Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w14 1/7 s. 13
  • Bilirsinizmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bilirsinizmi?
  • Gözətçi qülləsi 2014
  • Oxşar material
  • Bilirsinizmi?
    Gözətçi qülləsi 2012
Gözətçi qülləsi 2014
w14 1/7 s. 13

Bilirsinizmi?

Qədimdə gəmiqayıranlar gəmilər su keçirməsin deyə ona nə çəkirdilər?

Qədim gəmilər üzrə mütəxəssis Layonel Kasson yazır ki, Roma imperiyası dövründə gəmiqayıranlar «taxtaların arasına və hətta gəminin çöl üzünə qatran [bitum], ya da ki qatranla mum çəkirdilər. Həmin qatrandan bir lay da gəminin içəri tərəfinə vururdular». Romalılardan xeyli əvvəl akkadlarla babillilər də gəminin su keçirməməsi üçün bitumdan istifadə edirdilər.

Maye halında olan bitum

Maye halında olan belə bitum qədim dövrlərdə bol idi

Tövrat kitabında, Yaradılış 6:14 ayəsində eyni üsul təsvir edilir. Görünür, burada qatran kimi tərcümə olunan ibrani sözü altında bitum nəzərdə tutulur. Bitum neftdən əmələ gələn maddədir.

Təbii bitum iki cür olur: maye və bərk halda. Qədim gəmiqayıranlar maye halında olan bitumdan istifadə edirdilər. Onu birbaşa gəmiyə çəkirdilər. Bitum bərkiyib sukeçirməyən səth əmələ gətirirdi.

Müqəddəs Kitabda adı çəkilən ərazilərdə bitum bol olurdu. Ölü dəniz ərazisində yerləşən Siddim vadisində «qatranla dolu çoxlu çuxur var idi» (Yaradılış 14:10).

Qədimdə balığı necə konservləşdirirdilər?

Balıq hələ qədim dövrlərdə əsas qida məhsullarından biri idi. Bəzi həvarilər İsa peyğəmbərin davamçıları olmamışdan qabaq, Qalileya dənizində balıqçılıqla məşğul idilər (Matta 4:18—22). Tutulan balıqların bir qismi yaxınlıqda yerləşən «zavodlarda» emal edilirdi.

Çiyinlərində balıq daşıyan qədim balıqçılar

Qədim Misir balıqçıları (qravüra)

Qədimdə Qalileyada istifadə olunan balıq konservləşdirmə üsulu bu gün də bəzi ərazilərdə istifadə olunur. Bir kitabda bu proses belə təsvir edilir: «Əvvəlcə balığın içalatı çıxarılıb suda yuyulurdu. Xörək duzu balığın ağzına, qəlsəmələrinə və pulcuqlarının arasına yaxşıca yedizdirilirdi. Sonra balıqların arasına lay-lay quru həsir sərilirdi. 3—5 gündən sonra balıqları o biri üzünə çevirib yenidən həmin müddətə qurudurdular. Bu proses zamanı balığın içindəki maye quruyur, duz isə canına hopurdu. Beləliklə balıq qaxac olurdu» («Studies in Ancient Technology»).

Bu cür konservləşdirilmiş balığın saxlanılma müddəti məlum deyil. Amma qədim misirlilərin qurudulmuş balığı Suriyaya ixrac etməsi bu prosesin kifayət qədər işəyararlı olduğuna dəlalət edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş