Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp17 №  5 s. 4—5
  • Müqəddəs Kitabda mələklər barədə nə yazılıb?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabda mələklər barədə nə yazılıb?
  • Gözətçi qülləsi (kütləvi) 2017
  • Oxşar material
  • Mələklər kimlərdir və ya nələrdir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Mələklər ‘xidmətçi ruhlardır’
    Gözətçi qülləsi 2009
  • Mələklər
    Oyanın! 2017
  • Mələklər bizə necə kömək edir?
    Gözətçi qülləsi (kütləvi) 2017
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2017
wp17 №  5 s. 4—5
Baş mələk Mikayıl və on minlərlə on minlər

ÜZ QABIĞINDAKI MÖVZU | MƏLƏKLƏR. BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ

Müqəddəs Kitabda mələklər barədə nə yazılıb?

Bilmək istəyərdiniz, mələklər necə varlıqlardır, necə yaranıblar, nə işlə məşğuldurlar? Bu suallara ən dəqiq cavabı Allahın nazil etdiyi Müqəddəs Kitabda tapmaq olar (2 Timutiyə 3:16).

  • Allah-Taala kimi mələklər də gözəgörünməz varlıqlardır, onlar ruhdur, onların əti və sümüyü yoxdur. Yaxşı mələklər göydə yaşayır və onların Allahın hüzuruna çıxmaq rüsxəti var (Luka 24:39; Mətta 18:10; Yəhya 4:24).

  • Bəzən mələklər yer üzündə Allahın buyruğunu yerinə yetirmək üçün insan cildinə girmiş, tapşırıqlarını yerinə yetirəndən sonra yenidən əvvəlki vəziyyətlərinə qayıtmışlar (Hakimlər 6:11—23; 13:15—20).

  • Mələklər insan cildinə girəndə kişi görkəmində görünsələr də və Müqəddəs Kitabda kişi cinsində təsvir olunsalar da, onlar kişi və qadın cinsiyyəti olmayan varlıqlardır, onların cinsiyyəti yoxdur. Mələklər nə evlənmir, nə törəmirlər. Bəzi mələklərin ölən körpə və böyüklərin ruhları olduğuna inananlar da var. Amma bu fikir Müqəddəs Kitabda təsdiqini tapmır. Mələkləri Yehova Allah yaratdığı üçün Müqəddəs Kitabda onlar «Allah oğulları» adlanır (Əyyub 1:6; Zəbur 148:2, 5).

  • Müqəddəs Kitabın bir ayəsində yazılan növbəti sözlər, «insanların və mələklərin dilində danışıramsa» cümləsi göstərir ki, gözəgörünməz varlıqlar danışa bilir və onların öz dili var. Allah keçmişdə Öz bəndələri ilə mələklər vasitəsilə danışsa da, mələklərə səcdə qılmağı və onlara dua etməyi qadağan edib (1 Korinflilərə 13:1; Vəhy 22:8, 9).

  • Müqəddəs Kitaba əsasən, mələklərin sayı on minlərlə on minlərdir. Hətta, ola bilsin, milyardlarla mələk vara (Dənyal 7:10; Vəhy 5:11).

  • Mələklər insandan qat-qat qüdrətli varlıqlardır və onların şüuru bəşərinkindən alidir. Müqəddəs Kitabda yazılanlardan görünür ki, onlar fiziki aləmin sürət ölçülərini aşan çox iti sürətlə uçmaq qabiliyyətinə malikdirlər (Zəbur 103:20; Dənyal 9:20—23).

  • Üstün qüdrətə və şüura malik olsalar da, mələklərin də bilmədiyi şeylər var (Mətta 24:36; 1 Butrus 1:12).

  • Allah mələkləri yaradanda onlara ilahi xüsusiyyətlər və iradə azadlığı bəxş edib. Onların da bizim kimi, yaxşı əməllərlə şər əməllər arasında seçim etmək ixtiyarı var. Çox təəssüf ki, bəzi mələklər şər əməlləri seçib Yaradanlarına üsyan etdilər (Yəhuda 6).

a On min dəfə on min yüz milyona bərabərdir. Müqəddəs Kitabın «Vəhy» bölməsində isə mələklərin sayı ilə bağlı «on minlərlə on minlər» rəqəmi işlənir. Bu isə mələklərin sayının yüz milyonlarla, hətta, milyardlarla olduğunu göstərir.

Mələklərin Vəzifələri

Baş mələk Mikayıl güc və vəzifə baxımından digər mələklərdən üstündür. Müqəddəs Kitaba əsasən, Mikayıl İsa Məsihin digər adıdır (1 Salonikililərə 4:16; Yəhuda 9).

Seraflar mələklər arasında yüksək və şərəfli mövqe tutan, xüsusi tapşırığı olan və Allahın taxtı ətrafında duran mələklərdir (Əşiya 6:1—3).

Kərrublar da yüksək mövqe tutur. Onlar Allahın şanlı hüzurunda xidmət edən, Ona yaxın olan mələklərdir. Müqəddəs Kitabda onlar, adətən, Allahın hüzurunda təsvir olunurlar (Yaradılış 3:24; Hizqiyal 9:3; 11:22).

On minlərlə digər mələk Allah-Taalaya elçi qismində xidmət edən və Onun iradəsini yerinə yetirməklə mükəlləf olan mələklərdirb (İbranilərə 1:7, 14).

b Mələklərlə bağlı ətraflı məlumat almaq istəyirsinizsə, Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab təlimləri» kitabının 10-cu fəslinə baxın. Kitabı www.jw.org/az saytında da oxumaq mümkündür.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş