Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/11 s. 28—32
  • Başqalarına məsuliyyətlərə can atmağı öyrədin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Başqalarına məsuliyyətlərə can atmağı öyrədin
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • «Mən sizə dost deyirəm»
  • «Mən sizin üçün nümunə qoydum»
  • İsa şagirdlərinə göstəriş verib onları təbliğ etməyə göndərir
  • «Hikmətli adam nəsihəti dinlər»
  • Özünüzü öyrədin
  • Qardaşlar, ruh üçün əkin və xeyirli işə can atın!
    Gözətçi qülləsi 2010
  • Yehova Öz sürüsü üçün çobanlar hazırlayır
    Gözətçi qülləsi 2006
  • Bəs sən can atırsan?
    Gözətçi qülləsi 2014
  • Məsləhətiniz könlü xoşhal edir?
    Gözətçi qülləsi 2022
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/11 s. 28—32

Başqalarına məsuliyyətlərə can atmağı öyrədin

«Mükəmməl təlim almış adam öz müəllimi kimi olacaq» (LUKA 6:40).

1. Yer üzündə xidmət edərkən İsa möhtəşəm bir yığıncağın təməlini necə qoymuşdu?

HƏVARİ YƏHYA yazdığı müjdəni belə yekunlaşdırdı: «Sözsüz, İsa çox iş görüb, lakin onların hamısı bir-bir yazılsaydı, elə düşünürəm ki, yazılan tumarlar dünyaya belə sığmazdı» (Yəh. 21:25). Yer üzündə yaşadığı qısa müddət ərzində İsa səylə xidmət edərək onun gedişindən sonra təbliğ işinə rəhbərlik edəcək kişiləri tapıb onlara təlim verməli idi. Eramızın 33-cü ilində göyə qayıdanda o, tezliklə sayı minlərlə insanlardan ibarət olacaq möhtəşəm bir yığıncağın təməlini qoymuşdu (Həv. iş. 2:41, 42; 4:4; 6:7).

2, 3. a) Nəyə görə vəftiz olmuş qardaşların yığıncaqda məsuliyyətlərə can atmalarına olduqca böyük ehtiyac var? b) Bu məqalədə biz nəyi araşdıracağıq?

2 Bu gün bütün dünyada fəaliyyət göstərən 100 000-dən çox yığıncaqda sayı yeddi milyonu ötmüş fəal təbliğçi xidmət edir. Bunu nəzərə alaraq, ruhani məsələlərdə rəhbərliyi üzərinə götürə biləcək qardaşlara, məsələn, məsihçi ağsaqqallara böyük tələbat var. Bu məsuliyyətə can atanlar tərifə layiqdirlər, çünki onlar «yaxşı» şey arzu edirlər (1 Tim. 3:1).

3 Bununla belə, kişilərə yığıncaqda avtomatik olaraq məsuliyyətlər verilmir. Onları bu iş üçün yararlı edən aldıqları təhsil, həyat təcrübələri, bacarıq və nailiyyətləri deyil. Bu məsuliyyətləri düzgün icra etmək üçün onlar Müqəddəs Kitabdakı tələblərə cavab verməli və ruhani xüsusiyyətlərə malik olmalıdırlar. Belə isə, yığıncaqdakı kişilərə həmin tələblərə cavab verməyə necə kömək etmək olar? «Mükəmməl təlim almış adam öz müəllimi kimi olacaq», — deyə İsa qeyd etmişdi (Luka 6:40). Bu məqalədə biz məharətli Müəllim olan İsanın şagirdlərinə necə təlim verdiyini və onun nümunəsindən nə öyrənə biləcəyimizi araşdıracağıq.

«Mən sizə dost deyirəm»

4. İsanın şagirdlərinə yaxşı dost olduğu nədən bəllidir?

4 İsa şagirdlərinə yuxarıdan aşağı baxmırdı — o, onlarla dostları kimi davranırdı. İsa şagirdləri ilə vaxt keçirirdi. O, onlara etibar edir, müəyyən məlumatları açıqlayır və Atasından eşitdiyi «hər şeyi» onlara bildirirdi. (Yəhya 15:15 ayəsini oxu.) Həvarilərin: «Sənin iştirakının və dövrün yekununun əlaməti nə olacaq?» — sualına İsa cavab verəndə onların keçirdiyi hissləri təsəvvür edin (Mat. 24:3, 4). O, davamçıları ilə şəxsi fikirlərini və hisslərini bölüşürdü. Məsələn, ələ verildiyi gecə İsa Peteri, Yaqubu və Yəhyanı özü ilə Getsemani bağına aparmışdı. Burada İsa öz narahatçılıqları ilə bağlı qızğın dua edirdi. Ola bilsin, onlar İsanın duada nə söylədiyini eşitmirdilər, bununla belə, vəziyyətin nə qədər ciddi olduğunu başa düşürdülər (Mark 14:33—38). Bu hadisədən bir qədər əvvəl İsanın bu üç həvarinin gözü önündə görkəmini dəyişməsinin onlara necə təsir etdiyini də təsəvvür etməyə çalışın (Mark 9:2—8; 2 Pet. 1:16—18). İsa ilə şagirdləri arasında dostluq münasibəti onun gedişindən sonra vacib tapşırığı yerinə yetirən şagirdlər üçün, sanki, bir lövbər idi.

5. Ağsaqqallar başqalarına necə kömək edirlər?

5 Məsihçi ağsaqqallar İsadan nümunə götürərək başqalarına kömək edir və onlarla dostlaşmağa çalışırlar. Ağsaqqallar həmimanlılarına vaxt ayıraraq, onlara səmimi maraq göstərərək onlarla yaxın, mehriban münasibət qururlar. Ağsaqqallar müəyyən məlumatları başqalarına deyə bilməsələr də, hər şeyi sirrə çevirmirlər. Ağsaqqallar bacı-qardaşlara etibar edir və Müqəddəs Yazılardan öyrəndikləri həqiqətləri onlardan gizlətmirlər. Onlar çox vaxt özlərindən cavan olan xidməti köməkçilərlə aşağı səviyyəli bir insan kimi davranmırlar, əksinə, onlara yığıncaqda dəyərli işi yerinə yetirən və böyük potensiala malik olan ruhani qardaşlar kimi baxırlar.

«Mən sizin üçün nümunə qoydum»

6, 7. İsa şagirdləri üçün hansı nümunəni qoymuşdu və bu, onlara necə təsir göstərmişdi?

6 İsanın şagirdləri ruhani dəyərləri qiymətləndirsələr də, bəzən onların düşüncə tərzinə aldıqları tərbiyə və yaşadıqları mədəniyyət təsir edirdi (Mat. 19:9, 10; Luka 9:46—48; Yəh. 4:27). Lakin İsa heç vaxt şagirdlərini tənqid etmirdi və onlara acıqlanmırdı. O, onlardan gücləri çatmadığı işi görməyi tələb etmirdi və özünün görmək istəmədiyi işi onların boynuna qoymurdu. İsa şagirdlərini öz nümunəsi ilə öyrədirdi. (Yəhya 13:15 ayəsini oxu.)

7 İsa şagirdlərinə hansı nümunəni qoymuşdu? (1 Pet. 2:21). Başqalarına sərbəst şəkildə xidmət etmək üçün o, sadə həyat tərzi sürürdü (Luka 9:58). İsa təvazökar adam idi və həmişə təlimlərini Müqəddəs Yazılara əsaslandırırdı (Yəh. 5:19; 17:14, 17). O, əlçatan və xeyirxah idi. Onun etdiyi hər şeyin arxasında məhəbbət dururdu (Mat. 19:13—15; Yəh. 15:12). İsanın nümunəsi həvarilərə müsbət təsir bağışlamışdı. Məsələn, Yaqub ölümlə üz-üzə gələndə özünü qorxaq kimi aparmadı — son nəfəsinədək Allaha sədaqətlə xidmət etdi (Həv. iş. 12:1, 2). Yəhya isə 60 ildən çox İsanın izləri ilə getdi (Vəhy 1:1, 2, 9).

8. Ağsaqqallar gənc qardaşlar və başqaları üçün necə nümunə qoyurlar?

8 Fədakar, təvazökar və qayğıkeş olan ağsaqqallar gənc qardaşlar üçün çox gözəl nümunədirlər. Onların məhz bu cür nümunəyə ehtiyacı var (1 Pet. 5:2, 3). Üstəlik, imanda, təlim verməkdə, məsihçi həyat tərzində və xidmətdə nümunəvi olan ağsaqqallara başqalarının onlardan nümunə götürdüklərini bilmək sevinc gətirir (İbr. 13:7).

İsa şagirdlərinə göstəriş verib onları təbliğ etməyə göndərir

9. Biz İsanın şagirdlərinə təbliğ etməyi öyrətdiyini haradan bilirik?

9 İki ilə yaxın səylə xidmət etdikdən sonra İsa 12 həvarisini təbliğ etməyə göndərməklə fəaliyyətini genişləndirdi. Ancaq əvvəlcə onlara müəyyən göstərişlər verdi (Mat. 10:5—14). Minlərlə insanı möcüzəvi şəkildə qida ilə təmin etməzdən öncə, İsa şagirdlərindən insanları əyləşdirməyi xahiş etdi və bunu necə etməyi onlara dedi (Luka 9:12—17). Bu nümunələrdən görürük ki, İsa şagirdlərini aydın və konkret göstərişlər verməklə öyrədirdi. Müqəddəs ruhun göstərdiyi böyük köməklə yanaşı, bu təlim üsulu çox gözəl bəhrələr verdi. Bir müddətdən sonra, eramızın 33-cü ilində həvarilər ta bu günədək davam edən böyük təbliğ kampaniyasına başladılar.

10, 11. Yeniləri necə öyrətmək olar?

10 Bəs biz kişiləri nə vaxtdan gələcək məsuliyyətlərə hazırlamalıyıq? Onlar Müqəddəs Kitabı öyrənməyə başladıqları gündən. Ola bilsin, Müqəddəs Kitabı öyrətdiyimiz insan oxumaq qabiliyyətini yaxşılaşdırmaq üçün köməyə ehtiyac duyur. Bununla bizim köməyimiz bitmir. O, müntəzəm olaraq yığıncaq görüşlərində iştirak etməyə başlayanda, Teokratik Xidmət Məktəbində çıxış edəndə, vəftiz olunmamış təbliğçi olanda və növbəti ruhani addımlar atanda daha da inkişaf edəcək. Vəftiz olunandan sonra isə qardaşlar ona təlim verməyi davam edəcəklər. Məsələn, qardaşlar ona Padşahlıq Zalının qeydinə qalmağı öyrədəcəklər. Bir müddətdən sonra isə qardaşlar ona xidməti köməkçi olmaq üçün hansı tələblərə cavab vermək lazım olduğunu izah edə bilərlər.

11 Ağsaqqal vəftiz olunmuş qardaşa yığıncaqda bir iş tapşıranda bununla bağlı təşkilatın hal-hazırkı qayda-qanunlarını böyük məmnuniyyətlə izah edir və ona aydın göstərişlər verir. Qardaş ondan nə tələb olunduğunu dəqiq bilməlidir. Əgər qardaş üçün tapşırığı yerinə yetirmək çətindirsə, məhəbbətli ağsaqqal onun üstündən dərhal xətt çəkməyəcək. Əksinə, mülayimcəsinə məqsədi və nəyin üzərində işləməli olduğunu göstərəcək, eləcə də bunu etməyin üsullarını izah edəcək. Ağsaqqallar böyük məmnuniyyətlə qardaşlara öz məsuliyyətlərini icra etməyə kömək edirlər, çünki onlar bilirlər ki, yığıncaq üzvlərinə xidmət etmək bu qardaşlara sevinc gətirəcək (Həv. iş. 20:35).

«Hikmətli adam nəsihəti dinlər»

12. İsanın məsləhətlərini təsirli edən nə idi?

12 İsa şagirdlərini tələbatlarına uyğun olan məsləhətlər verməklə də onları öyrədirdi. Məsələn, Yaqubla Yəhya onları qəbul etməyən samariyalıları göydən alov endirib məhv etmək istəyəndə İsa onları məzəmmət etdi (Luka 9:52—55). Yaqubla Yəhyanın anası İsaya yaxınlaşıb ondan oğulları üçün Padşahlıqda mötəbər yerlər verməyi xahiş edəndə İsa birbaşa qardaşlara dedi: «Atam bu yerləri kimin üçün hazırlayıbsa, onlar da orada oturacaqlar» (Mat. 20:20—23). İsa hər zaman aydın, praktiki və tamamilə Allahın prinsiplərinə əsaslanan məsləhətlər verirdi. O, şagirdlərini bu prinsiplərin üzərində düşünməyi öyrədirdi (Mat. 17:24—27). İsa bilirdi ki, onun davamçıları qeyri-kamildirlər, buna görə də onlardan hər şeyi mükəmməl şəkildə etmələrini gözləmirdi. O, məsləhətləri məhəbbətdən irəli gələrək verirdi (Yəh. 13:1).

13, 14. a) Kimlərin məsləhətə ehtiyacı var? b) Ruhani inkişafdan geri qalan insanlara ağsaqqallar hansı nümunələr əsasında məsləhət verə bilərlər?

13 Məsihçi yığıncağında məsuliyyətlərə can atan hər bir kişinin nə vaxtsa məsləhətə ehtiyacı olacaq. Süleymanın məsəlləri 12:15 ayəsində yazılıb: «Hikmətli adam nəsihəti dinlər». Bir gənc qardaş deyir ki, əvvəllər o, Yehovaya xidmət etməyə layiq olmadığını düşünürdü. Lakin bir ağsaqqal ona başa saldı ki, Yehova Öz xidmətçilərindən kamillik gözləmir.

14 Ağsaqqallar hansısa davranış tərzinin kişinin ruhani inkişafını ləngitdiyini görəndə təşəbbüs göstərərək ona mülayimcəsinə düzəliş verməyə çalışacaqlar (Qalat. 6:1). Bəzən ağsaqqallar adamın xasiyyətində çatışmayan cəhətləri ilə əlaqədar məsləhət verməli olurlar. Tutalım, ağsaqqal görür ki, qardaş xidmətdə imkanlarından tam şəkildə istifadə etmir. O, həmin qardaşa davamçılarına şagird hazırlamaq tapşırığını verən İsanın xoş xəbəri canla-başla təbliğ edərək qoyduğu nümunə üzərində düşünməyə təşviq edə bilər (Mat. 28:19, 20; Luka 8:1). Yaxud da, ola bilsin, qardaş şöhrətpərəstdir; onda ağsaqqal ona İsanın şagirdlərinə ad-san dalınca düşməyə qarşı söylədiyi xəbərdarlığı başa düşməyə kömək edə bilər (Luka 22:24—27). Bəs əgər qardaş başqalarını bağışlamaqda çətinlik çəkirsə, onda necə? Ağsaqqal böyük məbləğdə borcu bağışlanan, lakin ona kiçik məbləğdə pul borclu olan qulu bağışlamaq istəməyən qul məsəlini çəkə bilər (Mat. 18:21—35). Ağsaqqallar qardaşların məsləhətə ehtiyacı olduğunu görəndə mümkün qədər tez hərəkətə keçməlidirlər. (Süleymanın məsəlləri 27:9 ayəsini oxu.)

Özünüzü öyrədin

15. Qardaşın ailə üzvləri ona başqalarına xidmət etməkdə necə kömək edə bilərlər?

15 Kişilərə məsuliyyətlərə can atmaqda, əsas etibarilə, ağsaqqallar kömək etsələr də, başqaları da öz töhfələrini verə bilərlər. Belə köməyi onun ailə üzvləri göstərə bilər və bu, onlardan gözlənilir də. Əgər o artıq ağsaqqaldırsa, sevən həyat yoldaşının və itaətkar övladlarının ona dəstək olmaları qardaşa böyük fayda gətirəcək. Qardaşın vaxtının müəyyən hissəsini yığıncaq işlərinə ayırmalı olduğuna ailə üzvlərinin anlayışla yanaşmaları məsuliyyətlərinin öhdəsindən gəlməsi üçün çox vacibdir. Onların fədakarlığı qardaşa sevinc gətirir və başqaları tərəfindən yüksək qiymətləndirilir (Sül. məs. 15:20; 31:10, 23).

16. a) Başqaları kişilərə məsuliyyətlərə can atmaqda kömək etsələr də, əsas məsuliyyət kimin üzərindədir? b) Ağsaqqal və ya xidməti köməkçi olmaq istəyən qardaş nə etməlidir?

16 Başqaları kişilərə məsuliyyətlərə can atmaqda köməklik göstərsələr də, əsas məsuliyyət onların üzərindədir. (Qalatiyalılara 6:5 ayəsini oxu.) Düzdür, başqalarına kömək etmək, yaxud da xidmətdə fəal iştirak etmək üçün xidməti köməkçi və ya ağsaqqal olmaq lazım deyil. Ancaq yığıncaqda məsuliyyətlərə can atmaq Müqəddəs Kitabın tələblərinə cavab vermək deməkdir (1 Tim. 3:1—13; Tit. 1:5—9; 1 Pet. 5:1—3). Əgər qardaş xidməti köməkçi ya da ağsaqqal olmaq arzusundadırsa, lakin hələ də hansısa tələblərə cavab vermirsə, ruhən inkişaf etmək üçün diqqətini həmin sahəyə yönəltməlidir. Bunun üçün o, Müqəddəs Kitabı hər gün oxumalı, çalışqanlıqla araşdırmalar aparmalı, dərindən düşünməli, səmimi-qəlbdən dua etməli və təbliğ xidmətinə can yandırmalıdır. Bununla o, Pavelin Timoteyə verdiyi məsləhətə əməl etmiş olar: «Allah yolunda məşq et» (1 Tim. 4:7, «İncil», 1996).

17, 18. Qardaş özünü yığıncaqdakı məsuliyyətlər üçün yararsız hesab edəndə, yaxud da onun ürəyində belə arzu olmayanda o, nə edə bilər?

17 Bəs əgər qardaş yığıncaqdakı məsuliyyətlər üçün özünü yararsız hiss etdiyindən ağsaqqal və ya xidməti köməkçi olmaq istəmirsə, nə etmək olar? Yaxşı olardı ki, belə qardaş Yehova Allahın və İsa Məsihin bizim üçün etdiklərini nəzərdən keçirsin. Həqiqətən də, Yehova «hər gün qayğı yükümüzü [çəkir]» (Məz. 68:19). Buna görə də qardaş narahat olmamalıdır — səmavi Atamız yığıncaqdakı məsuliyyətlərini daşımaqda ona kömək edəcək. Həmçinin yaxşı olardı ki, xidməti köməkçi, yaxud da ağsaqqal olmayan qardaş Yehovanın təşkilatında bu məsuliyyətləri icra edəcək yetkin qardaşlara böyük ehtiyac olduğu üzərində də düşünsün. Bu, onu mənfi hisslərinin öhdəsindən gəlmək üçün səy göstərməyə təşviq edəcək. Qardaş duada müqəddəs ruh istəyə bilər. Üstəlik, o yadda saxlamalıdır ki, bu ruhun bəhrəsinin tərkib hissəsi olan sülh və təmkinlik ona narahatçılıqdan və yararsızlıq hissindən azad olmağa kömək etməyə qadirdir (Luka 11:13; Qalat. 5:22, 23). O, tam əmin ola bilər ki, düzgün niyyətdən irəli gələrək yığıncaqda məsuliyyətlərə can atanların hamısını Yehova bol-bol xeyir-dualandırır.

18 Gəlin başqa vəziyyəti təsəvvür edək. Ola bilsin, vəftiz olunmuş qardaşın yığıncaqda məsuliyyətlərə can atmaq arzusu yoxdur. Bəs belə halda nə etmək olar? Həvari Pavel yazır: «Allah Özü sizin arzu və hərəkətlərinizi istədiyi səmtə yönəldərək sizdə fəaliyyət göstərir» (Filip. 2:13). İnsana xidmət etmək arzusunu verən Yehovadır və Onun ruhu insanı müqəddəs xidməti icra etməsi üçün möhkəmləndirə bilər (Filip. 4:13). Bundan əlavə, məsihçi Ondan xahiş edə bilər ki, ürəyində düzgün olanı etmək arzusu yaratsın (Məz. 25:4, 5).

19. Mikeya 5:5 ayəsində yazılan sözlər bizi nəyə əmin edir?

19 Yehova başqalarına təlim verən ağsaqqalların səylərinə xeyir-dua verir. Onun xeyir-dualarını yığıncaqda məsuliyyətlərə can atmaq çağırışına hay verənlər də dadırlar. Müqəddəs Yazılarda oxuyuruq: «Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar». Bu sözlər bizi əmin edir ki, yığıncağın qeydinə qalmaq üçün Allahın təşkilatında həmişə kifayət qədər qardaşlar olacaq (Mik. 5:5). Bir çox qardaşların yığıncaqda lazımi təlim aldığını və Yehovaya şərəf gətirmək üçün təvazökarcasına məsuliyyətlərə can atdığını görəndə ürəklərimiz fərəhlə dolur! Bu necə də böyük xeyir-duadır!

Necə cavab verərdiniz?

• İsa şagirdlərinə məsuliyyətlərə yararlı olmaları üçün necə kömək edirdi?

• Ağsaqqallar yığıncaqda qardaşlara kömək edərkən İsanı necə təqlid edə bilərlər?

• Məsuliyyətlərə can atan qardaşın ailə üzvləri ona necə dəstək ola bilərlər?

• Yığıncaqda məsuliyyətlər almaq üçün qardaş özü nə etməlidir?

[31–ci səhifədəki şəkil]

Müqəddəs Kitabı öyrətdiyin insanın inkişaf etməsi üçün ona necə kömək edə bilərsən?

[32–ci səhifədəki şəkil]

Qardaş yığıncaqda məsuliyyətlərə can atdığını necə göstərə bilər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş