Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/3 s. 29—31
  • Xidmətdə necə təhəmmül göstərə bilərsən?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidmətdə necə təhəmmül göstərə bilərsən?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Peyğəmbərlərdən nümunə götür
  • Sən tək deyilsən
  • Özünə yaxşı bax
  • Xidmətinizi tam yerinə yetirirsiniz?
    Gözətçi qülləsi 2019
  • Yehova xidmətimizi icra etməyə kömək edir
    Gözətçi qülləsi 2022
  • Xidmətə şövqlü ol
    Gözətçi qülləsi 2015
  • Xoş xəbəri sə’ylə e’lan edin
    Gözətçi qülləsi 2000
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/3 s. 29—31

Xidmətdə necə təhəmmül göstərə bilərsən?

ELƏ vaxtlar olubmu ki, gücünün tükəndiyini hiss etdiyindən təbliğ xidmətini dayandırmaq istəmisən? Şiddətli təqiblər, narahatçılıqlar, sağlamlığın zəif olması, ətrafdakıların təzyiqi və ya insanların xoş xəbərə hay verməməsi üzündən təhəmmül etmək çətin ola bilər. Amma İsanın nümunəsi üzərində düşün. O, «qarşısına qoyulan sevinc uğrunda» ən şiddətli sınağa tab gətirdi (İbr. 12:2). O bilirdi ki, Allaha qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu sübut etməklə Yehovanın ürəyini sevindirir (Sül. məs. 27:11).

Xidmətdə təhəmmül təzahür etdirməklə sən də Yehovanın ürəyini sevindirə bilərsən. Bəs hansısa maneələrin ruhani gücünü əlindən aldığını hiss edirsənsə, onda nə etmək olar? Ahıl yaşlı və zəif sağlamlığı olan Kristina bacı etiraf edir: «Özümü yorğun və məyus hiss etməyim adi haldır. Səhhətimin zəifliyi və gündəlik narahatçılıqlar kimi yaşla bağlı problemlər müvəqqəti olaraq səyimi zəiflədə bilər». Belə maneələrə baxmayaraq, xidmətdə necə təhəmmül göstərə bilərsən?

Peyğəmbərlərdən nümunə götür

Padşahlığın sadiq təbliğçiləri təbliğ xidmətində təhəmmül göstərmək üçün qədimdə yaşamış peyğəmbərlərin malik olduğu düşüncə tərzini mənimsəyə bilərlər. Nümunə üçün Yeremyaya nəzər salaq. Peyğəmbər kimi xidmət etməyə çağırılanda əvvəlcə o bu tapşırıqdan imtina etdi. Bununla belə, Yeremya 40 ildən çox bu çətin tapşırığın öhdəsindən təhəmmüllə gələ bildi, çünki tamamilə Yehovaya güvənməyi öyrənmişdi (Yer. 1:6; 20:7-11).

Yeremyanın nümunəsi Henrik qardaşımızı ruhlandırır. O deyir: «70 ildən çoxdur ki, xidmət edirəm. İnsanların ədavətli və laqeyd münasibəti ucbatından ruhdan düşdüyüm anlar olub. Belə anlarda həmişə Yeremyanın nümunəsini yadıma salıram. Yehovaya bəslədiyi məhəbbəti və Onunla sıx münasibəti Yeremyaya peyğəmbər kimi xidmətini davam etdirməyə qüvvə verirdi» (Yer. 1:17). Yeremyanın nümunəsi Rafl qardaşı da möhkəmləndirir. O deyir: «Yeremya fikrini özünə və öz hisslərinə cəmləmək əvəzinə, Allaha güvənirdi. Əksər insanlar ona ədavətli münasibət göstərsə də, o, işini cəsarətlə davam etdirirdi. Mən bunu həmişə yadda saxlamağa çalışıram».

Nümunəsi bir çox insanlara xidmətlərini təhəmmüllə davam etdirməyə kömək edən digər peyğəmbər Yeşayadır. Yehova ona soydaşlarının onun sözlərinə qulaq asmayacaqlarını demişdi. «Bu xalqın ürəyini kütləşdir, qulaqlarını kar elə»,— deyə Yehova bəyan etmişdi. Bəs Yeşayanın xidməti uğursuzluğamı məhkum edilmişdi? Allahın nöqteyi-nəzərincə, bu heç də belə deyildi! Yehova onu peyğəmbər təyin edəndə Yeşaya demişdi: «Mən buradayam. Məni göndər» (Yeşaya 6:8-10). O öz tapşırığından yayınmadı. Təbliğ etmək tapşırığına sən də Yeşaya kimi yanaşırsanmı?

Laqeydliyə baxmayaraq, Yeşaya kimi, xidməti təhəmmüllə davam etdirmək üçün, gərək, fikrimizi üzləşdiyimiz mənfi reaksiyaya cəmləşdirməyək. Rafl məyusluğun öhdəsindən necə gəldiyini bölüşür: «Mən insanların kobud sözlərinə fikir verməməyə çalışıram. Sahəmdəki insanların xoş xəbərə istədikləri münasibəti göstərməyə haqqı var». Anna əlavə edir: «Mən xoşagəlməz və məyusedici fikirləri özümdən qovmağa çalışıram. Bunun üçün təbliğə getməzdən öncə dua edir və gündəlik ayəni araşdırıram. Mənfi fikirlərim o andaca yoxa çıxır».

Yezekel Babildə sürgündə olan inadkar yəhudilər arasında peyğəmbərlik edirdi (Yez. 2:6). Əgər Allahın sözlərini xalqa çatdırmasaydı və pislərdən biri Allahın xəbərdarlıqlarını eşitmədən ölsəydi, buna görə Yezekel şəxsən məsuliyyət daşıyacaqdı. Yehova Yezekelə demişdi: «Onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam» (Yez. 3:17, 18).

Henrik Yezekelin əhval-ruhiyyəsini təqlid etməyə çalışır. O deyir: «Mən bütün insanların qanından təmiz olmaq istəyirəm. İnsanların həyatları təhlükə altındadır» (Həv. iş. 20:26, 27). Zbiqnev də belə fikirləşir: «İnsanlar nə düşünür-düşünsün, Yezekel xidmətini davam etdirməli idi. Bu mənə təbliğ işinə Allahın gözü ilə baxmağa kömək edir».

Sən tək deyilsən

Təbliğ edəndə sən tək deyilsən. Biz də həvari Pavel kimi deyə bilərik: «Biz Allahın yanında əməkdaşlarıq» (1 Kor. 3:9). Bəzən ruhdan düşdüyünü etiraf edən Kristina deyir: «Bu səbəbdən mən həmişə Yehovadan güc diləyirəm. O heç vaxt dualarımı cavabsız qoymur». Bəli, xidmətdə Yehovanın ruhunun köməyinə ehtiyac duyuruq! (Zək. 4:6).

Təbliğ edərkən müqəddəs ruhun sayəsində biz həmçinin «Ruhun səmərəsi»nə daxil olan xüsusiyyətləri təzahür etdirə bilirik (Qalat. 5:22, 23). Bu isə, öz növbəsində, insanların reaksiyasına baxmayaraq, xidmətimizi təhəmmüllə davam etdirməyə kömək edir. Henrik deyir: «Təbliğ xidməti mənə öz keyfiyyətlərimin üzərində işləməyə kömək edir. Mən səbirli, nəzakətli olmağı, həmçinin asanlıqla təslim olmamağı öyrənirəm». Müxtəlif maneələrə baxmayaraq, xidmətini təhəmmüllə davam etdirmək sənə ruhun səmərəsini daha çox inkişaf etdirməyə kömək edəcək.

Bu qeyri-adi işi yerinə yetirmək üçün Yehova mələklərindən istifadə edir (Vəhy 14:6). Müqəddəs Kitab belə ruhani məxluqların sayının «minlərcə minlər və on minlərcə on minlər» olduğunu açıqlayır (Vəhy 5:11). İsanın rəhbərliyi altında mələklər Allahın yer üzündə olan xidmətçilərini dəstəkləyirlər. Xidmət zamanı bunu yadda saxlayırsanmı?

Anna deyir: «Mələklərin mənimlə xidmətdə olduğunun üzərində düşünmək məni ruhlandırır. Yehovanın və İsanın nəzarəti altında onların göstərdikləri köməyi çox qiymətləndirirəm». Sadiq mələklərlə birgə çalışmaq necə də böyük şərəfdir!

Başqa təbliğçilərlə əməkdaşlıq etmək təhəmmülümüzü necə möhkəmləndirə bilər? Bizim çoxlu sadiq Şahidlərlə tanış olmaq fürsətimiz var; bu, əsil xeyir-duadır. Şübhə yoxdur ki, Müqəddəs Kitabın: «Dəmir dəmiri itilər, insan insanın ağlını iti edər» məsəlinin doğruluğunu öz üzərində hiss etmisən (Sül. məs. 27:17).

Başqa təbliğçilərlə əməkdaşlıq edərkən, ola bilsin, bizim üçün təzə olan təbliğ metodları ilə tanış olaq. Eljbeta deyir: «Başqa-başqa təbliğçilərlə əməkdaşlıq edəndə əlimə həm həmimanlılarıma, həm qarşılaşdığımız insanlara məhəbbət göstərmək fürsəti düşür». Müxtəlif təbliğçilərlə xidmətə çıxmağa çalış. Bu, xidmətini maraqlı edəcək.

Özünə yaxşı bax

Xidmətdə ruh yüksəkliyini qorumaq üçün işlərimizi yaxşı planlaşdırmalı, yaxşı şəxsi öyrənmə qrafikimiz olmalı və kifayət qədər istirahət etməliyik. Başqa sözlərlə desək, həm ruhani, həm də fiziki sağlamlığımızın qeydinə qalmalıyıq.

Müqəddəs Kitabda yazılıb: «Çalışqanın niyyəti xeyir gətirər» (Sül. məs. 21:5). 88 yaşlı Ziqmunt deyir: «Yaxşı tərtib olunmuş qrafik xidmətimin daha səmərəli olmasına kömək edir. Vaxtımı elə planlaşdırıram ki, xidmətdə kifayət qədər iştirak edə bilim».

Müqəddəs Yazıları yaxşı bilməyimiz bizi möhkəmləndirir və xidmətdə kömək edir. Yaşamaq üçün qidalanmağın zəruri olduğu kimi, təbliğ xidmətimizi davam etdirmək üçün də müntəzəm olaraq ruhani qida qəbul etmək vacibdir. Hər gün Allahın Kəlamı ilə qidalanmaq və ‘vaxtlı-vaxtında verilən yeməyi’ qəbul etmək xidmət etmək üçün bizə qüvvə verə bilər (Mat. 24:45-47).

Eljbeta xidmətini yaxşılaşdırmaq üçün həyat tərzində köklü dəyişikliklər etdi. O danışır: «Televizora baxdığım vaxtı xeyli azaltdım ki, xidmətə hazırlaşmağa daha çox vaxtım olsun. Hər axşam Müqəddəs Kitabı oxuyanda sahəmdə rastlaşdığım insanlar haqqında düşünürəm. Onlara kömək edə biləcək ayələr və məqalələr axtarıram».

Vaxtlı-vaxtında istirahət etsən, gümrahlığını qoruyacaq, bunun sayəsində isə xidmətdə tam surətdə iştirak edə biləcəksən. Digər tərəfdən, istirahətə həddindən artıq çox vaxt sərf etsən, bu, xidmətinin keyfiyyətinə mənfi təsir göstərəcək. Çalışqan təbliğçi olan Ancey qeyd edir: «İnsan istirahət etməyəndə, bu, həddən artıq yorğunluğa gətirib çıxarır, sonra da asanlıqla məyusluğa qapılır. Bunun baş verməməsi üçün mən əlimdən gələni edirəm» (Vaiz 4:6).

Göstərdiyimiz bütün səylərə baxmayaraq, xoş xəbəri çox az insan qəbul edir. Ancaq Yehova heç vaxt əməyimizi unutmayacaq (İbr. 6:10). Çoxları bizimlə söhbət etməkdən imtina etsə də, biz gedəndən sonra haqqımızda danışa bilərlər. Nəticə Yezekelin hadisəsində olduğu kimi ola bilər: insanlar ‘biləcəklər ki, aralarında bir peyğəmbər’ olub (Yez. 2:5). Bəli, icra etdiyimiz xidmət heç də asan deyil, lakin həm özümüz, həm də bizə qulaq asan insanlar ondan faydalanırlar.

«Xidmət bizə yeni mənliyi geyinməyə, həmçinin Allaha və yaxınlarımıza məhəbbət göstərməyə kömək edir»,— deyə Ziqmunt qeyd edir. Ancey əlavə edir: «Bu xilasedici işdə iştirak etmək böyük şərəfdir. Təbliğ işi heç vaxt belə miqyasda və bu cür şəraitdə bir daha təkrar olunmayacaq». Sən də xidmətini təhəmmüllə davam etdirsən, artıq indidən bol xeyir-dualar biçəcəksən (2 Kor. 4:1, 2).

[31-ci səhifədəki şəkillər]

Ruhani və fiziki sağlamlığımızın qeydinə qalmaq xidmətimizi təhəmmüllə davam etdirməyə kömək edir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş