Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • brwp130801 s. 6—7
  • Pornoqrafiya zərərsiz əyləncədir, yoxsa zərərlidir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Pornoqrafiya zərərsiz əyləncədir, yoxsa zərərlidir?
  • «Gözətçi qülləsi»nin 2013-cü il buraxılışından olan təlim məqalələri (ingilis dilində)
  • Başlıqlar
  • Oxşar material
  • Pornoqrafiya insana necə təsir edir?
  • Pornoqrafiya ailələrə necə təsir edir?
  • Müqəddəs Kitabda pornoqrafiya barədə nə deyilir?
  • Niyə pornoqrafiyadan uzaq durmalısan?
    Gənclərin sualları
  • Şeytanın tələsinə qarşı etibarlı müdafiə
    Gözətçi qülləsi 2019
  • Övladlarınızı pornoqrafiyadan qoruyun
    Ailələrə komək
  • Pornoqrafiyaya baxmaq vərdişim varmı?
    Gənclərin sualları
Əlavə
«Gözətçi qülləsi»nin 2013-cü il buraxılışından olan təlim məqalələri (ingilis dilində)
brwp130801 s. 6—7

ÜZ QABIĞINDAKI MÖVZU

Pornoqrafiya zərərsiz əyləncədir, yoxsa zərərlidir?

Bu gün dünya pornoqrafiyaa selinə məruz qalıb. Pornoqrafiyaya hər yerdə — reklamlarda, dəbdə, kinolarda, musiqilərdə, jurnal və televiziyada, videooyunlarda, smartfonlarda, mobil cihazlarda, veb-saytlarda və onlayn şəkil paylaşma xidmətlərində rast gəlmək mümkündür. Pornoqrafiya müasir cəmiyyətdə böyük kütlə tərəfindən normal qarşılanır. Bu gün tarixdə heç vaxt olmadığı qədər daha çox insan pornoqrafiyaya maraq göstərir. («Pornoqrafiya ilə bağlı faktlar» adlı çərçivəyə baxın.)

Pornoqrafiyanın məzmunu da dəyişir. Professor Qeyl Dayns yazır: «İndiki şəkillər elə həddə gəlib çatıb ki, əvvəllər ayıb sayılanlar indi normal qarşılanır».

Siz bu barədə nə düşünürsünüz? Pornoqrafiya zərərsiz əyləncədir, yoxsa zərərlidir? İsa demişdi: «Hər yaxşı ağac yaxşı meyvə verir, çürük ağac isə yararsız meyvə verir» (Mətta 7:17). Pornoqrafiya hansı bəhrələri gətirir? Cavabı tapmaq üçün gəlin pornoqrafiya ilə bağlı bəzi vacib suallara diqqət yetirək.

Pornoqrafiya insana necə təsir edir?

MÜTƏXƏSSİSLƏR NƏ DEYİR? Pornoqrafiya narkotik kimidir, ona aludə olmaq çox asandır.

İnternet pornoqrafiyasına aludə olan Braynb adlı bir nəfər deyir: «Heç nə məni saxlaya bilmirdi. Özümü narkotik qəbul eləmiş adam kimi hiss edirdim. Beynimdə həqiqi mənada sarsıntı və ağrı keçirirdim. Nə qədər tərgitməyə çalışsam da, illərlə bu vərdişimdən yaxa qurtara bilmədim».

Pornoqrafiyaya aludə olan insanlar bu vərdişlərini başqalarından gizlədirlər. Buna görə onlar hiyləyə və yalana da əl ata bilərlər. Pornoqrafiyaya baxanların çoxu özlərini tənha və gərgin hiss edirlər, depressiyada olurlar, utanırlar, narahatlıq keçirirlər. Bəzi hallarda bu insanlar intihar etmək barədə də düşünürlər. Serqa adlı bir nəfər demək olar ki, hər gün telefonuna pornoqrafiya yükləyirdi. O deyir: «Özümü dəyərsiz, günahkar, tənha və tələdə hiss edirdim. Elə utanırdım ki, kömək istəməyə də qorxurdum».

Pornoqrafiya insana çox böyük zərəri var, hətta ona ötəri baxsa da. Pornoqrafiya üzrə araşdırmalar aparan Dr. Cüdit Reysman qeyd etmişdi ki, pornoqrafik şəkillər insan beyninə həkk olur və unutmaq çətin olur. Suzan adlı 19 yaşlı bir qızın internetdə qabağına anidən pornoqrafik saytlar çıxmışdı. O deyir: «O şəkillər elə bil yaddaşıma yazıldı. Bu şəkilləri yaddaşımdan silib ata bilmirəm. Hərdən onlar gözümün qabağına gəlir».

XÜLASƏ: Pornoqrafiya insanı kölə edir və qurbanını məhv edir (2 Butrus 2:19).

Pornoqrafiya ailələrə necə təsir edir?

MÜTƏXƏSSİSLƏR NƏ DEYİR? «Pornoqrafiya ucbatından cütlüklər ayrılır, ailələr dağılır» («The Porn Trap», Wendy and Larry Maltz).

Pornoqrafiya nikaha və ailəyə bu cür təsir edir:

  •  Ər-arvad arasında etibarı, məhrəm hissləri və məhəbbəti məhv edir (Məsəllər 2:12—17).

  •  İnsanın xudbin olmasına, həyat yoldaşından soyumasına gətirib çıxarır, emosional boşluq yaradır (Efeslilərə 5:28, 29).

  •  İnsanda düzgün olmayan seksual fantaziyalar, istəklər oyadır (2 Butrus 2:14).

  •  İnsan həyat yoldaşını namünasib seksual hərəkətlər etməyə məcbur edir (Efeslilərə 5:3, 4).

  •  İnsanı həm əqlən, həm də cismən xəyanətə sürükləyir (Mətta 5:28).

Müqəddəs Kitabda yazılıb ki, ərlə arvad bir-birilərinə xəyanət etməməlidir (Məlaki 2:16). Sədaqətsizlik xəyanətdir və nikahı dağıda bilər. Ərlə arvadın ayrılmasına və ya boşanmasına gətirib çıxara bilər. Ailədə uşaqlar da bundan böyük zərər görür.

Pornoqrafiya uşaqlara da birbaşa təsir edir. Yuxarıda adı çəkilən Brayn deyir: «Haradasa 10 yaşım olanda gizlən-qaç oynayan vaxt təsadüfən atamın pornoqrafik jurnallarını tapdım. Bu jurnallara gizli-gizli baxmağa başladım. Özüm də bilmirdim ki, həmin şəkillərə baxmağa məni nə cəlb edir. Nəticədə yetkinlik yaşıma kimi bu pis vərdişimdən qurtula bilmədim». Araşdırmalar göstərir ki, pornoqrafiya yeniyetmələrin gənc yaşlarında cinsi aktivliyini artırır. Belə gənclər daha çox insanla cinsi əlaqədə olur, cinsi zorakılığa meyilli, emosional və psixoloji cəhətdən qeyri-stabil olurlar.

XÜLASƏ: Pornoqrafiya gözəl münasibətləri zəhərləyir, insana ürəkağrısı, əzab verir (Məsəllər 6:27).

Müqəddəs Kitabda pornoqrafiya barədə nə deyilir?

ALLAHIN KƏLAMINDA YAZILIB: «Yerdəki bədəninizin üzvlərində olan meyilləri — əxlaqsızlığa, natəmizliyə, şəhvətə, nəfsə və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün» (Koloslulara 3:5).

Qısa desək, Yehovac pornoqrafiyaya nifrət edir. Bu o demək deyil ki, O, cinsi münasibətlərə pis yanaşır. Yehova bizi cinsi qabiliyyətlərlə yaradıb. Məqsədi isə o olub ki, ər-arvad bir-birilərini məmnun eləsin, emosional cəhətdən bir-birilərinə yaxınlaşsın və uşaq dünyaya gətirsinlər (Yaqub 1:17).

Bəs onda nə üçün deyirik ki, Yehova pornoqrafiyaya nifrət edir? Gəlin bir neçə səbəbə baxaq.

  •  O bilir ki, pornoqrafiya insanın həyatını məhv edir (Efeslilərə 4:17—19).

  •  Allah bizi sevir və istəmir ki, bizə ziyan dəysin (Əşiya 48:17, 18).

  •  Yehova istəyir ki, bizim nikahımız və ailəmiz dağılmasın (Mətta 19:4—6).

  •  O istəyir ki, əxlaqımız təmiz olsun və başqalarının hüquqlarına hörmət edək (1 Salonikililərə 4:3—6).

  •  O istəyir ki, biz nəsil artırma qabiliyyətimizə hörmət edək və ondan düzgün istifadə edək (İbranilərə 13:4).

  •  Yehova bilir ki, pornoqrafiya cinsi münasibət haqda yanlış, xudbin və şeytani baxış aşılayır (Yaradılış 6:2; Yəhuda 6, 7).

XÜLASƏ: Pornoqrafiya insanın Allahla dostluğuna zərər vurur (Romalılara 1:24).

Amma Yehova pornoqrafiyadan qurtulmaq istəyən insanlara qarşı çox mərhəmətlidir. Müqəddəs Kitabda deyilir: «Yehova mərhəmət, şəfqət sahibidir, səbirlidir, məhəbbəti boldur. Çünki necə yarandığımızı yaxşı bilir, torpaq olduğumuzu unutmur» (Zəbur 103:8, 14). O, təvazökar insanları dara düşəndə Ondan mərhəmət və lütf görməyə səsləyir (İbranilərə 4:16; «Pornoqrafiya tələsindən azad olmaq» adlı çərçivəyə baxın).

Saysız-hesabsız insan Allahın köməyini qəbul edib. Bəs bu köməyin bir faydası olub? Görün Müqəddəs Kitabda pis vərdişini tərgidənlər haqda nə deyilir: «Siz Allahımızın ruhu ilə və Ağamız İsa Məsihin adı ilə yuyulub təmizləndiniz, müqəddəs edildiniz, saleh sayıldınız» (1 Korinflilərə 6:11). Həvari Bulus kimi, bu cür insanlar da deyir: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13).

Pornoqrafiya asılılığından qurtulan Suzan deyir: «Bu tələdən qurtulmağınıza yalnız Yehova kömək edə bilər. Əgər Ondan kömək istəsəniz, sizə yol göstərməsini diləsəniz, Onun önündə yenidən təmiz bir bəndə kimi dura bilərsiniz. O sizi əsla yarı yolda qoymaz».

Pornoqrafiya tələsindən azad olmaq

Pornoqrafiya tələsindən azad olmağa çalışan kimisə tanıyırsınız? Görün çoxlarına bu vərdişi tərgitmək üçün hansı addımlar kömək etmişdi.

1) Dua edin.

«Pornoqrafiya tələsindən qurtulmaq üçün ən mühüm addım dua edib Yehovadan kömək istəməkdir» (Franz).

Yehova müqəddəs ruhu ilə insanın qəlbində həm arzu oyada bilər, həm də fəaliyyət göstərməsi üçün ona güc ver bilər (Filippililərə 2:13). Əgər insan müqəddəs ruhun göstərdiyi yolla getsə, yanlış ehtiras və istəklərinə qalib gələ bilər (Qalatiyalılara 5:16, 24).

2) Kimdənsə kömək istəyin.

«Pornoqrafiya elə bir vərdişdir ki, insan ona gizli baxır və kömək istəməyə utanır. Bu vərdişindən təkbaşına azad olacağını düşünür. Amma bu belə deyil. Bu vərdişdən yalnız kiminsə köməyi ilə azad olmaq mümkündür. Ona görə də nə qədər utansam da, bu barədə arvadıma dedim. Həmçinin etibar elədiyim dostumdan da kömək istədim. Bu, həyatımda elədiyim ən çətin iş idi, amma buna dəyərdi» (Yoşi).

Başqalarından kömək istəmək insandan cəsarət və əzm istəyir. Amma pornoqrafiyaya baxmaq vərdişinin öhdəsindən gəlmək üçün və sevdiklərinlə münasibətini bərpa etmək üçün bu, ən vacib addımdır. Yuxarıda adı çəkilən Suzan deyir: «Elə bil üzərimdən böyük bir yük qalxdı. Çətin olsa da, kömək istədim. Daxilimə rahatlıq çökdü. Hiss edirdim ki, Yehova məndən razıdır» (Yaqub 5:16).

3) Təhlükə yaradan vəziyyətləri müəyyən edib, onlardan qaçın.

Hansı vəziyyətlər, fikirlər və emosiyalar insanda yanlış arzular oyadır? Bəlkə İnternetdə boş-bikar dolaşmaq? Gecələr televizora baxmaq? Jurnallar oxumaq? Çimərliyə getmək? Ac, əsəbi, tək, yorğun olmaq? Sven adlı bir nəfər deyir: «Nəyə qarşı zəifliyinizin olduğunu müəyyən edin və ondan virus kimi qaçın». İsa demişdi: «Sağ gözün səni günaha sürükləyirsə, onu çıxarıb at» (Mətta 5:29).

Franz deyir: «Hansısa qadına şəhvətlə baxdığımı hiss edəndə o dəqiqə Yehovaya dua edirəm və diqqətimi başqa yerə cəmləməyə çalışıram». Əyyub peyğəmbər demişdi: «Gözlərimlə əhd bağlamışam, bir qıza pis gözlə necə baxa bilərəm?» (Əyyub 31:1).

4) Ruhani cəhətdən möhkəmlənin.

Franz deyir: «Beyninizi təmiz fikirlərlə qidalandırın və həyatınızı ruhani şeylərlə doldurun».

Müqəddəs Kitabda deyilir: «Doğru, vacib, saleh, pak, sevilməli, şərəfli, nəcib, tərifəlayiq nə varsa, bunlar haqda düşünün... Onda sülh Allahı sizinlə olacaq» (Filippililərə 4:8, 9).

a Burada istifadə olunan «pornoqrafiya» sözü cinsi ehtiras oyatmaq məqsədilə hazırlanan açıq-saçıq şəkillərə, nəşrlərə və ya audio yazılara aiddir.

b Bu məqalədə adlar şərtidir.

c Müqəddəs Kitaba əsasən, Allahın adı Yehovadır.

PORNOQRAFİYA İLƏ BAĞLI FAKTLAR

HƏR SANİYƏ: 30 000-ə yaxın insan pornoqrafik saytlara daxil olur.

HƏR DƏQİQƏ: 1, 7 MİLYONDAN çox insan pornoqrafik məzmunlu e-mail-lər göndərir.

HƏR SAAT: ABŞ-da orta hesabla İKİ ağır pornoqrafik video istehsal edilir.

HƏR GÜN: ABŞ-da orta hesabla İKİ MİLYONDAN çox pornoqrafik kino diskləri kirayə götürülür.

HƏR AY: ABŞ-da gənclər arasında təxminən 10 oğlandan 9-u, 10 qızdan 3-ü pornoqrafiyaya baxır.

HƏR İL: Bütün dünyada pornoqrafiya sənayesindən orta hesabla 100 MİLYARD DOLLAR(ABŞ) gəlir əldə edilir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş