Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/7 s. 6
  • Allahın adı varmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın adı varmı?
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Allahın adı
    Oyanın! 2017
  • Allahın adı nədir?
    Gözətçi qülləsi (kütləvi) 2019
  • Allahın Müqəddəs adı
    Gözətçi qülləsi 2012
  • Allahın adının mənası və istifadə edilməsi
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/7 s. 6

Allahın adı varmı?

Adətən verilən cavablar:

▪ «Allahın adı elə Allahdır».

▪ «Allahın çoxlu adı var».

▪ «Allahın adı yoxdur».

İsa bu haqda nə demişdi?

▪ «Belə dua edin: “Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun”» (Matta 6:9). İsa Allahın adının olduğuna əmin idi.

▪ «Mənə olan məhəbbətin onlarda olsun, Mən də onlarda olum deyə, Sənin adını onlara bildirdim və bildirəcəyəm» (Yəhya 17:26). İsa insanlara Allahın adını açırdı.

▪ «Siz: “Yehovanın adı ilə gələnə eşq olsun!”,— deyənə qədər məni görməyəcəksiniz» (Luka 13:35, YD; Məzmur 118:26). İsa Allahı adı ilə çağırırdı.

ALLAH adını Özü bizə açır. O, Özü haqda deyir: «Mən Yehovayam, ismim odur»a (Yeşaya 42:8, KM). Allahın Özünə verdiyi Yehova adı ibrani sözüdür. Ola bilsin, bu nadir adın Müqəddəs Kitabın qədim əlyazmalarında bir neçə min dəfə yazıldığını bilmək sizi təəccübləndirəcək. Əslində, Müqəddəs Kitabda bu ada başqa adlardan daha tez-tez rast gəlinir.

«Allahın adı nədir?» sualına bəziləri «Allah» deyə cavab verirlər. Ancaq bu «Seçkilərdə kim qalib gəldi?» sualına «namizəd» deyə cavab verməyə bənzəyir. Bunu isə cavab adlandırmaq olmaz. Nə allah, nə də namizəd sözü ad olmadığından, bunlar aydın cavab deyil.

Nəyə görə Allah Öz adını bizə açıb? Onu daha yaxşı tanımağımız üçün. Məsələn, vəziyyətdən asılı olaraq, insan cənab, rəis, ata, baba adlana bilər. Bu sözlər həmin insan haqqında nə isə açıqlayır. Lakin yalnız insanın adı onun haqqında bildiyimiz hər şeyi yadımıza salır. Buna bənzər şəkildə, Allah, Külli-İxtiyar, Ata, Yaradan titulları Allahın fəaliyyətinin müxtəlif yönlərini açıqlayır. Ancaq yalnız Onun şəxsi adı olan Yehova Onun haqqında bildiyimiz hər şeyi yadımıza salır. Allahın adını bilmədən Onu necə tanımaq olar?

Lakin Allahın adını təkcə bilmək yox, Onu adı ilə çağırmaq da vacibdir. Nə üçün? Çünki Müqəddəs Kitabda deyilir: «Rəbbin adını çağıran hər kəs qurtulacaq» (Romalılara 10:13; Yoel 2:32).

[Haşiyə]

a Allahın adının mənası və ona Müqəddəs Kitabın bəzi tərcümələrində nəyə görə rast gəlinmədiyi haqda əlavə məlumat Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 195-197-ci səhifələrində yerləşir.

[6-cı səhifədəki şəkil]

Vəziyyətdən asılı olaraq, insan cənab, rəis, ata, baba adlana bilər. Lakin yalnız insanın adı onun haqqında bildiyimiz hər şeyi yadımıza salır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş