Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/7 s. 16
  • Yehovanın Özü haqda Musaya dedikləri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın Özü haqda Musaya dedikləri
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Yehovanın yollarını öyrənirik
    Gözətçi qülləsi 2005
  • Yehovanın gözəl xüsusiyyətləri
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Həqiqi Allah kimdir?
    Əbədi həyata aparan bilik
  • Məsihçilər Yehovanın izzətini əks etdirirlər
    Gözətçi qülləsi 2005
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/7 s. 16

Allaha yaxınlaşın

Yehovanın Özü haqda Musaya dedikləri

Çıxış 34:6, 7

SİZ Allahı necə təsvir edərdiniz? O, hansı keyfiyyətlərə malikdir? Bu və ya digər vəziyyətlərdə necə davranır? Təsəvvür edin ki, bu sualları siz şəxsən Allahın Özünə verir və sonra Onun dediklərini dinləyirsiniz. Musa peyğəmbərin əlinə məhz bu cür imkan düşmüşdü. Üstəlik, Allah ona ilham vermişdi ki, bu şeyləri yazıya alsın.

Sina dağında olanda Musa Yehovadan xahiş etmişdi: «İzzətini mənə göstər» (Çıxış 33:18). Növbəti gün Allah Öz izzətini ötəri olaraq ona göstərdia. Musa bu möhtəşəm görüntünü hərtərəfli təsvir etməsə də, daha vacib olan bir şeyi — Allahın sözlərini qələmə aldı. Gəlin Çıxış 34:6, 7 ayələrində Yehovanın Özü haqda dediklərini araşdıraq.

Yehova ilk olaraq Özünün «rəhmli və lütfkar» Allah olduğunu açıqladı (6-cı ayə). Bir alimin fikrincə, «rəhmli» kimi tərcümə olunan ibrani sözü ilə «atanın öz övladlarına bəslədiyi dərin şəfqət hissi» nəzərdə tutulurdu. «Lütfkar» kimi tərcümə olunan söz «nəyə isə ehtiyacı olan insana ürəkdən kömək etmək istəyən adamın hissini təsvir edən» fellə bağlıdır. Beləliklə, Yehova bizi əmin etmək istəyir ki, O, məhəbbətlə və qayğıkeşliklə uşaqlarının qeydinə qalan ata-ana kimi, bizim qeydimizə qalır (Məzmur 103:8, 13).

Sonra Yehova «hədsiz səbirli» Allah olduğunu bəyan etdi (6-cı ayə). O, yerdəki xidmətçilərinə qəzəblənməyə tələsmir. Əksinə, diqqəti onların çatışmayan cəhətlərinə cəmləməyərək, səbir edib düzəlmələri üçün vaxt verir (2 Peter 3:9).

Allah sözünə davam edərək ‘bol məhəbbətli və sədaqətli’ olduğunu dedi (6-cı ayə). Məhəbbət Yehovanı Öz xalqına sıx bağlayan qiymətli keyfiyyətdir (Qanunun təkrarı 7:9). Bundan başqa, Yehova həqiqət mənbəyidir. O nə aldadır, nə də aldanır. «Həqiqət Allahı» olduğundan, Onun bütün dediklərinə, eləcə də gələcəyə dair və’dlərinə tam e’tibar edə bilərik (Məzmur 31:5).

Sonda Yehova bizə Özü haqqında daha bir vacib həqiqəti açıb: O, «cəzanı, qanunsuzluğu və günahı» əfv edir (7-ci ayə). O, günahlarından tövbə edənləri ‘bağışlayır’ (Məzmur 86:5). Eyni zamanda, Yehova heç vaxt qanunsuzluğa göz yummur və cəzasız qoymur (7-ci ayə). Müqəddəs və ədalətli Allah qəsdən günah işlədənləri cəzasız qoymayacaq. Gec-tez onlar öz günahlarının acı nəticələrini dadacaqlar.

Yehovanın Özü haqda danışması göstərir ki, O, bizim Onu tanımağımızı, hansı keyfiyyətlərə malik olduğunu, bu və ya digər vəziyyətlərdə necə davrandığını bilməyimizi istəyir. Məgər bu, bizi Onun gözəl keyfiyyətləri haqda daha çox öyrənməyə təşviq etmirmi?

[Haşiyə]

a Musa Yehovanı görməmişdi, çünki heç bir insan Allahı görüb, sağ qala bilməz (Çıxış 33:20). Ehtimal ki, Yehova Musaya Öz izzətinin görüntüsünü göstərmiş və onunla mələk vasitəsilə danışmışdı.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş