Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/7 s. 3—5
  • Dünyanın axırı. Təsəvvürlər və fərziyyələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dünyanın axırı. Təsəvvürlər və fərziyyələr
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Armageddon müharibəsi nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Müqəddəs Kitabın cavabı
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Armageddon İsraildən başlayacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?
    Əlavə mövzular
  • Armageddon, möhtəşəm gün!
    Gözətçi qülləsi 2019
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/7 s. 3—5

Dünyanın axırı. Təsəvvürlər və fərziyyələr

«Axır zamanda çətin dövrlər olacaq» (İNCİLa).

BU GÜN həm media işçilərinin, həm də din xadimlərinin dilindən tez-tez «axır zaman», yaxud «dünyanın axırı» kimi sözlər eşidirik. Bu sözləri eşidəndə təsəvvürünüzdə nə canlanır? Bəlkə böyük fəlakət?

Bəs görəsən dünyanın axırı ilə bağlı geniş yayılmış təsəvvürlər Allahın Kəlamı ilə üst-üstə düşür? Bu sualın üzərində düşünməyə dəyər. Çünki dünyanın axırının nə demək olduğunu bilsək, boş yerə qorxu keçirməyəcəyik, gələcəyə baxışımız nikbin olacaq və Allahı daha yaxşı tanıyacağıq.

Gəlin dünyanın axırı ilə əlaqədar üç suala nəzər salaq və bu məsələ ilə bağlı geniş yayılmış təsəvvürləri Allahın Kəlamı ilə tutuşduraq.

1. İNSAN DÜNYANIN AXIRINA ÇIXACAQ?

Jurnalistlər və tədqiqatçılar insanların təqsiri ucbatından fəlakət baş verəndə deyirlər ki, dünyanın axırı çatıb. Məsələn, I və II Dünya müharibəsini «dünyanın axırı» adlandırırdılar. Bu müharibələrdən sonra insanlar Birləşmiş Ştatlarla Sovet İttifaqının bir-birinə qarşı nüvə silahı işlədəcəyindən qorxurdu. Bu cür müharibə təhlükəsi barədə mediada deyilirdi ki, nüvə silahları dünyanın axırına aparıb çıxaracaq. Bu gün isə ətraf mühitin çirklənməsinin iqlimin kəskin dəyişməsinə səbəb olacağından qorxan tədqiqatçılar həyəcan təbili vurur: dünyanın axırıdır, iqlim fəlakəti bizi haqlayıb.

Bu fikirlərin məğzi: Planetimizin də, üzərindəki canlıların da taleyi insanların əlindədir. Əgər dövlətlər ağılla hərəkət etməsə, Yer kürəsini xilas etmək mümkün olmayacaq.

Müqəddəs Kitabda nə deyilir: Allah insanların Yer kürəsini məhv etməsinə izin verməyəcək. Allahın Kəlamını oxuyanda əmin oluruq ki, Yehovab Allah Yer kürəsini boş-boşuna yaratmayıb, yaradıb ki, orada insanlar yaşasın (Yeşaya 45:18). İnsanlar Yer kürəsini məhv edə bilməyəcək, çünki Allah yeri tələf edənlərin özünü tələf edəcək (Vəhy 11:18).

2. TƏBİİ FƏLAKƏTLƏR DÜNYANI MƏHV EDƏCƏK?

Bəzən böyük təbii fəlakətlər mətbuatda dünyanın axırı kimi təqdim olunur. Bildiyimiz kimi, 2010-cu ildə Haitidə ölkəni sarsıdan dəhşətli zəlzələ baş vermişdi. Həmin zəlzələ hədsiz ağrı-acıya səbəb olmuş, neçə-neçə insanın həyatına son qoymuş, ölkəyə böyük zərər vurmuşdu. Bir xəbərdə bu fəlakət «Haitidə dünyanın axırı» kimi qələmə verilmişdi. Lakin mətbuat işçiləri və kinorejissorlar təkcə ötüb-keçmiş fəlakətləri deyil, baş verməsi ehtimal olunan hadisələri də dünyanın axırı adlandırırlar. Məsələn, asteroidin Yerlə toqquşmasının törədə biləcəyi fəsadlar haqda danışılarkən «dünyanın axırı» kəlməsini eşitməmək mümkün deyil.

Bu fikirlərin məğzi: Dünyanın axırı gələndə qurunun oduna yaş da yanacaq, yaxşı-pis hamı məhv olacaq, heç kim o gündən sağ çıxa bilməyəcək.

Müqəddəs Kitabda nə deyilir: Allah ucdantutma hamını məhv etməyəcək. Yalnız allahsız adamlar tələf olacaq. Zəbur kitabında belə bir vəd yazılıb: «Pis yox olacaq, yerini axtarsan belə, tapılmayacaq» (Məzmur 37:10). Bu vəd tezliklə yerinə yetəcək.

3. DOĞRUDANMI ALLAH YERİ MƏHV EDƏCƏK?

Dindar insanların çoxu inanır ki, vaxt gələcək xeyirlə şər sonuncu dəfə bir meydanda üz-üzə duracaq və o zaman dünya dağılacaq. ABŞ-da bir tədqiqat şöbəsinin apardığı sorğuya əsasən, sorğu iştirakçılarının qırx faizi hesab edir ki, dünyanın axırı «Armageddon» adlanan müharibədə gələcək.

Bu fikirlərin məğzi: Heç kim dünyanı tutub durmayacaq. Bir gün doğulan bir gün də ölməlidir. Yer kürəsini də Allah əbədilik yaratmayıb.

Müqəddəs Kitabda nə deyilir: Allah Yer üzünün təməlini elə qurub ki, «əsla sarsılmasın» (Məzmur 104:5). Yerin sakinlərinə gəlincə isə orada bu sözlər yazılıb: «Salehlər yeri miras alacaq və orada əbədiyyən yaşayacaqlar» (Məzmur 37:29, «Kitabı Mukaddes»).

Gördüyümüz kimi, dünyanın axırı ilə bağlı geniş yayılmış bir çox təsəvvürlər Müqəddəs Kitaba ziddir. Elə isə gəlin görək dünyanın axırı barədə həqiqət nədən ibarətdir.

[Haşiyə]

a Müqəddəs Kitaba əsasən, Allahın adı.

b 2 Timoteyə 3:1, «Müqəddəs Kitab Şirkəti».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş