Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w17 iyul s. 3—6
  • Xidmətə hazır könüllülər. Türkiyədə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidmətə hazır könüllülər. Türkiyədə
  • Gözətçi qülləsi 2017
  • Başlıqlar
  • Oxşar material
  • «XEYİRDİRMİ?»
  • UZUNMÜDDƏTLİ FAYDA
  • TƏLƏBAT OLAN ƏRAZİDƏ XİDMƏT
  • «TARLALARA BAXIN»
  • Bolqarıstanda keçirilən kampaniyada əldə olunan nailiyyətlər
    Gözətçi qülləsi 2010
  • RƏHBƏRLİK ŞURASININ MƏKTUBU
    Müqəddəs ibadətimiz 2014
  • Xidmətə hazır könüllülər Madaqaskarda
    Gözətçi qülləsi 2018
  • Təqiblər və şərəfli xidmət
    Müqəddəs ibadətimiz 2015
Əlavə
Gözətçi qülləsi 2017
w17 iyul s. 3—6
Alisa küçədə bir qıza təbliğ edir

Alisa

Xidmətə hazır könüllülər. Türkiyədə

BİRİNCİ ƏSRDƏ yaşayan məsihilər Padşahlıq haqqındakı müjdəni daha çox insana çatdırmaq üçün əllərindən gələni edirdilər (Mət. 24:14). Onlar hətta başqa ölkələrə də gedirdilər. Məsələn, həvari Bulus təbliğ səyahəti zamanı müasir Türkiyənin yerləşdiyi ərazidə xoş xəbəri yaymışdıa. Bundan 2000 il sonra, 2014-cü ildə Türkiyədə yenidən xüsusi təbliğ kampaniyası keçirildi. Nəyə görə bu kampaniyanın keçirilməsinə ehtiyac var idi? Kampaniyada kimlər iştirak etdi?

«XEYİRDİRMİ?»

Əhalisi 79 milyondan çox olan Türkiyədə təxminən 2800 təbliğçi var. Bu o deməkdir ki, təbliğçinin əhaliyə nisbəti 1-in 28 000-dir. Göründüyü kimi, ölkə əhalisinin çox hissəsinə təbliğ olunmayıb. Bu xüsusi kampaniyanın məqsədi qısa müddətə daha çox insana təbliğ etmək idi. Türkiyəyə xarici ölkələrdən türk dilini bilən təxminən 550 bacı-qardaş gəlmişdi. Onlar yerli təbliğçilərlə birgə xoş xəbəri yayırdılar. Bu kampaniya sayəsində hansı nailiyyətlər əldə olundu?

Böyük şahidlik verildi. İstanbuldakı bir yığıncaqdan belə məktub almışıq: «Bizi görənlər soruşurdular: “Nə məsələdir? Deyəsən, xüsusi toplantı keçirirsiniz? Hara baxırsan, Yehovanın Şahididir!”» İzmir şəhərindəki bir yığıncaq isə növbəti sözləri yazır: «Taksi dayanacağında işləyən bir kişi qardaşımızı görüb soruşdu: “Xeyirdirmi? Deyəsən, fəaliyyətinizi genişləndirmisiniz”». Doğrudan da, xüsusi kampaniyanın keçirildiyi hiss olunurdu.

Stefan xalça dükanında bir kişiyə təbliğ edir

Stefan

Xarici ölkələrdən gələn bacı-qardaşlar təbliğ işindən böyük zövq aldılar. Danimarkadan olan Stefan deyir: «Yehova haqda heç vaxt eşitməyən insanlara hər gün rast gəlirdim. Hiss edirdim ki, sözün əsl mənasında Yehovanın adını tanıdıram». Jan-Deyvid Fransadan yazır: «Təkcə bir küçədə saatlarla təbliğ edirdik. Bu möhtəşəm idi! Əksəriyyət Yehovanın Şahidlərini tanımırdı. Demək olar ki, döydüyümüz hər qapıda ev sakinləri ilə söhbət edir, onlara video göstərir və ədəbiyyat verirdik».

Jan-Deyvid ev sakinlərinə təbliğ edir

Jan-Deyvid (ortada)

Kampaniyada iştirak edən 550 təbliğçi iki həftəyə təxminən 60 000 nəşr paylamışdı. Bəli, kampaniya sayəsində çoxlu sayda insan Yehova haqda eşitdi.

Xidmətə həvəs artdı. Bu kampaniya Türkiyədəki bacı-qardaşlara gözəl təsir bağışladı. Çoxlarında tammüddətli xidmətə başlamağa həvəs oyandı. Nəticədə, kampaniyadan sonrakı il ərzində Türkiyədə öncüllərin sayı 24 faiz artdı.

Şirin küçədə bir qadına buklet təklif edir

Şirin

Kampaniya xaricdən gələn bacı-qardaşların da xidmətinə müsbət təsir göstərdi. Almaniyada yaşayan Şirin adlı bir bacı yazır: «Türkiyədəki bacı-qardaşlar üçün qeyri-formal şahidlik vermək olduqca asandır. Mən isə bunu etməyə çəkinirdim. Amma bu xüsusi kampaniyanın, yerli bacı-qardaşların və çoxlu dualarımın sayəsində əvvəllər mənə çətin gələn şeyləri etməyi öyrəndim. Hətta metroda təbliğ edib bukletlər vermişəm. İndi əvvəlki qədər utancaq deyiləm».

Yohanes satıcıya buklet verir

Yohanes

Almaniyadan olan Yohanes deyir: «Xidmətimə tətbiq edə biləcəyim bəzi şeyləri öyrəndim. Türkiyədəki bacı-qardaşlar çalışırlar ki, xoş xəbəri mümkün qədər çox adama çatdırsınlar. Onlar hər fürsətdə şahidlik verirlər. Qərara gəldim ki, Almaniyaya qayıdanda mən də belə edim. İndi əvvəlkindən daha çox insana təbliğ edirəm».

Zeynəb bir qadına təbliğ edir

Zeynəb

Fransada yaşayan Zeynəb deyir: «Kampaniya mənim xidmətimə müsbət təsir göstərdi. Mənə daha cəsarətli olmağa, daha çox Yehovaya güvənməyə kömək etdi».

Təbliğçilər bir-birilərinə daha yaxın oldular. Başqa-başqa ölkələrdən gəlmiş bacı-qardaşlar arasındakı məhəbbət və birlik unudulmaz təəssüratlar yaratdı. Jan-Deyvid deyir: «Biz bacı-qardaşların qonaqpərvərliyini “daddıq”. Onlar bizi dostları kimi, hətta ailə üzvləri kimi qəbul etdilər. Bizə öz evlərinin qapılarını açdılar. Mən bilirdim ki, biz beynəlxalq qardaşlığın üzvüyük, ədəbiyyatlarımızdan bunu dəfələrlə oxumuşdum. Ancaq indi özüm bunun şahidi oldum. Yehovanın xalqının arasında olmaqdan daha çox qürur duydum. Mənə verdiyi bu şərəfə görə Yehovaya minnətdaram».

Klar kafedə bir qadına təbliğ edir

Klar (ortada)

Fransadan olan Klar deyir: «Danimarka, Fransa, Almaniya və ya Türkiyədən olmağımıza baxmayaraq, hamımız bir ailənin üzvləriyik. Sanki Allah əlinə böyük bir pozan alıb Yer kürəsindəki bütün sərhədləri silmişdi».

Stefani qadına təbliğ edir

Stefani (ortada)

Stefani Fransadan yazır: «Bu xüsusi kampaniya sayəsində öyrəndik ki, bizi mədəniyyət və dil yox, Yehovaya olan məhəbbət birləşdirir».

UZUNMÜDDƏTLİ FAYDA

Başqa ölkələrdən gələn bacı-qardaşlar buradakı genişmiqyaslı təbliğ işinə bundan sonra da kömək etmək üçün Türkiyəyə köçmək barədə düşünməyə başladılar. Hətta bir neçə təbliğçi artıq bu addımı atıb. Bu bacı-qardaşların əməyi əvəzsizdir.

Məsələn, ucqar ərazidəki 25 təbliğçisi olan bir qrupda uzun illər idi ki, cəmi bir ağsaqqal var idi. 2015-ci ildə Almaniyadan və Niderlanddan altı müjdəçi onlara kömək etmək üçün bura köçəndə dindaşlarımızın nə qədər sevindiyini təsəvvür edirsiniz?

TƏLƏBAT OLAN ƏRAZİDƏ XİDMƏT

Xidmət etmək üçün Türkiyəyə köçən bacı-qardaşlar buradakı həyatları barədə nə deyirlər? Başqa ölkədə xidmətin özünə görə çətinlikləri olsa da, mükafatı böyükdür. Gəlin bu bacı-qardaşların nə dediklərinə baxaq.

Federiko limanda bir kişiyə təbliğ edir

Federiko

İspaniyadan Türkiyəyə köçən Federiko adlı 40 yaşlı ailəli bir qardaş bölüşür: «Sadə həyat sürmək məni bir çox şeydən azad edir və fikrimi daha vacib şeylərə cəmləməyə kömək edir». Bəs necə düşünürsünüz, bu qardaş tələbat olan ərazidə xidmət etməyi kiməsə məsləhət görərdi? O deyir: «Hə, əlbəttə ki! İnsanlara Yehova haqda öyrətmək üçün başqa əraziyə köçən şəxs özünü Yehovaya əmanət etmiş olur. Adam onda Yehovanın qayğısını həmişəkindən daha çox duyur».

Rudi bir kişiyə təbliğ edir

Rudi

Niderlanddan köçən Rudi adlı 50 yaşlı ailəli bir qardaş deyir: «Tələbat olan ərazidə xidmət etmək, xoş müjdədən xəbəri olmayan insanlarla söhbət etmək bizə böyük məmnunluq gətirir. Həqiqəti qəbul edən insanların simalarındakı xoşbəxtliyi görməkdən gözəl nə ola bilər?!»

Saşa bir qadına ayələri göstərir

Saşa

Almaniyadan köçən Saşa adlı 40 yaşlı ailəli bir qardaş bölüşür: «Hər dəfə xidmətdə olanda həqiqəti heç vaxt eşitməmiş insanlara rast gəlirəm. Belə insanlara Yehova Allah haqda öyrətməkdən zövq alıram».

Atsuko binada bir qadına təbliğ edir

Atsuko

Yaponiyadan köçən 30 yaşlı Atsuko adlı ailəli bacı deyir: «Əvvəllər Armageddonun tez gəlməyini arzulayırdım. Amma Türkiyəyə köçəndən sonra Yehovaya hələ də səbir etdiyinə görə şükr elədim. Yehovanın dünya miqyasındakı təbliğ işini necə idarə etdiyini görəndə Ona daha da yaxınlaşmaq istəyirəm».

Rusiyadan köçən 30 yaşlı Alisa adlı bir bacı deyir: «Bu xidmət növündə iştirak etməklə Yehovanın kəramətini daddım» (Zəb. 34:8). O əlavə edir: «Yehova mənim həm Atam, həm də yaxın Dostumdur. Müxtəlif vəziyyətlərlə üzləşdikcə Onu daha da yaxından tanıyıram. Həyatım xoşbəxt anlarla, maraqlı hadisələrlə və bol-bol nemətlərlə doludur».

«TARLALARA BAXIN»

Türkiyədə həyata keçirilən xüsusi kampaniya vasitəsilə xoş xəbər daha çox insana çatdırıldı. Bununla belə, hələ də təbliğ edilməmiş çoxlu ərazilər var. Türkiyəyə köçən bacı-qardaşlar hər gün Yehovanın adını eşitməyən insanlarla qarşılaşırlar. Belə ərazilərdə siz də xidmət etmək istəyərdiniz? Əgər belədirsə, onda «başınızı qaldırın və tarlalara baxın, məhsul yetişib, biçinə hazırdır» (Yəh. 4:35). Biçinə hazır tarlalarda təbliğ etmək işində kömək edə bilərsiniz? Belə bir istəyiniz varsa, məqsədinizə çatmaq üçün lazımi addımlar atın. Bir şeyə əmin olun: Yerin ucqarlarınadək xoş xəbərin təbliğində nə qədər çox payınız olsa, bir o qədər sayagəlməz nemətlər biçəcəksiniz! (Həv. 1:8).

a «Gözəl diyarı seyr edin» broşürünün 32 və 33-cü səhifələrinə (rus.) nəzər salın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş