Gənc oxucularımız üçün
Özünü şöhrətpərəstlikdən gözlə!
Təlimat. Bu tapşırığı sakit şəraitdə yerinə yetir. Ayələri oxuyarkən özünü hadisələrin iştirakçısı kimi təsəvvür et. Hadisələri xəyalında canlandır. Səsləri eşitməyə və baş qəhrəmanların keçirdiyi hissləri duymağa çalış.
Baş qəhrəmanlar: Davud, Avşalom və Yoav
Qısa icmal: Avşalom atasının taxtını ələ keçirməyə cəhd göstərir.
1 BU EPİZODU ARAŞDIR. 2 ŞAMUEL 14:25—33; 15:1—17; 18:9—17, 30—33 AYƏLƏRİNİ OXU.
Avşalomun xarici görünüşünü necə təsəvvür edirsən? Onu təsvir et. (2 Şamuel 14:25, 26 ayələrini yenidən oxu.)
․․․․․
Səncə, padşah Davudun yanına ədalət üçün gələn insanların könlünü almaq məqsədilə onlarla söhbət edərkən Avşalomun duruşu və səsinin tonu necə idi? (2 Şamuel 15:2—6 ayələrini yenidən oxu.)
2 Şamuel 14:28—30 ayələrində yazılan hadisədən Avşalomun xasiyyəti barədə nə öyrəndin?
․․․․․
2 DAHA DƏRİNDƏN ARAŞDIR.
Atasının taxtına sahib olmaq üçün Avşalom hansı hiyləyə əl atdı? (Kömək üçün: 2 Şamuel 13:28, 29 ayələrini oxu. Amnon Davudun ən böyük oğlu idi və bu səbəbdən taxta o keçməli idi.)
․․․․․
Şöhrətpərəst olmasına və hakimiyyətə can atmasına baxmayaraq, Avşalomun dəfn edilməsindən insanların ona olan əsil münasibəti barədə nə öyrənirik? (2 Şamuel 18:17 ayəsini yenidən oxu.)
․․․․․
Səncə, Avşalomun şöhrətpərəst olmasının səbəbi nə idi? (Müqayisə üçün 3 Yəhya 9, 10 ayələrində Diotref haqqında yazılanlara bax.)
․․․․․
Avşalomun hərəkətləri Davuda necə təsir etmişdi? (Kömək üçün: Avşalomun qiyam qaldırdığı vaxt Davudun yazdığı 3-cü məzmuru oxu.)
․․․․․
3 ÖYRƏNDİKLƏRİNİ TƏTBİQ ET. AŞAĞIDAKILAR HAQQINDA ÖYRƏNDİKLƏRİNİ YAZ:
Şöhrətpərəstlik ruhunun hansı təhlükəsi var?
․․․․․
Hərəkətlərimiz, valideynlərimiz də daxil olmaqla, başqalarına necə zərər vura bilər?
․․․․․
DAHA NECƏ TƏTBİQ ETMƏK OLAR?
Sən şöhrətpərəstliyin tələsinə necə düşə bilərsən?
․․․․․
Daxilində məğrurluğun baş qaldırmaması üçün nə edə bilərsən?
․․․․․
4 BU ƏHVALATDA SƏNİN ÜÇÜN ƏN ÇOX ƏHƏMİYYƏT KƏSB EDƏN NƏDİR VƏ NƏ ÜÇÜN?
․․․․․
Təklif. Bu hadisənin başqa cür bitdiyini təsəvvür et. Səncə, Avşalom şöhrətpərəst yox, təvazökar olsaydı, sonluq necə olardı? (Süleymanın məsəlləri 18:12).
www.jw.org saytına daxil ol
Bu məqaləni yükləyə və ya surətini çıxara bilərsən