Dünya əzab-əziyyətlə doludur. Kimdir müqəssir?
MÜQƏDDƏS KİTABIN CAVABI
Əzablar Allahdandır?
Siz nə deyərdiniz?
- Hə 
- Yox 
- Yəqin 
Müqəddəs Kitabda deyilir:
«Allah qətiyyən pislik etməz, Qüdrət Sahibi haqsızlıq etməz!» (Əyyub 34:10). Bu dünyada baş verən bəlaların səbəbkarı heç vaxt Allah olmayıb.
Müqəddəs Kitabda daha nə deyilir?
- Başımıza gələn bəlaların əsas səbəbkarı «bu dünyanın hökmdarı» adlanan Şeytan İblisdir (Yəhya 14:30). 
- İztirab və bədbəxtliklərin digər səbəbi isə verdiyimiz yanlış qərarlardır (Yaqub 1:14, 15). 
Əzab-əziyyətlər nə vaxtsa bitəcək?
Bəziləri düşünür ki, hamı əl-ələ verib çalışsa, problemlər aradan qalxar. Digərlərinin fikrincə isə, dünya düzələn deyil. Bəs bu haqda siz nə düşünürsünüz?
Müqəddəs Kitabda deyilir: Allah-Taala bütün əzab-əziyyətə son qoyacaq. «Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:3, 4).
Müqəddəs Kitabda daha nə deyilir?
- Küllü-İxtiyar Allah İsa peyğəmbərin vasitəsilə Şeytanın bu dünyaya vurduğu zərəri tamamilə aradan qaldıracaq (1 Yəhya 3:8). 
- Dünya Cənnətə çevriləndə Allahın əməlisaleh bəndələri əbədi, şad-xürrəm yaşayacaq (Zəbur 37:9—11, 29).