Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/10 s. 27
  • «Al oğlunu»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Al oğlunu»
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Yehovanın alovdan olan ordusu
    Müqəddəs Kitab dünyasına səyahət
  • Elişa odlu arabaları gördü. Bəs sən?
    Gözətçi qülləsi 2013
  • Dirilmiş iki oğlan
    Müqəddəs Kitab hekayələri
  • 2 Padşahların məzmunu
    Müqəddəs Kitab
Gözətçi qülləsi 2010
w10 1/10 s. 27

Allaha yaxınlaşın

«Al oğlunu»

2 PADŞAHLAR 4:8—37

ÖVLADIN ölümü qədər insana ağrı gətirən heç nə yoxdur. Ancaq Yehova Allah əzizlərimizi həyata qaytarmağa qadirdir. Biz buna ona görə inanırıq ki, O, qədimdə bəzi xidmətçilərinə ölüləri diriltmək səlahiyyəti vermişdi. Məsələn, 2 Padşahlar 4:8—37 ayələrində Elişa peyğəmbərin bir oğlanı diriltdiyi haqda yazılıb.

Hadisə Şunem şəhərində baş verir. Uşaqları olmayan bir ər-arvad tez-tez Elişaya qonaqpərvərlik göstərir, ona yemək və gecələməyə yer verirlər. Bir gün peyğəmbər minnətdarlıq əlaməti olaraq qadına deyir: «Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq». Və budur, qadının böyük səbirsizliklə gözlədiyi həmin an gəlib çatır: Elişanın dediyi kimi, onun oğlu olur. Ancaq qadının sevinci uzun çəkmir. Bir neçə ildən sonra oğlan atası ilə çöldə olanda onun güclü baş ağrısı tutur. Uşağı evə gətirirlər və o, «anasının dizləri üstündə» can verir (16, 19, 20-ci ayələr). Kədər içində olan ana oğlunun cəsədini peyğəmbərin çarpayısına qoyur.

O, Elişanı görmək üçün ərinin razılığı ilə dərhal Şunemdən 30 kilometr aralıda yerləşən Karmel dağına yollanır. Peyğəmbərin yanına çatanda nə ağlayıb-sızlayır, nə də kədərini başqa cür büruzə verir. Ola bilsin, o, Elişanın sələfi İlyas peyğəmbərin bir dul qadının oğlunu həyata qaytardığı haqda eşitmişdi (1 Padşahlar 17:17—23). Bəlkə, bu qadın inanır ki, Elişa da onun oğlunu dirildəcək. Hər necə olursa-olsun, peyğəmbər onunla getməyə razılıq verməmiş qadın oranı tərk etmir.

Elişa Şunemə gələndə əvvəllər tez-tez qaldığı otağa girir və çarpayısında uşağın cəsədini görür (32-ci ayə). Peyğəmbər Yehovaya güclü dua edir. Sonra uşağın üstünə uzanır və onun bədəni isinir. Və budur, uşağın ürəyi yenidən döyünməyə başlayır! Elişa ananı çağırır və «al oğlunu» deyir. Həmin an ananın kədəri hədsiz sevincə çevrilir (34, 36-cı ayələr).

Şunemli qadının oğlunun dirilməsi haqda Müqəddəs Kitabda yazılan məlumat insana ümid və təsəlli verir. Yehova övladlarını itirən valideynlərin keçirdiyi ağrıları çox yaxşı başa düşür. Bundan əlavə, O, bu itkini geri qaytarmaq istəyir (Əyyub 14:14, 15). Müqəddəs Kitabda yazılan bu və digər dirilmə hadisələri göstərir ki, Yehova dirilməni gələcək yeni dünyada daha geniş miqyasda həyata keçirəcəka.

Əlbəttə, Müqəddəs Kitabın verdiyi dirilmə ümidi əzizlərini itirənlərin ağrı-acılarını tamamilə aradan qaldırmır. Yeganə oğlunu itirən Allahın sadiq bir xidmətçisi deyir: «Mənim ağrılarım oğlumu yenidən bağrıma basacağım gün dinəcək». Yenidən əzizlərinizi görəcəyiniz vaxtı bir təsəvvürünüzə gətirin! Allahın onları yenidən həyata qaytaracağı fikri ağrılarınızı yüngülləşdirəcək. Bu cür gözəl ümid bəxş edən Allah haqqında daha çox bilmək istəməzdinizmi?

[Haşiyə]

a Müqəddəs Kitabın verdiyi dirilmə ümidi haqqında əlavə məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 7-ci fəslinə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş