Təqdimat
ALLAH ÇƏKDİYİMİZ ƏZABLARI GÖRÜR
Başımıza bəla gələndə, əzizimizi itirəndə bizdə sual yarana bilər: «Görəsən, Allah çəkdiyimiz əzabları görür?» Müqəddəs Kitabda deyilir:
«Çünki Yehovanın gözü salehlərin üstündədir və qulağı onların yalvarışlarını eşidir. Ancaq Yehova üzünü şər iş görənlərdən döndərir» (1 Butrus 3:12).
«Gözətçi qülləsi» jurnalının bu sayında Allahın dadımıza çatdığından və bütün əzablara son qoyacağından danışılır.