Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w18 may s. 9—11
  • Sülh. Onu necə tapmalı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sülh. Onu necə tapmalı?
  • Gözətçi qülləsi 2018
  • Başlıqlar
  • Oxşar material
  • HƏQİQİ SÜLHƏ NAİL OLMAĞIN YOLU
  • MÜQƏDDƏS RUHUN KÖMƏYİ
  • SÜLHÜ TAPANLAR
  • BAŞQALARIYLA SÜLHDƏ OLMAĞA CAN ATAQ
  • ƏBƏDİYYƏN SÜLH İÇİNDƏ YAŞAYAQ
  • «Aranızda sülh qoyub gedirəm» (Yəhya 14:27)
    Müqəddəs Kitab ayələrinin izahı
Gözətçi qülləsi 2018
w18 may s. 9—11
Ödəniləsi fakturalar və əziz insanın xəstəxanada olması kimi həyat qayğıları olan bir kişi

Sülh. Onu necə tapmalı?

  • MƏHƏBBƏT

  • SEVİNC

  • SÜLH

  • SƏBİR

  • XEYİRXAHLIQ

  • YAXŞILIQ

  • İMAN

  • MÜLAYİMLİK

  • ÖZÜNƏ HAKİM OLMAQ

PROBLEMLƏRLƏ dolu bu dünyada sülhə nail olmaq olduqca çətindir. Müəyyən dərəcədə sülhə nail olanda isə onu qorumaq üçün dəridən-qabıqdan çıxmalı oluruq. Bəs Allahın Kəlamı həqiqi sülh, qəlb rahatlığı tapmağımıza necə kömək edə bilər? Biz başqalarına bu sahədə necə kömək edə bilərik?

HƏQİQİ SÜLHƏ NAİL OLMAĞIN YOLU

Əsl sülh, qəlb rahatlığı duymaq üçün insan özünü təhlükəsizlikdə hiss etməli və mənəvi dinclik tapmalıdır. Həmçinin insanlarla dostluq bağlarını möhkəmləndirmək gərəkdir. Lakin ən vacib faktor Allahla möhkəm münasibətlər qurmaqdır. Buna necə nail olmaq olar?

Ödəniləsi fakturalar və əziz insanın xəstəxanada olması kimi həyat qayğıları olan bir kişi

Həyat qayğıları insanların dincliyini pozur

Yehova Allahın qoyduğu qayda-qanunlara əməl edəndə Ona bel bağladığımızı və Onunla sıx münasibətlərimizi qorumaq istədiyimizi göstərmiş oluruq (Ərm. 17:7, 8; Yaq. 2:22, 23). Nəticədə, Yehova da bizə yaxınlaşır və bizə əsl qəlb rahatlığı bəxş edir. Əşiya 32:17 ayəsində yazılıb: «Əsil salehlik sülh gətirəcək, əsil salehliyin bəhrəsi daimi dinclik, əmin-amanlıq olacaq». Biz əsl sülhü Yehovaya səmimi qəlbdən itaət etməklə tapa bilərik (Əşy. 48:18, 19).

Yehova Allahın verdiyi möhtəşəm ənam — Onun müqəddəs ruhu da bizə daxili sülhü tapmağa kömək edir (Həv. 9:31).

MÜQƏDDƏS RUHUN KÖMƏYİ

Sülh ruhun bəhrəsinə daxil olan üçüncü xüsusiyyətdir (Qal. 5:22, 23). Əsl sülh müqəddəs ruhun bəhrəsi olduğundan, bu xüsusiyyəti yetişdirmək üçün müqəddəs ruhun bizdə fəaliyyət göstərməsinə imkan verməliyik. Gəlin görək Allahın ruhu hansı iki yolla bizdə sülh yetişdirə bilər.

Birincisi, Allahdan ilham almış Kəlamı müntəzəm oxumaq gərəkdir (Zəb. 1:2, 3). Müqəddəs Kitabın dərinliyinə varanda müqəddəs ruh Allahın müxtəlif məsələlərə dair baxışını anlamağa kömək edir. Misal üçün, Kəlamdan Onun necə sülhsevər Allah olduğunu, sülhün Onun üçün nəyə görə vacib olduğunu öyrənirik. Öyrəndiklərimizi tətbiq edəndə daha çox sülh, qəlb rahatlığı duyuruq (Məs. 3:1, 2).

İkincisi, duada Allahdan müqəddəs ruh diləməliyik (Luka 11:13). Yehova əmin edir ki, kömək etməsi üçün Ona üz tutsaq, «Allahın hər bir ağıldan üstün olan sülhü» ürəyimizi və fikirlərimizi Məsih İsa vasitəsilə qoruyacaq (Filip. 4:6, 7). Müntəzəm olaraq Allaha dua edib Ondan müqəddəs ruh istəsək, O, bizə daxili sülh bəxş edəcək. Bu cür sülhə isə yalnız Onunla gözəl dostluq münasibəti qurmuş insanlar sahibdir (Rom. 15:13).

Müqəddəs Kitabdakı məsləhətlərə əməl etmək bəzilərinə həyatında dəyişiklik edərək qəlb rahatlığı tapmağa, Yehova ilə və insanlarla sülh münasibətləri qurmağa kömək edib. Necə?

SÜLHÜ TAPANLAR

Bir zamanlar asanlıqla özündən çıxan dindaşlarımız indi diqqətcil, xeyirxah, səbirli və sülhpərvərdirləra (Məs. 29:22). Gəlin qəzəb hissindən qurtulub başqaları ilə sülh münasibəti quran iki məsihinin nümunəsinə nəzər salaq.

Müqəddəs Kitab prinsiplərinə əməl etmək və dua ailədə sülh yaradır

Müqəddəs Kitabdakı prinsiplərə əməl etməyin və Allahdan müqəddəs ruh diləməyin sayəsində sülh tapa bilərik

Deyvidin tənqidi münasibəti onun danışıq tərzinə də sirayət etmişdi. Həyatını Yehovaya həsr etməzdən öncə o, hamıda səhv axtarır, ailə üzvləri ilə kobud danışırdı. Bir müddət sonra Deyvid başa düşdü ki, dəyişməli, sülhpərvər olmalıdır. Bəs o, sülhü nəyin sayəsində tapdı? Deyvid deyir: «Müqəddəs Kitab prinsiplərinə əməl etməyin sayəsində ailəmlə aramda hörmət hissi artdı».

Reyçelin böyüdüyü mühit onun xasiyyətinə təsir etmişdi. O deyir: «Bizim ailədə hamı çox əsəbi idi. Buna görə günü bu gün də mən qəzəb hissi ilə mübarizə aparıram». Bəs bacıya sülhpərvər olmağa nə kömək elədi? O izah edir: «Mən daima Yehovaya dua edib kömək istəyirdim».

Deyvidlə Reyçelin nümunəsi göstərir ki, Müqəddəs Kitab məsləhətlərini tətbiq etməyin və Allahdan müqəddəs ruh diləməyin sayəsində özümüzdə sülh xüsusiyyətini yetişdirə bilərik. Bəli, ədavətlə dolu bir dünyada yaşasaq da, daxili sülhə sahib olub ailə üzvlərimizlə və dindaşlarımızla gözəl münasibətlər qura bilərik. Üstəlik, Yehova bizi «hamı ilə sülhdə olmağa» çağırır (Rom. 12:18). Bəs bu, nə dərəcədə mümkündür? Buna can atmağın hansı faydaları var?

BAŞQALARIYLA SÜLHDƏ OLMAĞA CAN ATAQ

Biz təbliğ etməklə insanları Allahın Padşahlığı haqda sülh müjdəsinin gətirdiyi nemətləri dadmağa dəvət edirik (Əşy. 9:6, 7; Mət. 24:14). Çox şadıq ki, neçə-neçə insan xoş xəbərə hay verib. Bir müddət əvvəl ətraflarında baş verənlərə görə qəzəblənən və ya ümidsizliyə qapılan bu insanların indi gələcəyə gerçək ümidi var. İndi onlar sülh axtarır, sülhə can atırlar (Zəb. 34:14).

Lakin təbliğ etdiyimiz müjdəni xoş qarşılamayanlar da var (Yəh. 3:19). Hətta belə hallarda da, biz müqəddəs ruhun köməyi ilə xoş xəbəri müjdələyərkən sülhməramlı və hörmətcil olmalıyıq. Bununla İsa Məsihin verdiyi məsləhətə əməl etmiş olacağıq: «Bir evə girəndə ev sakinlərini salamlayın. Əgər o evdəkilər layiqli adamdırlarsa, qoy dilədiyiniz sülh onların üzərinə gəlsin, yox əgər layiqli deyillərsə, qoy sülhünüz özünüzə qayıtsın» (Mət. 10:11—13). Bu məsləhətə əməl etsək, insan bizi dinləməsə belə, daxilimizdə sülh olacaq, üstəlik, həmin insanın gələcəkdə xoş xəbəri dinləyəcəyinə ümid edə biləcəyik.

Biz həmçinin ibadətimizə mane olanlar da daxil, bütün dövlət məmurları ilə hörmətcil tərzdə danışaraq sülh yarada bilərik. Misal üçün, Afrika ölkələrinin birində hökumət bizə qarşı qərəzli münasibət bəslədiyi üçün ibadət evlərinin tikintisinə razılıq vermirdi. Məsələnin sülh yolu ilə həll olunması üçün təşkilat bir qardaşı bu ölkənin Londondakı səfirliyinə göndərir. Əvvəllər bu ölkədə xüsusi təyinatlı müjdəçi kimi xidmət etmiş bu qardaş səfirliyə Yehovanın Şahidləri haqda məlumat verib, gördükləri işin sülhməramlı olduğunu bildirməli idi. Bu görüş necə keçdi?

Qardaş nəql edir: «Qəbul masasına yaxınlaşanda qeydiyyatçı xanımın geyimindən başa düşdüm ki, o, mənim dilini öyrəndiyim qəbilədəndir. Buna görə də onu öz dilində salamladım. Xanım çox təəccübləndi və məndən soruşdu: “Gəlişinizin məqsədi nədir?” Mən nəzakətlə səfirlə görüşmək istədiyimi bildirdim. O, səfirə zəng elədi. Səfirlə görüşəndə o, məni öz ana dilində salamladı. Bundan sonra mən səfirə Yehovanın Şahidlərinin fəaliyyəti haqda məlumat verdim, o da məni diqqətlə dinlədi».

Qardaşın hər şeyi hörmətcil tərzdə izah etməsi sayəsində səfirin gördüyümüz işlə bağlı yanlış təsəvvürləri və qərəzi aradan qalxdı. Çox keçmədi ki, həmin Afrika ölkəsində hökumət ibadət evlərinin tikintisi ilə bağlı qadağanı ləğv etdi. Bacı-qardaşlar sülh ilə nəticələnən bu qərara görə çox şad idilər. Gördüyümüz kimi, insanlara qarşı hörmətcil münasibət gözəl bəhrələr, o cümlədən sülh gətirir.

ƏBƏDİYYƏN SÜLH İÇİNDƏ YAŞAYAQ

Bu gün Yehovanın Şahidləri gerçək sülhün hökm sürdüyü ruhani cənnətdə yaşayırlar. Bu sülhə öz töhfənizi vermək üçün, siz də ruhun bəhrəsinə daxil olan bu xüsusiyyəti özünüzdə yetişdirməyə çalışmalısınız. Bunun sayəsində Allahın razılığını qazanacaq və yeni dünyada əbədi sülhdən həzz alacaqsınız (2 But. 3:13, 14).

a «Ruhun bəhrəsi»nə həsr olunmuş bu silsilənin növbəti məqalələrinin birində xeyirxahlıq xüsusiyyəti barədə oxuya bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş