

2. Bəzi məsihçilərin qeyri-fəal olmalarına nə səbəb ola bilər?

2 Əfsuslar olsun ki, vaxtilə Məsihin fidiyə qurbanlığını qiymətləndirənlərin və həyatlarını Allaha həsr edənlərin bəziləri artıq məsihçi yığıncağı ilə təmasda deyillər. Ola bilsin, məyusluq, səhhətlə bağlı problemlər və ya başqa amillər onların xidmətdə səylərini azaltmış və qeyri-fəal olmalarına səbəb olmuşdu. Lakin onlar Davudun 23-cü məzmurda təsvir etdiyi rahatlığı və xoşbəxtliyi yalnız Allahın sürüsündə olmaqla duya bilərlər. Misal üçün, o oxuyurdu: «Rəbb mənim çobanımdır, möhtac olmaram» (Məz. 23:1). Allahın sürüsündəki qoyunlar ruhani cəhətdən heç bir korluq çəkmirlər, amma eyni şeyi sürüdən uzaqlaşanlar barədə demək olmaz. Onlara kim yardım edə bilər və necə? Onlara sürüyə qayıtmağa kömək etmək üçün konkret nə etmək olar?

Kim yardım edə bilər?

3. İsa Allahın otlağından uzaqlaşmış qoyunu qurtarmaq üçün nə etmək lazım olduğunu necə göstərdi?

3 Allahın otlağından uzaqlaşmış qoyunu qurtarmaq üçün çoxlu səy göstərmək gərəkdir (Məz. 100:3). İsa bunu göstərmək üçün əyani nümunə çəkdi: «Bir adamın yüz qoyunu varsa və onlardan biri yolunu azarsa, doxsan doqquzunu atıb dağlara, yolunu azan qoyunu axtarmağa getməzmi? Və əgər onu tapa bilsə, sizə doğrusunu deyirəm: yolunu azmayan doxsan doqquzu üçün sevindiyindən artıq onun üçün sevinər. Beləcə də göylərdəki Atanızın elə bir muradı yoxdur ki, bu kiçiklərdən biri həlak olsun» (Mat. 18:12-14). Sürüdən azan qoyunabənzər insanlara kim kömək edə bilər?

4, 5. Ağsaqqallar Allahın sürüsünə necə yanaşmalıdırlar?

4 Əgər məsihçi ağsaqqallar yolunu azmış qoyuna kömək etmək istəyirlərsə, yadda saxlamalıdırlar ki, Yehovanın sürüsü Ona həsr olunmuş insanlardan ibarət olan yığıncaqdır, yəni Onun ‘otlağının [qiymətli] sürüsüdür’ (Məz. 79:13). Bu dəyərli qoyunların nəcib qayğıya ehtiyacı var və bu o deməkdir ki, məhəbbətli çobanlar onlarla şəxsən maraqlanmalıdırlar. Onlara bir dost kimi baş çəkmək çox təsirli ola bilər. Ağsaqqalın onları ruhlandırması, ehtimal ki, imanlarını möhkəmləndirəcək və sürüyə qayıtmaq istəklərini gücləndirəcək (1 Kor. 8:1).

5 Yolunu azmış qoyunları axtarmaq və onlara kömək göstərməyə çalışmaq Allahın sürüsünün çobanlarının borcudur. Həvari Pavel qədim Efes şəhərindəki məsihçi ağsaqqallara qoyunları otarmaq məsuliyyətlərini xatırladaraq demişdi: «Özünüzə və bütün sürüyə diqqət edin. Müqəddəs Ruh sizi o sürünün içində nəzarətçi təyin etmişdir ki, Rəbbin və Allahın cəmiyyətini, Öz qanı bahasına əldə etdiyi cəmiyyəti güdəsiniz» (Həv. iş. 20:28). Həvari Peter də məsh olunmuş ağsaqqallara buna bənzər nəsihət vermişdi: «Allahın sizə həvalə olunan sürüsünü otarın. Ona məcburi deyil, könüllü və Allaha məqbul olan şəkildə, biabırçı qazanc üçün deyil, şövqlə nəzarət edin. Sizə tapşırılanlara qarşı zülmkar yox, sürüyə nümunə olun» (1 Pet. 5:1-3).

6. Nəyə görə Allahın qoyunları çobanların qayğısına bu gün xüsusilə ehtiyac duyurlar?

6 Məsihçi ağsaqqallar ‘yaxşı çoban’ olan İsadan nümunə götürməlidirlər (Yəh. 10:11). İsa Şimon Peterə: «Qoyunlarımı otar», — deməklə Allahın qoyunlarına görə çox narahat olduğunu göstərmiş və qayğılarına qalmağın vacibliyini vurğulamışdı. (Yəhya 21:15-17 ayələrini oxu.) Qoyunların belə qayğıya bu gün xüsusilə ehtiyacları var, çünki Allaha həsr olunmuş insanların nöqsansızlığını sındırmaq üçün İblis daha çox səy göstərir. Yehovanın qoyunlarını günahlı əməllərə sürükləmək üçün Şeytan onların cismani zəifliklərindən və dünyadan istifadə edir (1 Yəh. 2:15-17; 5:19). Qeyri-fəalları ələ keçirmək daha asan olduğundan onlar ‘ruha görə rəftar edin’ nəsihətinə əməl etmək üçün köməyə ehtiyac duyurlar (Qalat. 5:16-21, 25). Bunun üçün ağsaqqallar Allahdan rəhbərlik və müqəddəs ruh diləməli və Onun Kəlamından məharətlə istifadə etməlidirlər (Sül. məs. 3:5, 6; Luka 11:13; İbr. 4:12).

7. Ağsaqqalların onlara həvalə olunan Allahın sürüsünün qayğısına qalmaları nə qədər vacibdir?

7 Qədim İsraildə çobanlar sürülərini otarmaq üçün uzun çomaqdan və ya dəyənəkdən istifadə edirdilər. Qoyunlar ağıla girib-çıxanda çoban onları ‘dəyənəyinin altından keçirərək’ sayırdı (Lev. 27:32; Mik. 2:12; 7:14). Yığıncağın çobanları da onlara həvalə olunmuş Allahın sürüsünü tanımalı və onun nə ilə məşğul olduğundan xəbərdar olmalıdırlar. (Süleymanın məsəlləri 27:23 ayəsi ilə müqayisə et.) Buna görə də, qeyri-fəallara baş çəkmək ağsaqqallar şurasının müzakirə etdiyi ən vacib məsələlərdən biridir. Buna yolunu azmış qoyunlara kömək etmək məqsədilə müəyyən tədbirlərin görülməsi daxildir. Yehovanın Özü demişdir ki, qoyunlarını axtaracaq və lazımi qayğını göstərəcək (Yez. 34:11). Buna görə, ağsaqqallar sürüdən uzaqlaşanlara geri qayıtmağa kömək etməyə çalışanda Allah razı qalır.

8. Ağsaqqallar yığıncaqdan uzaqlaşmış həmimanlılarına necə kömək edə bilərlər?

8 Yığıncaqdan kimsə fiziki cəhətdən xəstələnəndə ağsaqqalın ona baş çəkməsi onu ruhlandırır və sevindirir. Ağsaqqalların ruhani cəhətdən nasaz bacı və ya qardaşa şəxsən diqqət yetirməsi də ona eyni cür təsir göstərə bilər. Ağsaqqallar qeyri-fəal olanla birgə ayələr oxuya, görüşdə səslənən vacib fikirləri müzakirə edə, hansısa məqaləni nəzərdən keçirə, dua edə və başqa cür köməklik göstərə bilərlər. Onlar qeyri-fəal təbliğçiyə deyə bilərlər ki, yığıncağın üzvləri onu görüşlərdə görməyə şad olardılar (2 Kor. 1:3-7; Yaq. 5:13-15). Başçəkmənin, bir telefon zənginin və ya məktubun həqiqətən də böyük köməyi dəyə bilər! Ağsaqqalın yığıncaqdan uzaqlaşana şəxsən kömək göstərməsi onunla əməkdaşlıq edən ağsaqqala da sevinc gətirə bilər.

Birgə səy göstərməli

9, 10. Nəyə görə demək olar ki, yığıncaqdan uzaqlaşmış həmimanlımıza kömək göstərmək yalnız ağsaqqalların işi deyil?

9 Yaşadığımız zəmanə narahat və çətin olduğu üçün həmimanlımızın yığıncaqdan yavaş-yavaş necə uzaqlaşdığını nəzərdən qaçıra bilərik (İbr. 2:1). Lakin Yehova Öz sürüsünü çox qiymətləndirir. İnsan üçün bədənin hər üzvü dəyərli olduğu kimi, onların da hər biri əhəmiyyətlidir. Buna görə hamımız bacı-qardaşlarımızla maraqlanmalı və əməldə bir-birimizin qeydinə qalmalıyıq (1 Kor. 12:25). Bəs sən necə, belə edirsənmi?

10 Sürüdən uzaqlaşmış qoyunu axtarmaq və ona kömək etmək başlıca olaraq ağsaqqalların məsuliyyəti olsa da, bu işdə başqaları onlarla əməkdaşlıq edə bilərlər. Biz belə bacı-qardaşlarımıza yığıncağa qayıtmağa kömək edə və ruhlandıra bilərik — bu bizim borcumuzdur. Bu köməkliyi necə göstərmək olar?

11, 12. Qeyri-fəala kömək etməklə bağlı sənə hansı xüsusi işi tapşıra bilərlər?

11 Bəzi hallarda ağsaqqallar təcrübəli təbliğçidən xahiş edə bilərlər ki, kömək istəyən qeyri-fəal ilə Müqəddəs Kitab öyrənməsi keçirsin. Məqsəd onlarda ‘ilk məhəbbəti’ yenidən alovlandırmaqdır (Vəhy 2:1, 4). Görüşlərə gəlmədikləri müddət ərzində araşdırılan materialları onlarla nəzərdən keçirmək onları ruhlandıra və imanlarını möhkəmləndirə bilər.

12 Əgər ağsaqqal ruhani köməyə ehtiyacı olan həmimanlınla öyrənmə keçirməyi səndən xahiş edirsə, Yehovadan rəhbərlik və xeyir-dua dilə. «Görəcəyin işləri Rəbbə ver, onda niyyətlərin yerinə yetər» (Sül. məs. 16:3). Ruhani köməyə ehtiyacı olanla Müqəddəs Kitabdan araşdıracağın ayələri və imanı möhkəmləndirən fikirləri nəzərdən keçir. Həvari Pavelin gözəl nümunəsi üzərində düşün. (Romalılara 1:11, 12 ayələrini oxu.) Pavel Romadakı məsihçiləri möhkəmləndirəcək ruhani bir ənam bəxş etmək üçün onları görməyi çox arzulayırdı. O, həm onları ruhlandırmaq, həm də özü ruhlanmaq istəyirdi. Allahın sürüsündən uzaqlaşmış həmimanlımıza kömək edəndə biz də eyni ruhu təzahür etdirməli deyilikmi?

13. Qeyri-fəal ilə nəyi müzakirə etmək olar?

13 Qeyri-fəal ilə öyrənmə zamanı ondan soruşa bilərsən: «Həqiqəti necə öyrənmisən?» Görüşlərdə, təbliğdə və konqreslərdə onunla baş verən maraqlı hadisələri xatırlamağa təşviq edərək Yehovaya xidmətlə bağlı keçmiş xoş anları yadına salmağa kömək et. Ola bilsin, siz nə vaxtsa birlikdə təbliğdə olmusunuz, o sevincli anları da xatırlat. Yehovaya yaxınlaşmağın sənə gətirdiyi sevincdən danış (Yaq. 4:8). Allahın Öz xalqının necə qayğısına qaldığına, xüsusilə də çətin anlarda bizə təsəlli və ümid verdiyinə görə minnətdar olduğunu söylə (Rom. 15:4; 2 Kor. 1:3, 4).

14, 15. Qeyri-fəallara hansı xeyir-duaları xatırlatmaq faydalı olardı?

14 Yığıncaqda fəal olduğu müddətdə aldığı bəzi xeyir-duaları qeyri-fəal təbliğçiyə xatırlatmaq faydalı ola bilər. Məsələn, Allahın Kəlamını və niyyətlərini dərindən öyrənmək həmin xeyir-dualardan biri idi (Sül. məs. 4:18). Şübhəsiz, ‘ruha görə rəftar etdiyi’ zaman günah işlətmək təhlükəsindən qaçmaq ona daha asan idi (Qalat. 5:22-26). Buna görə də, təmiz vicdanı sayəsində duada Yehovaya yaxınlaşa bilirdi və onun ‘ürəyini və düşüncəsini qoruyan’ «Allahın hər cür ağıldan üstün olan sülhü» vardı (Filip. 4:6, 7). Bu məsləhətləri yadda saxla, səmimi maraq göstər və ruhani bacı və ya qardaşına sürüyə qayıtmağa kömək etmək üçün əlindən gələn hər şeyi et. (Filipililərə 2:4 ayəsini oxu.)

15 Tutaq ki, sən yığıncağın ağsaqqalısan və qeyri-fəal ər-arvada baş çəkirsən. Onları ilk dəfə Allahın Kəlamından həqiqəti öyrəndikləri vaxtı xatırlamağa təşviq etmək olar. Həqiqət necə də gözəl, ağlabatan, məmnunedici idi və onları ruhani əsirlikdən azad etmişdi! (Yəh. 8:32). Yehova Allah, Onun məhəbbəti və möhtəşəm niyyəti haqda öyrəndikləri onların ürəklərini necə də böyük minnətdarlıqla doldurmuşdu! (Luka 24:32 ayəsi ilə müqayisə et.) Onlara xatırlat ki, həsr olunan məsihçilər Yehova ilə sıx münasibətlərə və dua etmək şərəfinə malikdirlər. Xidmətdə qeyri-fəal olanları «mübarək Allahın... izzətli Müjdəsinə» yenidən hay verməyə səmimi-qəlbdən təşviq et (1 Tim. 1:11).

Onlara məhəbbət göstərməyə davam et

16. Ruhani köməyin faydalı olduğunu göstərən bir nümunə gətir.

16 Nəzərdən keçirdiyimiz məsləhətlər praktikidirmi? Bəli. Misal olaraq bir qardaşın nümunəsinə baxaq. O, 12 yaşında təbliğçi oldu, amma 15 yaşında xidmətdə zəifləyərək qeyri-fəal oldu. Lakin bir müddətdən sonra yığıncağa qayıtdı və 30 ildən çox tammüddətli xidmətdə oldu. Onun yığıncaqda yenidən fəal olmasında əsas etibarilə ağsaqqalın göstərdiyi köməyin böyük rolu vardı. O, belə köməyə görə həmin ağsaqqala çox minnətdar idi.

17, 18. Allahın sürüsündən uzaqlaşana kömək etmək üçün sən hansı xüsusiyyətləri təzahür etdirməlisən?

17 Qeyri-fəallara yığıncağa qayıtmağa kömək etməyə məsihçiləri təşviq edən məhəbbətdir. İsa davamçılarına demişdi: «Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm: sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəh. 13:34, 35). Bəli, məhəbbət həqiqi məsihçilərin fərqləndirici xüsusiyyətidir. Məgər qeyri-fəal məsihçilərə belə məhəbbət göstərməli deyilikmi? Əlbəttə, göstərməliyik! Onlara kömək edərkən müxtəlif məsihçi xüsusiyyətləri təzahür etdirməliyik.

18 Allahın sürüsündən uzaqlaşana kömək etmək istəyirsənsə, sən hansı xüsusiyyətləri göstərməlisən? Məhəbbət təzahür etdirməklə yanaşı, şəfqətli, xeyirxah, mülayim və çox səbirli olmalısan. Vəziyyətdən asılı olaraq, bağışlamaq lazım gələ bilər. Pavel yazmışdı: «Ürəkdən şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin; bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlasın. Məsih [«Yehova», YD] sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. Bütün bunlarla yanaşı, kamil birliyin bağı olan məhəbbəti geyin» (Kolos. 3:12-14).

19. Nəyə görə Yehovanın sürüsündən uzaqlaşanlara yığıncağa qayıtmaqda göstərdiyimiz səylər çox dəyərlidir?

19 Növbəti məqalədə bəzilərinin Allahın sürüsündən uzaqlaşmalarının səbəblərini araşdıracağıq. Həmçinin göstəriləcək ki, onlar yığıncağa qayıdanda özlərinə qarşı hansı münasibəti gözləyə bilərlər. İndiki məqalənin üzərində düşünəndə və növbəti məqaləni araşdıranda əmin ol ki, qeyri-fəallara yığıncağa qayıtmağa kömək etməkdə ümidlə göstərdiyin bütün səylər çox dəyərlidir. Bugünkü sistemdə bir çoxları öz həyatlarını var-dövlət yığmağa həsr edirlər, amma bir insanın həyatı dünyanın bütün xəzinələrindən qat-qat qiymətlidir. İsa bu fikri qeyb olmuş qoyun məsəlində vurğulamışdı (Mat. 18:12-14). Yehova Öz sürüsündə olanları qiymətləndirir və sürüdən uzaqlaşanlara yığıncağa qayıtmalarına səylə və təxirə salmadan kömək edərkən bunu unutma.

Necə cavab verərdiniz?

• Sürüdən uzaqlaşmış insanlara dair ağsaqqalların hansı məsuliyyəti var?

• Qeyri-fəallara necə kömək edə bilərsən?

• Sürüdən uzaqlaşanlara kömək etmək üçün hansı xüsusiyyətləri təzahür etdirə bilərik?

[10-cu səhifədəki şəkil]

Qayğıkeş ağsaqqallar Allahın sürüsündən uzaqlaşanlara kömək etməyə səy göstərirlər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş