Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/7 s. 30—31
  • Pis dostluqdan uzaq dur!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Pis dostluqdan uzaq dur!
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • Sodom və Homorranın məhv edilməsi
    Gözətçi qülləsi 2008
  • Sui-qəsd boşa çıxır!
    Gözətçi qülləsi 2009
  • Əmin olduğun şeylərdən bərk yapış!
    Gözətçi qülləsi 2010
  • Peterin İsanı inkar etməsi
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/7 s. 30—31

Gənc oxucularımız üçün

Pis dostluqdan uzaq dur!

Təlimat. Bu tapşırığı sakit şəraitdə et. Ayələri oxuyanda özünü hadisələrin iştirakçısı kimi təsəvvür et. Hadisələri gözünün qabağında canlandır. Səsləri eşitməyə və baş qəhrəmanların keçirdiyi hissləri duymağa çalış.

Baş qəhrəmanlar: Dina, Şekem, Yaqub, Şimeon və Levi

Qısa icmal: Şekem Dinanı zorlayır, Dinanın təhqir olunmuş qardaşları qisas alır.

1 BU EPİZODU ARAŞDIR. YARADILIŞ 34:1—31 AYƏLƏRİNİ OXU.

Necə düşünürsən, Dina Kənanda rəfiqələri ilə vaxtını necə keçirirdi?

․․․․․

Səncə, Şekem Dinanın ürəyini hansı sözlərlə ələ almağa çalışırdı?

․․․․․

Səncə, 30-cu ayədə Yaqub Şimeon və Levini tənbeh edərkən onlarla hansı tərzdə danışırdı?

․․․․․

2 DAHA DƏRİNDƏN ARAŞDIR.

Görəsən, nəyə görə Dina tez-tez Kənan qızları ilə görüşürdü? (Məsələn, onların arasında hansı oxşar cəhətlər ola bilərdi? Kənanlılar Dinanın ailə üzvlərindən nə ilə fərqlənirdi? Onu cəlb edən bu idimi?)

․․․․․

Dinanı Şekemin hansı xüsusiyyətləri cəlb edə bilərdi? (3, 12 və 19 ayələrini yenidən oxu.)

․․․․․

Dinanın Şekemlə cinsi əlaqədə olmaq istəmədiyini Müqəddəs Kitab necə göstərir? (2-ci ayəni yenidən oxu.)

․․․․․

Səncə, Şimeon və Levinin qisas alaraq Şekemin şəhərində yaşayanları öldürməsi düzgün idimi? Niyə belə düşünürsən?

․․․․․

3 ÖYRƏNDİKLƏRİNİ TƏTBİQ ET. AŞAĞIDAKILAR HAQQINDA ÖYRƏNDİKLƏRİNİ YAZ:

Dostlar seçərkən müdrik olmağın vacibliyi haqda.

․․․․․

Haqlı olsan belə, özünü ələ almağın vacibliyi haqda.

․․․․․

DAHA NECƏ TƏTBİQ ETMƏK OLAR?

Allahın əxlaq normalarına uyğun yaşamayan insanların əxlaqsız davranışlarına məruz qalmamaq üçün nə edə bilərsən?

․․․․․

4 BU ƏHVALATDA SƏNİN ÜÇÜN ƏN ÇOX ƏHƏMİYYƏT KƏSB EDƏN NƏDİR VƏ NƏ ÜÇÜN?

․․․․․

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş