Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/7 s. 26—27
  • Tərs adamdan dərs al

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Tərs adamdan dərs al
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Ordu başçısı və balaca qız
    Müqəddəs Kitab dünyasına səyahət
  • Balaca qız kömək etmək istəyirdi
    Gözətçi qülləsi 2008
  • Balaca qız ağasına kömək edir
    Müqəddəs Kitab hekayələri
  • Allahın ürəyini sevindirən uşaqlar
    Böyük Müəllimdən öyrən
Gözətçi qülləsi 2012
w12 1/7 s. 26—27

Uşaqlarınızı öyrədin

Tərs adamdan dərs al

HEÇ olub ki, tərslik edib sözə baxmamısan? ~a Ola bilsin, atan, yaxud anan səni hansısa verilişə baxmağa qoymayıb, sən isə onların sözündən çıxıb xəlvəti baxmısan. Amma sonradan sözə baxmadığın üçün utanmısan. Bilirsən, bir dəfə Naaman adlı bir kişi də tərslik etmişdi. Gəl baxaq görək, o, tərsliyindən necə əl çəkdi.

Gəl xəyalən 3000 il bundan qabaqkı dövrə səyahət edək. Bu Naaman Suriya ordusunda hörmətli sərkərdədir. O, buyruqlar verir, əsgərlər dərhal yerinə yetirirlər. Günlərin bir günü Naaman dəhşətli cüzam xəstəliyinə tutulur. Bu xəstəlik onu eybəcər hala salır və ağrı verir.

Naamanın evində balaca qulluqçu qız var. Bu qız israilli qızıdır. Bir gün qızcığaz öz xanımına, Naamanın arvadına deyir ki, onun vətənində Elişa adlı bir kişi var, o, Naamanı sağalda bilər. Naaman bunu eşitcək tez gedib Elişanı görmək istəyir. O, özü ilə çoxlu hədiyyələr və əsgərlərini götürüb İsrail məmləkətinə yola düşür. Gəlib bu ölkəyə çatanda əvvəlcə padşahın yanına gedir və gəlişinin məqsədini ona danışır.

Bu əhvalat gedib çatır Elişa peyğəmbərə. Peyğəmbər də padşaha xəbər yollayır ki, Naamanı onun yanına göndərsin. Naaman gəlib Elişa peyğəmbərin evinə çatanda peyğəmbər onu qarşılamağa çıxmır, əvəzində adam göndərib Naamana bildirir ki, getsin yeddi dəfə İordan çayında çimsin. O deyir ki, Naaman belə etsə sağalacaq. Bəs, səncə, Naaman nə edir? ~

Naaman bərk hirslənir. O tərsliyinə salıb Allahın peyğəmbərinə qulaq asmır və əsgərlərinə deyir: «Məgər ölkəmizdə çimmək üçün çay yoxdur?» Tərsliyi tutmuş Naaman çıxıb getmək istəyir, amma əsgərləri onu saxlayır. Bilirsən, onlar nə deyirlər? ~ «Peyğəmbər sənə çətin bir iş desəydi, eləməzdin? Onda bu asan işi niyə etmirsən?»

Naaman onların sözünə qulaq asır. O, altı dəfə suya girib-çıxır, yeddinci dəfə çıxanda gözlərinə inanmır — xəstəlik yox olub, dərisi sapsağlamdır! Naaman dərhal geri qayıdıb Elişa peyğəmbərin evinə gedir ki, ona minnətdarlıq etsin. Elişanınsa evi həmin yerdən 48 kilometr aralıda idi. Naaman Elişa peyğəmbərə bahalı hədiyyələr təqdim edir, amma peyğəmbər götürmür.

Onda Naaman Elişa peyğəmbərdən bir xahiş edir. Bilirsən, nə? ~ O deyir ki, özü ilə aparmaq üçün iki qatır yükü torpaq götürmək istəyir. Görəsən, o, torpağı neyləyir? ~ Naaman izah edir ki, Allaha qurban gətirmək istəyir, amma Allahın xalqının məmləkətindən gətirilmiş torpağın üstündə. Sonra o söz verir ki, daha Yehovadan başqa heç bir tanrıya sitayiş etməyəcək. Bəli, o, artıq tərsliyindən əl çəkib və həqiqi Allaha tabe olmağa hazırdır.

Bəs sən Naamandan hansı dərsi götürə bilərsən? ~ Əgər səndə də arabir tərslik etmək xasiyyəti varsa, Naamandan dərs götür. Böyüklərin sözünə qulaq asıb özünü düzəltməyə çalış.

Müqəddəs Kitabdan növbəti ayələri oxu

2 Padşahlar 5:1—19

Luka 4:27

[Haşiyə]

a Bu məqaləni uşaqla oxuyanda tilda (~) işarəsi qoyulan yerdə pauza edib uşağı cavab verməyə təşviq edin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş