Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/1 s. 11
  • Vədlərini yerinə yetirən Şəxs

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vədlərini yerinə yetirən Şəxs
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Allahın sözü heç vaxt boşa çıxmır
    Gözətçi qülləsi 2007
  • «Yeşua» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2005
  • Günəş dayanır
    Müqəddəs Kitab hekayələri
  • Yehovanın vədlərinə imanınız nə dərəcədə güclüdür?
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
Əlavə
Gözətçi qülləsi 2010
w10 1/1 s. 11

Allaha yaxınlaşın

Vədlərini yerinə yetirən Şəxs

Yeşua 23:14

BAŞQALARINA etibar etmək sizin üçün çətindirmi? Təəssüf ki, biz insanlara etibarın qalmadığı bir dünyada yaşayırıq. Ola bilsin, inandığınız bir kəs yalan danışdığı, yaxud sözünün üstündə durmadığı üçün qəlbinizi qırdığından, insanlara etibarınız ölüb. Ancaq heç bir məyusluqla üzləşmədən etibar edə biləcəyimiz bir Şəxs var. Süleymanın məsəlləri 3:5 ayəsi bizi təşviq edir: «Bütün qəlbinlə Rəbbə güvən». Bəs nə üçün Yehova Allah bu cür etibara layiqdir? Bu suala cavab vermək üçün gəlin bütün qəlbi ilə Yehovaya etibar edən Yeşuanın Yeşua 23:14 ayəsində yazılmış sözlərinə nəzər salaq.

Vəziyyəti təsəvvür etməyə çalışaq. Musanın xələfi və İsrail xalqının rəhbəri Yeşuanın yaşı yüz onu haqlayıb. Yaşadığı bu uzun illər ərzində o, Yehovanın 60 il bundan əvvəl möcüzəli şəkildə İsraili Qırmızı dənizdən keçirərək xilas etməsi də daxil olmaqla, göstərdiyi bir çox möhtəşəm işlərin canlı şahidi olmuşdur. Dönüb ötən illərə nəzər salan Yeşua İsrail xalqının bütün ‘ağsaqqallarını, başçılarını, hakimlərini və məmurlarını’ bir yerə yığır (Yeşua 23:2). İndi onun deyəcəyi sözlər sadəcə yaşlı adamın ağzından çıxan hikmətli kəlmələr yox, imanla dolu olan ürəyin düşüncələridir.

Yeşua deyir: «Bu gün mən də hamı kimi dünyadan köçəcəyəm». «Dünyadan köçmək» ifadəsi ölümü bildirmək üçün işlədilən məcazdır. Bu sözlərlə Yeşua demək istəyir ki, onun bir-iki günlük ömrü qalıb. Bu gün-sabah öləcəyini bilən Yeşua, şübhəsiz, təkliyə çəkilib həyatı haqqında xeyli düşünüb. Bəs o, vida sözlərində öz həmimanlılarına nə deyəcək?

Yeşua davam edir: «Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı». Bu sözlər Allaha tam etibar edən insanın ağzından çıxırdı. Bu cür etibar nəyə əsaslanırdı? Keçmişdə gördüyü bütün şeyləri xatırlayıb Yeşua qənaətə gəlmişdi ki, Yehova vədlərini yerinə yetirir, özü də həmişəa. Yeşuanın sözünün canı aydındır: o istəyirdi ki, onun israilli qardaşları tam iman etsinlər ki, Yehovanın onların gələcəyinə dair verdiyi vədlər də həyata keçəcək.

Müqəddəs Kitaba şərh verən bir kitabda Yeşua 23:14 ayəsi haqda belə deyilir: «Müqəddəs Kitabdakı hər hansı vədi götürün; sonra Allahın bir dənə də olsun vədini yerinə yetirmədiyini və ya onu yadından çıxardığını tapmaq məqsədi ilə tarixi baxımdan araşdırma aparın və bu haqda dünyadakı hər canlıdan soruşun». Bu cür araşdırma aparmaq mümkün olsaydı, biz də Yeşuanın gəldiyi qənaətə gələrdik — Yehovanın vədləri heç vaxt boşa çıxmır (1 Padşahlar 8:56; Yeşaya 55:10, 11).

Müqəddəs Kitabda Yehovanın yerinə yetmiş, həmçinin bizim gözümüzün qabağında həyata keçən vədləri yazılıb. Orada həmçinin Yehovanın gələcəkdə yerinə yetəcək heyrətamiz vədlərindən də söz açılırb. Nə üçün bu yazıları özünüz araşdırmayasınız? Müqəddəs Kitabı öyrənməklə siz vədlərini icra edən Şəxsin etibarınıza layiq olduğuna əmin olacaqsınız.

[Haşiyələr]

a Verilən vədlərdən bir neçəsi Yeşuanın gözünün qabağında gerçəkləşmişdi. Yehova İsrailə öz vətənini qaytardı. (Yaradılış 12:7 ayəsini Yeşua 11:23 ayəsi ilə müqayisə edin.) O, İsraili Misir köləliyindən azad etdi. (Çıxış 3:8 ayəsini Çıxış 12:29—32 ayələri ilə müqayisə edin.) Onların qayğısına qaldı. (Çıxış 16:4, 13—15 ayələrini Qanunun təkrarı 8:3, 4 ayələri ilə müqayisə edin.)

b Gələcəyimizə dair Allahın verdiyi vədlər haqda daha çox məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3, 7 və 8-ci fəsillərinə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş