Müqəddəs Kitabın cavabı
Dini insanlar yaradıb?
BƏZİLƏRİ HESAB EDİR Kİ, dini insanlar yaradıb. Başqaları isə düşünür ki, Allah din vasitəsilə insanları Özünə yaxınlaşdırır. Bəs siz necə düşünürsünüz?
MÜQƏDDƏS KİTABDA DEYİLİR:
«Allahın qarşısında pak və qüsursuz dindarlıq» var (Yaqub 1:27). Pak, yəni həqiqi din Allahdandır.
MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?
Allahı razı salan din Müqəddəs Kitabda yazılanlara əsaslanmalıdır (Yəhya 4:23, 24).
İnsan fərziyyəsinə əsaslanan dinlər boşdur (Mark 7:7, 8).
Hansısa dinə mənsub olmaq şərtdir?
SİZCƏ...
Hə
Yox
Vəziyyətə baxır
MÜQƏDDƏS KİTABDA DEYİLİR:
«Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq» (İbranilərə 10:24, 25). Allah istəyir ki, Onun mömin bəndələri ibadət etmək üçün bir yerə toplaşsınlar.
MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?
Allaha birgə ibadət edən insanların eyni təlimləri olmalıdır (1 Korinflilərə 1:10, 11).
Allahın razı qaldığı dinin üzvləri bütün dünyada yaşayırlar (1 Butrus 2:17).