Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/5 s. 28—30
  • «Özünüzü fəriseylərin mayasından... gözləyin»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Özünüzü fəriseylərin mayasından... gözləyin»
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • “Məndən öyrənin”
    Gözətçi qülləsi 2002
  • İsa əleyhdarlarını mühakimə edir
    İsa Məsihin həyatı və xidməti
  • İsa peyğəmbər əleyhdarlarını mühakimə edir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Lazım olan iki şey — dua və təvazökarlıq
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/5 s. 28—30

«Özünüzü fəriseylərin mayasından... gözləyin»

İsa şagirdlərinə xəbərdarlıq etmişdi: «Özünüzü fəriseylərin mayasından, yəni ikiüzlülükdən gözləyin» (Luka 12:1). Paralel ayədə göstərilir ki, İsa burada fəriseylərin təlimlərini mühakimə edirdi (Mat. 16:12).

Müqəddəs Kitabda «maya» sözü bəzən xarab olmanın simvolu kimi işlədilir. Şübhə yoxdur ki, fəriseylərin yalan təlimləri və düşüncə tərzləri onlara qulaq asan insanlara da öz pis təsirini göstərirdi. Nəyə görə fəriseylərin təlimləri bu qədər təhlükəli idi?

1 Fəriseylər özlərini həddən artıq saleh hesab edir və sadə xalqa yuxarıdan aşağı baxırdılar.

Fəriseylərin bu cür düşüncə tərzi İsanın çəkdiyi bir məsəldən aydın görünür: «Fərisey durub ürəyində belə dua etdi: “Şükür Sənə, İlahi! Mən qalan adamlar kimi — soyğunçu, haqsız, zinakar və ya bu vergiyığan kimi deyiləm. Həftədə iki dəfə orucumu tuturam, aldığım hər şeyin onda birini verirəm”. Vergiyığan isə uzaqda durub gözlərini də göyə qaldırmağa cürət etmirdi, amma peşmançılıqdan sinəsinə vurub deyirdi: “Ya Allah, mən günahkara rəhmin gəlsin”» (Luka 18:11—13).

İsa vergiyığanı təvazökarlığına görə tərifləyərək dedi: «Bunu bilin ki, bu adam Allahın gözündə o birisindən [fəriseydən] daha saleh çıxdı. Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək» (Luka 18:14). Vergiyığanlar dürüst olmadıqları üçün pis ad qazansalar da, İsa ona qulaq asan bu peşə sahiblərinə kömək etməyə çalışırdı. Ən azı iki vergiyığan — Matta və Zakkay onun davamçısı olmuşdu.

Allahdan aldığımız hər hansı bir bacarıq və ya məsuliyyətə, yaxud da başqalarının uğursuzluqlarına və ya zəifliklərinə görə bizim onlardan daha yaxşı olduğumuz fikri ağlımızdan keçirmi? Əgər keçirsə, onda bu fikirləri dərhal özümüzdən uzaqlaşdırmalıyıq, çünki Müqəddəs Kitabda deyilir: «Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil, lovğalanmır, yekəxanalıq etmir, nalayiq davranmır, öz xeyrini güdmür, əsəbiləşmir, ona edilən pisliyin hesabını tutmur. Haqsızlığa sevinmir, əksinə, həqiqətə şadlanır» (1 Kor. 13:4—6).

Biz də Pavel kimi düşünməliyik. «Məsih İsa bu dünyaya günahlı adamları xilas etmək üçün gəldi», — dedikdən sonra o əlavə etmişdi: «O günah sahiblərindən də ən betəri mənəm» (1 Tim. 1:15).

Düşünmək üçün suallar

Günahlı olduğumu və qurtuluşumun Yehovanın mənə göstərdiyi lütfdən asılı olduğunu dərk edirəmmi? Yoxsa Yehovaya uzun illər sədaqətlə xidmət etdiyim, Onun təşkilatında müəyyən məsuliyyətlərim ya da hansısa anadangəlmə qabiliyyətlərim olduğu üçün özümü başqalarından üstün tuturam?

2 Fəriseylər camaat qarşısında özlərini saleh göstərərək onlarda təəssürat oyatmağa çalışırdılar. Onlar ad-san qazanmaq və onları ucaldan titullarla müraciət olunmasını istəyirdilər.

Ancaq İsa xəbərdarlıq etmişdi: «Hər bir işi özlərini camaata göstərmək üçün edirlər. Onlar həmail kimi taxdıqları ayə qutucuqlarını genişləndirir, əbalarının saçaqlarını uzadırlar. Onlar məclislərdə yuxarı başda və sinaqoqlarda qabaq cərgələrdə oturmağı sevirlər, bazar meydanlarında camaatdan salam almağı, insanların onları “Müəllim” çağırmağını xoşlayırlar» (Mat. 23:5—7). İsa ilə fəriseylər arasında yerlə göy qədər fərq var idi! İsa Allahın Oğlu və kamil olmasına baxmayaraq, təvazökar idi. Bir dəfə bir nəfər ona «Yaxşı» deyə müraciət edəndə o, belə cavab vermişdi: «Məni niyə “Yaxşı” adlandırırsan? Allahdan başqa Yaxşı şəxsiyyət yoxdur» (Mark 10:18). Başqa bir vəziyyətdə isə İsa şagirdlərinin ayağını yumuşdu və bununla da davamçılarına təvazökarlıq nümunəsi qoymuşdu (Yəh. 13:1—15).

Həqiqi məsihçilər həmimanlılarına xidmət etməlidirlər (Qalat. 5:13). Xüsusilə bu, yığıncaqda nəzarətçi olmaq istəyən qardaşlara aiddir. Qardaş «nəzarətçi vəzifəsinə» can atırsa, bu, tərifəlayiqdir. Lakin onun bu məqsədinin arxasında başqalarına kömək etmək arzusu durmalıdır. Nəzarətçi başqalarından daha üstün deyil və yığıncaq üzvləri arasında ağalıq etməməlidir. Onlar, İsa kimi, qəlbən təvazökar olmalıdırlar (1 Tim. 3:1, 6; Mat. 11:29).

Düşünmək üçün suallar

Yığıncaqda məsuliyyətlərə nail olmaq, yaxud da əlavə məsuliyyətlər almaq xatirinə digərlərinə nisbətən məsul qardaşlara daha çox hörmət edirəm? Müəyyən xidmət növlərinə üstünlük verməyimə səbəb onların daha çox nəzərə çarpan olması deyil ki? Başqalarının gözünə girməyə çalışıram?

3 Fəriseylərin təsis etdiyi qaydalar və adət-ənənələr Qanunu bütün xalqın gözündə ağır bir yükə çevirmişdi.

Musanın Qanunu israillilərin Yehovaya necə ibadət etmələri ilə bağlı ümumi göstərişlərdən ibarət idi. Ancaq orada hər şey xırdalığına qədər verilməmişdi. Məsələn, Qanunda Şənbə günündə iş görmək qadağan idi, lakin orada nəyin iş sayıldığı, nəyinsə iş sayılmadığı haqda bir kəlmə belə deyilmirdi (Çıx. 20:10). Fəriseylər Yehovanın qanunlarında kifayət qədər məlumat olmadığını düşünərək, oraya öz qanun, adət və fikirlərini əlavə etmişdilər. İsa fəriseylərin uydurduğu sərt qanunları rədd etsə də, Musanın qanununa riayət edirdi (Mat. 5:17, 18; 23:23). O, Qanunun məğzini başa düşürdü və anlayırdı ki, insanların şəfqətə və mərhəmətə ehtiyacı var. Hətta davamçıları səhvə yol verəndə belə, o, anlayış göstərirdi. Məsələn, İsa həbs olunduğu gecə üç həvarisinə təkidlə oyaq qalmağı tapşırsa da, onlar hər dəfə yuxuya gedirdilər. Bununla belə, o, şəfqətlə onlara dedi: «Ruh güclü, bədən isə zəifdir» (Mark 14:34—42).

Düşünmək üçün suallar

Mən sərt qaydalar təsis edirəm? Şəxsi fikirlərimi qanun kimi təqdim etmirəm ki? Başqalarını anlamağa çalışırammı?

İsa ilə fəriseylərin təlimləri arasındakı fərq üzərində düşünün. Hansı sahələrdə dəyişiklik etmək lazım olduğunu görürsünüzmü? Əgər görürsünüzsə, nəyə görə onların üzərində işləməyi qarşınıza məqsəd qoymayasınız?

[28–ci səhifədəki şəkil]

Fəriseylər ayə qutucuqları gəzdirirdilər (Mat. 23:2, 5)

[29–cu səhifədəki şəkil]

Təkəbbürlü fəriseylərdən fərqli olaraq, təvazökar ağsaqqallar başqalarına xidmət edirlər

[30–cu səhifədəki şəkil]

Siz də İsa kimi başqalarına anlayış göstərməyə çalışırsınızmı?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş