Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/8 s. 23—27
  • «Sülh Mənbəyi Olan» Yehova Allah

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Sülh Mənbəyi Olan» Yehova Allah
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Ən böyük nümunə
  • İbrahimin və İshaqın nümunəsindən nə öyrənirik?
  • Yaqubun ən sevimli oğlundan nə öyrənirik?
  • «Nəsihət olaraq yazılıb»
  • Bir-birinə bənzəməyən əkizlər
    Müqəddəs Kitab hekayələri
  • Yaqubla Eys barışır
    Müqəddəs Kitab dünyasına səyahət
  • Allah İbrahimi və ailəsini xeyir-dualandırır
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Yaradılışın məzmunu
    Müqəddəs Kitab
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/8 s. 23—27

«Sülh Mənbəyi Olan» Yehova Allah

«Qoy sülh mənbəyi olan Allah sizlərlə olsun» (ROM. 15:33).

1, 2. «Yaradılış» kitabının 32 və 33-cü fəsillərində hansı hadisə təsvir olunub və bunun nəticəsi nə oldu?

BU HADİSƏ İordan çayının şərq tərəfində, Yabboq vadisinin yaxınlığında yerləşən Penuelin ətraf ərazilərində baş vermişdi. Esav xəbər tutur ki, əkiz qardaşı Yaqub ata yurduna qayıdır. Onun ilk oğulluq haqqını Yaquba satmasından 20 il ötsə də, Yaqub qorxurdu ki, qardaşı hələ də ona kin saxlayır və onu öldürmək istəyir. Esav 400 nəfər götürüb artıq qardaş gözü ilə baxmadığı Yaqubun üstünə gedir. Qardaşının qəzəbinə tuş gələcəyindən ehtiyat edən Yaqub bir-birinin ardınca Esava hədiyyə kimi 550-dən çox mal-qara göndərir. Yaqub hər bir qulluqçusuna tapşırır ki, bu hədiyyələrin onun qardaşından olduğunu desinlər.

2 Nəhayət, qardaşlar görüşürlər! Yaqub cəsarətlə Esava tərəf gedərək ona təzim edir, hətta bunu bir yox, yeddi dəfə edir. Yaqub qardaşının könlünü almaq üçün artıq ən vacib addımı atmışdı. O, Yehovaya dua edərək onu Esavın əlindən qurtarmağı xahiş etmişdi. Yehova onun duasına cavab verdimi? Bəli. Müqəddəs Kitabda deyilir: «Esav Yaqubu qarşılamaq üçün qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü» (Yar. 32:11—20; 33:1—4).

3. Yaqubla Esavın hadisəsindən nə öyrənirik?

3 Yaqubla Esavın hadisəsi göstərir ki, həmimanlılarımızla problemləri həll etmək üçün biz səy göstərməli və konkret addımlar atmalıyıq, əks halda, məsihçi yığıncağında sülh pozulacaq. Yaqub qardaşı ilə barışmağa çalışdı. Lakin o, bunu qardaşına qarşı günah işlətdiyi və ondan üzr istəməli olduğuna görə etmədi. Esav ilk oğulluq haqqına dəyər vermədiyi üçün onu özü bir boşqab şorbaya görə Yaquba satmışdı (Yar. 25:31—34; İbr. 12:16). Bununla belə, Yaqubun nümunəsindən bacı-qardaşlarla sülhü qorumaq üçün böyük səy göstərmək lazım olduğunu öyrənirik. Həmçinin bu göstərir ki, həqiqi Allah sülh yaratmaq naminə göstərdiyimiz səylərimizə xeyir-dua verir və dualarımızı cavabsız qoymur. Müqəddəs Kitabda başqaları ilə sülhü necə qoruya biləcəyimizə dair digər nümunələr də var. Gəlin onlara diqqət yetirək.

Ən böyük nümunə

4. Allah bəşəriyyəti günah və ölümdən qurtarmaq üçün hansı tədbiri gördü?

4 «Sülh mənbəyi olan» Yehova Allah başqaları ilə sülhü necə qorumağa dair ən böyük nümunədir (Rom. 15:33). Yehova bizim Onunla dost olmağımız mümkün olsun deyə nə edib? Gəlin bunun üzərində bir az düşünək. Adəmlə Həvvanın günahlı nəsli kimi, biz də «günahın ödədiyi haqq»a, yəni ölümə layiqik (Rom. 6:23). Lakin Yehova böyük məhəbbətindən irəli gələrək bizi günah və ölümdən qurtarmaq qərarına gəldi. Bunun üçün O, sevimli Oğlunu kamil bir insan kimi yer üzünə göndərdi. Oğul könüllü olaraq Atasının iradəsinə boyun əydi və həyatını bizim uğrumuzda qurban verdi (Yəh. 10:17, 18). Həqiqi Allah sevimli Oğlunu yenidən həyata qaytardı. O, göyə qayıtdı və tövbə edən günahkarları əbədi ölümdən xilas etmək qüvvəsinə malik olan tökülən qanının dəyərini Atasına təqdim etdi. (İbranilərə 9:14, 24 ayələrini oxu.)

5, 6. İsanın tökülən qanı günahlı bəşəriyyətə Allahla barışmağa necə kömək edir?

5 Günah ucbatından insanlar Allahın düşməni olmuşlar. Bəs İsanın fidyə qurbanlığı bizə Allahla barışmağa necə kömək edir? Yeşaya 53:5 ayəsində deyilir: «Bizim əmin-amanlığımız üçün o cəza aldı, onun yaraları ilə biz şəfa tapdıq». İsanın fidyə qurbanlığı sayəsində itaətkar insanlar üçün Onunla dost olmaq imkanı yarandı. «Biz onun [İsanın] qanı ilə ödənmiş fidyə vasitəsilə azadlığa, bəli,.. günahlarımızın əfvinə yetişirik» (Efes. 1:7).

6 Müqəddəs Kitabda deyilir: «Allah dolğunluğun bütünlüklə onda [Məsihdə] toplanmasını... məqbul bildi». Nəyə görə? Çünki Məsih Allahın niyyətinin yerinə yetməsində əsas rol oynayır. Bəs Allahın niyyəti nədir? «Yerdəki və göydəki şeylərin hamısını» Məsihin tökülmüş qanı vasitəsilə Özü ilə barışdırmaqdır. «Hamısı» sözü altında «yerdəki və göydəki» şeylər nəzərdə tutulur. Bəs onda «yerdəki və göydəki» şeylər nədir? (Koloslulara 1:19, 20 ayələrini oxu.)

7. Allahın Özü ilə barışdırdığı «yerdəki və göydəki» şeylər ifadəsi altında kimlər nəzərdə tutulur?

7 Allahın oğulları kimi saleh elan edilən məsh olunmuş məsihçilərin İsanın fidyə qurbanlığı sayəsində Allahla sülh münasibətlərində olmaq imkanı var. (Romalılara 5:1 ayəsini oxu.) «Göydəki» şeylər ifadəsi altında məhz onlar nəzərdə tutulur, çünki onlar göylər ümidinə malikdirlər. Məsh olunmuş məsihçilər «yer üzərində hökmranlıq edəcəklər», eləcə də kahinlər kimi Allaha xidmət edəcəklər (Vəhy 5:10). «Yerdəki» şeylər deyildikdə isə yer üzündə əbədi həyata qovuşacaq tövbə etmiş insanlar nəzərdə tutulur (Məz. 37:29).

8. Yehova bəşəriyyəti Özü ilə barışdırmaq üçün nə etdi və Onun nümunəsi üzərində düşünmək bizə həmimanlılarımızla yaranan problemləri həll etməkdə necə kömək edir?

8 Pavelin Efesdəki məsh olunmuş məsihçilərə yazdığı sözlərdən onun fidyə qurbanlığını nə dərəcədə qiymətləndirdiyini görmək olar: «Mərhəməti bol olan Allah... biz hələ təqsirlərimizdə ölü ikən, bizi Məsihlə birlikdə həyata qaytardı (bəli, siz lütf sayəsində xilas oldunuz)» (Efes. 2:4, 5). Yer və ya göy ümidinə malik olmağımızdan asılı olmayaraq, Allahın bizə göstərdiyi lütf və mərhəmətin əvəzini heç vaxt qaytara bilməyəcəyik. Bəşəriyyəti Özü ilə barışdırmaq üçün Yehovanın nələrdən keçdiyi haqda düşünəndə ürəyimiz minnətdarlıqla dolur. Bəzən yığıncaqda sülh və birliyin pozulması təhlükəsi yaranır. Belə hallarda biz Allahın nümunəsi üzərində düşünməli və sülhü qorumalıyıq.

İbrahimin və İshaqın nümunəsindən nə öyrənirik?

9, 10. Lutun və İbrahimin çobanları arasında mübahisə düşəndə İbrahim sülhpərvər insan olduğunu necə göstərdi?

9 Müqəddəs Kitabda İbrahim peyğəmbər haqqında deyilir: «“İbrahim Yehovaya iman gətirdi və buna görə saleh sayıldı” sözləri yerinə yetdi və ona “Yehovanın dostu” deyildi» (Yaq. 2:23). İbrahimin Yehovaya olan imanı başqaları ilə sülh münasibətini qorumaqda büruzə verirdi. Məsələn, İbrahimin sürüləri artdıqca onun çobanları ilə qardaşı oğlu Lutun çobanları arasında tez-tez mübahisə düşürdü (Yar. 12:5; 13:7). İbrahim və Lut qərara gəldilər ki, problemdən ən yaxşı çıxış yolu ayrılmaqdır. İbrahim belə bir çətin vəziyyətdə özünü necə apardı? O fikirləşmirdi ki, yaşca Lutdan böyük və Yehova ilə xüsusi münasibəti olduğu üçün son qərarı özü verməlidir. Əksinə, o, özünü əsil sülhpərvər insan kimi göstərdi.

10 İbrahim Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq. Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm». Lut ən məhsuldar torpağı seçdi, ancaq İbrahim buna görə ona ürəyində kin saxlamadı (Yar. 13:8—11). Sonra düşmənlər Lutu əsir aparanda İbrahim tərəddüd etmədən qardaşı oğlunu onların əlindən xilas etdi (Yar. 14:14—16).

11. Filiştlilərlə qonşu olan İbrahim onlarla sülhü necə qoruyurdu?

11 Görək İbrahim Kənan torpağında yaşayarkən qonşu filiştlilərlə sülhü necə qoruyurdu. Filiştlilər İbrahimin qulluqçularının Beer-Şevada qazdığı su quyusunu qəsb etmişdilər. Görəsən qardaşı oğlunu dörd padşahın əlindən qurtaran İbrahim belə vəziyyətdə necə davrandı? Vuruşaraq quyunu özünə qaytarmaq əvəzinə, İbrahim susmağa üstünlük verdi. Bir müddətdən sonra filiştlilərin padşahı İbrahimlə sülh müqaviləsi bağlamaq üçün ona baş çəkdi. Yalnız filiştlilərin padşahı İbrahimə onun nəsli ilə xeyirxah davranacağına and içdirəndən sonra İbrahim oğurlanmış quyu məsələsini onun nəzərinə çatdırdı. Bunu eşidən padşah təəccübləndi və quyunu İbrahimə qaytardı. İbrahim isə bu torpaqda qərib kimi dinc və rahat yaşamağa davam edirdi (Yar. 21:22—31, 34).

12, 13. a) İshaq atasının nümunəsini necə izləyirdi? b) Yehova İshaqın sülhü qorumaq səylərinə necə xeyir-dua verirdi?

12 İbrahimin oğlu İshaq, atası kimi, sülhpərvər insan idi. Bunu İshaqın filiştlilərlə münasibətindən görmək olar. Qıtlıq ucbatından İshaq ailəsilə birgə Negevdə yerləşən və quru ərazi olan Beer-Laxay-Roini tərk etdi. O, şimalda yerləşən və məhsuldar torpaq olan Gerarda məskən saldı. Burada Yehova ona xeyir-dua verdi və onun məhsulu bol, mal-qarası isə çox oldu. Filiştlilər İshaqa paxıllıq etməyə başladılar. Onlar İshaqın atası kimi varlı, dövlətli olmasını istəmirdilər, bu səbəbdən vaxtilə İbrahimin xidmətçilərinin həmin ərazidə qazdıqları quyuları torpaqla doldurdular. Sonda filiştlilərin padşahı İshaqa dedi: «Yanımızdan get». Filiştlilərlə sülhü qorumaq xatirinə İshaq padşahın dediyinə əməl etdi (Yar. 24:62; 26:1, 12—17).

13 Burada İshaqın çobanları başqa quyu qazdılar. Filiştli çobanlar suyun onlara məxsus olduğunu dedilər. Ancaq İshaq, atası İbrahim kimi, quyu üstündə dava-dalaş etmədi, o, adamlarına başqa quyu qazmağı tapşırdı. Filiştlilər bu quyunun da onlara məxsus olduğunu dedilər. Sülh xatirinə İshaq ailəsini və böyük əmlakını götürüb başqa yerə köçdü. Burada onun xidmətçiləri daha bir quyu qazdılar və İshaq onun adını Rexovot qoydu. Bir vaxt sonra o, daha məhsuldar ərazi olan Beer-Şevaya köçdü. Burada Yehova ona xeyir-dua verib dedi: «Qorxma, çünki Mən səninləyəm. Qulum İbrahimə görə sənə xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam» (Yar. 26:17—25).

14. Filiştlilərin padşahı İshaqla sülh müqaviləsi bağlamağa gələndə o, sülhpərvər insan olduğunu necə göstərdi?

14 Şübhəsiz ki, İshaqın xidmətçilərinin qazdıqları quyuları istifadə etmək hüququna görə döyüşməyə imkanı var idi. Filiştlilərin padşahının məmurları ilə birgə İshaqın yanına, Beer-Şevaya onunla sülh müqaviləsi bağlamağa gəlməsi buna bir sübutdur. Padşah İshaqa dedi: «Biz gördük ki, Rəbb, doğrudan da, səninlədir». Lakin sülh xatirinə İshaq bundan qabaq bir yox, bir neçə dəfə köçməyi seçmişdi. Bu dəfə də İshaq padşahla sülhdə olmaq istədiyini göstərdi. Müqəddəs Kitabda deyilir: «İshaq onlara ziyafət verdi və onlar yeyib-içdilər. Səhər tezdən qalxıb bir-birlərinə and içdilər. İshaq onları yola saldı və onlar sağ-salamat onun yanından getdilər» (Yar. 26:26—31).

Yaqubun ən sevimli oğlundan nə öyrənirik?

15. Nəyə görə Yusifin qardaşları onunla sakit danışa bilmirdilər?

15 İshaqın oğlu Yaqub da «mülayim bir adam» idi (Yar. 25:27). Məqalənin əvvəlində artıq qeyd olunduğu kimi, Yaqub qardaşı Esavla barışmaq istəyirdi. Şübhəsiz, Yaqub sülhpərvər olmağı atası İshaqdan öyrənmişdi. Bəs Yaqubun oğulları haqda nə demək olar? Onun 12 oğlu var idi və o, Yusifi hamısından çox istəyirdi. Yusif atasına itaət edir və onun hörmətini saxlayırdı. Üstəlik, o, atasının etibarını qazanmışdı (Yar. 37:2, 14). Lakin Yusifin böyük qardaşları ona o qədər paxıllıq edirdilər ki, onunla sakit danışa bilmirdilər. Onlar Yusiflə qəddarcasına davranaraq onu köləliyə satdılar, lakin atalarına dedilər ki, guya Yusifi vəhşi heyvan parçalayıb (Yar. 37:4, 28, 31—33).

16, 17. Yusifin qardaşları ilə rəftarından onun sülhpərvər insan olduğu necə görünür?

16 Yehova Yusifi xeyir-dualandırdı. Bir müddətdən sonra Yusif Misirdə firondan sonra ikinci adam oldu. Ölkələrində aclıq hökm sürən zaman Yusifin qardaşları yemək almaq üçün Misirə gəldilər. Ancaq onlar Yusiflə görüşəndə o, Misir zadəganlarının qiyafətində olduğundan onu tanıya bilmədilər (Yar. 42:5—7). Yusif bu fürsətdən istifadə edərək ona və atasına etdikləri qəddarlığa görə qardaşlarından qisas ala bilərdi! Lakin o, qardaşları ilə barışmağa üstünlük verdi. Onların, həqiqətən də, peşman olduqları aydın olanda Yusif özünü onlara tanıdıb dedi: «İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi». Sonra Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı (Yar. 45:1, 5, 15).

17 Ataları Yaqub vəfat etdikdən sonra qardaşlar fikirləşdilər ki, Yusif onlardan qisas ala bilər. Onlar öz qorxularını Yusiflə bölüşəndə o «ağladı» və onlara dedi: «Qorxmayın, mən həm sizi, həm də övladlarınızı saxlayacağam». Sülhpərvər insan olan «Yusif onlara ürəklərincə olan sözlərlə təsəlli verdi» (Yar. 50:15—21).

«Nəsihət olaraq yazılıb»

18, 19. a) Bu məqalədə araşdırılan nümunələrdən sən özün üçün hansı ibrət dərsi götürdün? b) Növbəti məqalədə biz nəyi müzakirə edəcəyik?

18 Həvari Pavel yazıb: «Əvvəlcədən yazılanların hamısı... bizə nəsihət olaraq yazılıb ki, dözüm və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Rom. 15:4). Sülhpərvər olmaqda bizə ən yaxşı nümunə olan Yehovanın, eləcə də İbrahimin, İshaqın, Yaqubun və Yusifin nümunələrindən nə öyrəndik?

19 Yehovanın bizim Onunla barışmağımızın mümkün olması üçün etdikləri barədə fikirləşsək, başqaları ilə sülhü qorumaq üçün əlimizdən gələni edəcəyik. İbrahimin, İshaqın, Yaqubun, eləcə də Yusifin nümunəsindən gördüyümüz kimi, valideynlər bu sahədə uşaqlarına gözəl nümunə ola bilərlər. Bundan başqa, bu nümunələr göstərir ki, Yehova sülhü qorumaq səylərimizə xeyir-dua verir. Pavelin Yehovanı «sülh mənbəyi olan Allah» adlandırması təəccüblü deyil. (Romalılara 15:33; 16:20 ayələrini oxu.) Növbəti məqalədə biz sülhü qorumağın vacibliyini və bunu necə etməyi müzakirə edəcəyik.

Nə öyrəndiniz?

• Yaqub Esavla görüşəcəyini biləndə onunla barışmaq üçün nə etdi?

• Bəşəriyyəti Özü ilə barışdırmaq üçün Yehovanın etdikləri sənə necə təsir edir?

• Sülhpərvər insanlar olan İbrahimin, İshaqın, Yaqubun və Yusifin nümunəsindən nə öyrəndin?

[23 səhifədəki şəkil]

Qardaşı ilə barışmaq üçün Yaqubun atdığı ən vacib addım hansı idi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş